Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Yan
    Digər Azərbaycan və Çin öz imkanlarını birləşdirməklə, dünyaya böyük fayda verəcək üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.

    Qeyd olunub ki,  Çin və Azərbaycan yaxşı dostlardır. Hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur.

    Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır.

    Prezident ilham Əliyev deyib ki,  30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.

    İqtisadi əməkdaşlıq əlaqələri durmadan artır. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq.

    Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir.

    Bildirilib ki,  Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Daha ətraflı »

  • 20Yan
    Digər Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib üçün şərhlər bağlıdır

        

    Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

     Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Daha ətraflı »

  • 19Yan
    Digər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yeni imkanlar yaranıb. üçün şərhlər bağlıdır

    Son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilməkdədir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub.  Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var.   Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir.

    Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edərkən qeyd edib ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmizdə  neft və qaz sektorunaun inkişaf etrdirilməsi üçün böyük  investisiyalar qoyulub ki,bununda nəticəsində ölkəmiz özünün enerji təhlükəsizliyini tamamilə təmin edib. Ölkəmiz öz enerji tələbatini ödəməklə yanaşı xaricə neft və neft məhsulları ixrac edir.Bu da onun nəticəsidir ki,Azərbaycanda aparılan iqtisadi siyasət düzgün aparılır..

    Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi kimi meqa enerji layihəsini Azərbaycan hələ iki il əvvəl  tərəfdaşları ilə başa çatdırmış və ölkəmizdən Cənubi Avropaya gedən  boru kəmərləri sistemi yaratmışdır. Yaradılan bu və digər müasir enerji infrastrukturu sayəsində  ölkəmizin təbii qaz ixracı 2021-ci ildə 19 milyard kubmetr idisə,  növbəti  ildə bu rəqəm 24 milyard kubmetrə çatacaq. Daha ətraflı »

  • 19Yan
    Digər HEYDƏR ƏLİYEV İLİ– 2023 üçün şərhlər bağlıdır

    20 Yanvar faciəsindən 33 il ötür

    Bu barədə əsl həqiqətləri dünyaya Ulu Öndər çatdırdı

    1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş Sovet Ordusu Bakıda görünməmiş qırğınlar törətdi. Bu qırğın zamanı qadın, uşaq, qocaya fərq qoyulmadan müstəqillik istəyən azərbaycanlılar vəhşicəsinə qətlə yetirildilər. Lakin xalqımıza qarşı törədilmiş bu mərhəmətsiz hərəkət əks təsir yaratdı və faciədən az sonra – 18 oktyabr 1991-ci ildə Azərbaycan öz haqq səsini ucaldaraq, müstəqilliyini bütün dünyaya bəyan etdi.
    İlk olaraq bu hadisənin Azərbaycan xalqına qarşı törədilmiş cinayət olduğunu o zaman Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev dilə gətirdi.
    Belə ki, 21 yanvar 1990-cı ildə Heydər Əliyev Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək, bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçıların, günahkarların adlarını çəkdi, qırğın törədənlərin hamısının layiqincə cəzalandırılmasını tələb etdi.
    20 yanvar 1990-cı il hadisələri Azərbaycan Respublikasının müstəqilliyə gedən yolunda ən böyük sınaqlardan biri olmuş və Azərbaycan xalqı bu sınaqdan üzüağ, alnıaçıq çıxmışdır. Hadisənin ertəsi günü Heydər Əliyevin imperiyanın mərkəzi olan Moskvada mətbuat konfransı keçirməsi, birbaşa Sov.İKP-nin rəhbərlərini ittiham etməsi və əsl həqiqəti dünya içtimaiyyətinə çatdırması bu yolda böyük bir cəsarət nümunəsi olmuşdur.

    “Yeni Tərtər”

  • 19Yan
    Digər “Heydər Əliyev ili”nə həsr edilmiş şahmat turniri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq “Hey-dər Əliyev ili”nə həsr edilmiş məktəblilər ara-sında şahmat turniri keçirilib. Turnirdə rayonun pilot məktəblərindən 6-8, 10-12, 14-16 yaş qrupları üzrə 30-u qız, 50-si oğlan olmaqla ümumilikdə 80 nəfər məktəbli iştirak edib.
    Turnirə start verməzdən öncə rayonun mərkəzi meydanında müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül-çiçək dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi ehtiramla anılıb.
    Tərtər Uşaq Gənclər İdman Şahmat Məktəbində davam edən turnirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Elvin Umudov çıxış edərək bildirib ki, 2023-cü ilin “Heydər Əliyev İli” kimi təsis edilməsi, həmçinin bu istiqamətdə il ərzində həyata keçiriləcək silsilə tədbirlərin təsdiqlənməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqləyir. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Bu fikir özündə bütün məqamları ehtiva edir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas etdi.
    “Heydər Əliyev İli” dahi şəxsiyyətin müasir və müstəqil Azərbaycan Respublikasının, dövlətçiliyimizin bugünkü tərəqqisində, ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında ro-lunu və xidmətlərini ümumiləşdirir. Bugünkü qalib Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Daha ətraflı »

  • 19Yan
    Digər BÖYÜK SƏRVƏT, TÜKƏNMƏZ MÖVZU üçün şərhlər bağlıdır

    Azərbaycan mətbuatının əsa-sını qoyan “Əkinçi” qəzetinin ilk nüsxəsi çapdan çıxdığı gündən onun üzərində daim senzura olub. Xalqın maariflənməsindən ehtiyat edən çar Rusiyası bu həqiqət carçısının fəaliyyətindən çəkinərək, hər vasitə ilə onun bağlanmasına təsir göstərirdi. Beləliklə də, “Əkinçi”nin çapı az bir müddətdən sonra dayandırılsa da, onun yaydığı mütərəqqi ideyaların qığılcımları sönmədi, Azərbaycanda nəşr olunan digər qəzet və jurnalların fəaliyyəti ilə davam etdirildi.
    Sovetlər dönəmində də mətbuat, azad söz bir sıra çətinliklərlə üz-üzə dayanıb. Müasir Azərbaycan mətbuatının inkişafı, onun üzərində senzuranın ləğv edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
    Həm 1969-cu ildə birinci dəfə hakimiyyətə gəldiyi illərdə, həm də sonralar xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra o, Azərbaycan mətbuatının qayğıkeşi kimi bu sahənin inkişaf etdirilməsinə misilsiz töhfələr verib.
    Belə ki, 70-80-ci illərdə Azərbaycanda “Kommunist”, ”Bakı”, “Azərbaycan gəncləri”, “Bakinski raboçi” və digər qəzetlər nəşr olunurdu. Heydər Əliyev şəxsən qəzetlərin fəaliyyətini izləyir və burada dərc olunan tənqidi materialların əksəriyyətinə birbaşa Mərkəzi Komitə səviyyəsində dərhal reaksiya verilirdi.
    Televiziya ekranlarında Ümummilli Liderin jurnalistlərə nə qədər səmimi münasibət göstərdiyinin dəfələrlə şahidi olmuşuq. Təbiətən çox zəhmli və ciddi olan bu dahi insan mətbuat işçilərinin hər bur sualını dolğun cavablandırır, onlara qayğı və diqqət göstərirdi. Onun bu münasibəti hər bir məmur üçün nümunəyə çevrilmişdi. Məhz belə bir qayğının nəticəsidir ki, o illərdə Azərbaycanda yüzlərlə jurnalist yüksək fəxri adlara layiq görüldü, çoxsaylı insanlar növbədənkənar mənzil və maşın aldı. Ən başlıcası isə, Azərbaycan jurnalistikasının böyük bir nəsli Heydər Əliyev ideyalarının işığında püxtələşərək, yüksək peşəkarlıq səviyyəsinə ucaldı. Daha ətraflı »

  • 19Yan
    Şəhidlər ŞƏHİDLƏR ÖLMÜRLƏR, ƏBƏDİYYƏTƏ QOVUŞURLAR üçün şərhlər bağlıdır

    Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra, ermənilərin bizə qarşı apardıqları elan olunmamış müharibədə atəşkəsin əldə edilməsinə nail oldu. Bununla da Ordumuzun güclənməsinə və mübarizəmizin yenidən davam etdirilməsinə vaxt qazanıldı. Lakin atəşkəs dövründə də insanlarımızın qətlə yetirilməsi, şəhid olması dayanmadı. Əməkdaşımız Elfuzə Vəliyeva atəşkəs dövründə şəhid olan tərtərlilər haqqında məlumat toplamışdı. Burada həmçinin keçmiş Ağdərə rayonunun müdafiəsi zamanı şəhidlik zirvəsinə ucalan igidlərin fəa-liyyətini əks etdirən materiallar toplanıb. Aşağıda həmin yazıları oxucularımıza təqdim edirik.

    Cəfərov Anar Qəzənfər oğlu

    1982-ci il yanvar ayının 1-də Tərtər şəhərində anadan olub. 1997-ci ildə 1 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Tərtər şəhərindəki Texniki peşə məktəbinə daxil olub. 2000-ci ildə həmin peşə məktəbini geniş profilli traktorçu-maşınçı, təmirçi-çilingər və avtomobil sürücüsü ix-tisası üzrə bitirib. Yenidən 2003-cü ildə 96 nömrəli texniki peşə məktəbinin rabitə və elektrik montyo-ru, 2006-cı ildə “meyvə-tərəvəz” ustası ixtisaslarını bitirib.
    2000-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra 2005-2007-ci illərdə Elektromexanika zavodunda gözətçi işləyib. 2008-ci il iyulun 6-dan müddətdən artıq hərbi xidmət qulluqçusu kursuna daxil olub. 2008-ci il oktyabrın 13-dən 703 saylı hərbi hissədə motoatıcı alayında komandir vəzifəsində işləyib. İşlədiyi müddətdə komandanlıq tərəfindən təşəkkür alıb.
    2011-ci il dekabrın 6-da vəzifə borcunu yerinə yetirərkən başından ağır yaralanıb. Papanin hospitalına aparılsa da, de-kabrın 20-də hospitalda şəhid olub. Tərtər şəhər qəbiristanlığında dəfn olu-nub.
    Evli idi. Fidan və Ayşən adlı 2 qızı var. Orta məktəbdə təhsil alırlar. Həyat yoldaşı Arzu Əliyeva Tərtər şəhər 1 saylı bağçada işləyir. Ailəsi ana-sı Esmira Süleymanova ilə birlikdə Tərtər şəhərindəki Qaçay Mehdiyev küçəsindəki 53 nömrəli evdə yaşayır.

    Əliyev Azər Ələkbər oğlu

    1969-cu il sentyabrın 13-də Ağdərə rayonunun Kərəmli kəndində doğulub. Həmin kənddə, 1985-ci ildə orta məktəbi bitirib, orada yaşayıb. 1986-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Almaniyada çəkib. 1988-ci ilin payızında xidmətini başa vurub. Bu zamanlar ermənilərin torpaq iddiası başlamışdı. Azərbaycanlı sakinlərin gediş-gəlişinə hər tərəfdən maneə yaradılırdı. Azər də Kərəmliyə vertolyotla qayıtmışdı. Kəndin qadın və uşaqlarını çıxarmışdılar. Onların ailəsi də Bərdə rayonunda məskunlaşmışdılar.
    Azər Əliyev kəndə qayıtdıqdan sonra əvvəl özünümüdafiə dəstəsinə yazılıb, sonra isə 1991-ci ildə Ağdərə polisində polis işçisi kimi fəaliyyətə başlayıb. Döyüş yolu Murovdağdan, Aterk, Çıldıran, Drambon, Ağdərə və ətraf kəndlərdən keçib. Kəndlərin müdafiəsində ayıq-sayıqlığını itirməyib. Axırıncı döyüşü Borsunlu kəndində postda dayanarkən olub. Erməni polkovnikini öldürdükdən sonra ona məxsus olan ratsiyanı və silahı götürüb geri qayıdarkən snayperlə vurulub. Bununla da 1994-cü il aprelin 26-da şəhid olub, 27-də Bərdə Şəhidlər Xiyabanında dəfn olunub. Döyüş müddətində bir sıra mükafatları olub. Ölümündən 10 gün əvvəl sənədləri Polis Akademiyasına təqdim olunub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
    Ailəlidir, həyat yoldaşı Zərəngiz və 2 qızı – Gülər və Günel hazırda Bərdə rayonunda yaşayırlar. Daha ətraflı »

  • 19Yan
    Digər BİZƏ YAZIRLAR üçün şərhlər bağlıdır

    Sevinc göz yaşları ilə qarşıladıq

    Mən Oğuz yurdu Göyçə mahalının Basarkeçər rayonunun Kiçik Məzrə kəndində doğulmuşam. 20 yaşına kimi burada yaşamışam. 1988-ci ildə deportasiya nəticəsində ailəmiz kəndimizi tərk edərək Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşıb. Ailədə atam, anam və 6 övlad olmuşuq.
    Göyçə mahalı Göyçə gölünün ətrafında təqribən 100 kilometr uzunluğu, 40 kilometr eni olan bir ərazini əhatə edir. Bu gözəl yer cənubdan Ağlağan, Təpəsidəlik, Çənlibel dağları və Səlim gədiyi ilə, şimaldan isə Murğuz, Şahdağ silsi-ləsi ilə əhatə olunmuşdur.
    Bu yurdun qədim yaşayış məntəqələrimizdən biri olmağı barədə Prezident ilham Əliyev deyib: “Göyçə, Zəngəzur, İrəvan bizim tarixi torpaqlarımızdır. Biz, azərbaycanlılar, o torpaqlara qayıtmalıyıq və o torpaqlara qayıdacağıq. Biz tariximizi heç vaxt unutmamalıyıq”.
    Bizim Kiçik Məzrə kəndinin tarixi XIV əsrin so-nu, XV əsrin əvvəllərinə təsadüf edir. Kəndin eni 3 kilometr, uzunluğu 4 kilometrdir. Kəndimizdə çoxlu qədim tarixi abidələr vardı. Bunlardan biri Alban türklərinin tarixindən bəhs edən, üzərində “Qrabar” əlifbası ilə yazısı olan Alban kilsəsidir. Bundan başqa, burada həmin əlifba ilə yazısı olan, alban türklərinin tarixindən bəhs edən xaç daşları vardı. Bala Məzrədə çox sayda müqəddəs ziyarətgahlar, pirlər olmuşdu. Bu gün oradakı müqəddəs ruhlar yolumuzu gözləyir.
    Möhtərəm Prezidentimiz İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəni ailəmizdə hamı sevinc göz yaşları ilə qarşıladı. Bəli, müzəffər Ali Baş Komandan, dövlətimizin rəhbəri bir daha bütün dünya qarşısında bəyan etdi: ”Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməıliyik ki, bu hüququ təmin edək”. Daha ətraflı »

  • 19Yan
    Digər Təşəkkürümü bildirirəm üçün şərhlər bağlıdır

    Əmək veteranıyam.40 ildən artıq Tərtər poçtamtında montyor işləmişəm. Ailəmizin təsərrüfatla da həmişə əlaqəsi olub. Ulu Öndər Heydər Əliyev birinci dəfə hakimiyyətə gəldiyi dövrdə yaşadığımız Seydimli kəndinin əsasında Nəriman Nərimanov adına kolxoz fəaliyyət göstərirdi. Rayonda ən qabaqcıl təsərrüfatlardan biri idi. Pambıqçılıqda yarış cədvəlində adımız birinci olurdu.
    İndi torpaqlar mülkiyyətçilər arasında bölünüb. Ailəmiz yenə də pay torpağını becərərək, hər il yaxşı göstəricilər əldə edir. Büdcəmizi möhkəmləndiririk.
    Eyni zamanda kəndin infrastrukturu da yaxşılaşıb. Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərini daim yerinə yetirən möhtərəm Prezidentimiz İlham Əliyevin səyi nəticəsində həyata keçirilən regionların sosial iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində bir çox layihələr həyata keçirilib. İndi elektrik enerjisi, qaz və su sarıdan korluğumuz yoxdur. Yollarımız abad və rahatdır. Kənddə müasir məktəb binası var. Bir neçə il əvvəl isə Seydimli kənd uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verildi. Hicran Hüseynovanın rəhbərliyi altında burada mehriban və qayğıkeş kollektiv çalışır. Nəvəm Hüseyn də bu bağçada tərbiyə alır. Hətta qonşu kəndlərdən də bura övladlarını gətirən valideynlər var.
    Əmək veteranı kimi hər il dövlət tərəfindən verilən göndəriş əsasında Azərbaycanımızın səfalı yerlərində istirahət edir, sağlamlığımın qayğısına qalıram. Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm. 30 ildən artıq bir müddətdə Seydimli cəbhəyanı kənd kimi daim təhlükə altında yaşayırdı. Şanlı Qələbəmizdən sonra insanlar rahat nəfəs aldılar. Bir ağsaqqal kimi bütün bunlara görə Ümummilli Liderimiz Heydər Əliyevin layiqli siyasi davamçısı cənab İlham Əliyevə kəndimizin sakinləri adından dərin təşəkkürümü bildirirəm.

    Zaməddin İmanov,
    Seydimli kəndinin sakini

  • 19Yan
    Təhsil Həmrəyliyimiz birliyimizdir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Həmrəyliyimiz birliyimizdir”adlı respublika rəsm və əl işləri müsabiqəsində Tərtər rayon Uşaq Gənclər Inkişaf Mərkəzinin dərnək üzvləri Aysu Qasımlı və Minayə Həsənli rəsm və əl işi nomina-siyası üzrə birinci yerə çıxaraq diplomla təltif olunmuşlar.
    Bu münasibətlə rayon təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev Uşaq Gənclər Inkişaf Mərkəzinin direktorunu və qalib gəlmiş dərnək üzvlərini qəbul etdib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
    Biz də qalibləri təbrik edir, yeni yaradıcılıq uğurları diləyirik.

    “Yeni Tərtər”