Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Noy
    Ədəbiyyat MÜQƏDDƏS SÖZ üçün şərhlər bağlıdır

    Həmişə Talıb Məmmədli ilə görüşəndə, onun şeirlərini dinləyəndə müqəddəs SÖZ-ə ehtiramım bir az da artır və qəribədir ki, həmişə də fikrimdən oxşar cümlələr keçir. Mən bir neçə dəfə Talıbdan yazmışam və bu yazılar müqəddəs SÖZ-ə ithafla başlayıb. İndi də o cazibədən çıxa bilmədim.
    Həzrəti SÖZ-ə həmişə səcdə qılmışam. Çünki mənim üçün “Zati-aliləri” də, “Əla-həzrət” də SÖZ-dü. SÖZ qiblədir, SÖZ səcdəgahdır, SÖZ pirdi, ocaqdır! SÖZ Allah hökmüdü! “Ol!” deməklə küllü-kainat yaranıbsa, SÖZ qüdrətdir, SÖZ hökmdür, SÖZ hikmətdir! Və nəhayət SÖZ insanın kimliyidir–“Danış, kim olduğunu deyim”.
    “Tanıtsa, bir misra tanıdar məni”( Məmməd Aslan).
    Talıb Məmmədlini də (Həsənoğlu) tanıdan söz olub, onun şeirlərində SÖZ urvata minir, öz ucalığını qoruyub saxlayır, hər kəlməsinə fikir yüklənir, məna bələnir. Bir poetik ovqatdır Talıbın şeirlərinin hər misrası, hər beyti. Bəziləri kimi SÖZ oyunbazlığı eləmir, SÖZ-ə zor tətbiq etmir. Onun şeirlərində SÖZ ucuzlaşmır, əksinə, kəlmələrə bulaq axarı verir, düşüncələri sığallı, tumarlı olur.
    Talıb Məmmədli əsasən heca vəznində yazır. Qoşma, gəraylı, təcnis…
    Onun təcnisləri həmişə məni heyrətdə qoyur. Çünki zaman-zaman təcnis yazan azman ustadlarımız cinas qoymayıblar ki, qalsın, sən də onu yazasan. Yəni SÖZ qəhətliyində, cinas matahlığında axtar ki, yeni bir ifadə tapacaqsan! Bu, gecənin qaranlığında iynə axtarmaq kimi bir şeydi.
    Siz Abbas Tufarqanlıdakı cinaslı SÖZ düzümünə baxın:

    Atasınnan, anasınnan
    Gül gəzindi, gül gəzindi.
    Atasınnan, anasınnan
    Gül, gəz, indi, gül, gəz, indi.

    Yarı ağ libada gördüm,
    Yarı ağlı badə gördüm,
    Yarı ağlı bada gördüm,
    Gülgəzindi, Gülgəzindi. Daha ətraflı »

  • 25Noy

    Ədəbiyyat üçün şərhlər bağlıdır
    Dünyama dünya

    Bir dünyam varydı–könül dünyası,

    Əcəb ad vermişdim dünyama–Dünya.

    Saldı öz gününə, viranə qoydu,

    Yaman əl gəzdirdi dünyama dünya.

     

    Sənnən güclüydümü bir para qansız?

    Kim dedi qan ağla, kim dedi qan sız?

    Görəndə şad-xürrəm, görəndə qansız,

    Həsədmi apardın dünyama, dünya?!

     

    Dağıtdın , bələndi ömür-gün aha,

    Talıb sahib idi hansı günaha?

    İndi ha boylanım ötən günə, ha,

    Bir də abad olmaz dünyam, a dünya.

     

    Dəyən dəydimi

    Dağlar, o ləzətlər, yaylaq, o dəmlər

    Sıx alaçığında, dəyəndəydimi?

    Dərədə baldırğan baş qaldıranda,

    Döşdə dağ moruğu dəyəndəydimi?!

     

    Gəldi bədnəzərin yaman gözünə,

    Xəyanət də qatdı yaman gözünə.

    İti bir ox kimi yaman gözünə

    Alaçığın dəydi, dəyən dəydimi?

     

    Oldum o çağlar ki, qonaq mən sizə

    Doğmatək sarmaşan məndim, mən sizə.

    Mən sizsizə döndüm, siz də mənsizə,

    Talıbtək sizə də dəyən dəydimi?!

    Düzgünə Talıb

    Dövran avamlığa dönüşdü hələ,

    Nadana nizam nə, düzgü nə, Talıb?

    Deyinmə, dərd verən verib çəkməyə,

    Böl aya, həftəyə, düz günə, Talıb.

     

    Dərdə libas deyib ulu köhnələr,

    Mərdanə geyin ki, sən də köhnəl ər.

    Qüssədən nəm çəksə solar, köhnələr,

    Sər təmiz havaya, düz günə, Talıb.

     

    Nə qəza ötüşməz, nə qədər hələ,

    Nə qədər “bəlkə” var, nə qədər “hələ”.

    Hədəf olacaqsan nə qədər hələ,

    Bəşər əyri deyir düzgünə Talıb.

     

    Yetişdirməz çəmən sözü, düz sözü,

    Qəlbinnən dər bişmiş sözü, düz sözü.

    İnci kimi, sədəf kimi düz sözü,

    Qanan qiymət verər düzgünə Talıb.

     

    Acı var

    Təzadlıdı bu həyatda nə varsa,

    Həm şirin var, həm gərəkli acı var.

    Şirininə dodaq büzən toxları,

    Acısına möhtac olan acı var.

     

    “Tozdu” deyib, “çirkdi” deyib tox una,

    İstəyər ki, ac qəlbinə toxuna.

    Bu dünyanın vara həris toxuna

    Əziz cannan şirin oldu acı var.

     

     

     

    Qoy eşitsin qınayan da, yazan da,

    Dediyini de məqamda, yaz anda.

    Deməyin ki, Talıb haqlı yazanda

    Acıdildi, sözlərində acı var.

     

    Gözəli gözəl

    Qələmim, dövrana, filana uyma,

    Çirkini çirkin yaz, gözəli gözəl.

    Canlıdı, cansızdı, fərqinə varma,

    İlahi yaradıb gözəli gözəl.

     

    Şahid olsa belə göz oxşamağa,

    Gərək aldanmasın göz, oxşamağa.

    Könül oxşamağa, göz oxşamağa

    Quruca daşın da gözəli gözəl.

     

    Qələm qələm olmaz, billəm yazmadan,

    Günəşi Ay yazıb, Ayı yazma Dan.

    Saxta görülmədən, saxta yazmadan

    Qorusa əl gözü, göz əli, gözəl.

     

    Talıb, şeriyyəti bir gözəl yaz san,

    Gül sözlə özün də bir gözəl yazsan.

    Bir sadə, bir şirin, bir gözəl yazsan,

    Oxunar şerin də gözəli gözəl.

     

  • 25Noy

    Ədəbiyyat üçün şərhlər bağlıdır
    Daha ikimiz də cəhənnəmliyik…

     

    Gözümün nurunu aldı bu təklik,

    Varsan nə yağında, nə tortasında!

    Düzdü, ikimiz də cəhənnəmliyik;

    Mən gendə yanacam, sən ortasında!

     

    Qılıncdan beş-betər kəsərmiş nəzər,

    Böhtannan, qarğışdan, şərdən əlhəzər!

    Dərdlər ürəyimin üstündə gəzər,

    Əcəl eşələnər tən ortasında.

     

    Boş qaldı xəyalda qurduğum evcik,

    Hər sevən taleyə düşməz elçilik.

    Mən xırman çölündə xırda sərçəcik,

    Qismətdən umduğum dən ortasında.

     

    Yuxum səni tapıb-itirər hərdən,

    Bəxtim röyalarda gətirər hərdən,

    Bəbəklər şəklini tor görər hərdən,

    Elə bil yurd salıb çən ortasında.

     

    Sevgi tərk etdisə-ümid də sönər,

    Göylərdən pərişan torpağa enər.

    Fələk bayram edər, Şeytan sevinər,

    Bacarsan, hicranın dön ortasında.

     

     

    Çox əsib-coşardın gözəl yanında,

    Daha, Vahid Əziz, əlləş canında.

    Məhv etdin eşqini alovlarında

    İndi, bacarırsan sən ortasında…

     

    Getmisən…

     

    Gülüm, axı hamı məni tanıyır,

    Bilmədiyin nə öyrənib getmisən?

    İndiyədək çəmən məni qınayır,

    Çiçəklərə gileylənib getmisən.

     

    Yar, olmaya canım sənə qəfəsmiş,

    Aramızdan nə çatlayıb, nə əsmiş?

    Bəlkə sevgi sənin üçün həvəsmiş?

    Ətrafımda veyillənib getmisən.

     

    Axı məni yoxun-varın bilirdin,

    Al günəşin, ilk baharın bilirdin,

    Saçlarımı zirvə qarın bilirdin;

    Bəlkə elə o sellənib getmisən?

     

    Bir zamanlar hər an dil-dil ötərdin,

    Çeşmələrdən, bülbüllərdən betərdin.

    Nə sevincin bəlli oldu, nə dərdin-

    Nə hönkürüb, nə dillənib getmisən.

     

     

     

    Sevənlərdir xatirələr qoruyan,

    Torpaqları göz yaşıyla doyuran,

    Yollar çoxdur insanları ayıran-

    Hara baxsan, şaxələnib getmisən…

     

     

    Tab edərdim məkrindəki qılınca,

    O yaxşıydı – xəzəl olub solunca.  İstəsəydin, su atardım dalınca,

    Göz yaşlarım səpələnib, getmisən…

     

    İnciyib qızların göyçəyi mənnən…

     

    Mən bu ağrıları çoxmu çəkərəm?

    İnciyib qızların göyçəyi mənnən.

    Özüm becərərəm, özüm əkərəm

    Güllər barışdırsa çiçəyi mənnən.

     

    Düşüb ayağına yenəmi gedim, Hansı ağbirçəyi minnətçi güdüm?

    Deyəndə: “Nə alıb hədiyyə edim?”,

    “Can” – dedi, ummadı heç nəyi mənnən.

     

    Ömrümü əlimnən alsa da – mənim,

    Qopub ləçək-ləçək solsa da – mənim,

    İllərlə yanımda olsa da mənim,

    Öyrənmir günahdan keçməyi mənnən…

     

  • 25Noy

    Ədəbiyyat üçün şərhlər bağlıdır
    Yaman yada saldı bu gecə səni…

    Qəlbimi çəkdiyim həsrət üşüdür

    Köksüm isitdikcə şəkillərini.

    Yoxluğun yandıran olmazdı bu cür,

    Yaman yada saldı bu gecə səni!

     

    Səni xəyalımda tutub gedirəm,

    Özgə kimim var ki, pənah gətirəm?

    Qorxuram, özümü elə itirəm;

    Boynuna sarmanam görüncə səni.

     

    İstəklər kor edib, ümid qırmışam,

    Şəkil var bozarır, daha yormuşam!

    Evin bir küncündə evcik qurmuşam,

    Tapantək çəkəcəm bu küncə səni.

     

    Yuxuda lal-dinməz keçdin yanımdan,

    Həyatda dözməzdim havalanmadan.

    İnan ki, canını dırnaqlarımnan

    Didərəm, yanımdan gedincə sənin.

     

    Məhəbbət seliymiş, nə cür biləydim?

    Apardı, daşlardan-daşlara dəydim

    Hərdən düşünürəm: “Bəlkə öləydim,

    Bu cür heyran olub sevincə səni?…”

     

     

     Ətrimi ətrindən, saçınmı bu cür?

    Yaman yada saldı bu gecəm səni.

    Baxma ki, sevgidən gözüm su içmir,

    Ölüncə yolunu güdəcəm sənin…

     

    Gözəl

    Quşlar boylanmaqda yuvalarından,

    Aləmə nəğməli payları gözəl.

    Əfəl gileylənər havalarından,

    Yurdumun günləri, ayları gözəl.

     

     

    Çölləri oyadar çağlayan seli,

    Nəğmələr oxudar çiçəyi, gülü.

    Şimşəyi, yağmuru, çiskini, yeli,

    Büllur çeşmələri, çayları gözəl.

     

    Qara daşından da bal çəkər arı,

    Xarlayıb qurd salar dağların qarı.

    Nəvələr sayanda ağsaqqalları-

    Titrək barmaqlarda sayları gözəl.

     

     

     

        Hansı səsli çatar telli sazına,

    Tarın, kamançanın xoş avazına?

    Göz qoy oğlanına, boylan qızına,

    Mübarək soyları, boyları gözəl!

     

     

    Heyranam millətim yaşadan dilə,

    Var olsun xalqımı oxşadan gülə!

    Yallısız olanı görmədim hələ,

    Elin nişanları, toyları gözəl.

     

    Arzusu çin olsun sevənlərinin,

    Ömrü gülşən olsun qızın, gəlinin.

    Ellərin boy atan körpələrinin

    Səsləri-küyləri, hayları gözəl.

     

    Yaşın çoxaldıqca fəsilbəfəsil,

    Tanı, düşməninlə, dostlarını bil.

    Payızı qayğıkeş, yazı şirindil,

    Vətənin qışları, yayları gözəl…

     

  • 20Noy
    Xəbərlər DÖVLƏT BAYRAĞI GÜNÜ TƏRTƏRDƏ TƏNTƏNƏ İLƏ QEYD EDİLİB üçün şərhlər bağlıdır

    Dövlət Bayrağı Günü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bayram əhvalruhiyyəsi ilə qeyd edilib. Tərtərlilər dövlət bayrağına olan sevgi və ehtiramlarını möhtəşəm yürüşlə ifadə ediblər. Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Bayraq yürüşü”ndə Milli Məclisin deputatı Sahib Alıyev, Müdafiə Nazirliyinin, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri, hərbçilər, Qarabağ müharibəsi veteranları, gənclər, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri, ümumilikdə minlərlə rayon sakini iştirak ediblər.
    Yürüş Heydər Əliyev prospektindən Dövlət Bayrağı Meydanına qədər davam edib. Tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başla-nıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçı-larını bayram münasibəti ilə təbrik edib, Dövlət Bayrağı Gününün qeyd olunmasını dövlətçilik tariximizin əla-mətdar hadisəsi kimi qiymətləndirib. Bildirib ki, üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması üçün xalqımız çətin, eyni zamanda, şanlı mübarizə yollarından keçib. Daha ətraflı »

  • 20Noy
    Xəbərlər YÜRÜŞ TƏŞKİL OLUNUB üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Müdafiə nazirliyinin və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan avto yürüş keçirilib. Qarabağ istiqamətində “Qarabağ Azərbaycandır Və nida” şüarı altında keçirilən yürüş dövlət tərəfindən Qarabağ müharibəsi əlillərinə verilən avtomobillərlə təşkil olunub. Yürüş 3 istiqamətdə eyni zamanda başlayıb: “Bakı-Tərtər”, “Biləsuvar-Beyləqan”, “Qazax-Gəncə”. Hər üç istiqamətdə tədbirlər mitinq ilə başlayıb. Marşrut boyu yerləşən Şəhidlər Xiyabanları ziyarət edilib, şə-hidlərin məzarı üzərinə gül dəstələri qoyulub. Ümummilli liderimiz Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha ətraflı »

  • 20Noy
    Xəbərlər TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon YAP Gənclər Birliyinin, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü mü-nasibəti ilə “Bayraq yürüşü” keçirildi. Mərkəzi Meydandan başlayan yürüş Bayraq Meydanına qədər davam etdi.

  • 20Noy
    Xəbərlər TƏŞƏBBÜS BƏYƏNİLİR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası-nın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü Tərtərdə də razılıqla qarşılanıb. Rayon ərazisində bir gündə 10 min ağac tinginin əkilməsi nəzərdə tutulub.

  • 20Noy
    Tərtər RİH-də QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır

    Evoğlu kəndində keçirilən qəbul-görüşdə Tərtər Rayon İcra
    Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda gedən tikintiabadlıq işlərindən, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətlərindən danışdı.
    Sonra sakinlərin müraciətləri dinlənildi.
    Kənd ağsaqqalı Şahin Hüseynov kənd sakinlərinin fasiləsiz içməli su, qaz, işıqla təmin olunduqları üçün respublika Prezidentinə minnətdarlığını bildirdi. Kəndin baş yolunun asfaltlanmasına, suvarmada olan
    çətinliklərin aradan qaldırılması üçün yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu qeyd etdi. Teyyub Əliyev gənc kadrların irəli çəkilməsinə görə ölkə rəhbərinə minnətdarlıq etdi. Təvəkkül Daha ətraflı »

  • 20Noy
    Xəbərlər SON TAMAMLAMA İŞLƏRİ üçün şərhlər bağlıdır

    Gənclər və İdman naziri Azad Rəhimov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərdə yeni inşa edilən Olimpiya İdman Kompleksində son tamamlama işləri ilə tanış olublar.
    Dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 792 kvad-ratmetrdir. Kompleksdə idmanın müxtəlif növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, Daha ətraflı »