Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May

    Ədəbiyyat üçün şərhlər bağlıdır
    DAHA HEÇ BİR KƏSƏ İNANMIRAM MƏN

    Səmti bəlli deyil əsən küləyin,

    İblislər cildinə girir mələyin.

    Tərsinə fırlanır çərxi fələyin,

    Zaman da zövq alır fitnədən, feldən,

    Daha heç bir kəsə inanmıram mən.

     

    Göz yaşı da saxta, gülüş də saxta,

    Gediş də saxtadı, gəliş də saxta.

    Almaz da, qızıl da, gümüş də saxta

    Necə ayırasan qızılı misdən,

    Daha heç bir kəsə inanmıram mən.

     

    Qardaş qardaşının üzünə durur,

    Dost dediyin səni arxadan vurur,

    Haqsızlar haqlıya məhkəmə qurur.

    Kimə inanasan, kimə görəsən?

    Daha heç bir kəsə inanmıram mən.

     

    Qılınclar korşalıb qalır pasında,

    Dəyişib adəti toyun, yasın da.

    Gədalar allahlıq iddiasında,

    İzahat istəyir qarışqa fildən,

    Daha heç bir kəsə inanmıram mən.

     

    Ülvi sevgi hanı, məhəbbət hanı?

    Məhəbbət yolunda dəyanət hanı?

    Düz ilqar, etibar, sədaqət hanı?

    Aldanır sevilən, aldadır sevən,

    Daha heç bir kəsə inanmıram mən.

     

     

    Yalanlar dördnala çapır atını,

    Kəsir həqiqətin yeddi qatını.

    Əsli nadürüstlər danır zatını,

    Bədxahlıq səpilir torpağa dən-dən,

    Daha heç bir kəsə inanmıram mən.

                                             Qədir TƏRTƏRLİ

     

    EHTİYAC

    Təbiət dincəlib, torpaq yatanda

    Göylərə əl açar qar ehtiyacı.

    Təzədən bahara növbə çatanda

    Oyadar bağları bar ehtiyacı.

     

    Bu qayda, bu nizam gəlməzmi xoşa

    Dağ-dağla yanaşı, gül-güllə qoşa.

    Tək nəğmə insanı gətirməz coşa,

    Duyular kamanla tar ehtiyacı

     

    Ömür tez talanar tək yaşamaqdan,

    Fikirdə, xəyalda baş qaşımaqdan.

    Təklik ağır olar daş daşımaqdan,

    Hər ömrün həmdəmə var ehtiyacı.

     

    Bəşər çox keçinib qara çörəklə,

    Demirəm çəkilək dara çörəklə.

    Yaşamaq mümkündür para çörəklə,

    Böyük eytiyacdır yar ehtiyacı.

    Talıb MƏMMƏDLİ

     
  • 31May
    Ədəbiyyat TƏQDİM EDİRİK üçün şərhlər bağlıdır

    Sadiq Tağızadə 1992-ci ildə Tərtərdə anadan olub. Şəhər 6 saylı tam orta məktəbini bitirib. Hazırda rayonumuzdakı qaz istismarı idarəsində nəzarətçi-çilingər işləyir.
    Sadiq hələ məktəb illərindən poeziyaya maraq göstərib. Elə ilk şeirlərini də o zamanlar yazıb. Onun “Çinar” adlı şeiri bizim “Yeni Tərtər” qəzetində çap olunub.
    Sadiq Tağızadənin yaradıcılığından daha bir nümunəni oxucularımıza təqdim edirik.

    KİTABLAR

    Bəzən otağımda darıxıram mən,

    Fikrim kitabların yanında qalır.

    Tənhalıq könlümü sıxan zamanlar

    Hər kitab maraqlı bir adam olur.

     

    Biri var, anama oxşayır sanki,

    Şirin laylasıyla yatırır məni.

    Biri işıq saçır xəyal dünyama,

    Arzuya, diləyə çatdırır məni.

     

     

    Vətən sevgisini, vətən eşqini

    Öyrətdi bu qalın kitablar mənə.

    Hər kitab bir Dədə Qorqud timsalı,

    Hər sətrin öyüdü, sözü var mənə.

     

    Dünyaya kitabla yol salarsınız,

    Su kimi həmişə olar gərəyin.

    Nə zaman həyatda tək qalarsınız.

    Yalnız kitablarla dostluq eləyin.

    Sadiq TAĞIZADƏ

  • 20May
    Digər HEYDƏR ƏLİYEV-96 üçün şərhlər bağlıdır

    XALQIN XİLASKARI

    Azərbaycan xalqı tanınmış siyasətçi, dövlət xadimi ümummilli lider Heydər Əliyevə inanırdı və onunla fəxr edirdi. O, həyatı boyu vətəni və xalqı üçün çalışıb. Hakimiyyətə gəldiyi ilk gündən xalqın xoşbəxtliyi üçün bütün enerjisini, gücünü əsirgəmədi. Dövləti idarə etməyə Milli Orduda qayda-qanun yaratmaqdan, onu möhkəmləndirməkdən başladı. Azərbaycana yenidən prezidentliyə qayıdışı ilə xalqımızın həyatında qurtuluş baş verdi. Onun gəlişi ilə ölkəmizin daxili və xarici düşmənlərinin oxu daşa dəydi, arzuları gözlərində qaldı. Respublikamız məhv olmasından xilas edilərək, müstəqilliyimiz qorunub saxlanıldı.
    Ulu öndərin müdrik siyasəti nəticəsində cəbhədə atəşkəs yarandı. Onun əməyi nəticəsində bizim haqq, ədalət və sülh tərəfdarı olduğumuz dünya ölkələrinə bəyan oldu. Qaçqınların xüsusi qayğı ilə əhatə olunması, Ermənistan tərəfindən zəbt olunan torpaqların qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün var qüvvəsi ilə çalışdı. Daha ətraflı »

  • 20May
    Tərtər RİH-də TƏRTƏRDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ YAD EDİLİB üçün şərhlər bağlıdır

    Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü Tərtər rayonunda təntənə ilə qeyd olunub.
    Minlərlə tərtərli rayonun mərkəzi meydanında ulu öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtıramını, ümümxalq məhəbbətini nümayiş etdiriblər.
    Əvvəlcə meydana toplaşan insan izdihamı ilə birlikdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoydu.
    Sonra tədbir iştirakçıları meydanda rayon məktəblilərinin hazırladığı ulu öndərə həsr olunmuş rəsm, əl işləri və kitab sərgisinə baxdılar.

    “Yeni Tərtər”

  • 20May
    Xəbərlər “DƏYİRMİ MASA” üçün şərhlər bağlıdır

    Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə iştirakçılar ulu öndərin büstü önünə gül-çiçək dəstələri qoydular, sonra dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, böyük siyasi xadim Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olub. Dünyanın tanınmış şəxsiyyətləri arasında xüsusi yeri olan, xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycanın dövlətçilik tarixində ən şanlı və parlaq səhifələr ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf edir. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaranması, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi dövlət quruculuğu onun adı ilə bağlıdır. Daha ətraflı »

  • 20May
    Xəbərlər SİLİNMƏZ İZLƏR üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə hazırlanmış tədbirlər planına uyğun olaraq YAP rayon təşkilatının iclas zalında rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır” mövzusunda tədbir keçirildi.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Ramiz Şabanov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dönəmlərdə Azərbaycan gəncliyinin firavan həyatı, təhsili, sağlamlığı, vətənpərvər ruhda böyümələri üçün daim qayğı göstərməsindən danışdı və bu gün ölkəmizdə möhtərəm Prezident İlham Əliyevin ulu öndərin gənclər siyasətini davamlı olaraq həyata keçirdiyini qeyd etdi.
    Məruzədə göstərildi ki, ulu öndərin istər birinci, istərsə də ikinci dönəmlərdə ölkəmizə rəhbərliyi dövründə həmişə gənclərin problemləri və onların həlli onun işinin əsas qayələrindən biri olub. Bildirildi ki, Heydər Əliyev müstəqillik dövründə də Azərbaycanın gələcəyinin gənclərə məxsus olmasını daim söyləyirdi. Bu gün gənclərimiz ümummilli lider, müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi, qüdrətlənməsi, müstəqilliyimizin əbədiliyinin təmin olunması üçün ölkə baş­­­çımız İlham Əliyevin işləyib hazırladığı daxili və xarici siyasətin müvəffəqiyyətlə həyata keçirilməsinə öz töhfələrini lazımi səviyyədə verməyə çalışırlar. Daha ətraflı »

  • 20May
    Xəbərlər KONSERT PROQRAMI üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan konsert oldu. Ulu öndərin adını daşıyan parkda təşkil olunan konserti Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və minlərlə rayon sakini izlədi.
    Respublikanın xalq artisti Şahnaz Haşımovanın və oğlu, əməkdar artist Tural Abdullayevin, Tərtər Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin, uşaq-gənclər inkişaf mərkəzinin yetirmələrinin iştirakı ilə keçirilən konsert rayon sakinlərində xoş təəssürat yaratdı.
    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatdı.

    “Yeni Tərtər”

  • 20May
    Tərtər RİH-də 2019-cu İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARINA HƏSR OLUNMUŞ HESABAT YIĞINCAĞI üçün şərhlər bağlıdır

    Tərtər rayonunda 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
    Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, ilin üç ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli, tikinti-quruculuq işləri və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.
    Dövr ərzində “Azərxalça”-nın Tərtər filialının tikintisi başa çatdırılıb, “Tərtər-Hindarx” avtomobil yolunun rayon ərazisindən keçən 19 kilometr hissəsində əsaslı təmir işləri aparılıb. Tərtər şəhərinin Mehdi Hüseynzadə küçəsində 0,5 kilometr, Vəzir Orucov küçəsində 0,3 kilometr asfalt örtük salınıb. Ekoloji tarazlığın qorunması məqsədilə 9 mindən çox müxtəlif növ ağac, 2 min ədəd gül, 500 min ədəd həmişəyaşıl kollar əkilib. Kovdadıq və Zolgəran kəndlərində “Modul” tipli məktəb binalarının quraşdırılması başa çatmaq üzrədir. Hazırda rayon icra hakimiyyətinin inzibati binasının, Bayraq muzeyinin, Olimpiya İdman Kompleksinin tikintisi, “Sarov-Borsunlu” kəndlərarası və Hacıqərvənd kəndarası avtomobil yollarının əsaslı təmiri davam etdirilir.
    2019-cu ilin birinci rübündə 3 milyon 257,1 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 780,6 min manat dəyərində əsas fondlar istifadəyə verilib.
    Ümumi məhsul buraxılışının həcmi keçən illə müqayisədə 0,6 fazi artaraq, 28,7 milyon manat olub. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsulunun həcmi 1,1 faiz, sənaye məhsulunun həcmi 5,8 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 13.7 faiz, nəqliyyat xidmətlərinin həcmi 8,6 faiz, nəqliyyat sektorunda yükdaşımaların həcmi 2,2 faiz, sərnişin daşımalarının həcmi 1,6 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi 1,2 faiz, iaşə dövriyyəsinin həcmi 1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 1,6 faiz artıb.
    Bütün maliyyə mənbələri hesabına əsas kapitala 3 milyon 612,7 min manat investisiya yönəldilib. 278-i daimi olmaqla, 728 yeni iş yeri açılıb. Daha ətraflı »

  • 20May
    Tərtər RİH-də YUXARI QAPANLI KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Yuxarı Qapanlı kəndində oldu.
    Qəbulda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi.
    Sonra vətəndaşların müraciətləri dinləndi. Kənd sakinlərindən Rəfail Abbasov, Asif Mustafayev, Ülviyyə Kazımova, Anar Rəhimov, Nazim Həsənov içməli su təminatı, mübahisəli torpaq məsələsi, işlə təminat və digər şəxsi məsələlər barədə müraciət etdilər. Daha ətraflı »

  • 20May
    Xəbərlər 9 MAY QƏLƏBƏ GÜNÜ üçün şərhlər bağlıdır

    Alman faşizmi üzərində qələbənin 74-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidəyə gül-çiçək dəstələri qoyaraq, Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.
    Rayon rəhbəri qeyd etdi ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar–o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Ulu öndərin təbirincə desək: “Veteranlar bizim canlı arxivimizdir”.
    Bu gün Azərbaycanda müharibə iştirakçılarına böyük diqqət və qayğı var. Onların problemlərinin həlli, həyat səviyyəsinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir.
    Bu gün bu siyasi kurs ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Hər il olduğu kimi, bu il də Prezidentin sərəncamı ilə müharibə iştirakçılarının və onların dul qalmış arvadlarına birdəfəlik maddi yardım göstərilmişdir.

    Prezidentin bu sərəncamından Tərtər rayonunda 84 nəfər yararlanmışdır. Onlardan iki nəfəri Böyük Vətən müharibəsi iştirakçısı, on beş nəfəri həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medalla təltif edilmiş şəxs, 67 nəfəri isə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarıdır. Daha ətraflı »