Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Sen
    Tərtər RİH-də RAYON RƏHBƏRİ İŞƏ YENİ QƏBUL OLMUŞ GƏNC MÜƏLLİMLƏRLƏ GÖRÜŞDÜ üçün şərhlər bağlıdır

    Təhsil nazirliyi tərəfindən müsabiqə yolu ilə rayonun müxtəlif məktəblərinə işə qəbul olunmuş müəllimlərlə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun görüşü keçirildi.
    Görüşdə rayon rəhbəri işə yeni qəbul edilmiş müəllimləri təbrik etdi, onlara gənc nəslin təlim-tərbiyəsi kimi şərəfli işlərində uğurlar dilədi. Gənc müəllimlərin hər birini ayrı-ayrılıqda dinləyərək qayğıları ilə maraqlandı, dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışdı.
    Gənc müəllimlər böyük həvəslə öz arzu və istəklərini, qayğılarını rayon rəhbəri ilə bölüşdülər.
    Qeyd edək ki, bu il rayonun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə vakant yerlərə 30-u daimi, 19-u müddətli müqavilə ilə olmaqla 49 nəfər müəllim qəbul edilib.
    Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

    “Yeni Tərtər”

  • 27Sen
    Xəbərlər ABŞ MEDİASININ NÜMAYƏNDƏSİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    Azərbaycan reallıqlarının dünya mediasında işıqlandırılması məqsədi ilə ölkəmizdə səfərdə olan ABŞ-ın tanınmış “Bachelor show” verlişinin baş redaktoru Con Batçelor Tərtər rayonuna səfər edib.
    Səfər çərçivəsində qonaq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb, müsahibə götürüb. Görüşdə icra başçısı rayon haqqında ətraflı məlumat verib.
    Qonaq səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlığını bildirib.
    Sonra rayon rəhbəri qonaq ilə birlikdə təmas xəttində yerləşən Qapanlı kəndində və “N” saylı hərbi hissədə olublar.

    “Yeni Tərtər”

  • 27Sen
    Xəbərlər QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır

    Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib.
    Vətəndaşlar əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülüb. Aksiyada 242 nəfər qan verib.
    Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara kömək etmək hər birimizin vətəndaşlıq borcudur.
    Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

    “Yeni Tərtər”

  • 27Sen
    Digər ƏHALİYƏ MÜRACİƏT üçün şərhlər bağlıdır

    Hörmətli Tərtərlilər!
    2019-cu il oktyabrın 1-10 tarixlərində ölkədə əhalinin siyahıyaalınması keçiriləcəkdir.
    Siyahıyaalma prosesində hər birimizin faydalı əməkdaşlığı yaşadığımız cəmiyyətin inkişafı naminə ödəyə biləcəyimiz mənəvi borcla yanaşı, yerinə yetirməli olduğumuz məcburi öhdəlikdir. Məhz belə əməkdaşlıq nəticəsində toplanan mötəbər məlumatlar əsasında qurulacaq gələcək həyatımız bizim siyahıyaalmaya olan ciddi münasibətimizdən asılıdır.
    Siyahıyaalmanın gedişinə şəxsi həyata aid bütün fərdi məlumatlar qorunacaq və konfidensiallıq təmin ediləcəkdir.

    TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ

  • 27Sen
    Xəbərlər DÖVLƏT KOMİTƏSİNİN SƏDR MÜAVİNİ MƏCBURİ KÖÇKÜNLƏRİ QƏBUL EDİB üçün şərhlər bağlıdır

    Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov Tərtər rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib. Qəbul zamanı 70 nəfər məcburi köçkünün müxtəlif sosial problemlərlə bağlı müraciətləri dinlənilib və araşdırılmaq üçün qeydə alınıb.
    Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir.
    Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir. Daha ətraflı »

  • 27Sen
    Digər SIRALARIMIZ GƏNCLƏRLƏ ÇOXALIR üçün şərhlər bağlıdır

    Tərtər şəhər İƏD-də növbəti yığıncaq keçirildi. Yığıncaqda şəhər nümayəndiliyi üzrə məktəbəqədər müəssisələrin nümayəndələri iştirak edirdi. Tədbirdə YAP üzvlərinin boy sırasının artırılması müzakirə edildi. Məsələ barəsində şəhər icra nümayəndəsi Sahib Həsənov geniş məruzə ilə çıxış etdi.
    Məruzəçi əvvəlcə Tərtər rayonunda Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, partiya sıralarına ilk daxil olan üzvlərdən və partiyanın keçdiyi keşməkeşli yollardan danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası xalq partiyasına, Azərbaycanın nicat partiyasına çevrildi. 1990-cı illərdəki hərc-mərclik, xaos, insanların çətinlik içərisində yaşaması hər kəsin yadındadır. Saatlarla çörək, ərzaq növbəsində dayanmaq, insanlar arasında ixtişaş, nifaq dinc əhalinin narahatlığına və narazılığına səbəb olurdu.
    Artıq bütün çətinliklər arxada qalıb. Nəinki Yeni Azərbaycan Partiyasının üzvləri, o cümlədən, bütün xalqımız xoşbəxt və firavan həyat yaşamaqdadır. Gündən-günə həyata keçirilən infrastruktur layihələr, yenidənqurma işləri, abadlaşan şəhər və kəndlər insanların xoşbəxt yaşaması üçün stimuldur.
    Əlbəttə, bu firəvanlığı gözü götürməyən müxalif qüvvələr var ki, qarayaxma və qərəzli kompanyalarının qarşısını almaq üçün Yeni Azərbaycan Partiyası üzvlərinin boy sıralarının artırılması ilə nail ola bilərik. Bu sahədə gənc nəslin üzərinə böyük vəzifələr düşür. Çünki Azərbaycan ağıllı, savadlı, dünyagörüşlü gənclərimizlə inkişaf edib, yaşayacaqdır. Daha ətraflı »

  • 27Sen
    Digər ƏHALİNİN SİYAHIYAALINMASI VACİB MƏSƏLƏDİR üçün şərhlər bağlıdır

    Tərtər Rayon Statistika İdarəsi və rayon icra hakimiyyəti əhalinin siyahıyaalınmasına yardım komissiyasının birgə təşkilatçılığı ilə rayonda keçiriləcək əhalinin siyahıyaalınmasına cəlb edilən işçilərlə ümumrayon toplantısı keçirildi. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açdı. O, siyahıyaalmanın ciddi və aktual bir proses olduğunu, cəmiyyətin həyatında mühüm əhəmiyyət kəsb etdiyini bildirərək siyahıyaalmanın aparılması qaydalarından geniş danışdı.
    Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov çıxış edərək bildirdi ki, siyahıyaalmanın keçirilməsi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə tapşırılıb. Komitə tərəfindən hazırlanan təqvim planına əsasən rayonda əhalinin siyahıyaalınmasına hazırlıq işləri müvəffəqiyyətlə yerinə yetirilib.
    Siyahıyaalma qrupu rəhbərinin rayon üzrə nümayəndəsi Reyhan Məmmədova çıxış edərək toplantı iştirakçılarına siyahıyaalma vərəqəsi, sorğu vərəqəsi və siyahıyaalmaya aid digər sənədlərin tərtib edilməsinə dair geniş izahat verdi.
    Rayon üzrə siyahıyaalmaya yardım komissiyasının sədri Ramiz Şabanov toplantıya yekun vurdu.

  • 27Sen
    Digər 1 oktyabr Azərbaycan Respublikası Prokurorluğu əməkdaşlarının peşə bayramıdır üçün şərhlər bağlıdır

    ÇƏTİN VƏ ŞƏRƏFLİ PEŞƏ

    Azərbaycan Prokurorluğu ölkəmizdə ictimai-siyasi sabitliyin təmin edilməsində mühüm rola malikdir.
    “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız.
    Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”

    Heydər Əliyev.

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
    Lakin, bu gün bizə daşıdığımız vəzifənin məsuliyyətini, ağırlığını, xalqımız, dövlətimiz qarşısındakı öhdəliklərimizi bir daha xatırladır. Daha ətraflı »

  • 27Sen
    Digər 1 oktyabr Beynəlxalq Ahıllar Günüdür üçün şərhlər bağlıdır

    ÖMRÜN GÜNDOĞANINDA QALAN MÜRGÜLÜ XATİRƏLƏR

    1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb. Ötən əsrin 90-cı illərinin axırlarından Ahıllar Gününü bütün dünyada qeyd etməyə başlayıblar. Bu günün təsis edilməsinin başlıca məqsədi ahıl və yaşlıların həyatda iştirakını fəallaşdırmaqdan, onların hüquq və ehtiyaclarını diqqətə çatdırmaqdan ibarətdir
    Ölkəmizdə ahıllar dövlət qayğısı ilə hərtərəfli əhatə olunublar.
    Ahıllar günü əsaya söykənə-söykənə gedən, parklarda əyləşib öz həmyaşıdları ilə ömrün gündoğanında qalan mürgülü xatirələri təzədən yaşayan, nuru azalmış gözləri ilə dünyamıza tamaşa edən ahılların bayramıdır. Ahıllarımızın harada olmasından, yaşamasından asılı olmayaraq bir şirin sözə, mehribanlıqla dolu kiçik bir qayğıya möhtac ürəkləri var.
    Belə ahıllarımızdan biri Hüseynov Telman Bəhmən oğludur. Onunla təsadüfən tanış oldum. Şəhid atasıdır. Ürəyini parçalayan oğul dərdi var. Vasifinin itkisi bu ahıl insanı köz kimi yandırıb, sızladır, amma başını uca tutur. Çünki, oğlu Vətən naminə, torpaqlarımızın bütövlüyü uğrunda, Qarabağ savaşında şəhid olub. Daha ətraflı »

  • 27Sen
    Təhsil Bizim istedadlar üçün şərhlər bağlıdır

    ÜÇ GÜL QÖNÇƏSİ

    İnsan dünyaya gələndə ilk gözünü qamaşdıran işıq olur. Aylar, illər ötdükcə rənglərə, səsə, musiqiyə öyrəşir. İstedad uşaqlıqdan özünü göstərməyə başlayır, sonda isə istedad sahibi tanınmış bir şəxsiyyətə çevrilir. Rəssam, heykəltəraş, musiqiçi, rəqqas və başqa sənətkar…
    Haqqında yazacağım balaca fidanlar da bizim istedadlılarımızdır. Ayla Quluzadə və Zeynəb Nəsirli şəhər 3 saylı məktəbin, Rəmziyə Vəlizadə isə 1 saylı tam orta məktəbin şagirdləridir. Onların hər biri həm də Tərtər uşaq gənclər inkişaf mərkəzinin üzvləridir. Ayla bu il 1-ci sinfə gedir, Zeynəb 2-ci sinifdə, Rəmziyə isə 6-cı sinifdə oxuyurlar. Hər üçünün özlərinə məxsus istedadları var. Ayla ilə Zeynəb gözəl şeirlər söyləyib, milli rəqslərimizi ifa edirlər. Rəmziyə isə şahmat oynamağı, şeir söyləməyi sevir və maraqlı əl işləri görür. Onun müxtəlif düymələrdən, düyüdən, mərcidən hazırladığı çanta, gül, buta, üçrəngli bayrağımızın tabloları rayon tədbirlərində sərgilənərək, “Diplom” və “Fəxri Fərman”a layiq görülüb. Bu qızların hər üçü həm oxuduqları məktəblərdə, həm də rayonumuzda keçirilən əlamətdar bayram şənliklərində öz bacarıq və istedadları ilə çıxış edib, sakinlərin alqışları ilə qarşılanıblar. Daha ətraflı »