Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq
    Təhsil AYSEL SƏFƏRLİ–612 BAL üçün şərhlər bağlıdır

    DSC_4538Şəhər 1 saylı tam orta məktəbin məzunu Aysel Səfərli 612 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Redaksiyamızda olarkən Aysel dedi: Təhsilimi başa vurandan sonra bir həkim kimi rayonumuza qayıtmaq və qəhrəman tərtərlilərin cansağlığı keşiyində dayanmaq ən böyük arzumdur.

    Teqlər:

  • 31Avq
    Təhsil BANU CƏFƏRLİ–604 BAL üçün şərhlər bağlıdır

     

    DSC_4530Onlar 2 bacı–Banu və Çiçək bir sinifdə oxuyublar. Şəhər 6 saylı məktəbin məzunlarıdır. Hər ikisi ali ixtisas məktəblərinə qəbul olunmaq üçün imtahan verərək eyni ixtisasa qəbul olunublar. Banu 604 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ödənişsiz, Çiçək isə 225 balla Gəncə şəhərindəki Texnologiya Universitetinin ödənişli kompüter mühəndisliyi fakültəsində təhsil alacaqlar. Banu şəhər 6 saylı tam orta məktəbi müvəffəq qiymətlərlə bitirib. Məqsədi yaxşı oxumaq, gələcəkdə Vətənimizə layiqli bir övlad olmaqdır.

     

     

    Teqlər:

  • 31Avq
    Təhsil TURAL YUNİSLİ–638 BAL üçün şərhlər bağlıdır

    IMG-20170825-WA0001Tural Yunisli Köçərli kənd tam orta məktəbini bu il bitirərək 638 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub.
    Söhbət zamanı bildirdi ki, gələcəkdə arzusu səfir olmaqdır.
    Turalın bacısı Leyla da ötən il Azərbaycan Dövlət Universitetinin tərcümə fakültəsinə daxil olub. Ailənin hər iki övladına ali məktəbləri yüksək qiymətlərlə başa vurmalarını arzu edirik.

    Teqlər:

  • 31Avq
    Təhsil ORXAN ƏSGƏROV–635 BAL üçün şərhlər bağlıdır

    DSC_4539Orxan Əsgərov hərbi xidmətini bu il başa vurub. Ordudan tərxis olunandan sonra ali məktəblərə qəbul imtahanlarında iştirak edib və 635 balla Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub.
    Əsgərliyə getməzdən əvvəl isə Orxan Şuşa Musiqi Texnikumunu bitirib. O, şəhər 1 saylı tam orta məktəbin məzunudur. Qardaşı Əli Sumqayıt Dövlət Universitetinin tarix fakültəsində təhsil allır.

    Teqlər:

  • 31Avq
    Təhsil NİCAT İBRAHİMZADƏ– 619 BAL üçün şərhlər bağlıdır

    DSC_4516İbrahimzadə Nicat Sahib oğlu şəhər 2 saylı məktəb-liseyin məzunudur. Rayonda 600-dən yuxarı bal toplayanlardandır. II qrupda 2 dəfə imtahan verib, hər ikisində də yüksək–600-dən çox bal toplaya-raq Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və auditi fakültəsinə qəbul olub. Bu arzu onda hələ üç il əvvəldən qardaşı Rəşad həmin universitetin birinci kursunda oxuyarkən yaranmışdı. Təsadüfdən qardaşların ali məktəblərə qəbulu eyni balla olub–619. Hətta Nicat ballarını yoxlayarkən elə bilib ki, qardaşı Rəşadın balı səhvən ona yazılıb.
    Nicat redaksiyamıza iqtisad universitetinin 3-cü kurs tələbəsi qardaşı Rəşadla birlikdə gəlmişdi. İxtisas seçimində ona qardaşı Rəşadın böyük təsiri olub. Nicat inanır ki, universiteti də müvəffəqiyyətlə başa vuracaqdır.

    Teqlər:

  • 31Avq
    Təhsil “MÜƏLLİMLƏRİMƏ MİNNƏTDARAM” üçün şərhlər bağlıdır

    Turkan001Nemətova Türkan Ədalət qızı 2001-ci ildə anadan olub. Rayonumuzun Ağkənd kəndində yaşayır. O, bu il Əli Kərimov adına Cəmilli kənd tam orta məktəbini bitirib. Bir çox həmyaşıdları kimi arzusu qəbul imtahanlarını müvəffəqiyyətlə verib universitetə qəbul olmaq idi. Budur, indi Türkanın arzusu reallığa çevrilib.
    Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul olub.
    Sevincini bütün doğmaları ilə bölüşən Türkan deyir ki, bu uğuruma görə ilk növbədə orta məktəb müəllimlərimə minnətdarlığımı bildirirəm. Bir də sevinirəm ona görə ki, valideynlərimin və müəllimlərimin çəkdikləri əziyyəti yerdə qoymadım.

    Teqlər:

  • 31Avq
    Təhsil ZEYNƏB JURNALİST OLACAQ üçün şərhlər bağlıdır

    DSC_4503DSC_4511Zeynəb Hüseynzadə rayonumuzun məşhur əmək adamı, Sosialist Əməyi Qəhrəmanı, Lenin ordenli Zeynəb Əhmədovanın nəticəsidir. O, bu il Naxçıvan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub.
    Zeynəb deyir:
    –Nənəm Tərtərin fəxri olub. Şəhərimizin küçələrinin biri onun adını daşıyır. Uzun illər unudulmamasının səbəbi isə həm zəhmətsevərliyi, həm də el üçün yanmasıdır. Görünür, valideynlərim bu adı mənə verəndə, məhz belə bir Zeynəbi görmək istəyiblər. Onların etimadını doğrultmağa çalışacağam.
    Bəs, nəyə görə məhz jurnalist olmaq istədin?–deyə soruşuram.
    O deyir:
    –Atam II qrup əlildir. Əmək qabiliyyəti yoxdur. Anam isə ibtidai sinif müəllimidir. Ailədə üç uşaq olmuşuq. Gözümü açandan çətinliklər görmüşəm və düşünmüşəm ki, nə zamansa bunların hamısını qələmə alacağam. Onda hələ bilmirdim ki, bu, jurnalist peşəsidir. Böyüdükcə arzum da böyüdü. İndi çox sevinirəm. Arzuma aparan yolun astanasındayam. Daha ətraflı »

    Teqlər:

  • 31Avq
    Digər “BALA KİRPİ”nin SƏRGÜZƏŞTLƏRİ üçün şərhlər bağlıdır

    kirpii_jurnaliDSC_4489ÇAYXANA QİYBƏTLƏRİ

    “Bala Kirpi” yaman darıxırdı. Bekarçılıq onu təmiz tıncıxdırmışdı. Bilmirdi ki, hara gedib başını girlətsin, bu ağırayaq vaxtı necə öldürsün.
    Gözünü açanda gördü ki, “Köhnə univermağ”ın yanındakı çayxanadadır. Bura əməlli-başlı tünlük idi. Səs-küy qarışmışdı biri-birinə. Nərdtaxda şaqqıldadan kim, domino çırpan kim, qiybət qıran kim… Ağız deyəni qulaq eşitmirdi.
    “Bala Kirpi” fikirləşdi: “Bu adamların ayrı işi-gücü yoxdurmu? Nəyə görə ya evdə, ya çöldə bir işin qulpundan yapışmırlar, günlərini beləcə havayı keçirirlər? Düşünmürlərmi ki, nə gedirsə ömürdən-gündən gedir?”
    Yayın isti günü olduğundan hamı çöldə ağacların kölgəsinə qoyulmuş çayxana stollarının ətrafında “məzə qılırdı”. “Bala Kirpi” ha göz gəzdirdi, boş bir oturacaq görmədi. Bu ara ortada qoyulmuş stolun ətrafından bir nəfər durub getdi. Yerin boşaldığını görən “Bala Kirpi” özünü tələsik həmin boş stula yetirib əyləşdi. Bundan sonra ətrafdakılara salam verdi. Bu stolda da şıdırğı çayxana qiybəti gedirdi. Biri yana-yana danışırdı: Daha ətraflı »

    Teqlər:

  • 31Avq
    Digər SADƏ PEŞƏ ADAMI üçün şərhlər bağlıdır

    BACARIQLI DƏRZİ, NÜMUNƏVİ ANA

    Изображение 099Leyla düşünmürdü ki, həvəsi olmadan öyrəndiyi peşə ömrünün sonunadək onun “çörək ağacına” çevriləcək. El adəti üzrə ata xeyir-duası ilə ailə həyatı qurmuşdu. Xoşbəxt idi. İki ovladı vardı. Lakin onun bu xoşbəxtliyi çox çəkmədi. Ailə bəzi səbəblər üzündən dağıldı. Və Leyla 2 körpəsi ilə yenidən ata ocağına qayıtdı. Doğrudur, doğmaları onu tək qoymadılar. Lakin bir qadın kimi ailənin ağırlığı onun çiyinlərinə düşdü. Övladlarını özü böyütməli oldu…
    Leyla Rəhimova 1993-cü ildə ikiillik dərzilik kursunu bitirmişdi. Rayon məişət xidməti kombinatında dərzi kimi fəaliyyətə başladı. O zamanlar dərzilərə plan qoyulurdu. Əgər o plan yerinə yetirilməsəydi, aylıq əmək haqqına təsir edirdi. Buna görə də öyrəndiyi peşəyə mükəmməl yiyələnirdi. Kombinatda çalışan təcrübəli dərzilərdən bilmədiklərini öyrənirdi. Sifariş verənlərin sayı gündən-günə artdı. Buna görə də qoyulmuş planı da vaxtında ödəyə bilirdi, uşaqların ehtiyaclarını da təmin edirdi. Onunla söhbətimizdə bildirdi ki, 28 ildən çoxdur ki, bu sadə, lakin şərəfli peşə ilə məşgul oluram. Hələ bir nəfər işimdən narazılıq etməyib. Daha ətraflı »

    Teqlər:

  • 31Avq
    Digər 31 AVQUST QUBADLININ İŞĞALI GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Qubadli-rayonunun-isgalindan-22-il-kecir-6565Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, «Dənizdən dənizə böyük Ermənistan» yaradılması daşnaq ideoloqlarının çoxillik sərsəm xülyalarının tərkib hissəsi idi. 1993-cü ilin iyul-avqust aylarında bütün cəbhə boyu erməni hücumlarının miqyası genişləndirildi. Bir-birinin ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal edildi. Bu rayonların boşalması Qubadlını faktiki olaraq, mühasirə vəziyyətinə saldı. Avqust ayı ərzində həm Ermənistan, həm də Laçın istiqamətindən hücumlar gücləndirildi. Avqustun 30-da Həkəri çayı boyu kəndlərə atılan mərmilərin ardı-arası kəsilmirdi. Günün ikinci yarısında başlanan yaylım atəşi isə insanların son ümidini də qırdı. Həmin gecə Xanlıq kəndinə qədər olan bütün kəndlər ermənilərin əlinə keçdi. Səhəri gün isə tamamilə mühasirəyə düşən qubadlıların geri çəkilməkdən başqa çarəsi qalmadı. Daha ətraflı »

    Teqlər: