Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar
    Milli-mənəvi dəyərlər QULAQ FALI üçün şərhlər bağlıdır

    Qulaq falı, qapıpusma, qulaqpusma adları altında qeyd olunan falabaxma Azərbaycanın hər bir bölgəsində geniş yayılmışdır. Məsələn, Qaraqoyunlu bölgəsindən toplanmış mətndə deyilir ki, ilin axır çərşənbəsində ürəyində niyyət hava qaralandan sonra xəlvətcə gedərsən qonum-qonşunun qapısına. Qapı dalında durub, ayağının altına açar atıb, içəriyə qulaq asırsan. Eşitdiyin ilk kəlmə niyyətinin yerinə yetib-yetmədiyinə nişan verir. İlk kəlmə xoş mətləbə, yaxşı bir istəyə bağlıdırsa, demək, niyyətin baş tutacaq. Əgər içəridən pis söz, narazılıq, nigarançılıq bildirən kəlmə eşidərsənsə, onda istəyinə çatmaq çətin olacaq.
    Bu inanc mətnində Novruz bayramının mahiyyəti ilə bağlı bir çox mənalar gizlənmişdir: Daha ətraflı »

  • 18Mar
    Milli-mənəvi dəyərlər YAŞIL ÖRPƏKLİ BAHAR üçün şərhlər bağlıdır

    Yurdumuza bahar gəlir–allı-güllü, yaşıl örpəkli bahar. Qədimdən üzü bəri insanlar yazın gəlişini səbirsizliklə gözləyiblər. Yazda təbiətin yaşıl örtüyə bürünməsi, ağacların yarpaqlaması, meyvə ağaclarının çiçəklənməsi, yaşıllıqlar arasında müxtəlif rəngli və xoş ətirli çiçəklərin boy göstərməsi əsrlərdən bəri insanlara əsrarəngiz təsir bağışlayıb.
    Yaz ölkəmizə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da qədəm qoyacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir, yəni Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarımkürəsinə yaz fəsli daxil olur.

  • 18Mar
    Milli-mənəvi dəyərlər KEÇƏL VƏ KOSA üçün şərhlər bağlıdır

    Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi ovqat qatır. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: “Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə Keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədə Hüseynqulu Sarabskinin ”Köhnə Bakı” əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub. Vaxtilə indiki “Azad qadın”ın heykəli, yerləşdiyi ərazi də daxil Daha ətraflı »

  • 05Mar
    Milli-mənəvi dəyərlər ELİMİZİN ƏZİZ BAYRAMI NOVRUZUN MÜJDƏÇİLƏRİ–ÇƏRŞƏNBƏLƏR üçün şərhlər bağlıdır

    NOVRUZ GƏLİR, YAZ GƏLİR

    Çərşənbələr Novruz bayramının əvəzolunmaz atributlarındandır. Hər çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvürlərində ilaxır çərşənbələr, yaxud ilin axır çərşənbələri şəklində formalaşmışdır.
    Novruz ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün – suyun, odun, yelin, torpağın isinməsi, dirilməsi istəyi ilə bağlı yaranmışdır.
    İlaxır çərşənbələrin birincisi su çərşənbsidir Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir. Əzəli inamlarda su sağlamlığın mənbəyi idi. Su çərşənbəsi günü axar sudan keçənlər azarbezardan xilas olar. Daha ətraflı »

    Teqlər:

  • 05Mar
    Milli-mənəvi dəyərlər NOVRUZUN MƏNŞƏYİ üçün şərhlər bağlıdır

    Çətin qış günlərindən sonra yazın gəlişini dünyanın demək olar ki, bütün xalqları milli mentalitetin qəbul etdiyi sevinc səviyyəsində keçirir. Uzaq Şərqdə bu fevrala, Rusiyada martın əvvəllərinə, Sami xalqlarında isə aprel ayına təsadüf edir. Elmi baxımdan ən dəqiq günü və saatı isə ulu babalarımız təyin edə biliblər. Beynəlxalq astronomik il xalqımızın Novruz bayramı kimi qeyd etdiyi gündən – Günəşin Qoç bürcünə daxil olması ilə başlayır. Yaz bərabərlik nöqtəsində gecə ilə gündüzün hərəsi 12 saat olur. Daha ətraflı »

  • 24Fev
    Milli-mənəvi dəyərlər AİLƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN DAŞIYICISIDIR üçün şərhlər bağlıdır

    Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Buna görə də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub. Ailə yüksək mənəvi dəyərlərin qoruyucusu olmaqla yanaşı, həm də genefondumuzun daşıyıcısı kimi inkişafımızda mühüm rol oynayır.
    Azərbaycan ailəsi hər şeydən əvvəl milli-adət ənənələrimizi özündə yaşatmalıdır. Son illərdə Qərbdən daxil olan adətlər bizim milli adətlərimizə öz mənfi təsirini göstərməkdə davam edir. Açıq etiraf etmək lazımdır ki, ailələrdə hərkə-hərkəlik, böyük-kiçik, qadın-kişi saymazlığı milli-mentalitetimizə uyğun olmayan tərbiyə metodları ailələrimizin dağılmasına gətirib çıxarır. Daha ətraflı »

  • 10Fev
    Milli-mənəvi dəyərlər Dini maariflıəndirmənin əhəmiyyəti üçün şərhlər bağlıdır

    GƏNCLƏRİMİZƏ BİR NEÇƏ SÖZ

      Bismilləhir-rahmanir-rahim.
    Mehriban və bağışlayan Allahın adı ilə.
    “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O (Rəbbin) ki, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiyi şeyləri öyrətdi”. (Ələq surəsi 1-5-ci ayələr). İslam dini sonuncu səmavi dindir ki, öz nuru ilə bu gün dünyaya işıq saçmaqdadır. Və bu dinin müqəddəs kitabı “Qurani-Kərim”in ilk əmri yuxarıda qeyd olunan ayələr oldu. Deməli, Rəbbimizin biz müsəlmanlara ilk əmri oxumaq, öyrənmək, yazmaq və sözün həqiqi mənasında hərtərəfli gözəl bir insan olmaqdır. Daha ətraflı »

  • 10Fev
    Milli-mənəvi dəyərlər MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİ QORUYAQ üçün şərhlər bağlıdır

    Qürur mənbəyimiz olan milli-mənəvi dəyərlərimizə mətbəximiz, milli geyimlərimiz, musiqi nümunələrimiz, qədim abidələrimiz, dövlət rəmzlərimiz və s. daxildir. Qonaqpərvərlik, böyüyə hörmət, ailəyə qayğı və s. digər yüksək keyfiyyətlər millətimizə xas olan xüsusiyyətlərdir.
    Bu nümunələr gələcəyimizin inkişafına örnək olan varlığımızdır. Buna görə də müstəqil ölkəmizdə mətbuatın, televiziyanın və pedaqoji heyətin hər bir üzvi milli dəyərlərimizi geniş surətdə təbliğ etməlidirlər. Daha ətraflı »

  • 17Yan
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

                 SAVABLA GÜNAHIN, HALALLA  HARAMIN QARIŞDIĞI İNSAN ÖMRÜ                           Hər çiynimizdə bir mələk oturur. İnsan bu dünyaya gələndən o biri dünyaya gedənə qədər etdiyi savab əməlləri biri, günah əməlləri isə digəri yazır və Tanrı bu əməllərə baxıb, həmin adamın Cənnətlik, yaxud Cəhənnəmlik olduğu haqqında hökm verir. Orda pul işləmir, qohumbazlıq olmur, yaltaqlıq keçmir…
    İndiki zamanda haramla halal, günahla savab biri-birinə necə qatışıbsa, bəzən onları ayırd etmək olmur, adam məəttəl qalır. Necə ki, hədislərdə buyrulub: vaxt gələcək ki, insanlar bilməyəcəklər yedikləri şeylər halaldır, yoxsa haramdır. Savabla günahın da sərhədləri itib. Bax indi həmin zaman gəlib, günahla savabın, halalla haramın qatışdığı zaman. Lakin burda bir cəhətə xüsusi fikir vermək lazımdır, bir var bilə-bilə günah işlədəsən, haram yeyəsən, bir var bilməyə-bilməyə. Bunların da Tanrı Dərgahında qiymətləri fərqlidir.
    Əsil mətləbə keçək. Daha ətraflı »

  • 19Dek
    Milli-mənəvi dəyərlər MƏNƏVİYYAT BAYRAĞIMIZ üçün şərhlər bağlıdır

    “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
    Heydər ƏLİYEV
    Dil milli-mənəvi dəyərlərimizə aid olduğu üçün adətlərimiz və mədəniyyətimizlə eyni sırada dayanır.
    Xalqımızın yaşadığı yer adlarının(Dərbənd, Göyçə, Təbriz və s.) ana dilimizdə olması sübut edir ki, Azərbaycanın qədim tarixi vardır.
    Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupunun oğuz-səlcuq yarım-qrupuna daxildir. Qədim zamanlarda dilimiz ərəb və fars dillərinin təsiri altında olsa da, orta əsr dövründən başlayaraq İmədəddin Nə-simi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və s. şairlərin yaradıcılıqları ilə Azərbaycan dilində yazmaq ənənəsi saray dilini üstələdi. Cəlil Məmmədquluzadə “Anamın Kita-bı” pyesində yad dillərdən istifadə edən adamların si-masında dil məsələsini daha qabarıq şəkildə əks et-dirib. Böyük dramaturq “Azərbaycan” məqaləsində yazırdı:
    Dilim nə dilidir?
    –Azərbaycan dilidir.
    İctimai xadim Sultan Məcid Qənizadə Azərbaycan dili haqqında deyirdi: “Həqiqətən bu dil öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi formalara düşmə bacarı-ğına malik olmaqla öz xü-susiyyətləri ilə fəxr edə bilər. Bu xüsusiyyətlər öz mahiyyətinə görə çox ma-raqlıdır… Buradakı xüsusiyyətlərə bənzər hadi-sələrə hər hansı bir başqa dildə az təsadüf etmək olar”.
    Azərbaycan dilinin inki-şaf dövrləri: Daha ətraflı »