Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Okt
    Xəbərlər İSPANİYAL I MƏSLƏHƏTÇİ JURNALİSTƏ ERMƏNİ VANDALİZMİ BARƏDƏ MƏLUMAT VERİLİB üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-341İspaniyanın keçmiş Beynəlxalq Xidmətinin rəhbəri, məsləhətçi jurnalist, V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Carmen Rodriguez cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc əhali və müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin güzəranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər edib.dsc_69341
    Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin rəsmiləri ilə görüşüblər. Görüşdə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib.
    Sonra qonaqlar rayon ərazisində yerləşən N. saylı hərbi hissədə və məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində olublar.

    Teqlər:

  • 18Okt
    Xəbərlər NİZAMİ KÜÇƏSİ YENİDƏN QURULUR üçün şərhlər bağlıdır

    02
    Tərtər şəhəri günü-gündən dəyişir, gözəlləşir, yeniləşir. Bu gözəllik şəhərin bütün küçələrində hiss olunur. Kanalizasiya və su xətti çəkildikdən sonra küçələrdə tikinti-abadlıq işləri aparılır. Bu gün şəhərin Nizami küçəsində xüsusi bir canlanma var.dsc01661-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c2 Küçənin hər iki tərəfində səki daşları düzülür, kommunikasiya xətləri qaydaya salınır, istinad divarlarında bərpa işləri aparılır. Yolkənarı yaşıllıq zolaqları qaydaya salınır, yeni ağaclar əkilir. Səkilərin tamet örtüyündə təmir-bərpa işlərinə başlanılmış, elektrik xətləri dəyişdirilərək SİP kabel xəttinə keçilmişdir. Müasir gecə işıqlandırılması sistemləri quraşdırılmışdır. Hazırda isə küçənin asfaltlanması üçün hazırlıq işləri görülür.

    Teqlər:

  • 18Okt
    Xəbərlər EVİMİZ ƏVVƏLKİNDƏN DƏ RAHATDIR üçün şərhlər bağlıdır

    Bu ilin aprel hadisələri zamanı erməni təxribatçılarının atdıqları artilleriya mərmiləri illər uzunu əziyyətlə tikdirdiyimiz evimizi darmadağın etmişdir. Xoşbəxtlikdən ailə üzvlərimizdən zərər çəkən olmamışdır.
    Hadisədən dərhal sonra ölkə başçısı İlham Əliyev və onun xanımı bizə baş çəkdilər, vəziyyətlə tanış oldular. Onların bu gəlişi bizi ürəkləndirdi, çətinliklərin öhdəsindən gəlməyə kömək etdi. Prezidentimizin Tərtər rayonuna ayırdığı vəsait hesabına aprel hadisələri zamanı zərər çəkmiş evlərin hamısı, o cümlədən bizim evimiz əvvəlkindən də yaxşı bərpa olundu.
    Havalar soyuduqca düşünürük ki, nə yaxşı ki, bizim belə dövlət başçımız var. Yoxsa evsiz-eşiksiz güzəranımız necə olardı?
    Ailəmiz adından Prezidentimizə və onun tapşırıqları və tövsiyələrini icra edən bütün insanlara minnətdarlığımızı bildiririk.

    Elmira Səfərova,
    Fikrət Əmirov küçəsinin sakini

    Teqlər:

  • 18Okt
    Xəbərlər Seydimli kəndindən xəbərlər üçün şərhlər bağlıdır

    100 AİLƏYƏ YENİ SU XƏTTİ ÇƏKİLİB

    12Son vaxtlar rayon mərkəzində olduğu kimi kəndlərimizdə də quruculuq, abadlıq işləri mütəmadi şəkildə davam etdirilir.
    Kəndin mərkəzində vurulmuş subartezian quyusundan 100 evə su xətti çəkilib, sayğaclar quraşdırılmışdır. Sakinlər içməli su sarıdan əziyyət çəkmirlər. Su xətti çəkilməyən evlərə də su çəkilməsi işləri davam etdirilir.

    Teqlər:

  • 18Okt
    Xəbərlər MAVİ YANACAQ VERİLƏCƏK üçün şərhlər bağlıdır

    03Kənddə 573 evə qaz xətti çəkilib. Hazırda mənzillərin yarıdan çoxunda tənzimləyici və sayğac quraşdırılmışdır. Fərdi yaşayış evlərində sayğaclaşma işləri davam edir.
    Yaxın günlərdə kənd sakinləri mavi yanacaqdan istifadə edəcəklər.

    Teqlər:

  • 18Okt
    Xəbərlər ŞƏHİD AİLƏLƏRİNƏ YAŞAYIŞ EVLƏRİ TİKİLDİ üçün şərhlər bağlıdır

    461213_0Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçib şəhid olan vətən oğullarımızın ailə üzvləri–Rəna Hüseynova və Tamella Əhmədovaya dövlət hesabına fərdi yaşayış evləri tikilib təhvil verilmişdir. Evlərin hər biri 2 otaq, 1 yardımçı binadan ibarətdir (mətbəxdən). Şəhid ailələri onlara göstərilən bu qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirirlər.

    Teqlər:

  • 18Okt
    Xəbərlər 2 QUTUDAN 125 KİLOQRAM BARAMA üçün şərhlər bağlıdır

    05Nüşabə Baxşəliyeva bu il ailə üzvləri ilə birlikdə 2 qutu baramaqurdu toxumunu götürüb bəsləmişdir. Bu sahədə yaxşı təcrübəsi olan kənd sakinləri barama qurdlarını nümunəvi qaydalar əsasında becərdikləri üçün dövlətə 125 kiloqram yüksək keyfiyyətli barama təhvil vermişlər. Ailə üzvlərinin məqsədi gələn il qutuların sayını artırmaqdır.
    Bu məqsədlə onlar ipək qurdlarının normal yemləndirilməsi üçün çəkil bağlarını xeyli genişləndirmək fikrindədirlər.

    Teqlər:

  • 18Okt
    Digər UĞURLARA VERİLƏN LAYİQLİ QİYMƏT üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-163-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8fHaqqında yazmaq istədiyim, hamı kimi mənim də şəxsiyyətinə çox böyük hörmət bəslədi- yim bir insandır. Təxminən bir neçə il əvvəl onun barəsində kiçik bir məqalə işləmişdim. Bu gün yazmağımın səbəbi isə onun fəxri ada layiq görülməsi, ölkə rəhbərinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmasıdır.
    Hamının hörmətini qazanmış bu insan rayon statistika idarəsinin rəhbəri Ədalət Məmmədovdur. Ədalət müəllim, haqqında həmişə xoş sözlər söylənilən dövlət qulluqçularından sayılır. O, çox da böyük olmayan bir kollektivə rəhbərlik edir. Kollektivin çalışdığı sahəni rayonun güzgüsü adlandırmaq olar. İctimai mühitdə elə sahələr var ki, onlarsız həyatımızı təsəvvür etmək qeyri-mümkündür. Məktəbsiz-müəllimsiz təhsilimiz olmadığı, xəstəxanasız-həkimsiz sağlamlıqdan danışılmadığı kimi məlumatsız-rəqəmsiz statistikamız yoxdur. Elmin, texnikanın gündən-günə inkişaf etdiyi bir zamanda statistikamız da öz yerində saymayıb. O, elektron formaya, onlayn sistemə keçib. Bunu rayon rəhbərliyinin təşəbbüsü ilə Prezident tərəfindən yüksək mükafata layiq görülmüş Ədalət müəllimlə söhbətimiz zamanı bir daha təsdiq etdi və dedi:
    –Ölkədə aparılan islahatlar statistika sahəsindən də yan keçməyib. Hamıya məlumdur ki, son illərə kimi bizim idarəmiz uyğun olmayan binada yerləşirdi, köhnə avadanlıqlardan istifadə edilirdi. Hazırda yüksək standartlara cavab verən, hər cür müasir avadanlıqlarla təchiz olunmuş idarəmiz var. Artıq bütün məlumatları elektron sistemlə işləyirik. Onu da bildirim ki, hələ 2014-cü ildə mənə Dövlət Statistika Komitəsinin sərəncamı ilə Dövlət Qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilib. Daha ətraflı »

    Teqlər:

  • 18Okt
    Digər Ömrün ahıl çağında üçün şərhlər bağlıdır

    QAYĞI VARSA, YAŞAMAĞA DƏYƏR

    dsc_7800Xanoğlan kişi həyatında birinci dəfəydi ki, təyyarəyə minirdi. Qızı Könül əl çəkməmişdi. Demişdi ki, Astanaya gəlib bizim həyatımızla tanış ol, bu şəhərin görməli yerlərinə bax. Axı, bütün ömrün boyu başın işdən açılmayıb ki, görəsən dünyada nə var, nə yox. İndi əsl istirahət etmək vaxtıdır.
    Xanoğlan kişi ürəyində qızı ilə razılaşırdı. Düşündü ki, Könül düz deyir. İllər uzunu müxtəlif sahələrdə bənna, rəngsaz, suvaqçı işləyəndə o, bax, belə günləri, övladlarının xoş güzəranını gözləri qarşısına gətirib, yorulmaq bilmirdi. Bağında ən nadir meyvələri əkib, barını gözləyən bağban kimi, uşaqlarının bəhrəsini görmək istəyirdi. Təyyarə Astana şəhərinin hava limanına çatmışdı. Hələ enməmişdən şəhərin gur işıqlarını görən ata ürəyində çox sevindi. Bax, bu işıqların arasında onun övladının da isti, xoşbəxt yuvasının işığı var.
    Hava limanında onu bütün ailə qarşılayırdı: kürəkəni İlqar, qızı və üç nəvəsi–Rəşad, Arzu, Ruslan.
    İlqar Rzayevin ailəsi Qazaxıstanda Azərbaycanı ləyaqətlə təmsil edən ailələrdəndir. İlqar müəllim özü vergi müfəttişidir, Rəşad Malaziyada ali məktəb bitirib və yaşadığı ölkənin Prezident Administrasiyasında çalışır. Arzu hüquqşünasdır. Sonbeşik Ruslan da bu ixtisası seçib. Hazırda universitetin hüquq fakültəsində təhsil alır.
    Ailə üzvləri Qazaxıstanda Azərbaycan diasporu ilə sıx əlaqə saxlayırlar. Astanada qonaq olan azərbaycanlıları, xüsusən də mədəniyyətimizi təmsil edənləri evlərinə aparır, onları xalqımıza məxsus qonaqpərvərliklə qarşılayırlar. Aşıq Ədalət, Yusif Nəğməkar və başqaları dəfələrlə bu ocağın qonağı olublar.
    Ata üçün övladının yaxşı gününü görməkdən böyük xoşbəxtlik nə ola bilər? Hava limanından qızının evinə gələnədək yolboyu Xanoğlan kişi bu barədə düşünür, xəyalən keçmişə qayıdır, uşaqlarını necə əziyyətlə böyütdüyünü xatırlayırdı. Daha ətraflı »

    Teqlər:

  • 18Okt
    Təhsil Müəllim Günü üçün şərhlər bağlıdır

    GÜNƏŞ QƏLBLİ İNSAN

    xalide-mBir əlində çanta, o birində jurnal tutmuş qadın dəhlizlə asta-asta addımlayır. Gözləri yerə zillənmiş bu qadın sanki addımlarını sayırdı, ya da izah edəcəyi fənni təkrarlayırdı. Xəyallar içində sinif otağının qapısına necə çatdığından xəbəri olmadı. Elə bil qapı öz-özünə açıldı və onu xəyaldan ayırdı. Sinif otağına daxil olaraq ayaq üstə dayanmış uşaqlara salam verdi və əlindəki çanta ilə jurnalı masanın üzərinə qoydu. Əyləşin,–deyərək hamını nəzərdən keçirdi. Elə bil bu nəzərlərlə ayırd etdi ki, şagirdlərin dərsə hazırlığı hansı vəziyyətdədir. So-ruşacağı dərs barədə sorğu-suala başladı.
    Şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Xalidə Quliyevanı hər dəfə sinif otağına daxil olarkən beləcə görmək olar.O , 1976-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki N.Tusi adına pedaqoji universitet) filologiya fakültəsini bitirdikdən sonra ilk işə başladığı gündən indiyə kimi beləcə davam edir. Bir ömrə bə-rabər 40 il!
    Bu illər Xalidə müəllimə nələr verdi, onun yaddaşında hansı izlər buraxdı? Elə bu sualla ona müraciət etdim.
    Gülümsünərək selofan paketə yığılmış diplomları, sertifikatları, Fəxri Fərman və təşəkkürnamələri çıxarıb göstərdi: “Hələ yarısı da evdə qalıb, bəzilərini gətirdim”,–dedi.
    Bir ömrün 40 ilini özündə əks etdirən bu əlvan rəngli kağızlar sanki xəfifcə pıçıldayırdı. Daha ətraflı »

    Teqlər: