Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Noy
    Tərtər RİH-də TƏRTƏR ŞƏHƏRİNİN BAŞ PLANININ İLKİN VARİANTININ TƏQDİMATI OLUB üçün şərhlər bağlıdır

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında hazırlanan Tərtər şəhərinin Baş planı layihəsinin ilkin variantının təqdimatı olub.
    Təqdimat mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Mərasimdə Baş planda tətbiq olunan yeniliklər haqqında ətraflı məlumat verilib. Sonda layihənin ictimai müzakirəsi keçirilib.

  • 20Noy
    Səhiyyə AZTƏMİNATLI AİLƏLƏRƏ DÖVLƏT QAYĞISI üçün şərhlər bağlıdır

    Möhtərəm Prezidentimiz dəfələrlə bəyan edib ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə aztəminatlı ailələrin, sosial cəhətdən az müdafiə olunan vətəndaşların, döğma yurdlarından didərgin salınmış məcburi köçkünlərin, əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin yaşayışı, məşğulluğu, həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsasını təşkil edir. Bu gün, ilk növbədə, həmin kateqoriyalardan olan həssas qəlbli insanlar mənzillərlə, evlərlə, maşınlarla təmin edilir. Onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Əlillər və aztə-minatlı ailələr daim dövlət qayğısı ilə əhatə olunurlar. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 25 fevral 2019-cu il tarixli Sərəncamı xüsusilə qeyd edilməlidir. Bu sərəncam əlillərin, aztəminatlı ailələrin, sağlamlıq imkanları məhdud insanların həyat səviy-yəsinin yüksəldilməsində mü-hüm rol oynadı. Eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına, beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırıldı. Daha ətraflı »

  • 20Noy
    Xəbərlər NÖVBƏTİ MONİTORİNQ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.
    Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.
    Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması Daha ətraflı »

  • 20Noy
    Xəbərlər MÜRACİƏTLƏRƏ YERİNDƏ BAXILIB üçün şərhlər bağlıdır

    Əskipara kənd sakinlərinin örüş torpaqlarının zəbti ilə bağlı müraciətlərinə əsasən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon prokuroru Şıxəli Alməmmədov, polis şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər Rayon Şö-bəsinin rəisi Ülvi Kazımov, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibov Əskipara kəndinə gedərək vətəndaşları qəbul etmişlər. Rayon rəhbəri vətəndaşlara bildirmişdir ki, örüş torpaqları heç vaxt əkilə bilməz, torpaqlar təyinatı üzrə istifadə olunmalıdır. Daha ətraflı »

  • 20Noy
    Xəbərlər AZADLIĞIN HÜQUQİ TƏMİNATI üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə YAP Tərtər Rayon Təşkilatı 12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirdi.
    Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açaraq, 1995-ci il noyabrın 12-də Azərbaycan xal-qının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu– Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə de-mokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını qeyd etdi. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Daha ətraflı »

  • 20Noy
    Təhsil VƏSİQƏ QAZANIBLAR üçün şərhlər bağlıdır

    Seydimli kənd tam orta məktəbində basketbol idman növü üzrə “Məktəblilərin Respublika “Çempionatı”nın rayon mərhələsi keçirildi. Yarışın nəticəsinə əsasən Seydimli kənd tam orta məktəbin komandası I yeri, şəhər 1 saylı tam orta məktəbin komandası II yeri, Hüsənli kənd tam orta məktəbin komandası isə III yeri tutmuşlar. Qalib komandalar idarəmiz tərəfindən diplomlarla təltif edildilər. I yerin qalibi Seydimli kənd tam orta məktəbin komandası zona mərhələsinə vəsiqə qazandı.

  • 20Noy
    Digər Azərbaycanın Milli Qəhrəmanları üçün şərhlər bağlıdır

    DAŞA DÖNMÜŞ QEYRƏTLİ OĞUL

    Sal qayanı xatırladan bir qranit daşın önündə özüm də bu daşa dönmüşəm. Gözlərim bu sal qayada tişə ilə qazılmış şəklə baxır, fikrim isə məni keçmişlərə çəkib aparır…
    –1948-1953-cü illər… Ermənilər öz əqrəb xislətlərini yenə dünyaya bəyan edirlər–növbəti dəfə Azərbaycanın Qərb hissəsindən–dədə-baba yurdlarından soydaşlarımızı zorla qovub çıxardır, qırğınlar, talanlar törədir, silahsız, köməksiz insanları qanlarına qaltan edir, misli görünməyən, ağla gəlməyən işgəncə üsulları ilə uşağa, qarıya, qocaya baxmadan əzab verərək öldürür, vəhşiləri belə heyrətdə qoyan vandalizmə əl atırdılar. Bu, onların zaman-zaman əxz etdikləri və qanlarına, canlarına hopmuş məkrlərinin növbəti təzahürü idi. Sağ qalanlar canlarını götürüb
    bu qaniçənlərin əlindən hara gəldi qaçırdılar. Daha ətraflı »

  • 20Noy
    Digər TƏRTƏRİN ÜÇÜNCÜ MİLLİ QƏHRƏMANI üçün şərhlər bağlıdır

    Biz indiyədək elə bilirdik ki, Tərtərin iki Milli Qəhrəmanı var–Vəzir Orucov və Elman Hüseynov. Lakin indilərdə öyrəndik ki, tərtərli 3-cü Milli Qəhrəman da olub. Bu, Füzuli Rüstəmovdur

    * * *

    İnsan dünyaya gələndə necə böyüyəcəyindən, həyatının necə davam edəcəyindən xəbəri olmadığı kimi, ömrünün də harada tamamlandığından xəbərsiz olur, yaşının hansı çağında bu dünya ilə vidalaşacağını düşünmür. Xoşbəxt insan odur ki, hansı yaşda, harada işıqlı dünyanı tərk etməyindən asılı olmayaraq, yaddaşlarda qalır, ürəklərdə anılır.
    Füzuli Salah oğlu Rüstəmov Tərtərin Hüsənli kəndində doğulmuşdur. O, 1965-ci ilin şaxtalı bir qış günündə–25 dekabrda dünyaya gələndə ata-ananın sevinci, fərəhi yerlə göy arası olmuşdu. Füzuli bu sevinc və sevgi ilə böyüyürdü. Lakin, həyatın amansızlıqlarından, hələ uşaq yaşlarından anasını və atasını itirərək yetimçiliyin acısını dadacağından xəbərsiz idi. Erkən valideyn itkisi onu babası Kərim kişinin himayəsində, xalası Səkinə xanımın qayğısı ilə Xocalı şəhərində yaşamağa vadar etmişdi. Füzuli ondan da xəbərsiz idi ki, azğın, fitnəkar ermənilər növbəti dəfə azərbaycanlıları öz doğma yurd-yuvalaından didərgin salacaqlar, Xocalı kimi qanlı soyqırımı tariximizə yazacaqlar.
    İllər ötürdü. Füzuli böyüyüb ərgən yaşa çatmışdı. O, bütün oğlanlar kimi Vətənə borcunu vermək üçün hərbi xidmətə yollanır, Sovet ordusu sıralarında xidmət edir. İki illik hərbi xidmət dövrü Füzulini qoçaq, mərd bir əsgər kimi tanıdır. Daha ətraflı »

  • 20Noy
    Ədəbiyyat Tarixi yaradan şəxsiyyətlər üçün şərhlər bağlıdır

    ŞAH İSMAYIL XƏTAİ

    Cahanşümül və qüdrətli dövlət başçıları tariximizdə silinməz izlər qoyublar. Bunlardan biri də Şah İsmayıl Xətai olub.

    HƏYATI VƏ HAKİMİYYƏTİ

    Azərbaycan tarixində misilsiz xidmətləri olan hökmdar, şair və sərkərdə Şah İsmayıl Xətai 1487-ci il iyun ayının 23-də Ərdəbil şəhərində dünyaya gəlib. Onun anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yəqubun bacısı idi. Atası Şeyx Heydər, babası isə Şeyx Cüneyd idi. Dahi şəxsiyyətin həyatı uşaq vaxtlarında təhlükədə olub. Əgər onu 6 yaşında müridlər gizlətməsəydilər öldürüləcəkdi. Əvvəlcə Rəştə sonra Lahicana aparılıb, 7 yaşında Gilan hakimi Mirzə Əlinin sarayına gətirilib. Oradada Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. 6 il burada qalan İsmayıl alimlərdən dini, dünyəvi və hərbi təlimlər alır.
    Xətainin gördüyü işlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Daha ətraflı »

  • 20Noy
    Ədəbiyyat AÇILINCA SOLAN GÜL üçün şərhlər bağlıdır

    Bu gül Tərtər rayonunun Dəmirçilər kəndində yaşayan, uzun illərdən bəri məclislərimizdə əhvalımıza şirinlik qatan tanınmış müğənni İnqilab Əsgərovun ömür bağında açılmışdı–Elməddin gülü…
    Elməddin doğulduğu kənd məktəbində orta, polis akademiyasında isə ali təhsil almışdı. Fəxri gənclərimiz sırasında olan Elməddin Tərtərdə ixtisası üzrə bir müddət işlədikdən sonra Füzuli rayonuna (Horadiz) göndərilmişdi. Orada çalışdığı iki ay olar-olmaz gözlənilməz maşın qəzası onun bütün arzularına və ömrünə əbədi nöqtə qoydu.
    Hələ gələcək həyatı haqqında düşünməyə macal tapmamış, bir könül həmdəmi seçib, əzizlərini sevindirməmiş həyatını qəfil gələn əcələ əziz dostuymuş kimi verdi.
    Artıq Elməddin haqqında söhbət düşən yerlərdə hər kəsin dilindən bircə söz eşidilir:
    “Təəssüf!!!”
    Mən də böyük Allahdan Elməddinin ruhuna rəhmət, doğmalarına səbr diləyir, “başınız sağ olsun!”–deyirəm. Daha ətraflı »