Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev
    Xəbərlər QAYĞIKEŞLİK üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən “şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Tərtər Rayon Təşkilatı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərin ailələri ilə görüşlər keçirir. Bu günlərdə keçirilən görüşlərdə YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov, rayon təşkilatının Şura üzvü Kamil Məmmədov və fəal YAP üzvü Eldar Əsədov rayonun Yenikənd kəndindən şəhid Qasımov Azər Yaqub oğlunun və Hacallı kəndindən şəhid Sabirli Əjdər Xanlar oğlunun ailələrini ziyarət etdilər. Ziyarət zamanı qeyd olunub ki, şəhid Qasımov Azər Yaqub oğlu müddətdən artıq hərbi qulluqçu kimi Aprel 2016-cı il döyüşlərində və Vətən müharibəsində qəhrəmanlıqlar göstərib. O, rayonun Suqovuşan qəsəbəsinin azad edilməsi zamanı şəhid olub. Azər Qasımov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
    Rayonun Hacallı kənd sakini Sabirli Əjdər Xanlar oğlu Tərtər rayonunun Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirəsinə ucalıb.

  • 10Fev
    Kənd Təsərufatı TƏLİM KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən Tərtər rayonunun İrəvanlı kəndində tarla şəraitində təlim keçirilib. Pandemiya dövrünün tələblərinə uyğun olaraq, 10 nəfərə qədər fermer və aqrar mütəxəssisin iştirak etdiyi təlimdə məqsəd payızlıq əkinlərə qulluğun səmərəliliyini yüksəltmək üçün fermerləri məlumatlandırmaq, həmçinin yazlıq əkinlərə hazırlıq işləri ilə əlaqədar görüləcək aqrotexniki tədbirlərin gecikməməsi üçün mütəxəssis tövsiyələrini vermək olub.
    Təlimçi Bayram Əliyev “Taxıl əkinlərində xəstəlik və zərərvericilərə, siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda çıxış edib.
    Mərkəzin baş aqronomu Alim Əliyev dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi, yemləmə gübrələrinin verilməsi, birləpəli və ikiləpəli alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunmasından bəhs edib.
    Sonda Fermerləri maraqlandıran suallar cavablandırılıb.

  • 10Fev
    Digər AZƏRBAYCANIN ƏRAZİSİ DÜNƏN VƏ BU GÜN üçün şərhlər bağlıdır

    Hər bir azərbaycanlı öz tarixini bilməlidir. Xüsusən də Rusiya imperiyasının “Parçala hökmranlıq et” şüarı altında həyata keçirdiyi müstəmləkə siyasətinin Azərbaycan xalqı üçün necə acı nəticələr verdiyini unutmamalıdır. Türkmənçay müqaviləsi Qarabağ faciəsinin başlanğıcıdır. Çünki Rusiya imperiyası bu müqavilədən sonra Azərbaycanın dilbər guşələri olan İrəvan, Qarabağ, Naxçıvan torpaqlarına 130 min erməni ailəsini İran ərazisindən köçürərək gətirmişdir. Şıxarx ərazisindəki “Marağa 150” yazılmış abidə bunun bariz nümunəsidir. Daha ətraflı »

  • 10Fev
    Digər Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır

                                                                   SƏBUHİNİN 19 İLLİK ƏBƏDİ ÖMRÜ

    Birinci Qarabağ müharibəsinin atəşkəsi illərində onu taleyi eldən-elə– doğma Azərbaycanımızın bir rayonundan digərinə– Tər-tərdən Şəkiyə aparıb çıxardı. Qarabağ müharibəsi Ve-teranı olan oğlanla ailə həyatı qurdu O. Allahın qisməti ilə razılaşaraq bu iki nəfər bütün çətinliklərə qatlaşıb həyatlarının 20 ilini birgə yaşadılar və tükənməz arzularla 2 övlad – 1 qız və 1 oğlan böyütdülər. Yeni-yeni Allaha şükür edirdilər. Ata-ananın arzusu övladlarını ağıllı, əli çörəkli, xoşbəxt görmək idi. Bu, onların 20 illik zəhmətlərinin bəhrəsi olardı. Qarşıdakı olacaqlar nəinki zəhmətkeş valideynlərin, heç yaxın doğmaların da ağlına gəlməzdi. Gün gəldi ki, hamı kimi onlar da oğullarını–Səbuhini doğmaların və dostların xeyir-duası ilə, şadyanalıqla hərbi xidmətə yola saldılar. Gedərkən ona hərbi xidmətini kişi kimi başa vurmağı, qayıdanda komandirlərin təşəkkür və fəxri fərmanları ilə qayıtmağı arzu etdilər. Səbuhinin cavabı isə bu oldu: “İl yarım nədir ki, əlbəttə, elə olmalıdır, əsgərlik bizim Vətən qarşısındakı müqəddəs borcumuzdur, onu ləyaqətlə yerinə yetirib qayıtmalıyıq”.
    Düz 1 aydan sonra ata, ana, bacısı və digər bir neçə nəfər yaxını and içmə tədbirinə yollandı.Görüş anları qürur dolu hisslərlə keçdi, gedənlər sevinclə geri döndülər. Sonralar bir neçə dəfə Səbuhinin görüşünə də getdilər. Daha ətraflı »

  • 10Fev
    Digər Qazilərimiz üçün şərhlər bağlıdır

                                                                                                    GİZİR ƏHMƏD

    Əhməd İsmayılov Füzuli rayonunda doğulsa da Tərtər şəhərində böyüyüb, burada orta təhsil alıbdır. 2 saylı tam orta məktəbin məzunu olubdur.
    Hələ yeniyetmə yaşlarında idmanın kinqboksinq növü ilə məşğul olmağa başlayıb. İdmana gündən-günə artan marağı onu 5 qat Azərbaycan çempionu, idman ustası kimi tanıdıb. On ildən çox 2004-2016-ci illərdə rayonumuzda kinqboksinq üzrə baş məşqçi işləyib. Yüzlərlə yeniyetmənin idmançı kimi yetişməsində onun zəhməti danılmazdı. Bu yeniyetmələrin hər biri fəxri kürsüyə çıxaraq məşqçilərinə şöhrət qazandırıblar. Əhməd müəllim Naxçıvanda hərbi xidməti zamanı da idmanın bu növündən ayrılmayıb. Həm Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirib, həm də yeni idmançıların yetişməsinə nail olub. Hətta ulu öndər Heydər Əliyevin Naxçıvana səfəri zamanı hərbi hissədə nümunəvi xidmət etdiyi üçün onunla görüşü olub.
    Bu gün isə Əhməd İsmayılov bir döyüşçü kimi ad qazanır. Əhməd müəllim 2016-cı ilin aprel döyüşlərindən sonra Orduya yazılmaq qərarına gəlir və xüsusi təyinatlı kəşfiyyat taborunda xidmətə başlayır. Daha ətraflı »

  • 10Fev
    Digər İŞIQLI ÖMÜR üçün şərhlər bağlıdır

    Həyatda insanlar olur çeşid-çeşid, yadda qalanı, unudulanı, gərəklisi-gərəksizi. Hər biri də bu həyatın şirinini-acısını fərqli çəkir. Kimisi günlərini ehtiyacsız, kimisi zəhmətlə, alın təri ilə yaşayır. Alın təri ilə yaşanan ömür halal ömürdür. Bu halallıq insanı həmişə başı uca, gözü kölgəsiz edər. Belə insanlardan biri də rayonumuzda camaat arasında öz sadə peşəsi ilə tanınan, həmişə zəhməti ilə gərəkli olan, evlərimi-zi, küçələrimizi ürəyinin istisi və əməyinin nuru ilə işıqlandıran elektrik montyoru bacarığı və işgüzarlığı ilə tanınan İkram Qəribovdur.
    Bu günlərdə baş redaktorun tapşırığı ilə onunla redaksiyada görüşüb söhbət etdik. Suallarıma cavab olaraq özündən və peşəsindən söz saldı. Bildirdi ki, Dəmirçilər kənində anadan olub, o kəndə də boya başa çatıb. Sadə kolxozçu ailəsinin 10 övladından 7-cisi olub. Uşaqlıq illərindən ata-anasının zəhmətkeş insanlar olduqlarını görüb. Ailənin digər övladları kimi o da atası Usubdan, anası Mülküdən öz halal zəhməti ilə çörək qazanmağı öyrənib. Hələ gənclik dövründə Mingəçevir şəhərində tikinti idarəsində və su-elektrik stansiyasında müxtəlif işlərdə çalışmış, 1982-ci ildən doğma Tərtər rayonuna qayıtmış və əmək fəaliyyətini davam etdirmişdir. On ilə qədər subartezian quyularının istismarı idarəsində çilingər kimi çalışmışdır. 1992-ci ildən isə Tərtər rayon Elektrik Şəbəkəsində montyor peşəsində işləyir.
    İkram Qəribov işinin vurğunudur. Daha ətraflı »

  • 10Fev
    Səhiyyə DÜNYANIN GÖZLƏDİYİ PEYVƏND üçün şərhlər bağlıdır

    Artıq bir ildir ki, yeni növ koronavirus Yer üzündəki bütün xəstəlikləri arxa plana keçirərək bəşəriyyətin bir-nömrəli probleminə çevrilib. COVID-19 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunandan bəri bütün ölkələr bu virusla mübarizəyə qalxıb və savaş aparır. Dünya tibbi, müxtəlif ölkələrin elm adamları insanlıq üçün yeni olan bu bəlanı “susdurmaq” naminə səfərbər olub.
    Azərbaycan hələ sentyabr ayında Qlobal Peyvəndlər Alyansı (KAVİ), Epidemiyaya Hazırlıq İnovasiyalar Alyansı (CEPI) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yaradılan COVAX platformasına qoşulan ilk ölkələrdən olubdur.
    Çin alimləri COVID-19-un genomunu açıqladıqdan sonra isə əczaçılıq şirkətləri, laboratoriyalar, ayrı-ayrı alimlər və həkimlər koronavirusa qarşı peyvənd axtarışına başladılar. Müxtəlif qorunma və qabaqlayıcı tədbirlərə, Daha ətraflı »

  • 10Fev
    Milli-mənəvi dəyərlər NƏ ÜÇÜN “18+” üçün şərhlər bağlıdır

    Bu yaxınlarda televiziyada bir veriliş gedirdi. Verilişin aparıcısı çıxış edən ziyalıdan nə üçün bəzi fikirlərini “18+” yazıb paylaşdığını soruşdu. Çavab hər kəsi düşündürməlidi: “18+”a yazmasam, heç kəs oxumur”.
    Çox utancverici haldır. Yəni hardasa bizim dünyagörüşümüzdə, tərbiyəmizdə bir əngəl var. Ən dəyərli, gözəl, ziyalı sözü olan yazının da, “18+”da verilən yazıların da oxucu sayına baxsaq, bunu aydın görərik.
    “Dunya beş günlükdür”– deyib yüngül həyat tərzi keçirənlərinmi sayı artıb, efirə çıxıb mədəniyyəti olmayan mədəniyyətdən, 2-3 dəfə ailə quran ailə nümunəsindən, tərbiyəsiz olan tərbiyədən danışanlarmı bizi bu günə qoyub?!
    Bəlkə, doğrudan da, böyükləri düşündürən, samballı fikirləri, yazıları paylaşaq “18+”– da? Görən bu yolda tərbiyəsində səhvə yol verdiyimiz övladlarımızı düzgün yola qaytara bilərik?!
                                                                                                              Svetlana ƏZİZOVA

  • 10Fev
    Digər Replika üçün şərhlər bağlıdır

                                                                             SUSUZ QALAN REDAKSİYA

    3 ildir ki, “Yeni Tərtər” qəzetinin redaksiyası susuz qalıb. Səbəbi də odur ki, yeni su xətləri çəkiləndə yeni sayğac almalıydıq və yeni layihə çəkdirib “Azərsu”da təsdiq elətdirməliydik. Bunları eləməyə maddi vəsaitimiz çatışmırdı. Həm də redaksiyanın su kranı ilə ana su kəmərinin arası cəmi 2 metr ola, ya olmaya və əsası sayğaca qədər su xətti çəkilmişdi. O vaxtki Su-Kanal idarəsinin rəisi Elnur Abbasov “iki ayağını bir başmağa dirədi” ki, yox, ya sayğacın pulunu verib, texniki şərt alın, ya da ol-maz! Bu məsələ rayon rəhbərliyindən tutmuş “Azər-su”ya qədər gedib çıxdı, lakin redaksiyaya su verilməsi mümkün olmadı…
    İndi 3 ildir ki, rayon qəzetinin əməkdaşları qonşulardan su “dilənir”. Bəzən 5 manat verib, 2-3 vedrə su alırıq. Amma yenə də maddi imkanımız yol vermir ki, 600-700 manat ödəyək, hazır su xəttinin kranını açıb, istifadə edək.
    Eybi yox, daha su dilənçiliyinə vərdiş eləmişik. “Yoxdan Allah da bezardır”.
                                                                                                                                                          “Yeni Tərtər”

  • 10Fev
    Ədəbiyyat ZƏFƏR NƏĞMƏSİ üçün şərhlər bağlıdır
    Otuz illik həsrətə

    Axır ki, son qoyuldu.

    Yağı düşmən it kimi

    Torpağımdan qovuldu.

     

    İndi nə köçkünüm var,

    Nə həsrət yerlərim var.

    Onların əvəzində

    İgid əsgərlərim var.

     

    Ordumuz yumruğuyla

    Əzdi düşmən başını.

    Qələbəylə qurtardı

    Qarabağ savaşını.

    Şuşada dalğalanan

    Bayraq qələbə andım.

    Görüm səni yüz yaşa

    Ali Baş Komandanım.

                                      Mirzə Məmmədov

    Yazdı qızıl həriflə

    Tarixlərə adını.

    Qarabağda qaldırdı

    Üçrəngli bayrağını.