Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16May
    Digər Yararsız vəziyyətə düşmüş avtomobillər götürülməlidir üçün şərhlər bağlıdır

    Yararsız vəziyyətə düşmüş  avtomobillər götürülməlidir

    DSC_2241Hamıya məlumdur ki, son zamanlar ölkəmizin bütün regionlarında aparılan tikinti, quruculuq və abadlıq işləri nəticəsində bölgələrimizin siması tamamilə dəyişmişdir. Bu, doğma Tərtərimizdə də belədir. Daha ətraflı »

    Teqlər:

  • 16May
    Digər Zibilsiz zibil qabları üçün şərhlər bağlıdır

    (Satirik qələmlə)

    kirpii_jurnaliBilirəm, bir çoxlarınız ağız büzəcəksiniz ki, bu əhli-qələm sahibinə bir bax, işi-gücü qurtarıb, indi də zibil qutularından yazır. Ancaq bu, heç də siz fikirləşdiyiniz kimi deyil. Bir çoxlarına lazımsız məsələ kimi görünən məişət tullantılarının vaxtlı-vaxtında yığılıb şəhərdən kənara daşınması vacib bir məsələdir. Bir də ki, məişət tullantılarının ərazidə qoyulan xüsusi zibil qablarına deyil, ətrafına tullanması həmin adamların hansı mədəniyyətə sahib olmasından xəbər verir.
    Mən “Bala kirpi”ni də götürüb şəhərimizin küçələrində həmin mənzərələri lentə almağa qərar verdim. Daha ətraflı »

    Teqlər:

  • 16May
    Digər Tərtərlilərin şücaəti üçün şərhlər bağlıdır

    DSC_2071DSC_2107Faşist Almaniyası 1939-cu il avqust ayının 23-də və sentyabrın 28-də bağlanmış müqavilələri pozaraq, 1941-ci il iyunun 22-də 190 diviziya ilə SSRİ-i üzərinə hücum etdi. Böyük Vətən müharibəsi kimi tarixə düşmüş bu müharibə beş il davam etmişdir.
    1941-1945-ci illərdə res-publikamızın hünərvər oğul və qızları böyük qəhrəmanlıqlar göstərmişlər. Böyük Vətən müharibəsindəki Qələbənin qazanılmasından söz salanda qəhrəman əsgərlərimizin, arxa cəbhədə çalışan fədakar insanlarımızın zəhmətini qeyd etmək mütləq lazımdır. Daha ətraflı »

    Teqlər:

  • 01May
    Digər Vətəni qorumaq borcumuzdur üçün şərhlər bağlıdır

    herbi sekilBizim yeganə bir vətənimiz var ki, o da torpağında addım-addım gəzdiyimiz, havasını ciyərlərimizə doyunca çəkdiyimiz Azərbaycandır. Bizim millətimiz millətlər içərisində fərqlənən, seçiləndir. Ulu Öndərimiz Heydər Əliyev azərbaycanlı olduğuna görə fəxr etdiyini söyləmişdir. Biz gənclər də fəxr edirik ki, belə bir ölkənin övladlarıyıq. Daha ətraflı »

    Teqlər:

  • 01May
    Digər Doğma Kəlbəcərin intizarı. üçün şərhlər bağlıdır


    Məlumdur ki, Ermənistanın ölkəmizə qarşı yeritdiyi işğalçılıq siyasətindən sonra 1 milyon nəfərə qədər soydaşımız öz yurd-yuvalarından məcburi köçkün və qaçqın düşüb. Son illərdə onların sosial şəraitinin yaxşılaşdırılması, mənzil-məişət problemlərinin həll olunması istiqamətində dövlət tərəfindən məqsədyönlü işlər həyata keçirilməkdədir. Onların məs-kunlaşdıqları ərazilərdə enerji, su, qaz və digər kommunal xidmətlərlə təmin olunmaları dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır. Daha ətraflı »

    Teqlər:

  • 23Apr
    Digər Vətəni müdafiə hər bir vətəndaşın borcudur üçün şərhlər bağlıdır

    Prokurorluq (1083 x 1083)Azərbaycanın dövlət müstəqilliyinin ən dəyərli nəticələrindən biri bizim milli ordumuzun yaranması, təşkil olunması, onun müasir tələblərə uy-ğun hazırlanmasıdır. Hər hansı bir dövlət öz dövlətçiliyini qüdrətli etmək istəyirsə, onun güclü ordusu olmalıdır. Biz bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, tarixi baxımdan çox qısa bir zamanda Azərbaycanda güclü milli ordu yaranıbdır. Daha ətraflı »

    Teqlər:

  • 23Apr
    Digər Əzablı yollar üçün şərhlər bağlıdır

    (Xatirə)

    Babam Əliş Kazımov Ağdamın Keşdazlı kəndində anadan olmuşdu. Nənəm Tamamla ailə qurduqdan sonra Tərtər rayonunun Evoğlu kəndinə gələrək bu kənddə məskunlaşmışlar. Əliş babamın beş oğlu dünyaya gəlmişdi. Ailə xoşbəxt günlərini yaşayırdı.Qesem Ancaq nə biləydilər ki, onları əzablı, məşəqqətli bir həyat gözləyir. Atamgil beş qardaş idilər Daha ətraflı »

    Teqlər:

  • 17Apr
    Digər Fırıldaqçı Sevincin əməlləri. üçün şərhlər bağlıdır

    02 KƏRİMOVA SEVİNC SULTAN QIZISevinc yatıb yuxuda gö-rür ki, biclikdən kirayədə yaşadığı evin qapısı ağzında fala baxdırmaq üçün xeyli adam növbəyə düzülüb. Onların sırasında Bakıdan, Gən-cədən, Yevlaxdan, Bərdədən, Ağdamdan, daha nə bilim haralardan avam adamlar var və bu biçarələr növbə üstündə bir-biri ilə tutaşıb-lar. Bu mənzərə ona cox ləzzət verir. Belə həriflərdən xeyli pul qazanacağını düşü-nən Sevinc sevincindən çır-tıq çalıb oynamağa başlayır. Pullarını fırıldaqçılıqla ələ keçirdiyi adamlar onu əhatə edərək sındıra-sındıra oynayan Sevincin başına şabaş yağdırır və arada bir qışqırırlar:
    —Ay şabaş! Ay can! ay can! Sağ ol, Sevinc!
    Sevinc onlardan birinə tapşırıq verir:
    ­­­­— Çıx çölə, fala baxdırmağa gələn adamların arasında bir sakitlik yarat, onları sıraya düz, elə et ki, həm bir-bir, həm də tez-tez gəlsinlər. Yoxsa qayıdıb gedən olar. Daha ətraflı »

    Teqlər:

  • 17Apr
    Digər Ayıb bilməyən “jurnalistlər üçün şərhlər bağlıdır

    ScanƏvvəllər də qeyd etmişdik ki, indi dəbdə ən çox iki peşə var– müğənni və jurnalist. Oxuya bilir və ya oxuya bilmir, nə fərqi varmış ki? Təki adı çıxsın.

    Mən adını jurnalist qoyan və cibində «Redaktor», şöbə müdiri, «müxbir» vəsiqələrini gəzdirən elə adamlar tanıyıram ki, öz tərcümeyi-halında və yaxud bir ərizədə neçə səhvə yol verir, məqalə nədir, oçerk, zarisovka, feyleton, novella, hekayə, xəbər… nədir bilmir, kəmsavad və ruslar demiş «tupoy»dur, bir sözlə, jurnalistika məsələlərindən başı çıxmır. Daha ətraflı »

    Teqlər:

  • 11Apr
    Digər Zenit-raket qurğusunun komandiri üçün şərhlər bağlıdır

    MehmanMehman Sadıqov rayonumuzun Qaradağlı kəndindəndir. 1973-cü ildə anadan olub. Kənd orta məktəbini bitirib. Sonra Gəncə Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Təhsilini başa vurmamış – 1993-cü  ilin ilk aylarında torpaqlarımızın bütövlüyü uğrunda gedən müharibəyə qoşulub. O, bir müddət zenit topu üzrə baş atıcı kursu keçəndən sonra  zenit-raket qrupunun komandiri təyin edilib. Bir sıra bölgələrdə – Şəmkirin Seyfəli kəndində, Göygöl, Qazax, Gədəbəy, Tərtər və digər rayonlarda uzaqvuran silahlardan istifadə qaydalarını gənc əsgərlərə öyrədib. 1997-ci ildə hərbi xidmətdən tərxis olunub. Daha ətraflı »

    Teqlər: