Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Avq
    Tərtər RİH-də İLİN BİRİNCİ YARISINA YEKUN VURULDU üçün şərhlər bağlıdır

    2019-cu ilin altı ayında Tərtər rayonunda ümumi məhsul buraxılışının həcmi 90,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 11 milyon 878,4 min manat təşkil edib ki, onun da 11 milyon 177,4 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Hesabat dövründə 1 milyon 770 min manat dəyərində əsas fondlar istifadəyə verilib. 483-ü daimi olmaqla 951 yeni iş yeri açılıb.
    Bu barədə Tərtər rayonunda 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, ilin altı ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Daha ətraflı »

  • 21Avq
    Tərtər RİH-də VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Kəngərli kəndində oldu. Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Kəngərli kənd İƏD üzrə nümayəndə Xamis Əsgərov görülən işlər barədə məlumat verdi. Bildirdi ki, Kəngərli kəndinin 324 təsərrüfatı, 1631 nəfər əhalisi var. Burada 175 yerlik tam orta məktəb, kitabxana, körpələr evi–usaq bağçası, poçt, 286 nömrəlik ATS, 4 məişət xidməti obyekti, 8 ticarət və ictimai iaşə obyekti fəaliyyət göstərir.
    Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Onlar ötən il hər hektardan 38 sentner buğda, 41 sentner arpa, 40 sentner pambıq istehsal ediblər. 465 kq barama təhvil veriblər.
    Bu il isə 98 hektar buğda, 26 hektar arpa, 20 hektar pambıq əkiblər. Kəngərlilər hər hektardan 41 sentner taxıl, 28 sentner arpa təhvil veriblər. 500 kq barama istehsal ediblər. Daha ətraflı »

  • 21Avq
    Xəbərlər MÜQƏDDƏS QURBAN BAYRAMI QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da böyük təntənə ilə qeyd edildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hər bir tərtərlini dünya müsəlmanlarının müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etdi, hamıya səmimi arzu və diləklərini yetirdi.
    Sonra əvvəlcədən müəyyən edilmiş kəsim məntəqələrində qurbanlar kəsildi, ənənələrə uyğun olaraq dini mərasimləri başladı.
    Şəhid ailələrinə, əlillərə, ağsaqqallara, müharibə veteranlarına, Çernobıl əlillərinə, tənha və kimsəsizlərə, aztəminatlı ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, Şıxarx qəsəbəsində yaşayan məcburi köçkünlərə qurban payları verildi.
    Rayon ərazisində yerləşən hərbi hissələrə də qurban payı göndərildi.
    Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

    “Yeni Tərtər”

  • 21Avq
    Xəbərlər MÜDAFİƏ NAZİRİ ÖN XƏTT BÖLMƏLƏRİNDƏ OLUB üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla görüşüb.
    Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.
    Bölmələrdəki şəraitlə tanış olan nazir ön xətdə xidmət edən hərbi qulluqçularla da görüşüb, şəxsi heyəti Qurban bayramı münasibətilə təbrik edib, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini nəzərə çatdırıb.
    Sonda Müdafiə naziri şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

  • 21Avq
    Kənd Təsərufatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    HALAL ZƏHMƏTİN BƏHRƏSİ

    Nankor ermənilər havadarlarının köməyi ilə Laçını işğal edəndə rayon əhalisi respublikanın bütün bölgələrinə səpələndi. Mirzə Cümşüdov ailəsi ilə Tərtər rayonunun İsmayılbəyli kəndinə üz tutdu. Tərtərdə də atəş səsləri tez-tez eşidilirdi. Düşmən səngərlərindən atılan top mərmiləri evləri dağıdır, mülki adamlar həlak olurdu. Ancaq hər dəfə də düşmən əks-həmlə ilə susdurulur, layiqli cavab alırdı.
    Mirzə də çətinliklərə, məhrumiyyətlərə dözüb tablaşdı. Günlər aylara, aylar illərə calandıqca qaməti dikəldi, sabaha inamı artdı. Mehrini torpağa saldı. Həvəslə əkin-biçin işlərinə qoşuldu. İsti yuvasından, rahat ev-eşiyindən perik salınan ailə çoxdan istifadəsiz qalan uçuq-sökük bir tarla düşərgəsinə sığındı. Beləcə, Mirzə hər şeyə sıfırdan başladı. Ülfət bağladığı torpaqdan güc alıb əkib-biçdi, ailəsinin ruzisi üçün hər əziyyətə qatlaşdı.
    İndi o ağrı-acılarla, çətinliklərlə dolu günlər arxada qalıb. Bu gün Tərtərdə qabaqcıl əmək adamlarından söz düşəndə Mirzə Cümşüdovun da adı birincilər sırasında ehtiramla çəkilir.
    Mirzə Cümşüdovun fermer təsərrüfatı əsasən taxıl toxumçuluğu üzrə ixtisaslaşmışdır. Təsərrüfatın istifadəsində 68 hektar torpaq sahəsi var. Bu il 40 hektar sahədə taxıl əkib-becərmişlər. 208 ton taxıl istehsal edilmiş, orta məhsuldarlıq hər hektarda 52 sentner olmuşdur. Bu, rayonun təsərrüfatları arasında yüksək nəticələrdən sayılır. Daha ətraflı »

  • 21Avq
    İdman QƏFİL ÖLÜM üçün şərhlər bağlıdır

    (Nekroloq əvəzi)

    Mən onunla cəmi bir neçə dəfə görüşmüşdüm, amma yaddaşıma ömürlük həkk olunmuşdu. Çünki hamıdan fərqli görkəmi, yerişi, oturuşu-duruşu və danışıq tərzi vardı. Onun kim olduğunu biləndə, açığını deyim ki, bir az da qürur duymuşdum, fərəhlənmişdim. Ürəyimdə demişdim: “Halal olsun Tərtər torpağına və onun yetişdirdiyi oğullara!”.
    Onu rəhmətlik dostum “Qızıl Mahir”in parkda olan çayxanasında da axşamtərəfi hərdən görürdüm. 1-2 nəfər dostu ilə sakitcə gələr və hiss olunmadan da durub çıxıb gedərdilər. Adamlar ona maraqla baxar, biri-birilərinə işarə edər, nəsə pıçıldaşardılar. Müşahidələrim camaat arasında bu adama böyük hörmət bəslənildiyini təsdiqləyirdi.
    Yavaş-yavaş mən də onunla maraqlandım və bəzi məlumatlar öyrənə bildim.
    Bu adam öz doğma tərtərlimiz Marif Həsənov idi. İdman aləmində dünyaca məşhur olan bir insan! Tərtəri beynəlxalq aləmə tanıdan hünərli və qeyrətli bir oğul!
    Sonralar onun tərcümeyi-halı ilə də yaxından tanış oldum.
    Həsənov Marif Bayram oğlu 1956-cı il avqust ayının 21-də Tərtər şəhərində anadan olub. 1963-1973-cü illərdə Tərtər şəhər 1 saylı tam orta məktəbində təhsil alıb. Daha ətraflı »

  • 21Avq
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

    SOSİAL ŞƏBƏKƏLƏRİN ADƏT-ƏNƏNƏLƏRİMİZƏ TƏSİRİ

    Azərbaycan xalqının özünəməxsus mədəniyyəti, musiqisi, adətləri və vətənpərvərlik duyğuları vardır. Bir çox ölkələr Azərbaycanın mədəniyyət sahəsindən bəhrələnir.
    Azərbaycan Respublikası mədəniyyətlər və dinlərarası dialoqu dəstəkləyən beynəlxalq tədbirlərə ev sahibliyi edir.
    Mətbuat, televiziyalar gənclərdə milli-mənlik şüurunun formalaşmasında böyük əhəmiyyət daşıyır. Vətənə, valideynlərə bağlılıq, milli adət ənənələrə hörmət Azərbaycan xalqının mənəvi dəyərlərindən hesab olunur. Böyük nəsil gənclərin tərbiyəsi ilə ciddi məşğul olmalı, Azərbaycana layiqli övlad olmağı aşılamalıdır. Milli-mənəvi dəyərlərin qorunmasında həm ailənin, həm də cəmiyyətin böyük rolu vardır.
    Hansı ölkədə yaşamasından asılı olmayaraq vətəndaşlarımız öz adət-ənənələrimizi, dilimizi, mənəviyyatımızı və dəyərlərimizi qoruyub saxlamalıdır. Hazırda Azərbaycan tolerantlığa nümunə olan ölkədir. Başqa millətlərə xoş münasibət göstərilməsi xalqımızın qonaqpərvərliyi, mehribanlığıdır.
    Ölkəmiz öz süfrə mədəniyyəti ilə dünya dövlətləri arasında tanınır. Bizim milli bayramlarımız da mənəvi dəyərlərimizdən hesab olunur. Məsələn, Novruz bayramı heç bir ölkədə Azərbaycandakı kimi təmtəraqlı keçirilmir. Daha ətraflı »

  • 21Avq
    Digər VÜQAR HEYY!… HARDASAN, OĞUL?! üçün şərhlər bağlıdır

    Ata harayı

    Ailəmiz yaxşı yaşayırdı. Qardaşlarımın vaxtsız vəfatı bizi xeyli müddət sarsıtsa da, yaralarımız qismən də olsa qaysaqlamışdı. Şükürlər olsun ki, uşaqları böyümüş, hamısı ali təhsil almışlar. İndi onlar müstəqil yaşaya bilirlər. Ailəli olanlar da var. Uzun müddət atasız qalan bu beş övladın böyüməsində qardaşlarım Məhəmmədlə Maarifin qayğılarından bu gün də bizi tanıyanların hamısı hörmətlə danışır.
    Mart ayının ilk günləri arxada qalmışdı. Hamı böyük həvəslə çərşənbələri qeyd edir, insanlar görüşdükcə Novruzun gəlişi münasibəti ilə bir-birini təbrik edir, xoş arzularını bildirirdilər. Belə xoşbəxt ailələrin biri də biz idik. Ətraf rayonlarda yaşasalar da, çox vaxt çərşənbələrdə, xüsusən də bayram axşamında övladlarımızın hamısı, həmçinin üçü öz ailə üzvüləri ilə bizimlə birlikdə olur, axşamdan xeyli keçənə qədər oturub söhbət edər, olub-keçənlərdən, xatirələrdən danışardıq.
    Sözün düzü, başqa vaxtlarda da uşaqlarımız gəlib-gedərdilər. Ancaq Novruz bayramı axşamlarındakı qələbəlik, hər kəsin söylədiyi fikirlər, yaddaqalan danışıqlar heç vaxt unudulmurdu, gələn ilin Novruz bayramına kimi xatırlanırdı.
    İnanırdıq ki, bu il də əvvəlki illərdəki kimi olacaq. Hamı ailəsi ilə gələcək, qızım Samirə ilə Səbuhinin ailəsi də bizə qoşulacaq. Nəvələrin çox sevdiyi tonqal başındakı sevinc dolu gülüşmələrindən sonra yumurta döyüşəcəklər. Nəvələr heç olmasa 2-3 qonşuya torba atacaqlar. Bu işi ən çox İlqarın oğlu İsmayıl və qızı Rəna sevirdi. Daha ətraflı »

  • 21Avq
    Digər MÜQƏDDƏS SEVGİ üçün şərhlər bağlıdır

    Vətən–gözdür, biz–kiprik–
    Vətənimizin keşiyini çəkirik.
                                                            Məmməd ASLAN

    Bir güllə səsindən vaxtilə təlaşlanan camaatın indi başına od yağırdı, mərmi tökülürdü, yan-yörəsində raketlər partlayırdı, evlər dağılırdı, insanlar ölürdü, lakin qorxmurdular, çəkinmirdilər–artıq bu qan-qadaya öyrəşmişdilər, bu tükürpədici partlayış səslərinə, güllə vıyıltılarına vərdiş etmişdilər. Adi vaxtlarda itdən-pişikdən qorxan adamlar nə erməni quldurlarından, nə onların zirehli texnikalarından, nə də avtomatlarından qorxurdular.
    Tərtərdə böyük də, uşaq da, kişi də, qadın da belə bir mühitdə–ölümlə həyatın arasında yaşayır və döyüşürdülər.
    Çətin günlər adamın canını bərkidir, iradəsini möhkəmləndirir və qorxu hissini azaldır. Tərtərin özü bir alınmaz “Çənlibel” qalasına, tərtərlilər isə Koroğlunun igidlərinə dönmüşdülər. Sayseçmə oğullarımız səngərlərdə düşmənə qarşı ölüm-dirim mübarizəsi aparır, sıravi vətəndaşlarımız isə onlara arxa-dayaq olurdu–səngərdə döyüşən igidlərə yemək aparır, siqaret daşıyır, isti pal-paltar, əlcək paylayırdılar. Döyüşçü–xalq birliyi yaranmışdı.
    O vaxt adları dillər əzbəri olan ərənlərimizdən Vəzir Orucov, Elman Hüseynov, Pənah Məmmədov, Suliddin Yusibov, Ədalət Paşayev, Mehrac Mahmudov, Nizami Heydərov, Fəqan Qurbanov, Çingiz İsmayılov, Sakif Orucov kimi vuruşan oğulların arasında qorxmaz, cəsur, vətənpərvər bir döyüşçü də vardı–Rövşən Məmmədov…
    Son zamanlar sosial şəbəkələrdə bu ada tez-tez rast gəlirdim. Diqqətimi çəkən onun vətənpərvərlik ruhu ilə dolu sözləri idi. Hiss edirdim ki, bu adam Vətənə, Torpağa qırılmaz tellərlə bağlıdır, ürəyi Azərbaycana sevgi ilə doludur. O, özü, qanı, ruhu boyda Vətən torpağıdır! Daha ətraflı »

  • 21Avq
    Digər VƏTƏN KİMİ DİYAR OLMAZ üçün şərhlər bağlıdır

    Azərbaycanın yaxşı təlim keçmiş əsgərləri və güclü texnika ilə təmin olunmuş ordusu var. Xalqımız ölkə rəhbərliyinə arxalanır və hər zaman güvəndə olduğunu hiss edir. Respublikamızda ordu quruculuğu inkişaf edir.
    Torpaqlarımızın müdafiəsində hər zaman tərtərlilər cəsarətlə döyüşüblər.
    Bu günlərdə fədakarlıqla vətəninin keşiyində dayanan bir müsahibim oldu– Məzahir Əlif oğlu Əliyev. O, 1975-ci ilin avqustun 1-də Kəlbəcər rayonunun Kilsəli kəndində zəhmətkeş ailədə anadan olub. 1978-ci ildə ailələri Tərtər rayonuna köçüb. Burada böyüyüb boya-başa çatmasına baxmayaraq, Kəlbəcəri və İstisuyu həmişə xatırlayır. Orta təhsilini Tərtərdə alan Məzahir hal-hazırda rayonumuzun Bayandur kəndində yaşayır. Ailəlidir, 2 övladı var. Şəxsi təsərrüfatı ilə məşğul olur. Təqaüddədir.
    O, vətən qarşısında müqəddəs vəzifəsini yerinə yetirdiyindən danışdı:
    –1993-cü ildə Tərtər komissarlığından həqiqi hərbi xidmətə çağırıldım. 18 yaşından 702 nömrəli Füzuli bölgəsində əsgərlikdə oldum. Təcrübəli döyüşçülərlə bir yerdə Vətənə xidmət göstərdim, 1994-cü ilin yanvar ayında Füzuli istiqamətində hücum vaxtı yanıma mərmi düşdü və qantuziya aldım. 1997-ci ildən hərbi hissədən tərxis olundum. II qrup Qarabağ Müharibəsi əliliyəm. Daha ətraflı »