Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn
    Xəbərlər İcra başçısı Dəmirçilər kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 184 şagirdin təhsil aldığı Dəmirçilər kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və şagird kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdənyayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb edilməsini və gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.

    Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbə və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.

     

  • 10İyn
    Xəbərlər Rayon rəhbərinin Dəmirçilər kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Dəmirçilər kəndində keçirilib.

    Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb. Daha ətraflı »

  • 09İyn
    Digər “HEYDƏR ƏLİYEV İLİ–2023” üçün şərhlər bağlıdır

    “Milli Dövlətçiliyimizin xilaskarı” mövzusunda “dəyirmi masa”

    30 il əvvəl iyunun 9-da Ümummilli Lider xalqın təkidli tələbi ilə Bakıya qayıdıb

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda “dəyirmi masa” keçirilib.
    “Dəyirmi masa”da Tərtər rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçuları, YAP rayon təşkilatının nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önü-nə gül dəstələri düzüblər.
    Sonra “dəyimi masa” ətrafında davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə iştirak edən Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev rayonda Ulu Öndərin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən danışıb. O bildirib ki, Ulu Öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşların mənafeyinə xidmət etmiş, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışmış, mümkün olan hər seyi etmişdir. Daha ətraflı »

  • 09İyn
    Digər UŞAQLAR BİZİM SEVİNCİMİZ, XOŞBƏXTLİYİMİZ, CƏMİYYƏTİN GƏLƏCƏYİDİR Heydər Əliyev, Ümummilli Lider üçün şərhlər bağlıdır

    UŞAQ YARADICILIQ FESTİVALI KEÇİRİLİB

    Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Uşaqların Beynəlxalq Müda-fiəsi Günündə Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib. Festivalda ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə tərbiyə alan uşaqlar iştirak ediblər.
    Tədbirə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərləri, KİV nümayəndələri və valideynlər də qatılıblar.
    Əvvəlcə tədbir iştirakçıları Köçərli kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Minayə Həsənlinin Ümummilli Liderə həsr olunmuş rəsm sərgisi ilə tanış olub, uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar. Daha ətraflı »

  • 09İyn
    Qazilərimiz QAZİ ÖVLADLARINA HƏDİYYƏLƏR VERİLİB üçün şərhlər bağlıdır

    Rayonun Poladlı kəndində yaşayan “Azərbaycan Bayrağı” ordenli Vətən Müharibəsi veteranı Elnur Salahovun ilk övladı dünyaya gəlib. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Elnur Salahovun ailəsində olub, onların qayğıları və problemləri ilə maraqlanıb, ailənin yeni dünyaya gəlmiş övladına qiymətli hədiyyə təqdim edib.
    Rayon rəhbəri möhtərəm Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Elnur kimi igid oğulların döyüşlərdə göstərdikləri şücaət nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirib. Qeyd edib ki, Elnur Respublika Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordenindən başqa “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.
    İcra başçısı ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xa-nım Əliyevanın şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğını dilə gətirib və hər kəsi bu örnəkdən nümunə götürməyə çağırıb, Ulu Tanrıdan ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb, şəhid analarının qarşısında baş əydiyini, Uşaqların Beynəlxaq Müdafiəsi Günü münasibətilə yeni dünyaya gəlmiş Asya balanı təbrik etməyi özünə borc bildiyini qeyd edib. Daha ətraflı »

  • 09İyn

    Digər üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Tərtər şəhər sakini, yeni övladı dünyaya gəlmiş qazi İnqilab Qayıbovun ailəsində də olub, onların qayğıları və problemləri ilə maraqlanıb, ailənin yeni dünyaya gəlmiş övladına qiymətli hədiyyə təqdim edib.
    Qeyd edək ki, qazi İnqilab Qayıbov Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Üçüncü qrup Vətən müharibəsi əlilidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

     

  • 09İyn
    Digər “Hədiyyə karvanı” layihəsinin iştirakçıları Tərtərdə üçün şərhlər bağlıdır

    Bayram münasibəti ilə “YAŞAT” Fondu tərəfindən icra olunan “Hədiyyə karvanı” layihəsi çərçivəsində Tərtər rayonunda yaşayan, yaşı 14-dək olan 37 nəfər Vətən müharibəsi şəhidlərinin övladlarına hədiyyələr verilib.
    Hədiyyələr Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları və “YAŞAT” Fondunun nümayəndələri tərəfindən şəhid övladlarına çatdırılıb.
    Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 09İyn
    Qazilərimiz Vətən Müharibəsi şəhidinin qardaşı, qazi Qorxmaz Qənbərlinin toy məclisi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov DTX-nin Tərtər Rayon Şöbəsinin rəisi Anar Əliyevlə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayevlə, rayon polis şöbəsinin rəis müavini Həsən Məmmədovla, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla, şəhid ailələri, Vətən Müharibəsi qaziləri, veteranları və ictimaiyyət nümayəndələri ilə birlikdə Tərtər rayon Kəngərli kənd sakini, Vətən Müharibəsi şəhidi Qənbərli Qənbər Bəhruz oğlunun qardaşı, 3-cü qrup Vətən Müharibəsi əlili Qorxmaz Qənbərlinin toy məclisində iştirak edib.
    Toy şənliyində iştirak edən rayon rəhbəri qazinin 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş şücaətlərindən danışıb. Qorxmazın torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi yaxşı da ailə başçısı olacağını bildirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşı olur”- deyib.
    İcra başçısı gəncləri təbrik edərək, qazilərə cansağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini, onların “baş tacı”mız olduğunu bildirib.
    Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran gəncləri təbrik edib, onlara xoş arzularını çatdırıblar.
    İcra başçısının Vətən Müharibəsi qaziləri və veteranları ilə birgə rəqsi məclis iştirakçılarını qürurlandırıb. Daha ətraflı »

  • 09İyn
    Şəhidlər GÖZÜMÜZ YAŞLI OLSA DA, QƏLBİMİZ QÜRURLUDUR üçün şərhlər bağlıdır

    Bir igidin şərəfinə məclis qurulmuşdu Hacıqərvənd kəndində. Afidə ananın illərlə ürəyində arzusunu yaşatdığı məclis. Buna toy da demək olardı, ad günü də. Ancaq nə bəy-gəlin vardı, nə də təbrikləri qəbul edən o pəhləvan cüssəli oğlan…
    Bu məclis ağır olduğu qədər də möhtəşəm idi. Burada danışan xatirələriydi. O xatirələr ki, xalqımız yaşadıqca, şəhidlərimizi yaşadacaq, insanların sevgisindən onlara abidə ucaldacaq.
    Yaxından-uzaqdan qonaqlar gəlmişdilər. Onlar əvvəlcə Hacıqərvənd kəndindəki qəbiristanlığa gəlib, Rəşadın məzarını ziyarət etdilər, önünə gül-çiçək dəstələri düzdülər. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxudu.
    Sonra rayon İcra Hakimiyyəti başçısı aparatında İçtimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbilov, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış etdilər. Daha ətraflı »

  • 09İyn
    İdman BÖYÜK YOLUN BAŞLANĞICINDA üçün şərhlər bağlıdır

    Həmyerlimiz Murad Qurbanovun cəmi 14 yaşı var. Ancaq onu nəinki rayonumuzda, Azərbaycanda, elə dünyada da tanıyanlar və sevənlər çoxdur. Xüsusən də idmansevərlər arasında.
    Bu günlərdə Murad Qurbanov Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin VAKO versiyası Üzrə Dünya Kuboku üzrə yarışlarda 48 kq çəki dərəcəsində özündən 3 yaş böyüklərlə döyüşüb. Murad “Fulkontakt” versiyasında 2 döyüş keçirərərk Fəxri kürsünün ikinci pilləsinə qalxıb və gümüş medal qazanıb.
    Doğma rayonumuzda gənc idmançı böyük sevinclə, gül-çiçəklə qarşılanıb. O, ilk olaraq Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin abidəsini və torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin abidə kompleksini ziyarət edib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Murad Qurbanovu qəbul edib. Rayon rəhbəri əldə etdiyi uğurlara görə Muradı təbrik edib və ona daha böyük nailiyyətlər arzulayib.
    İdmançıya rayon rəhbəri tərəfindən təşəkkürnamə və xatirə hədiyyəsi təqdim olunub. Daha ətraflı »