Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,456
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy
    Digər QARABAĞ BİZİMDİR! üçün şərhlər bağlıdır

    Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
                                                                                                                                   İlham ƏLİYEV,
                                      Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan                          

                                                                                                                     Cəbrayıl

    Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir.
    23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar.
    4 oktyabr 2020-ci ildə Cəbrayıl şanlı ordumuz tərəfindən işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.

  • 30Noy

    Digər üçün şərhlər bağlıdır

                                                                                                             Füzuli

    1993-cü ildən ərazinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
    Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
    Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır.
    2020-ci il 17 oktyabr tarixində Füzuli şəhəri işğaldan tam azad olunmuşdur.

  • 30Noy

    Digər üçün şərhlər bağlıdır

                                                                                                          Zəngilan

    1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub.
    Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görüb.
    Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
    Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 min nəfərdən çox olub.
    İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, Daha ətraflı »

  • 30Noy

    Digər üçün şərhlər bağlıdır

                                                                                                       Qubadlı

    14 mart 1933-cü ildə yaradılmışdır.
    İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə, 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır.
    Qubadlı 25 oktyabr 2020-ci il tarixdə erməni işğalından azad olunmuşdur.

  • 30Noy

    Digər üçün şərhlər bağlıdır

                                                                                                              Şuşa

    1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən, 289 kvadrat kilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı.
    Mayın 8-nə keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.
    Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min insan öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. Daha ətraflı »

  • 30Noy

    Digər üçün şərhlər bağlıdır

                                                                                                                Ağdam

    Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1150 kvadrat km, əhalisi 153000 nəfər olub.
    Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı , 15 şərab zavodu, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşirdi.
    Ağdamın şəhid sayı 6570 nəfər, Milli Qəhrə-manı 16 nəfər, döyüşlərdə iştirak edən ağdamlı sayı 40,000 nəfər, ağdamlı Qarabağ qazisi 4950 nəfər olub.
    Ağdam şəhəri işğal zamanı erməni vandalları tərəfindən vəhşicəsinə talan edilib.
    Ağdam 20 noyabr 2020 tarixdə işğaldan azad olunub.

  • 30Noy

    Digər üçün şərhlər bağlıdır

                                                                                                         Kəlbəcər

    Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
    10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 15 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verməli idilər. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı.
    Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.
    1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək Daha ətraflı »

  • 30Noy

    Digər üçün şərhlər bağlıdır

                                                                                                                 Laçın

    Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 28 il ötmüşdür.
    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub.
    1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qü̈vvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu.
    1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub. Daha ətraflı »

  • 30Noy
    Səhiyyə KORONAVİRUSDAN UŞAQLARI QORUYAQ üçün şərhlər bağlıdır

    21-ci əsrdə baş verən koronavirus infeksiyası (COVID-19) pandemiyası (törədici SARS-CoV-2 virusu) 2019-cu ilin dekabr ayında Çində başlamış və hazırda bütün dünyaya yayılmaqda davam edir. Azərbaycan daxil olmaqla, bütün dünyada koronavirus infeksiyasına tutulmuş xəstələr arasında COVID-19-un uşaqlar üçün böyüklərə nisbətən yüksək risk təşkil etmədiyi müəyyən edilmişdir. Bəzi uşaqlar və körpələr COVID-19 ilə xəstələnsə də, bu günə qədər xəstələnmə hallarının əksəriyyətini böyüklər təşkil edir. Lakin koronavirus infeksiyası pandemiyası uşaqlarda emosional dəyişikliklərin yaranmasına səbəb olur. Daha ətraflı »

  • 30Noy
    Digər TƏRTƏR RAYONUNUN SUQOVUŞAN VƏ TALIŞ KƏNDLƏRİ üçün şərhlər bağlıdır

                                                                                                            Suqovuşan
    Suqovuşan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
    Kənd 3 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Madagiz adlandırılan bu kəndin adı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmışdır.
    Kənd ərazisində Suqovuşan su anbarı və Madagiz 1 su elektrik stansiyası yerləşir. Daha ətraflı »