Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl
    Kənd təsərrüfatı Kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir üçün şərhlər bağlıdır

    PREZİDENTİMİZİN TAPŞIRIĞINA ƏMƏLİ İŞİMİZLƏ CAVAB VERƏCƏYİK

    c9b13914-fc65-4372-b340-ebf71b2dc91fÖlkə Prezidenti İlham Əliyevin qeyri neft sektorunu inkişaf etdirmək barədəki sərəncamı hər bir torpaq mülkiyyətçisi kimi mənim də işə olan həvəsimi qat-qat artırıb. 1997-ci ildən indiyədək torpaqda əkin-biçinlə məşğul oluram. Ötən il becərdiyimiz şəkər çuğunduru sahəsinin hər hektarından 70 tondan çox, buğda sahəsinin hər hektarından 30 sentner, arpa sahəsinin isə hər hektarından 22 sentner məhsul götürdük.
    Təsərrüfatımda işləyənlər–ailə üzvlərim, yaxın qohumlarım, qonşularımdır. Ölkə rəhbərinin pambıqçılığı inkişaf etdirmək barədə Saatlı rayonunda keçirdiyi müşavirədəki tapşırıqlarını, torpaq mülkiyyətçilərinə, nəzərdə tutulan subsidiyalar, texnikadan, gübrələrdən güzəştli şərtlərdə istifadə olunması insanların bu sahəyə marağını qat-qat artırıb. Bu il 23 hektar sahəyə çiyid, 9 hektara isə şəkər çuğunduru toxumu səpmişik. Hər iki sahədə səpin aqrotexniki qaydada keçirilib. İndi çuğundur sahələrində alaq otlarına qarşı becərmə işləri aparılır. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Kənd təsərrüfatı ŞƏKƏR ÇUĞUNDURUNUN İSTEHSALI ARTIR üçün şərhlər bağlıdır

    14317287745873043008_1000x669Son zamanlar respublikamızın əksər bölgələrində şəkər çuğundurunun əkini, onun becərilməsi və şəkər istehsalı aktual məsələyə çevrilib. Elə buna görə də rayonumuzda bu sahənin inkişaf etdirilməsinə xususi diqqət yetirilir.
    Qeyd etmək lazımdır ki, bu bitkinin son illər əkin sahələri əhəmiyyətli dərəcədə genişləndirilir. Müqayisə üçün deyək ki, əgər ötən il rayonumuzun təsərrüfatlarında 1187 hektar sahədə şəkər çuğunduru becərilmişdisə, bu il həmin sahələr 1541 hektara çatdırılıb.
    Fermerlərimiz 2016-cı ildə İmişlidəki şəkər zavoduna 56 min 872,1 ton məhsul təhvil vermişlər. Hər hektarın orta məhsuldarlığı 479,1 sentner olmuşdur. Bu il daha çox məhsul gözlənilir. Bu işdə bir sıra icra numayəndəliklərində çalışan fermerlərin işləri daha uğurlu olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Kənd təsərrüfatı ZƏHMƏTİMİZ BƏHRƏ VERİR üçün şərhlər bağlıdır

    4D2942F4-7660-4799-9272-B22AE3F0AF46_w1080_h608Ölkə Prezidenti İlham Əliyevin qeyri neft sektorunu inkişaf etdirmək barəsindəki göstərişləri təsərrüfatmızın üzvlərini də ürəkdən həvəsləndirib. Ona görə ki, biz ailəlikcə torpağı sevən, ondan bol məhsul götürən insanlarıq. Mən həm öz kəndimizdə, həm də qonşu Seydimli kəndində 40 hektara yaxın torpaq sahəsi becərirəm. Elə həmin torpaqların hesabına özümüzün fərdi fermamızı da yaratmışıq. İndi fermada 150 baş qoyun-quzu bəsləyirik.
    Cari ilin məhsulu üçün hələ ötən ilin payızında 10 hektar sahəyə payızlıq taxıl, 7 hektara şəkər çuğunduru toxumu əkmişdik, 15 hektar sahədə yonca becəririk.
    Ölkə Prezidenti İlham Əliyevin “Toxumdan tutmuş hazır məhsuladək Azərbaycanda istehsal olunmalıdır” təşəbbüsü torpağı əkib-becərən insanların məsuliyyət hissini qat-qat artırıb. Elə buna görə də səpdiyimiz taxıl toxumunu öz sahəmizdən götürmüşük. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Kənd təsərrüfatı 50-DƏN ÇOX İŞÇİ ÇALIŞIR üçün şərhlər bağlıdır

    2220938_4Bu il Prezident İlham Əliyevin sədrliyi ilə Saatlı rayonunda pambıqçılığın inkişafı və bu sahədə qarşıda duran vəzifələrə həsr olunmuş respublika müşavirəsi keçirildi. Həmin müşavirədə bir fermer kimi mən də iştirak edirdim.
    Ölkə Prezidenti kənd təsərrüfatının əsas sahə olduğunu qeyd etməklə yanaşı bu sahədə fermerlər üçün subsidiyaların artırılacağını da qeyd etdi. Dövlət dəstəyinin göstərilməsi pambıqçılıqda çalışanların ruh yüksəkliyini artırır, daha çox məhsul istehsal etməyə ruhlandırır.
    Ataların gözəl bir deyimi var: “Torpağa əyilən baş həmişə uca olar”. Mən 2000-ci ildən əkinçiliklə məşğul oluram. Bu müddət ərzində həmişə də bol məhsul götürürəm. Bu il təsərrüfatımızda 30 hektarda buğda, 40 hektarda şəkər çuğunduru, 44 hektarda günəbaxan və 53 hektar sahədə ciyid səpini aparmışdıq. Ötən il pambıq plantasiyaları cəmi 10 hektarı əhatə edirdi. Hər hektardan 44,4 sentner məhsul götürdük. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Digər Sadə peşə adamları üçün şərhlər bağlıdır

    RABİTƏÇİ MALİK

    Изображение 342Malik 1978-ci ildə 18 yaşını yenicə adlamışdı. Rayon rabitə qovşağında onu telefon montyoru kimi işə qəbul etmişdilər. Lakin bu işin necə görülməsindən onun xəbəri belə yox idi. Çox tərəddüdlə işə gəldi. Bir-neçə gün beləcə davam etdi. Qovşaqda çalışan təcrübəli işçilər gənc oğlanın çəkindiyini görüb, ona kömək etmək qərarına gəldilər.
    Nəticə isə uğurlu oldu…
    O vaxtdan 39 ilə yaxın bir zaman keçib. Hüseynov Malik Məhəmməd oğlu rayon sakinlərinin və çalışdığı telekommunikasiya qovşağı kollektivinin hörmətini qazanıb. Malik ürəkdən vurulduğu işindən belə danışır:
    – Əvvəl vaxtlarda bu iş mənə çox çətin görünürdü. Lakin təcrübəli həmkarlarımın yaxından köməkliyi ilə bu peşədə uzun illərdir ki, çalışıram. Bu iş çox məsuliyyətli olmağı tələb edir. İndiki zamanda bütün avadanlıqlar müasirləşib, elektron sistemə keçib. Hazırda mən kabelçi vəzifəsini icra edirəm. Bu sadə peşəni mənə öyrədən hər kəsə öz minnətdarlığımı bildirirəm. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Digər TƏMİZLİK GÖZƏLLİKDİR üçün şərhlər bağlıdır

    IMG-20170314-WA0061Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində apa-rılan quruculuq işləri hər yerdə geniş vüsət alıb. Elə bizimTərtər rayonu da bu inkişafın bariz nümunəsidir. Görülmüş tikinti, abadlıq işləri şəhərimizin simasını gündən-günə dəyişdirib, gözəlləşdirir. Bu gözəlliyi qoruyub saxlayan zəhmət adamları sırasında kommunal müəssisələri kombinatının fəhlə və süpürgəçiləri də var. Bu zəhmət adamlarını hər gün iş başında görmək olur. Müəssisənin mühəndisi Adil Əhmədova belə sadə peşə sahiblərinin bir nümayəndəsi haqqında yazmaq istədiyimi bildirdim. Mühəndis bu insanların hər birinin zəhmətini dəyərləndirərək Hürü Meydanovadan yazmağı məsləhət bildi.
    Bu zəhmət adamı gülümsünərək öz işindən söz açdı: “Ay qadan alım, mənim işimin nəyindən yazacaqsan? Sadə bir süpürgəçiyəm. Amma elə bilmə ki, mən işimi sevmirəm. Hamı kimi mən də çörək pulumu qazandığım işimdə çox ürəklə çalışıram. Mənə tapşırılan işin məsuliyyətini dərk edirəm. Təmizliyinə baxdığım yolla tez-tez qonaqlar gəlib-gedir. Düşünürəm ki, onlarda şəhərimiz haqqında ilk təəssürat elə keçdikləri küçədən, yoldan başlayır. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Ədəbiyyat MARAQLI KİTAB üçün şərhlər bağlıdır

    0102Tofiq Yusif

    Bu günlərdə həmyerlimiz Vaqif İsaoğlunun (Səmədov Vaqif İsa oğlu) “Dərələyəz mahalım, Ağkənd elimdir” adlı maraqlı bir kitabı (“Kooperasiya” nəşriyyatı, 2017-ci il) işıq üzü görmüşdür. Topluda əsas diqqət Azərbaycanın qədim ərazisi olan Dərələyəz mahalının Səlim çayı hövzəsində yaşayan ellərimizin tarixi, etnoqrafiyası, adət və ənənələri barədə, o yerlərdə yaşamış soydaşlarımızın keçmişinə və indisinə dair geniş, əhatəli bilgilər verilib.

    Bununla yanaşı kitabda ermənilərin zaman-zaman o yurdlarda yaşayan azərbaycanlıların başına açdığı müsibətlər, soyqırımlar və faciələr burada öz əksini tapıb. “Qərbi Azərbaycanın tarixi keçmişindən bəhs edən olaylar”, “Ermənilər kimdir?”, “Ermənilər haqqında deyilənlər,” “Ermənilərin özləri haqqında dedikləri”, “Daşnaqlar gəldilər–milli ədavət gətirdilər”, “Əsrin ən böyük faciəsi”, “Qan yaddaşımıza yazılan tarixi faktları hamı bilməlidir”, “XX əsrin sonunda Azərbaycan ərazisində erməni terroru”, “Z.Balayanın “Ocaq” kitabı nəyə xidmət edir?” kimi yazı başlıqları bu kitabın nə qədər əhəmiyyətli və sanballı bir əsər olduğuna dəlalət edir. Yəni Vaqif İsaoğlunun “Dərələyəz mahalım, Ağkənd elimdir” əsəri təkcə bu ad çərçivəsinə sığışıb qalmır, daha geniş dairəni əhatə edən fundamental bir əsərə çevrilir. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Digər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında üçün şərhlər bağlıdır

    İSTİQLAL MÜCAHİDLƏRİNİN XATİRƏSİ QƏLBİMİZDƏ YAŞAYIR

    Azeriflag1918-ci ilin mayından 1920-ci ilin aprelinə qədərki tarixi dövr Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edir. Bu dövr bizim istiqlal tariximizdir. Məhz 99 il öncə M.Ə.Rəsulzadənin başçılığı ilə bir qrup Azərbaycan ziyalıları yoxdan bir dövlət qurdular. Şərqdə və müsəlman dünyasında ilk demokratik bir dövlət.
    Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətini ilk olaraq 1918-ci il 4 iyun Batumi müqaviləsi ilə Türkiyə tanıdı. 1918-ci il 16 iyunda AXC Tiflisdən Gəncəyə, sentyabrın 15-17-də isə Gəncədən Bakıya köçdü. AXC-in süqutuna qədər də bundan sonra Bakıda fəaliyyət göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli resbublika idi. AXC-nin dövlət quruculuğu sahəsində gördüyü ən böyük tədbirlərdən biri 1918-ci il 27 iyunda Azərbaycan dilinin dövlət dili elan edilməsi oldu.
    1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin sözləri ilə deyilsə, türk mədəniyyətini, müasir Avropa demokratiyasını və müsəlman sivilizasiyasını təcəssüm etdirən üçrəngli, aylı-ulduzlu bayraq rəsmi dövlət bayrağı kimi qəbul edildi. Qısa müddətdə ordu quruculuğuna başlandı. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Kənd təsərrüfatı ƏKİN SAHƏLƏRİ GENİŞLƏNDİRİLİR üçün şərhlər bağlıdır

    198089_0imageRayon statistika idarəsinin məlumatına əsasən cari ildə kartof, tərəvəz və bostan bitkilərinin ümumi əkin sahəsi 1580,8 hektardır. Bunun 498 hektarı kartof, 1075 hektarı tərəvəz, 7 hektarı bostan bitkiləridir. Bu il kartof, tərəvəz və bostan bitkilərinin əkin sahələri əvvəlki illə müqayisədə 123,3 hektar və ya 8,5 faiz artmışdır. 2017-ci ilin məhsulu üçün rayon üzrə tərəvəz və bostan bitkiləri ən çox Hüsənli kəndində əkilib (161 hektar). Bu bitkilərin əkini Bəyimsarovda 112, Azadqaraqoyunluda 105 hektardır.
    Hüsənli kənd İƏD üzrə icra nümayəndəsi Gülüstan Əhmədova deyir ki, tərəvəz və bostan bitkiləri tez hasilə gəlir, insanlar ailə büdcələrini möhkəmlətmək üçün bu sahəyə daha çox maraq göstərirlər. Fermer Azər Gülməmmədov bu il 50 hektarda tərəvəz və bostan bitkiləri becərir. Onun 16 hektarı dən üçün qarğıdalı, 10 hektarı kələm, qalanı isə yerkökü və kartofdur. Daha ətraflı »

    Teqlər:

  • 30İyn

    Digər üçün şərhlər bağlıdır

    İlham ƏLİYEV: “Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq… Son illər ərzində maddi-texniki bazanın möhkəmləndirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan Ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ilk növbədə ordu quruculuğuna böyük diqqət göstərilməlidir”.

    Teqlər: