Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12İyn
    Digər Necə yaşayırsan, şəhid övladı? üçün şərhlər bağlıdır

    İsmayılın həyat devizi

    ismayilŞəhid övladından yazmaq arzusu ilə bir ünvana yollandım. Həm şəhidin özü, həm də övladı haqqında maraqlanırdım. Yol boyu xəyalımda canlandırdığım şəhid olmuş qəhrəmanımızla tanı- dığım hündür boylu, asta yerişli, ciddi görkəmli bir insanı müqayi-sə etməyə başladım. Sonda bu qərara gəldim ki, elə şəhidlərimizin çoxu belə oğullardır. Düşüncələrdən ayrılmamış gedəcəyim ünvana çatdığımı gördüm. Bura Qarabağ müharibəsi zamanı şəhid olmuş Aslan Kərimovun evidir…
    Şəhidin həyat yoldaşı Tamella xanım fikrimi bildikdən sonra maraqlı bir fotoalbom göstərdi və hər bir şəklin tarixçəsi haqqında məlumat verdi. Evin yuxarı başından asılmış şəkil isə canlı xatirəyə bənzəyirdi. Albomdakı şəkillər isə 23 illik bir həsrətdən danışırdı. Burada hər kəs varıydı…
    Diqqətimi çəkən şəkillərdən biri, dörd nəfər gənc oğlanın Azərbaycan bayrağını əllərində açıq tutaraq küçədə çəkdirdikləri şəkil oldu. Tamella xanım izahat verməyə başladı. Bu şəkli 2010-cu ildə İsmayıl universitetdə oxuduğu zaman çəkdirib. Həmin il Moskvada Azərbaycan mədəniyyəti günlərini qrup yoldaşları ilə birgə qeyd edirdilər. Kaş İsmayılın bu xoş günlərindən atasının xəbəri olaydı, çox gözəl arzuları varıydı. Atası şəhid olanda İsmayıl 43 günlük idi. Birinci sinifdə oxuyarkən atasının qeyrətli, təəssübkeş bir insan kimi vətən, torpaq uğrunda şəhid olduğunu bildirdim. İndi atası ilə qürur duyur.
    Şəhid Aslan Kərimov rayonumuzun sayılıb-seçilən hörmətli kişilərindən biri İsmayıl Kərimovun kiçik oğlu idi. O, 1954-cü ildə Ağdaş şəhərində doğulmuşdu. Sonralar İsmayıl müəllimin işi ilə əlaqədar Tərtərə köçmüşdülər. Ömrünün sonunadək burada yaşamışdılar. Moskva Kooperativ İnstitutunun Bakı filialını ali təhsilli mütəxəssis kimi bitirmişdir. Tərtərdə işləyib, fəaliyyət göstərmişdi. Ölkəmizin üzərini qara bu- ludlar alanda könüllü olaraq Milli Ordunun sıralarına qatıldı, özünümüdafiə batalyonlarının təşkilatçılarından biri oldu. Onun döyüş yolu Ağdərə bölgəsinin kəndlərindən keçdi. Döyüş əməliyyatlarının hazırlanıb həyata keçirilməsində öndə gedənlərdən oldu. 1992-ci ilin 13 avqustu onun son döyüş günü kimi tarixə düşdü və ömrünü tamamladı. Yeganə övladı İsmayılla bağlı arzularını həyata keçirməyə macal tapmadı…
    Ulu bir ocağın çırağını yandıran İsmayıl Kərimov soykökünə bağlı bir gəncdir. Babasının, atasının adını doğrultmaq üçün üzərinə düşən məsuliyyəti dərk edir, onlara layiq olmağa çalışır. Gənc İsmayıl 2014-cü ildə Lomonosov adına Moskva Beynəlmiləl Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib. Məqsədi öz ata-baba yurdunda gözəl bir mütəxəssis olmaqdır. Özü bu barədə belə deyir:
    – Hər kəslə söhbətim zamanı adını yaşatdığım babamın və atamın haqqında xoş sözlər söyləyirlər. Bu mənə qürur verir. Mən də çalışıram ki, öz işimlə onların adına layiq övlad olam. Mənim üzərimə böyük məsuliyyət düşüb, başqa cür ola bilməz. Layiqli övlad olmaq mənim həyat devizimdir.
    Bax, bizim şəhidlərin övladları bu cür düşünüb, yaşayırlar. Mərdlik, qəhrəmanlıq qanımızda, ca-nımızdadır. Hər bir şəhid övladımız kimi sənə də uğurlu gələcək arzulayırıq, İsmayıl!

    Elfuzə Vəliyeva

    Teqlər:

  • 12İyn
    Digər QƏHRƏMANLAR ANASI üçün şərhlər bağlıdır

    mahı“Hər müharibədə əzizlərimi itirmişəm”, – deyir Mahı ana. “Gözümü açandan, həyatı dərk edəndən ermənilərin biz azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin şahidi olmuşam”.
    O söyləyir ki, zaman-zaman ermənilərlə müharibədə dayısı, xalaları, əmiləri və digər qohumları şəhid olub. Bu hadisələr ailənin yaddaşına elə hopub ki, kiçikdən tutmuş böyüyə kimi hər kəs inti-qam hissi ilə yaşayıb. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Digər Azərbaycançılığın ali ünvanı: üçün şərhlər bağlıdır

    HEYDƏR ƏLİYEV MƏRKƏZİ

    Müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Biz hamımız, bütün Azərbaycan xalqı gərək bundan sonra onun gördüyü işləri davam etdirək, genişləndirək, onun yolu ilə Azərbaycanı gələcəyə aparaq.                                                   İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    Heydər Əliyevin adını daşıyan parkdayam. Bura tərtərlilərin sevimli istirahət guşəsidir. Park sovetlər dövründə salınıb. Son illərdə isə insan əlinin zəhməti ilə təbiətin bu gözəl guşəsinə min-bir yaraşıq verilib. Heydər Əliyev Mərkəzi də burada yerləşir.
    2012-ci il oktyabrın 7-də möhtərəm Prezidentimiz İlham Əliyev Tərtərdə olarkən Mərkəzlə tanış olmuş, onun fəaliyyətilə əlaqədar tövsiyələr vermişdir.
    Ürək çırpıntıları ilə bu müqəddəs məkana daxil oluram. Ilk növbədə diqqətimi çəkən foyedə yanan I Avropa Oyunlarının çırağıdır.
    Müqəddəs “Atəşgah məbədi”ndən götürülən bu od dahi şəxsiyyətin qəlbindən Azərbaycanın hər bir guşəsinə səpələnən nura bənzəyir. Onun fiziki yoxluğu bu nuru azalda bilməyib. Əksinə, arzuları gerçəkləşdikcə, Azərbaycan daha da qüdrətlənir və bu gün artıq ölkəmizi bütün dünya tanıyır. Azərbaycan dünyada sülhün, xalqlar arasında dostluğun ünvanına çevrilir. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Digər Ziyalılıq ənənəsi üçün şərhlər bağlıdır

    IMG-20150422-WA0007Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunda baş mühasib vəzifəsində çalışan Yeganə Süleymanova həmyerlimizdir. Yeganə xanım 1960-cı ildə Tərtərdə anadan olub. 1977-ci ildə rayonumuzdakı 2 saylı orta məktəbi bitirib. 1980-ci ildə Azərbaycan İqtisad Universitetinə daxil olub və 1985-ci ildə universiteti bitirib, həmin ildən Bakı şəhərində yaşayır. 16 ildən çoxdur ki, Mikrobiologiya İnstitutunda işləyir. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Digər Mayor Umud Kərimov üçün şərhlər bağlıdır

    новый-22014-cü ilin sonları idi. Şəhərimizə bir xəbər yayıldı: həmyerlimiz Umud Naxçıvanda qar uçqununa düşüb. Doğmaları ilə bərabər onu tanıyanlar da sarsıldılar. Az bir müddətdən sonra məlumat alındı ki, Umud xilas olunub, Bakı şəhərinə müalicəyə göndərilib. Bir neçə gündən sonra isə dedilər ki, artıq sağalıb evlərinə gəlib. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Digər Qəlbləri sızladan itki üçün şərhlər bağlıdır

    12mmTərtərin Xoruzlu kəndində zəhmətsevər ailələrdən biri də Maqsud kişinin ailəsi idi. Bu ocaqda üç qız, bir oğul böyüyürdü. Həyat yoldaşı Tavad kəndin uşaq bağçasında işləyir, pambıq tarlalarında çalışırdı. Evə gələndə isə ailə qayğıları ilə məşğul olurdu. Beləcə illər-illərə calanırdı. Maqsud kişinin yeganə oğlu tez böyümək, ali təhsil almaq, ailəsinə layiq övlad olaraq valideynlərinin çəkdiyi bütün zəhmətin qarşılığında qürur yerinə çevrilmək istəyirdi. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlər və müasirlik üçün şərhlər bağlıdır

    5SCWRA-logoXalqımız əsrlərdən bəri öz milli dəyərlərinə sadiq qalmış, adət-ənənələrimizi, dinimizi və dilimizi yaşadaraq bu mənəvi sərvəti gələcək nəsillərə ötürmüşdür. Azərbaycanda Sovet hakimiyyəti qurulduğu illərdə rus imperiyası dinimizi, milli bayramlarımızı, milli varlığımızı təşkil edən folklorumuzu və digər özümüzəməxsus adətlərimizi yasaq etməyə çalışsa da, bunu bacarmamışdır. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Digər Narkomaniya bəşəriyyətin ən ağır problemlərindən biri kimi üçün şərhlər bağlıdır

    41Narkomaniya bəşəriyyətin ən ağır problemlərindən biridir.Hazırda bəşəriyyət qarşısında duran ən mü-hüm məsələlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqdır. Narkobiznes nəticəsində əldə edilən gəlirlər başqa transmilli cinayətlərə, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilir. Bu da öz növbəsində onun təhlükəliliyini daha da artırır. Dünyanın müxtəlif qaynar bölgələrində həyata keçirilən terror aktları, qırğınlar, dağıntılar, günahsız insanların, xüsusən də uşaqların ölümü ilə nəticələnən qorxunc hadisələrin çoxu beynəlxalq narkobiznes hesabına həyata keçirilir və günü bu gün də davam etməkdədir. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Milli-mənəvi dəyərlər Gənclərimizi pis vərdişlərdən çəkindirək üçün şərhlər bağlıdır

    2fcc903849bf
    Ermənilər qondarma soy-qırımını dünyaya zorla sırıyırlar, gecə-gündüz saxta təbliğat maşınlarını işlədərək “zavallı”, “fağır” ermənilərin nəslini-kökünü kəsən, qətliam törədən türklərin necə “qaniçən”, necə “cəllad” olduqlarını bəşəriyyətə pərçim eləyirlər, bu sahədə bütün vasitələrdən televiziyadan, radiodan, mediadan, hətta anahidlərindən, marqolarından, yəni “axçik”lərindən də istifadə edirlər. Daha ətraflı »

    Teqlər:

  • 16May
    Digər Elektrik cərəyanı ilə zədələnmə üçün şərhlər bağlıdır

    logoElektrotravma-elektrik cərəyanının insan orqanizminə təsiri nəticəsində yaranan və dərhal tibbi yardım göstərilməsi lazım olan ağır zədələnmədir.
    Elektrik naqilləri ilə, elektrik cihazları ilə işləyərkən təhlükəsizlik qaydalarına riayət et mədikdə, həmçinin qəzalar və texnogen fəlakətlər zamanı elektrik cərəyanı ilə zədələnmə baş verə bilər. Bundan başqa ildırım və son illər yaranmış yeni bir faktorlazer şüalanması da elektrotravma kimi insanların sağlamlığına təhlükə yaradır. Daha ətraflı »

    Teqlər: