Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn
    Digər “Ərzaq təhlükəsizliyinin təmin olunmasında seleksiya və genetik tədqiqatların rolu” mövzusunda tarla seminarı üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ərzaq təhlükəsizliyinin təmin olunmasında selleksiya və genetik tədqiqatların rolu” mövzusunda tarla seminarı keçirilib.
    Qarabağ Elmi-Tədqiqat Bazasında keçirilən tarla seminarında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru Mehrac Abbasov, Tərtər DAİM-in direktoru Mehman Babayev, Qarabağ Elmi-Tədqiqat Bazasının direktoru Həmid Mehdiyev, institutun əməkdaşları və fermerlər iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov seminarı açaraq tədbir iştirakçılarını salamlayıb, seminarın işinə uğurlar arzu edib. Seminarın əlamətdar bir vaxtda keçirildiyini, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu vurğulayıb. “Qarabağ Elmi-Tədqiqat Bazasının inkişafında icra hakimiyyətinin rolu” mövzusunda görülən işlərdən danışıb. Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, milli toxumçuluğun inkişafına, xaricdən toxum asılılığının azaldılmasına xüsusi diqqət yetirilməklə elmi-tədqiqat bazalarının bu sahədə fəaliyyətinin yaxşılaşdırılmasına yönəlməli olan layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Daha ətraflı »

  • 09İyn
    Təhsil Bu məktəbdə öz peşəsini sevən və yaxşı bilən kadrlar yetişdirilir üçün şərhlər bağlıdır

    59 il bundan əvvəl rayonumuzda peşə məktəbinin açılması həm Tərtərimizin, həm də ətraf rayonların həyatında əlamətdar hadisə oldu. Çünki bütün dövrlərdə öz peşəsini sevən və yaxşı bilən kadrlara ehtiyac olub.
    Bu illər ərzində məktəbdə minlərlə gənc müxtəlif peşələrə yiyələnərək kənd təsərrüfatında, sənayedə, xidmət sahələrində uğurla çalışıb, ölkəmizin inkişafına öz töhfələrini veriblər. Məktəbin məzunları həm I Qarabağ, həm də 44 günlük Vətən müharibəsində fəal iştirak ediblər. Onlardan şəhidlik zirvəsinə ucalanlar var. Müəllim və tələbə kollektivi şəhidlərin xatirəsini daim uca tutur, keçirilən tədbirlərdə onları yada salırlar.
    Lakin 59 il ərzində məktəb heç zaman əsaslı təmir olunmauşdu. Xüsusən erməni işğalı nəticəsində yurd-yuvalarından didərgin düşən soydaşlarımız məktəb binasında məskunlaşandan sonra, burada vəziyyət daha acınacaqlı olub, yardımçı binalar köhnə tikililər olduğundan böyük əksəriyyətində uçmaq təhlükəsi yaranıb.
    44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizdən sonra həyatımızın bütün sahələrində olduğu kimi, bu məktəbin həyatında da mühüm dəyişikliklər baş verib.
    Uzun illərdən sonra burada təmir işlərinə başlanılıb.
    Artıq Elm və Təhsil Nazirliyinin xətti ilə “FH” MMC şirkəti məktəbdə əsaslı təmir işlərinə başlayıb və bu işlər sürətlə davam etdirilir. Daha ətraflı »

  • 09İyn
    Digər Dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl edək! üçün şərhlər bağlıdır

    Kənd təsərrüfatında məsul bir dövrün – dənli və texniki bitkilərin yığımı mövsümünün astanasındayıq.
    Əlbəttə, bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı da mühüm şərtdir.
    Birinci növbədə qeyd edilməlidir ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün şəxslərin ümdə vəzifəsidir və bu sahədə onların qarşısında ciddi tapşırıqlar qoyulur.
    Araşdırma zamanı yanğınların müxtəlif səbəblərdən, siqaret çəkmə zamanı ehtiyatsızlıqdan, nəqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlığından, yüksək gərginlikli hava elektrik xətlərində baş verən qəzadan, ocaqdan düşən qığılcımdan, kombaynlarda və digər texnikaların atqı borularında qığılcımsöndürənin olmamasından, biçilmiş sahələrin qəsdən yandırılması səbəbləri ilə baş verdiyi məlum olmuşdur.
    Biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır. Daha ətraflı »

  • 09İyn
    Digər Həmyerlilərimizin yaradıcılığından üçün şərhlər bağlıdır

    Sona Əsgərova həmyerlimizdir. Sabir Paşayevin sevimli şagirdlərindən biri olub. Şəhərimizdəki 2 saylı məktəbi (indi 2 saylı məktəb-lisey) medalla bitirib. Ömrünü Azərbaycan vətəndaşlarının sağlamlığına həsr edən bu qadın savadlı həkim və gözəl insan kimi yalnız Qarabağ bölgəsində deyil, Azərbaycanın hər guşəsində tanınır, adı hörmətlə çəkilir. Aşağıda onun öz həyatından qələmə aldığı iki sənədli hekayəni oxucularımıza təqdim edirik.

    MƏNİM HEKAYƏM

    Rəhmətliklər ata-babam və bacısı Fatma nənəm söhbət edərkən qulaq günahkarı oldum.
    Babam deyirdi: “Ay Fatma, deyirəm uşaqlar böyüyür, Solmazı istəyənlər çoxdur, orta məktəbi qurtarır. Onu köçürək, oğlanları piryota verək, bu üç qızı da Həcər saxlasın, yükü bir az azalsın”.
    Eşitdiklərimi anama çatdırdım, ağladım. Amma həmin gün anamdan ilk dərslərimi– əbədi dərslərimi aldım:
    –Sona, demək sən xəbərçisən.
    Heyrət etdim. Anam mənə nə deyir?
    –Bala, əgər razı deyildinsə, etirazını bildirəydin, ağlaya-ağlaya üstümə gəlməməliydin. Razılaşmadığın fikrə etiraz etmək sənin başucalığın, xəbər gətirməyin isə utancdır.
    O ki qaldı sizləri necə saxlamağa, narahat olma. Müvəqqəti çətinlikdir. Ağlım yerində, qollarım qüvvətlidir. Baramadan gələn ruzimiz bərəkətlidir. Mən sizin altınızı da oxudacam, ali təhsil verəcəm, sizlərə toy edəcəm. Mənim balalarımın taleyinə yalnız özüm qərar verirəm. Mən bilirəm ki, bu işdə sən mənə dayaq olacaqsan. Daha ətraflı »

  • 09İyn

    Digər üçün şərhlər bağlıdır

    DAĞ ARMUDU

    Bu bir təsadüfdür, yoxsa tanrının hikməti?
    Mən bu hekayəni məhz Ramazan bayramı günü – 21.04.2023-cü ildə, saat 01-də qələmə alıram.
    Evimizin qarşısında soğan ləkinin içində körpə bir armud ağacı əkilmişdi. Sel gələndə dağlardan gələn selintinin içində bir körpə fidanın olduğunu görən atam onu həyətimizə gətirib əkmişdi. Əkildiyi yeri sevən armud ağacı böyüyür, qol-budaq atırdı. Meyvələri o qədər şirin, o qədər ləzzətli idi ki…
    Atamın dünyasını dəyişdiyinin 3-cü ili idi. Qəflətən aprel ayında güclü külək başladı. Külək damların örtüyünü qoparır, ağacların başı əyilərək torpağa salama gəlirdi. Boylu-buxunlu, qamətli, tər çiçəkləri ilə həyətimizə gözəllik verən armud ağacının kökü az qala torpaqdan ayrılırdı. Anam ağacı qorumaq üçün 2 ədəd payanı yerə çaldı. Kəndiri ağacın gövdəsinə bağlayaraq onun dayaqlarını bərkitməyə çalışır, ancaq güclü külək buna imkan vermirdi. Elə bu zaman qayınları evinə gedən Məhluqə xala həyətə döndü. Anamın köməyinə çatdı. Ağacı bağladılar. Kökün ətrafını torpaqladılar. Külək, tufan elə bil bunu gözləyirdi. Ətrafı sakitlik bürüdü. Bağlar, bağçalar küləyin təsirindən viranəyə çevrilmişdi. Sınmış budaqlar, sovrulmuş çiçəklər çəpərlərin arasına, evlərin ətrafına sığınmışdı. Daha ətraflı »

  • 08İyn
    Digər Tərtərdə “Narkomaniyaya yox deyək!”, “Erkən nikahın fəsadları!” və “uşaqların vətənpərvər və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirili üçün şərhlər bağlıdır

    İyunun 7-də Tərtər rayonunun Qaynaq kənd ümumi orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Qaynaq kənd İƏD üzrə nümayəndə Aqil Həsənov, rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis kiçik leytenantı Sirac Əlizadə, Tərtər rayon Təhsil sektorunun metodisti Gülxar Abbasova, məktəbin direktoru Yaşar Mirzəyev, müəllim kollektivi və şagirdlər  iştirak ediblər.

    Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir. Daha ətraflı »

  • 08İyn
    Xəbərlər 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə keçirilmiş tədbirdə fərqlənən kollektivlər rayon rəhbəri tərəfindən təltif olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib. Festivalda ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri, məktəbəqədər və məktəbdənkənar  müəssisələrdə  tərbiyə alan uşaqlar iştirak ediblər.

    Festivalda fərqlənən bir qrup ümumtəsil məktəblərinin və körpələr evi-uşaq bağçalarının kollektivləri rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilib. Qəbulda çıxış edən rayon rəhbəri Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin daim uşaqlara böyük qayğı və diqqət göstərdiyini, onların ən böyük himayədarı olduğunu vurğulayıb. Daha ətraflı »

  • 08İyn
    Xəbərlər Rayon rəhbəri Vətən müharibəsi əlillərinin müraciətlərini dinləyib üçün şərhlər bağlıdır
    Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Tərtər rayonunda da şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşılır, onlarla mütəmadi olaraq görüşlər keçirilir, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.

    Bu tədbirlərin davamı olaraq Tərtər Rayon İcra Hakimiyyətinin  başçısı Müstəqim Məmmədov bir qrup Vətən müharibəsi əlilini qəbul edib.

    Rayon rəhbəri onların qayğıları ilə maraqlanaraq, suallarını cavablandırıb. Onların Vətən üçün, dövlət və xalq üçün dəyərli olduqlarını vurğulayaraq, şəhid ailələri və  müharibə əlillərinə, veteranlarına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.

    Qəbulda qazilər əsasən özlərinin və ailə üzvlərinin işlə təmin olunması, özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunma, mənzillə təminat və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlələrlə bağlı rayon rəhbəri tərəfindən onlara müvafiq izahat verilib və həmin məsələlərin həlli istiqamətində aidiyyəti təşkilatlara müraciət ediləcəyi bildirilib.

    Qəbulda iştirak edən Vətən müharibəsi əlilləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər

     

  • 08İyn
    Xəbərlər “Əl Cəzirə” Media Şəbəkəsinin nümayəndələri Tərtər rayonuna səfər ediblər üçün şərhlər bağlıdır

    Əl Cəzirə Media Şəbəkəsinin əsas qollarından biri olan “Əl-Cəzirə Sənədli filmlər” departamentinin icraçı direktoru Əhməd Məhfuz və Planlaşdırma və Tərtibləmə şöbəsinin rəhbəri Adel Ksiksi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycana səfərə gəliblər.

    Səfər çərçivəsində qonaqlar Tərtər rayonuna səfər ediblər. Nümayəndə heyətini Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev müşayiət edib.

    Səfərin məqsədi Azərbaycanın mina problemi və minadan zərərçəkənlərlə bağlı hekayələrin və Azərbaycan haqqında təqdimat çarxlarının hazırlanmasıdır.

    Qonaqları qəbul edən Tərtər rayonunun İcra başçısı Müstəqim Məmmədov onlara rayon haqqında ümumi məlumat verib və 44 günlük Vətən müharibəsində rayona dəymiş ziyandan danışıb. Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşmüş, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət  müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Rayon ərazisində müharibədən ziyan çəkmiş yaşayış və qeyri yaşayış sahələrinə işçi qrupu tərəfindən 7050 baxış keçirilib. Dövlət rəsmilərinin dediyi kimi “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olub. Daha ətraflı »

  • 02İyn
    Digər Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq aparır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxış edib.

    Dövlət başçısı deyib ki, 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin ildə “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.

    1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. O zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı.

    “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi. Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək.

    Qeyd olunub ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak bu tədbirə öz məktublarını ünvanlayıblar. Bu, onun göstəricisidir ki, bu tədbir qlobal əhəmiyyətə malikdir. Daha ətraflı »