Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Sen
    Digər SU HƏYATIN ÖZÜDÜR üçün şərhlər bağlıdır

    Məlumdur ki, Yer kürəsinin 2/3 hissəsi sudan ibarətdir.
    “Su həyat mənbəyidir”–fikri xeyli əvvəl səslənib. Sonralar isə insana aydın olub ki, su elə həyatın özüdür. Su olan məkanda mütləq həyat da var. Su insan bədəninin enerji qaynağıdır. Su bədənin bütün hüceyrələrini enerji ilə təmin edir. Zəhərli və zərərli infeksiyaların bədəndən xaric olmasına köməklik göstərir. Gün ərzində kifayət qədər su içmək sağlamlıq üçün xeyirlidir.
    Məlumdur ki, həyatın yaranmasında, biosferin formalaşmasında su həlledici rol oynamış və bu gün də oynamaqdadır. Şirin su problemi dünyada aktual sosial-iqtisadi problemlərdən biridir. Təəssüf ki, hələ də istənilən səviyyədə deyildir. Bir çox ölkələrdə içməli su ticarət mənbəyinə çevrilib. Avropanın inkişaf etmiş ölkələri olan Almaniya, Niderland, Danimarka İsveçdən içməli suyu satın alır. Yaponiyada Norveçdən şüşə qablarda gətirilmiş su satılır. Səudiyyə Ərəbistanı Flippindən, Sinqapur Malayziyadan tankerlərlə içməli su alır.
    Su problemi bəşəriyyəti düşündürən vacib məsələlərdən biridir. Odur ki, dünya birliyi 2005-ci il martın 22-də ümumdünya içməli su gününü qeyd etdi və 2005-2015-ci illər BMT tərəfindən “İçməli su həyat üçün” devizi altında onillik elan olundu. Hələ qədim zamanlardan insan həyatında suyun misilsiz rol oynadığı qeyd edilmişdir. Dahilər bildirmişlər ki, “Su həyat üçün vacib deyil, o həyatın özüdür”. Daha ətraflı »

  • 16Sen
    Digər EKOLOGİYA ÖMRÜN CÖVHƏRİDİR üçün şərhlər bağlıdır

    Azərbaycanda ekoloji təhlükəsizliyin təmin edilməsi dövlət siyasətinin prioritetlərindəndir.
    Bu gün icra olunan ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə etməklə, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına böyük töhfələr verir. Azərbaycanın hər yerində vətəndaşların iştirakı ilə ağacəkmə aksiyaları keçirilir.
    Bu gün ekoloji problemlərin həlli bəşəriyyətin, böyükdən kiçiyə qədər hər kəsin bu işə cəlb olunmasını tələb edir.
    İnsan əhvalını yüksəldən, sağlamlığına müsbət təsir göstərən yaşıllıq massivlərinin salınması insanda pozitiv əhval-ruhiyyə yaradır, yeni nəsil ağacların əkilməsi həm ekoloji vəziyyətin düzəlməsinə xidmət edir, həm də göz oxşayır.
    Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın ekoloji durumun sağlamlaşdırılmasında gördüyü işlər əvəzolunmazdır.
    Son vaxtlar həm yaşıllıq massivləri artırılır, həm də ona yüksək səviyyədə qulluq göstərilir. Daha ətraflı »

  • 16Sen
    Kənd Təsərufatı TORPAQ XEYİR-BƏRƏKƏT MƏNBƏYİDİR üçün şərhlər bağlıdır

    Bütün gövhərlərin rəngi parlaqdır,
    Hamısından xoş gələn yenə torpaqdır.
    Torpağa mərhəmət xeyirdir, inan,
    Lütf etsən gül verər, zülm etsən tikan.
                                                                    Nizami GƏNCƏVİ
    Dahi mütəfəkkir torpağı Tanrıdan bəxş olan və bəşəriyyətin varlığı üçün misli-bərabəri olmayan ən müqəddəs bir nemət kimi dəyərləndirmişdir. O, insanların torpağın qədir-qiymətini bilməsini, ona ana kimi yüksək qayğı göstərməsini, lütf ilə əkib-becərməsini firavan yaşayışın əsası hesab edirdi.
    Ataların gözəl məsəli var: “Torpaq deyir, öldür məni, dirildim səni”. Yəni, torpağı elə əkib becərəsən ki, ondan yüksək məhsul götürə biləsən. Bunun üçün deyirlər: “Sən inamla cəhd elə, ruzi verən Allahdır”.
    Respublikamızdakı torpaq sahələrinin çox hissəsi quraqlıq rayonlardadır. Bu rayonlarda torpağın suvarılması kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 2-3 dəfə artırır. Bəzi torpaqlarda həddindən artıq rütubət olduğundan bataqlığa çevrilir. Bu zonalarda yüksək məhsul almaq üçün torpağı qurutmaq lazımdır. Torpağı qorumaq və onu əkib-becərmək hamının borcudur. Torpaq əvəzedilməzdir, məhduddur, yəni onu böyütmək, çoxaltmaq, artırmaq mümkün deyil. Torpağın yerini dəyişmək olmur. Torpağın münbitliyinin qayğısına daim qalınmalıdır. Daha ətraflı »

  • 16Sen
    Digər Qarabağ müharibəsi qaziləri üçün şərhlər bağlıdır

    VETERANIN SÖYLƏDİKLƏRİ

    “Tərtər Özünümüdafiə Batalyonu”nun yaradılması.
    XX əsrin sonları Azərbaycanın tarixində silahlı münaqişə–Qarabağ müharibəsi ilə yadda qaldı. O illər xalqımız üçün amansız qanlı-qadalı illərə çevrildi. 200 ildən artıq bir vaxtda “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər fürsət düşdükcə ölkəmizə təcavüz edərək, insanlığa sığmayan vəhşiliklər törədir, kənd və şəhərləri dağıdırdılar.
    Lakin xalqın iradəsi qırılmadı, zülmlərə tab gətirməyərək, mübarizəyə qalxdı. Respublikamız müstəqillik qazandıqdan sonra ermənilərə qarşı silahlı mübarizə aparmaq məqsədi ilə ilk Azərbaycan batalyonu yaradıldı.
    Bu batalyona Tərtərdə doğulub boya-başa çatmış oğullarımız–Rafiq Nuriyev, Bakir Əliyev və Rövşən Səfərov ilk olaraq könüllü yazıldılar. Bu igidlərimiz ilk olaraq 1992-ci il yanvarın 26-da Şuşada qanlı “Daşaltı əməliyyatı”nda şəhid oldular.
    Dağlıq Qarabağ hadisələri başlanandan Azərbaycanın bir çox əraziləri kimi doğma Tərtərimiz də müharibə bölgəsinə çevrildi. Rayon aramsız olaraq erməni hərbi birləşmələri tərəfindən atəşə tutulurdu, evlər dağıdılırdı, günahsız insanlar şəhid olurdu. Mülki əhali tərəfindən yaradılan özünümüdafiə dəstələri düşmənə yaxın ərazilərdə təşkil olunmuş məntəqələrdə erməniyə qarşı mübarizəyə qoşuldular və düşmənin rayon ərazisinə daxil olmasına imkan vermədilər. Daha ətraflı »

  • 16Sen
    Digər ASƏFİN XATİRƏLƏRİ üçün şərhlər bağlıdır

    Asəf Arif oğlu Səfərovun qısa tərcümeyi halı ilə tanış olaq: 1970-ci il dekabrın 25-də Tərtər (Mirbəşir) rayonunun İlxıçılar kəndində doğulsa da, ilk təhsilini Səhlabad kənd tam orta məktəbində alsa da, 8-ci sinifdən sonra isə 96 nömrəli texniki peşə məktəbində oxumuşdur. 1989-cu ildə peşə məktəbini traktorçu-maşinist ixtisası ilə bitirib. Elə həmin il həqiqi hərbi xidmətə çağırılıb. O, əsgəri xidmətini Çita şəhərində keçib. 1991-ci ildə ordudan qayıdıb. Həmin illərdə vətənimizin göylərini qara buludlar aldığından özünümüdafiə batalyonlarına qoşulur.
    Asəf 1992-ci ilin iyul ayında Ağdam, sonra isə elə həmin il sentyabr ayının 18-dən Tərtər batalyonuna daxil edilir və Ağdərədən Vəngə kimi döyüş yolu keçir. O, döyüş günlərini həyəcansız xatırlamır. Özü yaralansa da, döyüş yoldaşlarının gözləri qarşısında necə şəhid olduğunu ağrı-acısız yad etməmək mümkün deyil. Asəfin xatirələrindən:
    –1993-cü il dekabrın 28-də “Triqolnik” deyilən ərazidə döyüş gedirdi. Qəfləti sol qolumun altından güllə yarası aldım. Məni al-qan içində Tərtər hospitalına götürdülər. 2 ay müalicə olunduqdan sonra yenidən döyüşə qayıtdım. Daha ətraflı »

  • 16Sen
    Digər “VƏTƏN ELİN EVİ, DAYAĞIDIR” üçün şərhlər bağlıdır

    Torpağın, ana-bacıların, dövlətin keşiyində dayananların qəlbində yurd sevgisi vardır. Vətənin müstəqilliyi dünyada hər şeydən əzizdir. Ümummilli lider Heydər Əliyev deyib: “Düşünməyin ki, Vətən sizə nə edib, düşünün ki, siz Vətən üçün nə etmisiniz”.
    Qarabağ savaşında rəşadət göstərən döyüşçülərdən biri də Müslüm Cümşüd oğlu Səlimovdur. O, 1965-ci ilin iyul ayının 30-da Tərtər rayonunun İlxıçılar kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə başa vurduqdan sonra Rusiyanın Varonji vilayətində hərbi xidmət keçib. 1991-1993-cü illərdə Qarabağ döyüşlərində iştirak edib və hərbi tapşırığı yerinə yetirərkən Ağdərədə yaralanıb. Müslüm Səlimov keçdiyi döyüş yolundan danışarkən bildirdi ki, hər zaman vətən yolunda şəhid olmağa hazır olub və indi də hazırdır. Çünki Azərbaycan torpağının hər bir qarışı müqəddəsdir. Odlar yurduna olan sevgi hələ kiçik yaşlarından valideynlər, sonra isə məktəbdə müəllimlər tərəfindən ona öyrədilib. Daha ətraflı »

  • 06Sen
    Digər MEHRİBAN ƏLİYEVA: “ÖLKƏYƏ VƏ İNSANLARA XİDMƏT EDİRƏMSƏ BU, MƏNİM ÜÇÜN ƏN YÜKSƏK MÜKAFATDIR” üçün şərhlər bağlıdır

    Avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevanın ad günüdür. Bu münasibətlə Trend İnformasiya Agentliyi Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək, ondan özü, fəaliyyəti, ailəsi, onun həyati dəyərləri barədə danışmasını xahiş edib.
    Mehriban Əliyevanın Trendə göndərdiyi məktubu alpaninfo.com oxuculara təqdim edir.

    –Əvvəlcə, bu günlərdə mənə ünvanlanmış təbriklərə görə hamıya ürəkdən dərin minnətdarlığımı bildirirəm. Sizin səmimiyyət və mehribanlığınız, dəstək və sevginiz məni dərindən təsirləndirib. Sadə əməyimi qiymətləndirən, ideallarıma inanıb onu bölüşən hər kəsə minnətdaram. İstər ictimai, istərsə də dövlətçilik fəaliyyətimdə daim çalışıram ki, sarsılmaz həqiqətlərə söykənim. Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir.
    Mən ənənəvi dəyərlərin əsas götürüldüyü Azərbaycanın ziyalı ailəsində dünyaya göz açıb, boya-başa çatmışam. Bizi, gənc nəsli böyüklərin nüfuzunun və davranışının ən yaxşı nümunə olduğu, ailənin hər bir kiçik üzvünə üzərinə düşən məsuliyyəti daşımağın öyrədildiyi böyük və möhkəm ailədəki ab-hava formalaşdırıb. Daha ətraflı »

  • 06Sen
    Tərtər RİH-də SAKİNLƏRİN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Cəmilli kəndində oldu.
    Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının vəzifəli şəxsləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Cəmilli kənd İƏD üzrə nümayəndə Manaf Məmmədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti və görülən işlər barədə məlumat verdi, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirdi ki, Cəmilli kəndinin 336 təsərrüfatı, 1565 nəfər sakini var. Kənddə 360 yerlik tam orta məktəb, kitabxana, 2 məişət xidməti obyekti, 5 ticarət və ictimai-iaşə köşkü fəaliyyət göstərir.
    “Cəmilli–Dəmirçilər” yolu təmir edilərək asfaltlanmış, yol kənarlarına 200 ədəd şam ağacı əkilmişdir. Ərazidə məişət tullantılarının atılması üçün iri həcmli 5 ədəd quyu qazılmış, 1800 metr su arxı lildən təmizlənmiş, Cəmilli kənd tam orta məktəbinə içməli su xətti çəkilmiş, elektron kitabxana əhalinin istifadəsinə verilmişdir. Daha ətraflı »

  • 06Sen
    Kənd Təsərufatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    Qabaqcıllıq nümunəsi

    Pambıq kəndin simasını, kəndlinin güzəranını dəyişir

    Pambıq hər zaman bu yerlərin ruzisi, bərəkəti sayılıb. Onu təsadüfən “ağ qızıl” adlandırmayıblar. Taleyini torpağa, halal zəhmətə bağlayan kəndli üçün pambıq yaxşı dolanışıq, xoş güzəran mənbəyi olub. Təəssüf ki, bu gəlirli sahə 1990-cı illərin əvvəllərindən başlayaraq unudulmuş, sovet dövrünün qalığı kimi ona arxa çevrilmişdi. Kənd təsərrüfatında bu strateji sahəni inkişaf etdirməyə dövlət səviyyəsində uzun illər boyu maraq göstərilməmiş, zaman-zaman formalaşmış pambıqçılıq mədəniyyəti tənəzzülə uğramışdı.

    Sanki ögey münasibət torpağı da küsdürmüşdü. Qayğı göstərilməyən, əkilib-becərilməyən, boş qalan geniş torpaq sahələri göz dağına çevrilmişdi. Elə bil kəndlərə sükut çökmüşdü. Əli torpaqdan soyuyan kəndli nə edəcəyini, nə iş görəcəyini kəsdirə bilmirdi. Gününü keçirmək, başını qatmaq üçün çayxanaya üz tutan kəndlilər səhərdən axşama kimi nərd, domino oynayırdılar. Axşam evə cibi boş, üzü qara qayıdan ailə başçısının nüfuzu oğul-uşaq yanında buz kimi əriyirdi.
    Belə ağrılı bir zamanda Prezident İlham Əliyev kənd təsərrüfatında ənənəvi sahələri, xüsusilə pambıqçılığı dirçəltmək, inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə çağırış etdi. Bu, ölkənin aqrar sektorunda inqilaba bərabər dönüş oldu. Sanki kəndlərin üstünə gün doğdu, kənd camaatının qırışığı açıldı. Daha ətraflı »

  • 06Sen
    Milli-mənəvi dəyərlər MƏHƏRRƏM AYI üçün şərhlər bağlıdır

    Bu il məhərrəmlik ayı Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı–Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək.
    Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-dur.
    Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

    Məhərrəm ayının tarixi və İslamda rolu—İki ay yas saxlamalıyıqmı?
    Məhərrəm ayı Hicri tarixi ilə yeni ilin ilk ayı və haram aylardan biri sayılır. Müsəlman dünyasında Məhərrəm aylarının xüsusi yeri var. Çünki bu ay həm İslam təqviminin yeni ilinin ilk ayı, həm də Kərbəla faciəsinin baş verdiyi aydır.
    Məhərrəm ayı böyük və əzəmətli aydır. Allahu Təala “ət-Tövbə” surəsinin 36-cı ayəsində buyurur ki: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Əbu Hüreyrədən (r.a) rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) deyib: “Ramazandan sonra ən fəzilətli oruc Allahın Məhərrəm ayındadır”
    İslamdan əvvəl Məhərrəm ayı ərəblər arasında müqəddəs ay hesab olunar və bu ayda müharibə etməzdilər. Hətta bu ayda oruc tutmağın savabına inanardılar. İslamdan sonra da bu ənənə bəzi məzhəblərdə davam etdi. Daha ətraflı »