Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Fev
    İdman 5 MART BƏDƏN TƏRBİYƏSİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
    Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
    Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb,
    İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub. Daha ətraflı »

  • 26Fev
    Digər Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır

    44 günlük Vətən müharibəsində rayonumuzun Səhlabad kəndindən iki nəfər şəhid olub. Aslanlı Orxan Şahmar oğlu və Ağayev İntiqam Hüseyn oğlu. Hər ikisi subay idi. İkisi də atalarını vaxtsız itirmiş, ana himayəsində böyümüşdülər. Hər iki şəhid Səhlabad kənd qəbristanlığında dəfn olunub və “Vətən uğrunda” medalı ilə təltif ediliblər.

                                                                          YARIMÇIQ QALMIŞ ARZULAR

    22 yaş! Arzuların çiçək açdığı, ömrün bahar çağı. Elə özü də baharda doğulmuşdu. Arzuları da bahar kimi təzə təriydi. Ürəyində açılmamış qönçə sevgisi varıydı. Anasını tezliklə elçi göndərəcəkdi sevdiyi qızın qapısına, nişan qoyduracaqdı. Amma…
    Bu 22 yaşlı oğlan Səhlabad kəndində doğulmuş, orada böyüyüb boya-başa çatmış Ağayev İntiqam Hüseyn oğlu idi. 12 yaşında atasını ağır xəstəlikdən itirmiş, anası Gülnarənin himayəsində böyümüşdü.
    Kənd məktəbinin doqqu-zuncu sinfini bitirdikdən sonra rayonumuzdakı texniki peşə məktəbinə daxil olaraq çilingər-sürücü peşəsinə yiyələnmişdi. Bu məktəbi bitirdikdən sonra əsgəri borcunu Daha ətraflı »

  • 26Fev
    Digər XATİRƏLƏRLƏ BAŞ-BAŞA QALAN ANA üçün şərhlər bağlıdır

    Talenin acı qisməti onun üzünə uşaqlığından gülməmişdi. Hələ birinci sinifdə oxuyarkən, acı xəbər onu qoynuna almışdı. Atası Şahmar bazarın yaxınlığında qırılıb yerə düşmüş elektirk xəttindən gərginlik altına düşərək dünyasını dəyimişdi. O gündən bacısı və Orxan ananın himayəsində böyümüşdülər. Bəsti ana övladlarının gözütox böyümələri, ehtiyacsız yaşamaları üçün özünü oda-közə vurmuşdu ki, uşaqlar atalarının olmadığına xiffət etməsinlər. Lakin atanın yoxluğu hər an özünü büruzə verirdi.
    Orxan böyüdükcə anasının çox əziyyət çəkdiyinin şahidi olurdu. Həmişə düşünürdü ki, kaş mənim də atam sağ olaydı, ya da bir qardaşım olaydı, mənə arxa-dayaq durardı. Ona görə də can atırdı ki, evə qazanc gətirsin. Bu fikirlə də Səhlabad kənd orta məktəbini bitirdikdən sonra fərdi işlərlə məşğul olmağa başladı. Orxanın bu təəssübkeşliyi ananı çox sevindirirdi.
    Oğlunun qeyrətinə, kişilik qüruruna baxıb fərəhlənirdi. İnanırdı ki, camaat arasında xətir-hörmət qazanan oğlu həmişə üzünü ağ edib, anaya baş ucalığı gətirəcəkdi. Orxanını və Nigarını ağır zəhmətlə böyüdən ana yanılmamışdı.
    Orxan hərbi xidmətini Naxçıvanda çəkmişdi. Əsgərliyini başa vurub gələndə ana fəxr etmişdi. Onu evinin kişisi hesab edirdi. Bir müddətdən sonra oğlunu evləndirmək qərarına gəlmişdi. Lakin Orxan: “Hələ tezdi”- deyərək, qəti qərarını vermışdı. Ananın gözləri xoşladığı qızlarda qalsa da, oğlunun razılığını ala bilmirdi. Beləcə günlər, aylar bir-birini əvəz edirdi. Orxan qazanc gətirməyi, yaxşı şərait qurmağı, ana isə oğluna gəlin gətirməyi, oğul-uşaq sahibi etməyi düşünürdülər. Bu arzuların pərvazlandığı, qol-qanad acmaq istədiyi bir zamanda ailəyə bir dərd-qəm yığını töküldü, bu ocağın üzərinə bir qara bulud çökdü…
    2020-ci il sentyabrın 21-i. Mənfur ermənilərin həmləsinin qarşısını almaq üçün ölkə rəhbərinin səfərbərlik müraciətinə xalqımızın bütün vətənpərvər oğulları kimi Orxan da qoşuldu.
    “Mən mütləq döyüşdə olmalıyam!”- dedi və könüllü olaraq Ordumuzun tərkibinə yazıldı. “N” saylı hərbi hissədə təlimlərə başladı. Sentyabrın 27-də əks-hücum zamanı artıq atıcı-sanitar kimi savaşa qatılmışdı. Daha ətraflı »

  • 26Fev
    Digər Qazilərimiz üçün şərhlər bağlıdır

                                                                                           CƏSUR DÖYÜŞCÜ

    Məlumdur ki, rayonumuz mənfur ermənilərlə 48 km təmas xəttində yerləşir . Hər an camaatımız erməni quldurlarının fitnə-fəsadları ilə üz-üzə qalırdı. 2020-ci il sentyabrın 27-sində ermənilərin növbəti təxribatının qarşısını almaq üçün Ali Baş Komandanın əmri ilə başlanan müharibə bu murdarların əməllərinin son həddi oldu. Yağılar müzəffər ordumuz tərəfindən layiqli cavablarını aldılar. Lakin bu asanlıqla başa gəlmədi. Yüzlərlə zabit və əsgərlərimiz Vətən uğrunda canlarından keçirdilər, bir çoxu isə yarımcan oldular. Ayaqlarını qollarını, gözlərini itirərək əlil qaldılar. Onlar sağlamlıqlarının bərpası üçün aylarla xəstəxanalarda müalicə aldılar, həkim nəzarətində oldular. Ümidləri həkimə qalan ər oğullarımıza hər yerdə rast gəlinir. Belə oğullardan biri Quliyev Beyrək Asif oğludur. Daha ətraflı »

  • 26Fev
    Kənd Təsərufatı 2021-ci İL YANVARIN 1-i VƏZİYYƏTİNƏ TƏRTƏR RAYONUNDA HEYVANLARIN, QUŞLARIN VƏ ARI AİLƏLƏRİNİN TAM UÇOTUNUN ALINMASININ YEKUNLARI HAQQINDA üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq 2021-ci il yanvarın 1-i vəziyyətinə rayon ərazisində heyvanların, quşların və arı ailələrinin tam uçotu aparılmışdır.
    Uçotla rayonun bütün kənd təsərrüfatı müəssisə və təşkilatları, eləcə də kənd yerlərində yaşayan fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının hamısı, şəhər və qəsəbələrdə isə yalnız mal-qarası olan ev təsərrüfatları əhatə edilmişdir. Beləliklə, rayon üzrə müxtəlif təşkilati-hüquqi formalı 13772 uçot vahidi sorğuya cəlb olunmuşdur.
    Ayrı-ayrı mal-qara növləri üzrə heyvandarlığın baş sayının əvvəlki illə müqayisədə dəyişilməsi aşağıdakı kimi olmuşdur:
    İribuynuzlu mal-qara. 2021-ci il yanvarın 1-i vəziyyətinə rayonda 29400 baş iribuynuzlu mal-qara, o cümlədən 12439 baş inək və camış olmuş və onların sayı il ərzində müvafiq olaraq 0.9 və 0.8 faiz azalmışdır. Iribuynuzlu mal-qaranın sayı 2017-ci il yanvarın 1-nə nisbətən 2623 baş və ya 9.8 faiz, 2019-cu il yanvarın 1-nə 880 baş və ya 3.1 faiz artmış, 2020-ci il yanvarın 1-nə nisbətən 267 baş və ya 0.9 faiz azalmışdır. Daha ətraflı »

  • 26Fev
    Digər MƏNİM QƏHRƏMAN TƏRTƏRİM üçün şərhlər bağlıdır

    Bir zamanlar hüsnü-camalı ilə hər kəsi valeh edən, yağı düşmənin hücumlarına mərd, mətin dayanan, ermənilərin raketlərindən və mərmilərindən bağrı paramparça olan Tərtərim!
    Çox yaxın ötüb-keçən vaxtlarda gözəlliyindən, göz oxşayan əsrarəngiz görkəmindən, yaraşıqlı binalarından, bağbağçandan yazmışdım. Bu gün isə oğlu şəhid olmuş ana kimi məğrurluğundan, şikəst olmuş oğullar kimi qürurundan, şücaətindən söz açacam, mənim igid, qəhraman Tərtərim!
    Nankor, mənfur qonşunun ucbatından başın nələr çəkmişdi?
    Atılan mərmilər bağrını alqan etdi, hər an başının üstünü təhlükə aldı qucağındakı sakinlərin kimi. Köksün raket, top mərmilərindən dağıldı, deşik-deşik oldu. Lakin qamətin əyilmədi. Daha ətraflı »

  • 26Fev
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

                                                                                               DİN VƏ YALAN

    Düz danışmaq və yalanla mübarizə çox böyük əhəmiyyətə malik olan mövzulardandır. İslam dini yalanı şərabdan da çirkin hesab edir. Ancaq bəzi hallarda yalan danışmaq caiz hesab edilir: günahız insanın qətl edilməsi, ölkəyə düşmənin hücum etməsi, möminlər arasında düşmənçilik və nifaq zamanı və s.
    Yalançı insan qarşısında-kını aldatmaq üçün ona yalan deyər. Bu, İslam dinində ən böyük günahlardan hesab edilir. Məsumlardan (ə) gələn hədislərdə başqa böyük günahlar olan oğurluq və zinanın adı çəkilir ki, bəzən mömin ona düçar ola bilir. Əgər tövbə etsə bağışlanar. Lakin yalan möminə yaraşmır və ardınca daha böyük bəlalar gətirir.
    Yalanın növləri:
    – Ciddi deyilən yalan haramdır.
    – Zarafatla deyilən yalan iki halda olur: onun zarafat olduğu məlumdursa, haram deyildir. Ancaq elə həddə olmalıdır ki, yalana adət edilməsin. İkinci halda zarafat olduğu məlum deyildirsə, haramdır. Daha ətraflı »

  • 20Fev
    Digər PREZİDENT İLHAM ƏLİYEV: QARABAĞI CƏNNƏTƏ ÇEVİRƏCƏYİK. üçün şərhlər bağlıdır

    Vətən müharibəsi xalqımızı Müzəffər Ali Baş Komandanın, Prezidentin ətrafında daha da sıx birləşdirdi, xalq dövlət birliyinin ən bariz nümunəsini göstərdi. Bugünki uğurumuz, bu şanlı qələbəmiz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Prezident İlham Əliyevin uğurla və böyük uzaqgörənliklə davam etdirdiyi siyasət nəticəsində mümkün oldu. 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı haqqında mif uydurulmuş Ermənistan ordusu çökdürüldü. Qüdrətli ordumuz dünyaya sübut etdiki, Azərbaycan sülhpərvər, humanist dövlət olsa da, öz torpaqlarını kiməsə güzəştə getmək niyyətində deyil. Tarixi ədalət bərpa olundu. İşğaldan, əsirlikdən azad edilən digər torpaqlarımız kimi ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Laçın rayonu da 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Ali Baş Komandanın 14 fevral Laçına səfəri zamanı Laçınlılara və xalqımıza səslənərək erməni mənfurlarının öz doğma torpaqlarından uzaq saldığı Laçınlıların yurd həsrəti bitdi sözlərini deməsi Qarabağa böyük qayıdışın qısa zamanda reallaşmasından xəbər verir.

    İşğaldan azad olunmuş ərazilərdə külək və günəş enerjisinin potensialının böyük olması bu ərazilərdə kənd Daha ətraflı »

  • 19Fev
    Xəbərlər YARANMA GÜNÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 9-cu ildönümü münasibəti ilə xidmətin Tərtər rayon şöbəsinin əməkdaşları Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

    Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 9-cu ildönümü münasibəti ilə xidmətdə fərqlənən Tərtər rayon şöbəsinin bir qrup əməkdaşı rayon icra hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunub.

  • 19Fev
    Xəbərlər TƏHSİL NAZİRİ UNİCEF VƏ BQXK NÜMAYƏNDƏLƏRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    Təhsil naziri Emin Əmrullayev UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliklərinin rəhbərləri ilə birlikdə Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində Tərtərdə ciddi ziyan dəymiş məktəblərlə tanış olub.
    Xarici tərəfdaşlar dağıdılmış binaların, Tərtər rayonu Düyərli kənd tam orta məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi olublar.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara 44 gün davam edən Vətən müharibəsi müddətində ermənilərin atdığı mərmilərdən rayona dəymiş ziyan barədə ətraflı məlumat verib.
    Daha sonra bu ərazilərdə təhsil alan şagirdlərlə görüş keçirilib.