Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Fev
    Digər TƏRTƏR RAYON PROKURORLUĞUNUN MÜLKİ SAKİNLƏRƏ MÜRACİƏTİ üçün şərhlər bağlıdır

    Məlum olduğu kimi Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı Vətən müharibəsində parlaq qələbələr qazanaraq, rəşadətli ordumuz tərəfindən işğal altındakı torpaqlarımız azad edilmişdir.
    Mənfur düşmən işğal dövründə şəhər və kəndlərimizi, tarixi, dini, milli-mədəniyyət abidələrimizi dağıdaraq məhv etməklə yanaşı, eyni zamanda beynəlxalq humanitar hüquq normalarının tələblərinə zidd olaraq bütün əraziləri minalamışdır.
    Azad edilmiş torpaqlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən minatəmizləmə işləri birinci dərəcəli vəzifə elan olunmaqla, hazırda bu ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı planlı surətdə davam edir.
    Baş Prokurorluq və digər dövlət qurumları tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, işğaldan azad olunmuş ərazilərə icazəsiz daxil olur və bunun nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsi riskinə məruz qalırlar. Daha ətraflı »

  • 26Fev
    Digər Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır

    44 günlük Vətən müharibəsində rayonumuzun Səhlabad kəndindən iki nəfər şəhid olub. Aslanlı Orxan Şahmar oğlu və Ağayev İntiqam Hüseyn oğlu. Hər ikisi subay idi. İkisi də atalarını vaxtsız itirmiş, ana himayəsində böyümüşdülər. Hər iki şəhid Səhlabad kənd qəbristanlığında dəfn olunub və “Vətən uğrunda” medalı ilə təltif ediliblər.

                                                                          YARIMÇIQ QALMIŞ ARZULAR

    22 yaş! Arzuların çiçək açdığı, ömrün bahar çağı. Elə özü də baharda doğulmuşdu. Arzuları da bahar kimi təzə təriydi. Ürəyində açılmamış qönçə sevgisi varıydı. Anasını tezliklə elçi göndərəcəkdi sevdiyi qızın qapısına, nişan qoyduracaqdı. Amma…
    Bu 22 yaşlı oğlan Səhlabad kəndində doğulmuş, orada böyüyüb boya-başa çatmış Ağayev İntiqam Hüseyn oğlu idi. 12 yaşında atasını ağır xəstəlikdən itirmiş, anası Gülnarənin himayəsində böyümüşdü.
    Kənd məktəbinin doqqu-zuncu sinfini bitirdikdən sonra rayonumuzdakı texniki peşə məktəbinə daxil olaraq çilingər-sürücü peşəsinə yiyələnmişdi. Bu məktəbi bitirdikdən sonra əsgəri borcunu Daha ətraflı »

  • 26Fev
    Digər XATİRƏLƏRLƏ BAŞ-BAŞA QALAN ANA üçün şərhlər bağlıdır

    Talenin acı qisməti onun üzünə uşaqlığından gülməmişdi. Hələ birinci sinifdə oxuyarkən, acı xəbər onu qoynuna almışdı. Atası Şahmar bazarın yaxınlığında qırılıb yerə düşmüş elektirk xəttindən gərginlik altına düşərək dünyasını dəyimişdi. O gündən bacısı və Orxan ananın himayəsində böyümüşdülər. Bəsti ana övladlarının gözütox böyümələri, ehtiyacsız yaşamaları üçün özünü oda-közə vurmuşdu ki, uşaqlar atalarının olmadığına xiffət etməsinlər. Lakin atanın yoxluğu hər an özünü büruzə verirdi.
    Orxan böyüdükcə anasının çox əziyyət çəkdiyinin şahidi olurdu. Həmişə düşünürdü ki, kaş mənim də atam sağ olaydı, ya da bir qardaşım olaydı, mənə arxa-dayaq durardı. Ona görə də can atırdı ki, evə qazanc gətirsin. Bu fikirlə də Səhlabad kənd orta məktəbini bitirdikdən sonra fərdi işlərlə məşğul olmağa başladı. Orxanın bu təəssübkeşliyi ananı çox sevindirirdi.
    Oğlunun qeyrətinə, kişilik qüruruna baxıb fərəhlənirdi. İnanırdı ki, camaat arasında xətir-hörmət qazanan oğlu həmişə üzünü ağ edib, anaya baş ucalığı gətirəcəkdi. Orxanını və Nigarını ağır zəhmətlə böyüdən ana yanılmamışdı.
    Orxan hərbi xidmətini Naxçıvanda çəkmişdi. Əsgərliyini başa vurub gələndə ana fəxr etmişdi. Onu evinin kişisi hesab edirdi. Bir müddətdən sonra oğlunu evləndirmək qərarına gəlmişdi. Lakin Orxan: “Hələ tezdi”- deyərək, qəti qərarını vermışdı. Ananın gözləri xoşladığı qızlarda qalsa da, oğlunun razılığını ala bilmirdi. Beləcə günlər, aylar bir-birini əvəz edirdi. Orxan qazanc gətirməyi, yaxşı şərait qurmağı, ana isə oğluna gəlin gətirməyi, oğul-uşaq sahibi etməyi düşünürdülər. Bu arzuların pərvazlandığı, qol-qanad acmaq istədiyi bir zamanda ailəyə bir dərd-qəm yığını töküldü, bu ocağın üzərinə bir qara bulud çökdü…
    2020-ci il sentyabrın 21-i. Mənfur ermənilərin həmləsinin qarşısını almaq üçün ölkə rəhbərinin səfərbərlik müraciətinə xalqımızın bütün vətənpərvər oğulları kimi Orxan da qoşuldu.
    “Mən mütləq döyüşdə olmalıyam!”- dedi və könüllü olaraq Ordumuzun tərkibinə yazıldı. “N” saylı hərbi hissədə təlimlərə başladı. Sentyabrın 27-də əks-hücum zamanı artıq atıcı-sanitar kimi savaşa qatılmışdı. Daha ətraflı »

  • 26Fev
    Digər Qazilərimiz üçün şərhlər bağlıdır

                                                                                           CƏSUR DÖYÜŞCÜ

    Məlumdur ki, rayonumuz mənfur ermənilərlə 48 km təmas xəttində yerləşir . Hər an camaatımız erməni quldurlarının fitnə-fəsadları ilə üz-üzə qalırdı. 2020-ci il sentyabrın 27-sində ermənilərin növbəti təxribatının qarşısını almaq üçün Ali Baş Komandanın əmri ilə başlanan müharibə bu murdarların əməllərinin son həddi oldu. Yağılar müzəffər ordumuz tərəfindən layiqli cavablarını aldılar. Lakin bu asanlıqla başa gəlmədi. Yüzlərlə zabit və əsgərlərimiz Vətən uğrunda canlarından keçirdilər, bir çoxu isə yarımcan oldular. Ayaqlarını qollarını, gözlərini itirərək əlil qaldılar. Onlar sağlamlıqlarının bərpası üçün aylarla xəstəxanalarda müalicə aldılar, həkim nəzarətində oldular. Ümidləri həkimə qalan ər oğullarımıza hər yerdə rast gəlinir. Belə oğullardan biri Quliyev Beyrək Asif oğludur. Daha ətraflı »

  • 26Fev
    Digər MƏNİM QƏHRƏMAN TƏRTƏRİM üçün şərhlər bağlıdır

    Bir zamanlar hüsnü-camalı ilə hər kəsi valeh edən, yağı düşmənin hücumlarına mərd, mətin dayanan, ermənilərin raketlərindən və mərmilərindən bağrı paramparça olan Tərtərim!
    Çox yaxın ötüb-keçən vaxtlarda gözəlliyindən, göz oxşayan əsrarəngiz görkəmindən, yaraşıqlı binalarından, bağbağçandan yazmışdım. Bu gün isə oğlu şəhid olmuş ana kimi məğrurluğundan, şikəst olmuş oğullar kimi qürurundan, şücaətindən söz açacam, mənim igid, qəhraman Tərtərim!
    Nankor, mənfur qonşunun ucbatından başın nələr çəkmişdi?
    Atılan mərmilər bağrını alqan etdi, hər an başının üstünü təhlükə aldı qucağındakı sakinlərin kimi. Köksün raket, top mərmilərindən dağıldı, deşik-deşik oldu. Lakin qamətin əyilmədi. Daha ətraflı »

  • 20Fev
    Digər PREZİDENT İLHAM ƏLİYEV: QARABAĞI CƏNNƏTƏ ÇEVİRƏCƏYİK. üçün şərhlər bağlıdır

    Vətən müharibəsi xalqımızı Müzəffər Ali Baş Komandanın, Prezidentin ətrafında daha da sıx birləşdirdi, xalq dövlət birliyinin ən bariz nümunəsini göstərdi. Bugünki uğurumuz, bu şanlı qələbəmiz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Prezident İlham Əliyevin uğurla və böyük uzaqgörənliklə davam etdirdiyi siyasət nəticəsində mümkün oldu. 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı haqqında mif uydurulmuş Ermənistan ordusu çökdürüldü. Qüdrətli ordumuz dünyaya sübut etdiki, Azərbaycan sülhpərvər, humanist dövlət olsa da, öz torpaqlarını kiməsə güzəştə getmək niyyətində deyil. Tarixi ədalət bərpa olundu. İşğaldan, əsirlikdən azad edilən digər torpaqlarımız kimi ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Laçın rayonu da 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Ali Baş Komandanın 14 fevral Laçına səfəri zamanı Laçınlılara və xalqımıza səslənərək erməni mənfurlarının öz doğma torpaqlarından uzaq saldığı Laçınlıların yurd həsrəti bitdi sözlərini deməsi Qarabağa böyük qayıdışın qısa zamanda reallaşmasından xəbər verir.

    İşğaldan azad olunmuş ərazilərdə külək və günəş enerjisinin potensialının böyük olması bu ərazilərdə kənd Daha ətraflı »

  • 19Fev
    Digər QAZİLƏRİMİZ üçün şərhlər bağlıdır

                                                                                  VƏTƏN SEVDALISI

    Vətənini sevən və həmişə də Vətən torpağını hər şeydən uca tutan Amid Paşayevin qəhrəmanlığından danışmaq istəyirəm. Bir müəllim kimi öz şagirdinin qəhrəmanlığından yazmaq çox qürurverici hissdir.
    Amid Paşayev 1995-ci il avqustun 10-da Tərtər rayonunda anadan olub. Babasının adını daşıdığı Sabir Paşayev adına Umudlu kənd orta məktəbinin 1-ci sinifinə 2002-ci ildə daxil olur və 11-ci sinifi isə 2013-cü ildə başa vurur. O, məktəbdə oxuduğu müddətdə əxlaqi keyfiyyətlərinə və yaxşı oxumasına görə müəllimləri və məktəb yol-daşları tərəfindən çox sevilir. XI sinifi bitirdikdən sonra elə həmin il ali məktəbə sənəd verir və Azərərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin Hərbi Tibb məktəbinə daxil olur. 2015-ci ildə bu məktəbi bitirib, gizir rütbəsi ilə Naxçıvan Əlahiddə Ümumqoşun ordusunun “N” saylı hərbi hissəsinin divizion tibb məntəqə rəisifeldşer vəzifəsinə təyin olunur. 2020-ci ildə 5 illik hərbi fəaliyyəti başa çatır.
    Polad Həşimovun ölümü onu da çox sarsıdır. Könüllü olaraq Naxçıvan şəhərindən Füzuli rayonuna gəlir və “N” saylı hərbi hissənin 1-ci taborunun tibb məntəqəsinin feldşer vəzifəsinə təyin olunur.
    Sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman həmin hərbi hissədən döyüşlərə qatılır.
    Amid hələ orta məktəbdə oxuyarkən ermənilərə çox böyük nifrət hisi bəsləyirdi. Çünki onlar onun ata və babasını yaşadığı Umudlu torpaqlarından didərgin salmış, digər tərəfdən isə bu torpaqlar uğrunda 2 əmisi-Evarist (1992-93- cü ildə 27 yaşında Qubadlının polis rəisi olmuşdur) və Ədalət Paşayevləri şəhid etmişdilər. Daha ətraflı »

  • 19Fev
    Digər ZAURUN DÖYÜŞ ŞÜCAƏTİ üçün şərhlər bağlıdır

    Vətən müharibəsi xatırlanarkən yada raketlərin, topların vahimə dolu səsi, dağılmış şəhər və kəndlər, ev-eşiklər, insanların təlaş və narahatçılığı, bir də şəhid və yaralılarımız yada düşür. 2020-ci il Azərbaycan xalqı üçün möhtəşəm zəfər ili oldu.
    İkinci Qarabağ savaşının qazilərindən biri ilə həmsöhbət olaraq döyüş xatirələrindən danışdıq.
    Nəsibov Zaur Zakir oğlu həmyerlimizdir. Tərtər şəhərində doğulub burada boya-başa çatıb. Hələ hərbi xidmət dövründə silahların dilini öyrəndikcə torpaqlarımızın bu silahlarla azad olunmasını düşünürdü. İnanırdı ki, bir gün gələcək Ali Baş Komandan əmr verəcək ki, əsir torpaqlarımız düşməndən azad edilsin. Onun xidməti Naxçıvanda motoatıcı alayında keçmişdir. Nəinki, Zaurun bütün xalqımızın arzuladığı an ötən ilin sentyabrın 27-də həyata keçdi.
    Artıq mənfur düşmənin torpaqlarımızdan tamamilə çıxarılması əmri verilmişdir. Bu zamanda həmyerlimiz Zaur hərbi hissədə atıcı vəzifəsində könüllü olaraq xidmət edirdi. Sentyabırın 27-də onların bölüyü Goranboy rayonunun Tapqaraqoyunlu kəndindən düşmənin hücumunun qarşısını almaqla Talış istiqamətində irəliləməyə müvəffəq oldular və bəzi yüksəkliklər alınandan sonra oktyabrın 4-də Suqovuşan istiqamətində hücum zamanı xeyli itkilər olsa da, məqsəd aydın idi geri çəkilmək olmazdı, Daha ətraflı »

  • 19Fev
    Digər BƏDƏNİNDƏ 20 QƏLPƏ DAŞIYIR üçün şərhlər bağlıdır

    Bu uca boylu, iti yerişli oğlan həmyerlimiz İsmayılzadə Elvin Şakir oğludur. O, igid qazilərimizdəndir.
    Elvin hərbi xidmətini başa vurduqdan sonra qərara alır ki, hərbi hissədə qalıb müddətdən artıq xidmət etsin. Bu fikirlə də 2020-ci ilin yanvar ayından hərbi hissəyə yazılır və həmlə bölməsində müddətdən artıq xidmətə başlayır.
    Hələ orta məktəbdə təhsil aldığı zaman ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətləri öyrəndikcə qəlbində sonsuz nifrət hissi baş qaldırırdı. Elə müddətdən artıq xidmət etməsinə də bu nifrət hissi səbəb olmuşdu. Azərbaycan Ordusunun hər bir zabiti və əsgəri kimi o da əmr gözləyirdi ki, ermənilərin dərsini versin. Ötən ilin sentyabrın 27-də belə bir imkan yarandı. Ordumuzla bərabər bütün xalqımız səfərbər oldu. 30 illik Vətən, torpaq ayrılığına son qoymaq üçün hamı cəbhəyə atılmağa hazır idi. Elvin də Ordumuzun tərkibində döyüşlərə başladı.Ağdərə, Suqovuşan is-tiqamətində aparılan hücumda O da vuruşurdu. Hamı kimi Elvin də bilirdi ki, güclü Ordumuzun sayəsində qələbə qazanılacaq. Hər gün torpaqlarımızın düşmən tapdağından azad olunması haqqında xəbərləri eşidən əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyi yaranmışdı. Lakin müharibənin öz qanunları olduğunu, itkisiz başa gəlmədiyini hamı kimi Elvin də bilirdi. O, yeri düşdükcə şəhid, yaralı əsgərlərdən ürək yanğısı ilə söz açırdı. Daha ətraflı »

  • 19Fev
    Digər XOCALI FACİƏSİ- XALQIMIZIN QAN YADDAŞI üçün şərhlər bağlıdır

    Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı həyata keçirilmiş ən qəddar zorakılıq nümunələrindən biri olaraq tarixin yaddaşına həkk olunub. Bu soyqırımı nəticəsində yüzlərlə dinc insanın erməni terrorçuları tərəfindən xüsusi zorakılıqla qətlə yetirilməsi və bunların içərisində körpə uşaqların da olması baş vermiş hadisənin hər bir anlamda insanlığa yönələn cinayət olduğundan xəbər verir. Daha ətraflı »