Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Noy
    Digər 20 NOYABR FACİƏSİ üçün şərhlər bağlıdır

    1-a25 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb.
    Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.
    İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib. Daha ətraflı »

    Teqlər:

  • 18Noy
    Xəbərlər NÖVBƏTİ MONİTORİNQ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    dsc_9632-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-270ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər şəhəri istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib.
    Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə rayon rəhbəri nümayəndələrə təmas xəttindəki mövcud vəziyyət haqqında ətraflı məlumat verib.
    Monitorinq insidentsiz başa çatıb.

    Teqlər:

  • 18Noy
    Xəbərlər KONSTİTUSİYA GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır

    9cff36b9e6f99e504c15393cd2f2ef6fimg_19361Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birgə Konstitusiya Gününə həsr olunmuş tədbir keçirdi.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə gənc müstəqil Azərbaycan dövlətini siyasi iflasdan və parçalanmadan xilas et-diyini, ictimai-siyasi sabitliyin təmin olunaraq ölkədaxili pozucu qüvvələrin zərərsizləşdirilməsi, müstəqil dövlətçilik tariximizin inkişaf mərhələsinə qədəm qoyması üçün şərait yaratdığını qeyd etdi. Bildirdi ki, bu inkişafın əsas istiqamətlərinin müəyyən olunması baxımından ölkənin konstitusiya quruluşunun təsbiti tələb olunurdu. Məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılaraq, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb və 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Daha ətraflı »

    Teqlər:

  • 18Noy
    Xəbərlər “GƏLİN NARKOMANİYAYA YOX DEYƏK!” üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-023Bu günlərdə rayon polis şöbəsinin bir qrup əməkdaşı Gənclər Mərkəzində “Narkomaniyaya yox deyək!” və “Qızlar arasında erkən nikahların bağlanması və onun ciddi zərəri” mövzularında tədbir keçirmişlər.
    Toplantıda şəhər və kənd məktəblərinin yuxarı sinif şagirdləri, məktəb direktorlarının müavinləri, müəllimlər, təhsil şöbəsinin nümayəndələri iştirak edirdilər.%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-024
    Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Əfqan Qurbanov müzakirəyə çıxarılan hər iki mövzu ilə bağlı ətraflı məruzə ilə çıxış etdi. Bildirdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Azərbaycan Respublikasında narkomaniya və narkobizneslə mübarizənin əsası tarixdə ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “ Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli qanunla qoyulmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 18Noy
    Xəbərlər RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRİ RAMİN QULUZADƏ TƏRTƏRDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞÜB üçün şərhlər bağlıdır

    000-3rabit%c9%99Əvvəlcə nazir Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə rayonun mərkəzi meydanında Ulu Öndərin abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
    Sonra nazir Tərtər, Ağdam, Bərdə, Xocalı rayonlarında və Yevlax şəhərində yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.
    Vətəndaşların müraciətləri əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.
    Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
    Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.
    Nazir Ramin Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Daha ətraflı »

    Teqlər:

  • 18Noy
    Kənd təsərrüfatı TƏSƏRRÜFAT XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır

    TAXIL SƏPİNİ SÜRƏTLƏNİR

    %d1%81%d0%ba%d0%b0%d1%87%d0%b0%d0%bd%d0%bd%d1%8b%d0%b5-%d1%84%d0%b0%d0%b9%d0%bb%d1%8bTaxıl əvəz olunmaz nemət olan qida məhsulu, taxıl çörəkdir. Çörəyin bolluğu uğrunda var qüvvə ilə çalışmaq hər bir kənd əməkçisinin, hər bir fermerin müqəddəs borcudur.
    Rayonumuzun təsərrüfatlarında növbəti ilin bol məhsulu üçün taxıl səpini davam edir. Bu il buğda sahələrinin hər hektarından orta hesabla 37,3 sentner, arpa sahələrindən isə 27,2 sentner məhsul götürüldü. Rayon kənd təsərrüfatı idarəsinin məlumatına əsasən, rayon üzrə noyabrın 15-dək 1410,3 hektar sahəyə arpa və 2315 hektara buğda səpilib
    Taxıl səpinində Bölgə Təcrübə Stansiyasının, Hüsənli, Kəngərli, Evoğlu kəndlərinin fermerləri irəlidə gedirlər. Taxıl səpini davam edir.

    Teqlər:

  • 18Noy
    Kənd təsərrüfatı BOL MƏHSULUN ƏSASI QOYULUR üçün şərhlər bağlıdır

    taxil-ekiniNövbəti ilin məhsulu üçün rayonda 9590 hektara yaxın sahədə payızlıq şum qaldırılıb. Həmin sahələrin 327,9 hektarına şəkər çuğunduru, 303 hektarına yonca, 22 hektarına isə soğan toxumu səpilib. Təsərrüfatlarda payızlıq əkinlər davam etdirilir. Məqsəd növbəti ildə torpaqdan daha çox məhsul götürməkdir.
    Qeyri-neft Sektorunun inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlər kənd əməkçilərini daha həvəslə çalışmağa ruhlandırır

    Teqlər:

  • 18Noy
    Kənd təsərrüfatı PAMBIQ İTKİSİZ TOPLANIR üçün şərhlər bağlıdır

    pambiq-qozasi_0Bu il təsərrüfatlarımızda 1035 hektar sahəyə pambıq əkilib. Çoxdan unudulan sahəyə çevrilən pambıqçılıq indi fermerlərin ən sevimli işinə çevrilib. Fermerlər, kənd əməkçiləri becərmədə olduğu kimi, məhsul toplanışında da həvəslə çalışırlar.
    Noyabrın 15-dək qəbul məntəqəsinə təsərrüfatlarımızdan 2043,3 ton “ağ qızıl” təhvil verilib. Hər bir kənd əməkçisi yaxşı bilir ki, onların ailə büdcəsinin möhkəmlənməsində pambıqçılıq ən gəlirli sahədir. Buna görə də məhsul toplanışında yaxından iştirak edirlər. Məqsəd gərgin zəhmət hesabına hasilə gətirdikləri məhsulu tarlalardan itkisiz toplamaqdır
    Pambıq tədarükü davam edir.

    Mirzə Nəsir

    Teqlər:

  • 18Noy
    Xəbərlər “CANIMIZ QARABAĞ, YAZIMIZ QARABAĞ!” LAYİHƏSİNİN TƏQDİMATI üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-068Rayonumuzdakı Heydər Əliyev Mərkəzində “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, Yazımız Qarabağ” layihəsi çərçivəsində ziyalılar, gənclər və ictimaiyyətin müxtəlif təbəqələrilə görüş keçirilib.
    Görüşdə yazıçı-publisist, millət vəkili Aqil Abbas, şair Əbülfət Mədətoğlu və layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-dramaturq-publisist Elçin Hüseynbəyli iştirak və çıxış ediblər. %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-079
    Öncə Elçin Hüseynbəyli layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında keçirilir və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin və onun xanımı, birinci ledi, YUNESKO və İSESKO-nun sülhməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu ilin aprel savaşından sonra cəbhə bölgələrinə səfərinin ardınca ordumuza dəstək və Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töfhə vermək məqsədi daşıyır. Daha ətraflı »

    Teqlər:

  • 18Noy
    Digər Azərbaycan Yazarlar Birliyinin sədri Elçin Hüseynbəyliyə məktub üçün şərhlər bağlıdır

    DANIŞA BİLMƏDİM…

    mektubHörmətli Elçin müəllim!
    letter_loveSiz Tərtərdə olarkən keçirdiyiniz tədbirdə cəmi iki kəlmə söz dediyimə görə peşimançılıq hissi məndən əl çəkmir. Qarabağ mövzusu ola, Qarabağda yaşayan jurnalist ola və danışmaya. Ancaq qorxdum ki, kövrələrəm, belə bir tədbirdə isə kövrəlmək istəmədim.
    Özünüz də bilirsiniz ki, ötən əsrin 80-ci illərinin sonundan biz bu odun-alovun içərisindəyik. 1993-cü ilin ilaxır gecəsi idi. Elə bil təbiət tərtərlilərin könlünü almaq üçün baharı vaxtından bir az da əvvəl gətirmişdi. Hər yan elə gözəl idi ki, belə bir vaxtda insan müharibənin dəhşətləri haqqında düşünmək istəmirdi. Amma müharibə gedirdi və bu, reallıq idi. Ona görə də biz Novruz bayramını nə qədər sevsək də, tək-tük adamlar həyətlərində tonqal qalamışdılar. Bayram aşı süfrələrə gəlməmiş, ermənilər şəhərimizi “Qrad” qurğularından atəşə tutdular. Səhəri necə açdığımızı bilmədik. Işə gələndə, redaksiyamızın binasını da, şəhərdəki bir çox evləri də darmadağın edilmiş gördük. Ölənlər də vardı.
    Çox təəssüf edirəm ki, o zaman redaksiyamızın arxivi də dağıldı. Mən onda məsul katib idim. Mos-kva televiziyası “Vremya” verilişində dağılmış iş otağımı, yanmış qəzet qovluqlarını göstərmişdi.
    Bir dəfə isə mərmi həyətimizə düşdü. Iki kiçikyaşlı qızımla evdəydik. Ayaqqabılarımızı geyinməyə macal tapmadıq. Daha ətraflı »

    Teqlər: