Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Dek
    Digər PREZİDENT İLHAM ƏLİYEV TƏRTƏRDƏ 1170 MƏCBURİ KÖÇKÜN AİLƏSİ ÜÇÜN SALINAN YENİ YAŞAYIŞ KOMPLEKSİ İLƏ TANIŞ OLUB üçün şərhlər bağlıdır

    15118580466328527343_1000x669151185804680622623_1000x669Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Prezidentin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə edilmiş əlavələrə uyğun olaraq, Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi salınıb.
    Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni mənzillərlə təmin olunması istiqamətində son illərdə əhəmiyyətli tədbirlər görülüb. Daha ətraflı »

    Teqlər:

  • 11Dek
    Digər TƏRTƏR-SEYDİMLİ-QARADAĞLI-SAROV AVTOMOBİL YOLUNUN AÇILIŞI OLUB üçün şərhlər bağlıdır

    1511855533651320037_1000x66915118555332630265054_1000x669Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışı olub.
    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
    Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illər yol infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildənilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin ya-şayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına-yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələr sırasında Tərtər-Seydimli-Qaradağlı-Sarov marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən respublika əhəmiyyətli Goranboy-Tərtər avtomobil yolunun tikintisi layihəsi xüsusi əhəmiyyət daşıyır. Daha ətraflı »

    Teqlər:

  • 11Dek
    Səhiyyə İXTİSASLI HƏKİMLƏRDƏN İBARƏT SƏYYAR BRİQADA TƏRTƏRDƏ OLUB üçün şərhlər bağlıdır

    DSC_6842 (Копировать)Cəbhə bölgəsində yaşayan əhalinin tibbi müayinəsi üçün ixtisaslı həkimlərdən ibarət səyyar briqada Tərtərə səfər edib. Mərkəzi Rayon Xəstəxanasında keçirilən humanitar aksiyada Azərbaycan Tibb Universitetinin əməkdaşları professor Nuru Bayramov, dosent Cəfər Nəsirli, tibb üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, Mərkəzi Klinikanın uroloq həkimi, tibb üzrə fəlsəfə doktoru Elbəyi Daşdəmirov, Mərkəzi Gömrük Hospitalının həkimi, mama-ginekoloq Təranə Bayramova rayon sakinlərinə tibbi xidmət göstəriblər. Tərtər Mərkəzi Rayon Xəstəxanasında tibbi yoxlamanın keçirilməsi üçün zəruri şərait yaradılıb. Ultrasəs və digər diaqnostikadan sonra ehtiyacı olanlara müalicə kursu təyin edilib. Cərrah, uroloq, ultrasəs mütəxəssisi və mama-ginekoloq həkimlər belə səfərlərdə həvəslə iştirak etdiklərini bildiriblər. Briqada üzvləri bu aksiyanın cəbhə bölgəsində yaşayanlara mənəvi dəstək olduğunu və cəbhəyanı bölgələrə səfərlərinin mütəmadi davam etdiriləcəyini də qeyd ediblər. Aksiyadan 100-ə yaxın rayon sakini yararlanıb.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini müayinədən keçirən tibb personalına və onların çalışdığı müəssisələrin rəhbərliklərinə cəbhə bölgəsində yaşayan tərtərlilər adından minnətdarlığını bildirib.

    Teqlər:

  • 11Dek
    Kənd təsərrüfatı YENİ TUT TİNGLƏRİ ƏKİLİR üçün şərhlər bağlıdır

    DSC_6791 (Копировать)Tərtərdə baramaçılığın inkişafı ilə əlaqədar yeni tut bağları salınır. Bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqlarda tut tinglərinin əkilməsi üçün lazım olan şərait yaradılıb. Ümumilikdə, cari ildə rayon ərazisində 139 min tut tinginin əkini planlaşdırılıb ki, bunun da artıq 30 mini əkilib. Hazırda tut tinglərinin əkilməsi prosesi davam edir. Təşkil olunan növbəti əkin zamanı torpağa 10 minə qədər Çin Xalq Respublikasından gətirilmiş ting basdırılıb.
    Qeyd edək ki, ötən il Tərtərdə 31 min 357 ədəd tut tingi əkilib. Onlardan 30 min ədədi Çin Xalq Respublikasından, 1357 ədədi isə Bərdə Meşə Mühafizə və Bərpası Müəssisəsindən gətirilib.
    Rayon ərazisində yeni tut bağlarının salınması və köhnə bağların bərpası üçün görülən işlər davam etdirilir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 11Dek
    Kənd təsərrüfatı RAYONUMUZDA KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır

    PAMBIĞIN ƏVVƏLKİ ŞÖHRƏTİ ÖZÜNƏ QAYTARILIR

    DSC_5634 (Копировать)Pambıq qiymətli texniki bitki olmaqla lif verən bitkilər içərisində ən faydalısıdır.
    17 sentyabr 2016-cı ildə Sabirabad rayonunda möhtərəm Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına həsr olunan müşavirədəki çıxışı, tapşırıq və tövsiyələri, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli Sərəncamı Tərtər rayonunun fermerlərində də bu sahəyə olan marağı artırmışdır.
    Qeyd edilən tədbirlərdən sonra Tərtər Rayon İcra Hakimiyyətində geniş iclas keçirilmiş, iclasda pambığın istehsalı və tədarükü ilə məşğul olan idarə-müəssisə rəhbərləri, kənd icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər və digər aidiyyəti şəxslər istirak etmişlər. Aqro-texniki tədbirlərin vaxtında və düzgün aparılmasına mütəxəssislər tərəfindən tövsiyələrin verilməsi məqsədilə rayon qərargahı yaradılmışdır. Qərargah üzvlərindən kəndlərə təhkimçilər təyin edilmişlər. Daha ətraflı »

    Teqlər:

  • 11Dek
    Kənd təsərrüfatı ZƏHMƏT BƏHRƏ VERİR üçün şərhlər bağlıdır

    2017-04-04-19-02-36shekercugunduruSon zamanlar rayonumuzda şəkər çuğundurunun əkin sahələri ilbəil artırılır. Bunu rəqəmlərdən daha aydın görmək olar. Əgər ötən il rayonumuzun fermer və ailə fermer təsərrüfatlarının üzvləri 724 hektar sahədə şəkər çuğunduru əkmişdilərsə, bu il həmin sahələr genişləndirilərək 1539 hektara çatdırılmışdır.
    Çuğundur tədarükü ilə bağlı Azərbaycan Şəkər İstehsalat Birliyinin Tərtər Bölgəsi üzrə nümayəndəsi Loğman Müseyibovla əlaqə saxladıq. O bildirdi ki, rayonun təsərrüfatlarından İmişlidəki şəkər zavoduna 63 min 500 ton keyfiyyətli məhsul təhvil verilib. Çuğundur yığımı başa çatıb. Təhvil verilən məhsul tapşırıqda nəzərdə tutulandan 3 min ton çoxdur. Əksər fermerlər nəzərdə tutulandan çox məhsul istehsal ediblər. Bunlara misal olaraq Qazyan kəndindən fermerlər Namət Ələkbərovun, Rizvan İsmayılovun, Köçərlidən Ramiz Yusibovun, Qaraqoyunludan Nabil Əliyevin, Vidadi Nəcəfovun, İsmayılbəylidən Ədalət Novruzovun, Qapanlıdan Fərahim Əvəzovun və başqalarının adlarını çəkmək olar.

    Əvəz NƏSİROV

    Teqlər:

  • 11Dek
    Kənd təsərrüfatı 20 TON XURMA YIĞILIB üçün şərhlər bağlıdır

    1446533742140895168_1000x669 Buruc kəndində işgüzar, işini yaxşı bilən əmək adamlarından biri də fermer Rövşən Kərimovdur. O, kənddə həm heyvandarlıqla məşğul olur, həm də bağçılıqla. Hər iki sahədən də daim yüksək məhsuldarlığa nail olur. Rövşən təsərrüfataında 150 baş ana qoyun bəsləyir. Həmişə də deyir ki, bu, bizim ata-baba məşğuliyyətimizdir. Ailəmizin bütün xərclərini bu hesaba təmin edirik.
    Qoyunların normal bəslənməsi üçün həyətində hər çür şəraiti olan müasir tipli tövlə tikdirib.
    Buruc Bələdiyyəsinin sədri Sərdar Aslanov bildirdi ki, Rövşən qoyunçuluqla yanaşı həm də 4 hektar sahədə xurma bağı əkib becərir. Bağda ağaclara vaxtlı-vaxtında aqrotexniki qaydalar əsasında qayğı ilə qulluq edildiyinə görə, 4 hektar xurma bağından 20 ton keyfiyyətli məhsul yığılıb.

    Mirzə NƏSİR

    Teqlər:

  • 11Dek
    Kənd təsərrüfatı TAXIL ƏKİLƏN SAHƏLƏRDƏ İŞLƏR DAVAM EDİR üçün şərhlər bağlıdır

    product_1494600084Təsərrüfatımızda öz işini bilən, əkin-biçindən yaxşı baş çıxaran əmək adamları çoxdur. Elə buna görə də fermerlərimiz bu il becərdikləri 245 hektar taxıl sahələrinin hər hektarından 38 sentner, 255 hektar arpa sahələrinin isə hər hektarından 37 sentner məhsul götürdülər. Bu işdə fermerlərimizdən Fazil Vəliyev, Habil İbrahimov, Rüstəm Quliyev, Sadiq Məmmədov və başqaları xüsusi fəallıq göstərmişlər.
    İlin payız fəsli öz ömrünü başa vurmaq üzrədir. Bu günlər sahələrdə torpaq şumlayan, dırmıqlayan, səpin aparan müxtəlif markalı traktorların aramsız səsi gecə-gündüz kəsilmir. İndiyədək 330 hektar sahəyə arpa, 195 hektara isə məhsuldar buğda toxumu səpilib.
    Yuxarıda adları çəkilən fermerlər yenə də növbəti ilin məhsulu üçün tarlalarda arpa-taxıl səpinini davam etdirirlər.
    Mexanizatorlar Şahin Vəliyev, Elşad Nəsibov, İslam Məmmədov, Talıb Musayev və başqaları sahələrdə payız şumu qaldırdıqdan sonra gələn ilin bol məhsulunun bünövrəsini qoyur, səpin aparırlar. Daha ətraflı »

    Teqlər:

  • 11Dek
    Kənd təsərrüfatı PAYIZ ƏKİNİ SÜRƏTLƏNİR üçün şərhlər bağlıdır

    14466105995379911969_470x246Tərtər rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu günədək rayon üzrə 12 min 503,7 hektar sahədə şum qaldırılıb, 9295,6 hektarda taxıl, o cümlədən 6102,2 hektarda buğda, 3069,5 hektarda dən üçün arpa, 123,9 hektarda yaşıl yem üçün xəsil arpa səpilib.
    Tərtər taxılçıları səpini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib.
    Rayonda digər kənd təsərrüfatı bitkilərinin də səpini aparılır. Belə ki, gələn ilin məhsulu üçün bu günədək 38,93 hektarda baş soğan, 82,8 hektarda sarımsaq, 532,5 hektarda təzə yonca, 8 hektarda digər bitkilər əkilib.

    Teqlər:

  • 11Dek
    Kənd təsərrüfatı QIŞA VAXTINDA HAZIRLIQ İŞLƏRİ GÖRÜLÜB üçün şərhlər bağlıdır

    DSC_4678DSC_4669Kənd şəraitində təsərrüfatın gəlirli sahələrindən biri də maldarlıqdır. Artıq xeyli vaxtdır ki, ailəlikcə bu sahə ilə məşğul oluruq.
    Hazırda həyətimizdə müasir üslubda inşa etdiyimiz tövlədə 20 baş mal saxlayırıq. Onların 17 başı ana inəklərdir. İlin yaz-yay fəsillərində hər gün inəklərdən 150-170 kiloqram süd sağıb zavoda təhvil veririk.
    Hal-hazırda havaların soyuması ilə əlaqədar olaraq süd istehsalı azalıb. Ana inəklərdən 9-10 baş bala gözlənilir. Bundan sonra süd istehsalı artacaq.
    Hər il mal-qaranı qışdan sağ-lam və gümrah çıxarmaq üçün 5-6 hektar sahədə yonca, 2,5-3 hektar sahədə arpa əkib-becəririk. Bu il yoncalıqlardan 7 mindən çox kip bağlatdıdıb, yığmışıq. Yem üçün arpa da kifayət qədərdir.
    Təsərrüfat işlərində mənə ailə üzvlərimlə yanaşı qardaşım Zabil Əliyev, sağıcılar Zərifə Abbasova, Yaqut Pirməm- mədova və başqaları yaxından köməklik göstərirlər.
    Qışa əvvəlcədən ciddi hazırlıq işləri görmüşük.

    Qabil ƏLİYEV,
    İlxıçılar kənd sakini, fermer

    Teqlər: