Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq
    Xəbərlər AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN QƏBƏLƏ VƏ İSMAYILLI RAYONLARINA SƏFƏRİ üçün şərhlər bağlıdır

    02 (1)v3Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfər edib.
    Dövlət başçısı əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sonra Prezident İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.
    Qəbələyə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
    Bundan sonra Prezident İlham Əliyev Qəbələdə inşası davam edən turizm və idman infrastrukturu layihələri ilə tanış olaraq görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
    Prezident “Qəbələ” Park-Bulvar kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində, həmçinin “Qafqaz Tufandağ Mountan Resort” hotelinin açılışında iştirak edib.
    Qəbələyə səfəri çərçivəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olub.
    Sonra Prezident Nohurqışlaq Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Xəbərlər RAYON XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır

    Изображение 117YENİ PARK SALINIR

    Rayonumuzda tikinti-quruculuq işləri ilboyu mütəmadi şəkildə davam etdirilir. Belə işlərdən biri də Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni parkın tikintisidir. Bura minlərlə maşın torpaq daşınıb tökülərək hamarlanmışdır. Beləliklə də ərazinin səviyyəsi çaydan xeyli yuxarı qaldırılmışdır.
    Parkdan keçən Buruc arxı 300 metrdən çox məsafədə beton kanal şəklinə salınmışdır. Yeni salınan parkda quruculuq-abadlıq işləri davam etdirilir. Bu park Tərtər əhalisinin ən sevimli istirahət mərkəzlərindən biri olacaqdır.

    Teqlər:

  • 18Avq
    Xəbərlər TƏMİR DAVAM EDİR üçün şərhlər bağlıdır

    Изображение 088Şəhərimizdə 8 ədəd çoxmərtəbəli yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, fasad və giriş hissələri suvanıb, rənglənmişdir. Bu işlərin görülməsi üçün əhalinin məşğulluğunun təmin olunması məqsədilə 100 nəfər Tərtər sakini işə götürülmüşdür. Təmir işləri davam edir.

    Teqlər:

  • 18Avq
    Xəbərlər AVADANLIQLAR ALINIB üçün şərhlər bağlıdır

    Изображение 137YAP Tərtər Rayon Təşkilatının inzibati binasında son tamamlama işləri başa çatmış, binanın otaqları müasir tipli mebel və avadanlıqlarla təmin olunmuşdur.

    Teqlər:

  • 18Avq
    Xəbərlər BƏRPA İŞLƏRİ YEKUNLAŞIR üçün şərhlər bağlıdır

    Изображение 064Cari ilin aprel ayında erməni silahlı birləşmələrinin növbəti təxribatı zamanı Tərtər şəhəri də daxil olmaqla 17 yaşayış məntəqəsində 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 körpələr evi-uşaq bağçasına, qaz, işıq, su, rabitə təsərrüfatına, əhalinin malqarasına və digər əmlaklarına müxtəlif dərəcədə zərər dəymişdir. Möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində zərər çəkmiş yaşayış evlərinin təmir-bərpası üçün vəsait ayrılmış və bu işlərin icrasına dərhal başlandığından görülən işlər yaxın günlərdə başa çatdırılacaqdır.

    Teqlər:

  • 18Avq
    Xəbərlər LAYİHƏNİN İCRASI SÜRƏTLƏNİR üçün şərhlər bağlıdır

    Изображение 103Ötən ilin iyun ayından etibarən Tərtər şəhərinin və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması iayihəsinin icrası davam etdirilir. İndiyədək 52317 metr kanalizasiya xətti çəkilmiş, yaxud layihədə nəzərdə tutulan işin 70 faizi yerinə yetirilmişdir.
    Yerüstü qurğulardan tutumu 5000 kubmetr olan su anbarından birinin tikintisi 100 faiz başa çatdırılmış, ikinci su anbarının tikintisi 65 faiz yerinə yetirilmişdir. Artezianlararası yüksək gərginlikli elektrik xətlərinin çəkilişi 90 faiz yerinə yetirilmişdir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18Avq
    Xəbərlər RAYONUMUZUN ƏRAZİSİNDƏ DAHA 14 SUBARTEZİAN QUYUSU QAZILACAQ üçün şərhlər bağlıdır

    122600101229Rayonumuzun təsərrüfatlarında bitkilərin suvarılması əsasən subartezian quyularının hesabına həyata keçirilir.
    Rayon ərazisində artezianların vəziyyəti barədə müfəssəl məlumat almaq məqsədilə subartezian quyuları istismarı idarəsinin rəisi Əli Əliyevlə əlaqə saxladıq. Əli müəllim bildirdi ki, hal-hazırda rayonumuzun ərazisində 474 ədəd subartezian quyusu var. Onların 467 ədədi işlək vəziyyətdədir.
    Ölkə Prezidenti möhtərəm İlham Əliyevin son sərəncamına əsasən Tərtər rayonunda daha 14 ədəd subartezi-an quyusunun qazılması nəzərdə tutulub. Həmin quyuların artıq beşi qazılıb. Artezianlar hər kənddə biri olmaqla Mamırlı, Qaynaq, Kəbirli, Xoruzlu və Ələsgərli kəndlərində qazılmışdır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18Avq
    Digər GƏNCLƏR BÖYÜK QÜVVƏDİR üçün şərhlər bağlıdır

    Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə– istər sovet dönəmində, istərsə də müstəqillik illərində daim gənclərə qayğı göstərmiş, onların kamil şəxsiyyət kimi yetişməsinə xüsusi önəm vermişdir. Bu baxımdan qeyd etməyə dəyər ki, əgər böyük öndər hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqillik illərində isə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Məhz 1993-2003-cü illərdə gənclərin himayədarı kimi çıxış edən dahi şəxsiyyət, təcrübəli dövlət başçısı sağlam düşüncəli yeni nəslin yetişdirilməsində misilsiz işlər görmüş və bu istiqaməti dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir. Həmişə gənclərə böyük ümidlər bəsləyən Ümummilli Lider dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdir.
    1994-cü il iyulun 26-sında ölkəmizdə Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib və Ulu Öndər tədbirdə şəxsən iştirak edib. Təsadüfi deyil ki, 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər “2 fevral Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər QƏLƏBƏ BİZİM OLACAQ! üçün şərhlər bağlıdır

    ÜRƏKLƏRƏ MƏLHƏM MEYVƏ ŞİRƏSİ

    IMG-20160801-WA0015-12016-cı il, aprelin 2-si. Tərtər rayonunun Qapanlı kəndi. Gecədən başlanan erməni təxribatı sakinlər arasında təşviş yaradıb. Dinc əhalidən ölənlər var. 7 nəfər hərbçi yaralanıb. Atışma isə davam edir. Evlərdə qalmaq təhlükəlidir. Bəs bu qadın kimdir? O, həyət darvazasından çıxaraq, titrək əllərində zorla saxladığı o ağır yeşiyi hara aparır? Qadın yolun kənarına çatıb dayanır. Yükünü yerə qoyur və… il uzunu həyətinin məhsulundan hazırladığı meyvə şirələrini çıxararaq, dö-yüşdən qayıdan hərbçilərə uzadır:
    –İçin, balalarım! Sizə qurban olum. Yaxşıca verdiniz o nankorların cavabını!
    Seysulan istiqamətində gedən ağır vuruşmada yaralananları döyüş meydanından təxriyə edən snayperçi Nazim Cəfərzadə bu səhnəni görüb deyir:
    –Çox sağ ol, ana! Narahat olma! Tezliklə biz onların cavabını elə verəciyik ki, bir də bu torpaqlara yaxın düşə bilməyəcəklər.
    Sərin meyvə şirələri yaralı döyüşçülərə məlhəm kimi təsir edir. Sanki bu məlhəmi tanımadıqları bir qadının yox, elə öz analarının əlindən alıb içirlər. Nazim özü yaralı olsa da, bütün ağrılarını unudur. Üzündəki ifadə dəyişir…
    Bu hadisəni Nazim Cəfərzadə redaksiyamızın qonağı olarkən bizə danışdı. Onu da əlavə etdi ki, bu gün Azərbaycan Ordusu çox güclüdür, amma onu daha qüdrətli edən xalqın mənəvi dəstəyidir, bizim birliyimizdir. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər Şəhidin doğum günü üçün şərhlər bağlıdır

    QƏLBLƏRDƏ YAŞAYAN OĞUL

    image (1)Nicat Bəhruz oğlu İsgəndərov dünyaya gəlişi ilə bir ailəyə sevinc,fəxarət gətirmişdisə, şəhidlik zirvəsinə ucalması ilə xalqımızın qürur ünvanına çevrildi. Doğmaları danışırlar ki, uşaqlıqdan həmyaşıdları arasında tükənməz enerjisi ilə fərqlənən Nicat sanki bu dünyaya məhz hərbçi olmaq, canından artıq sevdiyi Vətənini qorumaq üçün gəlmişdi. Olduqca çevik, fiziki cəhətdən hazırlıqlı, yüksək insani keyfiyyətlərə malik bu gəncdə həm də ağsaqqallara xas olan düşüncə tərzi vardı. Hər kəsin yerini bilirdi. Hərəni öz dili ilə dindirməyi bacarırdı. Hərbidə hər bir çətin vəziyyətdən çıxış yolunu tapırdı. Əgər hərbi hissəyə işıq çəkmək lazım gəlirdisə, o montyor olurdu, əgər dülgərə ehtiyac yaranırdısa, bu işin öhdəsindən layiqincə gəlirdi.
    Ən gözəl yerinə yetirdiyi bir vəzifə də vardı ki, bu da düşmənlə mübarizə idi. Bunu əla bacardığını dəfələrlə bir kəşfiyyatcı kimi sübut etmişdir. Aprelin 1-dən 2-nə keçən gecə –son döyüşü isə onun hansı qəhrəmanlığa qadir olduğunu təkcə yoldaşlarına deyil, xalqımıza göstərdi. Son damla qanınadək vuruşan Nicat ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olundu. Daha ətraflı »

    Teqlər: