Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23Yan
    Digər Azərbaycan-Çin münasibətləri genişlənir. üçün şərhlər bağlıdır

     2023-cü ilin yanvar ayının 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri olmuşdur. Bu ilki forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Bu da forumun beynəlxalq aləmdə bu toplantının nüfuzunun göstəricisidir.

    Səfər çərçivəsində Möhtərəm Prezidentimiz cənab İlham Əliyev  Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə verib. Müahibəsində Azərbaycan-Çin əlaqələrindən ətraflı və geniş şəkildə danışan cənab Prezident bu əlaqələrin iqtisadi, siyasi, mədəni və tarixi əhəmiyyyətindən və gələcək prespektivlərinin genişliyini vurğulamışdır. Azərbaycan-Çin münasibətlərinin möhkəm siyasi və beynəlxalq hüquqi əsasları mövcuddur. Azərbaycan-Çin münasibətləri möhkəm təməllər üzərində qurulub. Bu əməkdaşlığı dostluq, tərəfdaşlıq kimi xarakterizə edilir.

    Özünün iqtisadi və sosial inkişafı ilə dünyada öncül dövlətlərdən olan, uğurlarını müvəffəqiyyətlə davam etdirən Çinlə əlaqələrin yaxşılaşdırılması sözsüz ki, Azərbaycanın milli maraqlarına xidmət edir və dövlətimizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə yönəldilibdir.

    Prezident cənab İlham Əliyev onu da vurğuladı ki, mən hər il regionlara təxminən 30-40 səfər edirəm və insanları hansı problemlərin narahat etdiyi, nələrin həll edilməli olması ilə, nə etməli olduğumuzla maraqlanıram. Bu, enerji təhlükəsizliyi, nəqliyyat kimi qlobal layihələrin bir hissəsidir, insanların gündəlik həyatıdır . İlk növbədə, siz xalqınızla dürüst davranmalısınız və onda onlar sizi dəstəkləyəcəklər, sizə etibar edəcəklər. Başladığımız bütün proqramlarımıza gəlincə, onların hamısı icra olunub. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb. Daha ətraflı »

  • 21Yan
    Digər Heydər Əliyev ili: “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda “dəyirmi masa” keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən rayonda silsilə tədbirlər keçirilir. Həmin tədbirlər çərçivəsində yanvarın 20-də “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda  “dəyirmi masa” keçirilib.

    Tədbir iştirakçıları əvvəlcə Umummilli Liderin xatirəsinə  hörmət və ehtiram əlaməti olaraq onun adını daşıyan meydanda yerləşən abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

    Tədbir  “Dəyirmi masa” ətrafında Heydər Əliyev Mərkəzində davam etdirilib,  Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, 1990-cı il yanvar ayının 20-si xalqımızın tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. O zamankı ictimai-siyasi proseslərin inkişafı nəticə etibarilə bir çox xalqların tarixinə faciəli səhifələr bəxş etdi. Ancaq ən ağır fəlakət Azərbaycan xalqının bəxtinə düşdü.

    İcra başçısı o vaxtkı içtimai- siyasi hadisələrdən, həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ə.Vəzirovun fəaliyyətsizliyindən,  faciənin baş verəcəyi haqqında əvvəlcədən məlumatı olan xəyanətkar rəhbərlərin xalqı xəbərdar etməməsindən  də  danışıb. Qeyd olunub ki, yanvar ayının 19-dan 20-nə keçən gecə rus-erməni ordu birləşmələri imperiya hərb maşınının ən yüksək texnika ilə təchiz olunmuş halda Bakıya daxil oldular və amansız qırğın törətdilər. Artıq faciə ilə üzbəüz dayandığını başa düşən Azərbaycan xalqı geri çəkilmədi. Bu da bəşər tarixində yeni bir qəhrəmanlıq nümunəsi oldu. Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi. Daha ətraflı »

  • 21Yan
    Digər Tərtərdə 20 Yanvar- Ümumxalq Hüzn günündə şəhidlərin xatirəsi ehtiramla anılıb üçün şərhlər bağlıdır

    Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 yanvar faciəsindən 33 il keçir. Keçən bu illər ərzində xalqımız hər il 20 Yanvar- Ümumxalq Hüzn gününü kədər və böyük qürur hissi ilə qeyd edir. Çünki 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət olsa da, həm də Azərbaycan xalqının qəhrəmanlıq manifesti, azadlıq mücadiləsidir.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə  Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksini  ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub.

    Mərasim iştirakçıları burada ümumtəhsil məktəblilərinin 20 Yanvar faciəsinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə də baxıblar.

    Saat 12:00-da rayon ərazisində 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

     

  • 21Yan
    Xəbərlər Tərtər rayon Mədəniyyət Mərkəzində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib üçün şərhlər bağlıdır

    “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən Tərtər rayon Mədəniyyət Mərkəzində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

    Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

    Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin bədii rəhbəri Sadiq Quliyev çıxış edərək bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ölkənin digər rayonlarında sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədilib. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını məhv etmək idi.

    Ümummilli Lider Moskvada özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra – 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda baş verən qırğını dünya ictimaiyyətinə çatdırdı. Mətbuat konfransında Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham edərək, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Daha ətraflı »

  • 21Yan
    Səhiyyə Tərtər rayon Mərkəzi Xəstəxanasında “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib üçün şərhlər bağlıdır

    “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən Tərtər rayon Mərkəzi Xəstəxanasında “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

    Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Yanında yetginlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov iştirak edib.

    ​Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

    ​Dəyirmi masanı giriş sözü ilə açan Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəkir Nağıyev ​ 20 yanvar faciəsinin​ xalqımızın qəhrəmanlıq tarixində​ mühüm rol oynadığını bildirib, bu faciəli hadisələrə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verildiyini qeyd edib. Daha ətraflı »

  • 21Yan
    Xəbərlər Tərtər rayon Heydər Əliyev Mərkəzində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib üçün şərhlər bağlıdır

     “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən Heydər Əliyev Mərkəzində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

    Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

    Dəyirmi masanı giriş sözü ilə açan Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış edərək bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ölkənin digər rayonlarında sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədilib. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını məhv etmək idi. Ümummilli Lider Moskvada özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra – 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda baş verən qırğını dünya ictimaiyyətinə çatdırdı. Mətbuat konfransında Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham edərək, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Daha ətraflı »

  • 21Yan
    Xəbərlər YAP Tərtər rayon Təşkilatında “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib üçün şərhlər bağlıdır

     “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən YAP Tərtər Rayon Təşkilatında “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

    Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

    Dəyirmi masanı giriş sözü ilə açan YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov 20 yanvar faciəsinin  xalqımızın qəhrəmanlıq tarixində  mühüm rol oynadığını bildirib, bu faciəli hadisələrə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verildiyini qeyd edib. Daha ətraflı »

  • 21Yan
    Digər Tərtərdə “20 Yanvar faciəsi”nin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər Abidə Kompleksinin ətrafında abadlıq-təmizlik işləri aparılıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən “20 Yanvar faciəsi”nin 33-cü ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllülərin, N saylı hərbi hissənin əsgərlərinin iştirakı ilə şəhər ərazisində yerləşən Şəhidlər Abidə Kompleksində abadlıq-təmizlik işləri aparıb.

    Həmçinin abidənin ətrafında olan yaşıllıq zolaqlarının və gül kollarının ətrafı təmizlənərək dibləri bellənib, qurumuş ağaclar yenisi ilə əvəzlənib.

     

  • 21Yan
    Xəbərlər Tərtərdə “20 Yanvar faciəsi”nin 33-cü ildönümü münasibətilə rəsm sərgisi keçirilib üçün şərhlər bağlıdır

    “20 Yanvar faciəsi”nin 33-cü ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən Tərtər rayonu üzrə təhsil sektorunun tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, Tərtər rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov iştirak ediblər.

    Tədbirində çıxış edənlər xalqımızın azadlıq mübarizəsindən, 33 il əvvəl Bakıda törədilən qanlı hadisənin səbəbləri və ağır nəticələrindən danışıblar. Bildirilib ki, 20 Yanvar xalqımızın tarixinin həm hüzn, həm də şərəf günüdür.

    Çıxışlardan sonra sərgiyə baxış keçirilib.

     

  • 21Yan
    Digər Azərbaycan və Çin öz imkanlarını birləşdirməklə, dünyaya böyük fayda verəcək üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.

    Qeyd olunub ki,  Çin və Azərbaycan yaxşı dostlardır. Hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur.

    Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır.

    Prezident ilham Əliyev deyib ki,  30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.

    İqtisadi əməkdaşlıq əlaqələri durmadan artır. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq.

    Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir.

    Bildirilib ki,  Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Daha ətraflı »