Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn
    Digər BEYNƏLXALQ AİLƏ GÜNÜ üçün şərhlər bağlıdır

    15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycandaailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub.
    Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb. Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayan ulu öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər gördü. 1998-ci il yanvarın 14-də Azərbaycanda “Qadın Problemləri üzrə Dövlət Komitəsi”ni yaratdı. Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Daha ətraflı »

  • 10İyn
    Digər ÜMUMDÜNYA QAÇQINLAR GÜNÜ üçün şərhlər bağlıdır

    20 iyun Ümumdünya Qaçqınlar Günüdür. 2000-ci ildə BMT-nin Baş Məclisi bu tarixi Ümumdünya Qaçqınlar Günü kimi müəyyənləşdirən xüsusi qətnamə qəbul edib.
    Heydər Əliyevin 1998-ci ildə qəbul etdiyi “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” uzunmüddətli Dövlət Proqramına əsasən, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərə start verildi, onların həyat şəraitinin yaxşılaşdırılmasına başlanıldı, soydaşlarımız üçün yeni qəsəbələr salındı.
    Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti seçiləndən sonra qaçqın və məcburi köçkünlərin problemlərinə həssas münasibətini ortaya qoydu. Yüksək dövlət postunda ilk müşavirəsini, məhz bu məsələyə həsr etdi. 2017-ci ilin martın 9-da onun sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirildi, ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məsələsi müzakirə olundu…
    Abşeron rayonunun Masazır, Mehdiabad, Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərin ixtiyarına verildi.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən yaranan bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın sosial və məişət şəraitlərinin yaxşılaşdırılması məsələsini həmişə diqqət mərkəzində saxlayır. İndiyədək Azərbaycanda mənzil və evlərlə təmin olunan məcburi köçkünlərin sayı 300 minə çatdırılıb. Daha ətraflı »

  • 10İyn
    Digər MİLLİ İNSAN HÜQUQLARI GÜNÜ üçün şərhlər bağlıdır

    18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib.
    Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb.
    İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. 2001-ci il dekabrın 28-də isə Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib.

  • 31May
    Kənd Təsərufatı KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI İLƏ BAĞLI MÜŞAVİRƏ üçün şərhlər bağlıdır

    Müşavirədə icra başçısı aparatının məsul işçiləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, kənd təsərrüfatı mütəxəssisləri, fermerlər və ictimaiyyət nümayəndələri iştirak edib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müşavirəni açaraq Prezident İlham Əliyevin müdrik düşüncəsi ilə qeyri-neft sektorunun durmadan inkişaf etdiril-məsinin artıq dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdiyini diqqətə çatdırıb. Bununla bağlı ölkədə kompleks tədbirlərin görüldüyünü, Dövlət Proqramlarının, müvafiq fərman və sərəncamların imzalandığını, çoxlu sayda əmək tutumlu və sosialyönümlü layihələrin icra olunduğunu bildirib. Qeyd edib ki, bunların ara-sında kənd təsərrüfatına daxil olan sahələrin inkişafına da geniş yer verilir.
    Müşavirədə bildirildi ki, 2017-ci ildə 3123 hektar sahədən 8419,9 ton məhsul tədarük edərək, orta məhsuldarlığa görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan Tərtər pambıqçıları ötən il də yüksək nəticəyə nail olublar. 3300 hektar sahədən 8196,5 ton məhsul tədarük edilib. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 24,8 sentner olub. Hazırda rayonumuzda 3427 hektar sahədə pambıq səpini aparılıb. Bu günə kimi 3350 hektaradək sahədə yaxşı bitiş alınıb. Hazırda kultivasiya işləri görülür.
    Qeyd olunub ki, rayon ərazisində bu günə kimi 8300 hektar sahədə yazlıq əkin işləri aparılıb. Daha ətraflı »

  • 31May
    Xəbərlər ÖN CƏBHƏDƏ ƏSGƏRLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin idarə heyətinin üzvləri, təşkilatın Qaradağ Rayon filialının, Holcim Azərbaycan ASC-nin və Qaradağ Rayon İcra Hakimiyyətinin bir qrup nümayəndə heyəti cəbhəyanı bölgədə yerləşən “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşmək üçün Tərtər rayonuna səfər ediblər.
    Görüşdə həmçinin, Azərbaycan QMƏVŞAİB-in Ağdam, Bərdə və Tərtər rayon filiallarının sədrləri də iştirak etmişdir.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlarla görüşüb və cəbhəyanı bölgədə olan vəziyyətlə onları tanış edib. Respublika Prezidenti İlham Əliyevin şəhid ailələrinə, əlillərə, veteranlara, ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan danışıb, Ali Baş Komandanın rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusunun dövlətin keşiyində ayıq-sayıq dayanaraq öz müqəddəs missiyasını yerinə yetirdiyini bildiribdir. O, rayon ictimaiyyətinin hərbi hissələrin əsgərlərinə daima dayaq olduğunu qeyd edib.
    Tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar. Daha ətraflı »

  • 31May
    Tərtər RİH-də TƏZƏKƏND KƏNDİNDƏ NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Təzəkənd kəndində oldu.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi.
    Sonra vətəndaşların müraciətləri dinləndi. Kənd sakinlərindən Rəşid Məmmədov, Təzəkənd kənd ümumi orta məktəbin direktoru Azər Həsənov, kənd sakini Məhəmməd Abdullayev müxtəlif məsələlər barədə müraciətlər etdilər.
    Qaldırılan məsələlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi. Daha ətraflı »

  • 31May
    Xəbərlər V HESABAT-SEÇKİ KONFRANSI üçün şərhlər bağlıdır

    YAP Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirildi.
    Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə tər gül-çiçək dəstələri qoydular.
    Konfransı giriş sözü ilə açan YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı reallaşdırılan layihələr, dövlət proqramları barədə söhbət açdı.
    Konfransda YAP Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahov keçən müddətdə qurumun fəaliyyəti haqqında hesabatla çıxış etdi.
    Hesabat məruzəsi ətrafında Buruc kənd tam orta məktəbin müəllimi Gülsəba Tağıyeva, Qaynaq kənd ümumi orta məktəbin müəllimi Murad Hüseynov, mərkəzi rayon xəstəxanasında tibb bacısı Aygün Cəfərli, Evoğlu kənd tam orta məktəbin müəllimi Elcan Nadirli çıxış etdilər. Daha ətraflı »

  • 31May
    Xəbərlər “SON NƏFƏSƏDƏK” FİLMİNİN NÜMAYİŞİ üçün şərhlər bağlıdır

    Qarabağ həqiqətlərindən bəhs edən filmdə ermənilərin Azərbaycana qarşı törətdiyi təcavüzün başlandığı 1988-ci ildən Xocalı faciəsinədək olan dövrü əhatə edən hadisələr öz əksini tapıb.
    Xronometrajı 100 dəqiqə olan film real hadisələrə əsasən çəkilib. “Son nəfəsədək”də Qarabağ müharibəsi dövründə döyüşçülərimizin göstərdiyi rəşadət canlandırılıb.
    Filmin nümayişində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, keçmiş döyüşçülər, hərbiçilər, filmin yaradıcı heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Filmin nümayişindən öncə Dövlət Himnimiz səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ münaqişəsi ilə bağlı reallıqların əbədiləşdirilməsi, bugünki və gələcək nəsillərə çatdırılması, düşmənin və onların himayədarlarının iç üzünün açılması üçün filmlərə də böyük ehtiyac duyulduğunu qeyd edib. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz tərəfindən aparılan işlərdən danışıb. Filmin yaradıcı heyətinə və ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Daha ətraflı »

  • 31May
    Xəbərlər NÖVBƏTİ MONİTORİNQ üçün şərhlər bağlıdır

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.
    Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.
    Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Rayon rəhbəri bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına imkan vermir. Daha ətraflı »

  • 31May
    Xəbərlər ELMİ-PRAKTİK KONFRANS üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakmiyyətinin və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Psixi sağlamlığımızı qoruyaq” mövzusunda elmi-praktik konfrans keçirilib.
    Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, “Loqos” PNİM-in Bərdə filialının həkimləri, psixoloq müəllimlər, loqopedə ehtiyacı olan şagirdlər və onların valideynləri iştirak edib.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov belə bir mövzuda tədbirin məhz düşmənlə təmas xəttində yerləşən bir rayonda keçirilməsini təqdirəlayiq hesab edib və təşkilatçılara təşəkkürünü bildirib.
    Təhsil şöbəsinin psixoloqu Gülxar Abbasova, uşaq xəstəxanasının poliklinika şöbəsinin baş həkimi Zəhra Hüseynova çıxış edərək bildiriblər ki, psixi sağlamlığın qorunması geniş spektrli fəaliyyəti əhatə edir. Qeyd edilib ki, dövlətimiz tərəfindən bu sahənin inkişaf etdirilməsi istiqamətində kifayət qədər işlər görülür.
    Sonra çıxış edən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu Elmira Mirzəyeva tədbirin təşkilində göstərdikləri diqqətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Daha ətraflı »