Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07İyl
    Xəbərlər Həftə ərzində keçirilən görüşlər bəhrəsini verməkdədir üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlarla keçirilən görüşlər öz bəhrəsini verməkdədir. Belə görüşlər zamanı sakinlərin problemlərinin həlli istiqamətində əməli addımlar atılır.
    Təsdiq olunmuş qrafik üzrə keçirilən qəbullarda sakinlərin sosial-iqtisadi, ictimai-siyasi və humanitar, tikinti və memarlıq, təsərrüfat, hüquq və digər sahələr üzrə müraciətləri dinlənilir. Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilir.
    Nəzərinizə çatdıraq ki, sakinlər Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proq-nozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər. Daha ətraflı »

  • 07İyl
    Milli-mənəvi dəyərlər Qurban bayramınız mübarək! üçün şərhlər bağlıdır

    İslam dininin ən vacib sayılan fərzlərindən biri

    Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir. İslamda cəmi iki bayram — eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və eydül-fitrə (Orucluq bayramı— kiçik bayram) qanuniləşdirilmişdir. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.
    Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
    Demək lazımdır ki Qurban bayramı yalnız İslam dininin törəməsi deyildir. Qurban vermək, qurban kəsmək adəti islamdan çox-çox əvvəl dünyanın bir çox xalqlarında olmuşdur. Məsələn, karfagenlilər allah saydıqları Moloxa qarşısında borclarını ödəmək üçün uşaqlarını qurban verirdilər. Şərq xalqlarında da öz qızlarını qurban vermək adəti olmuşdur. Daha ətraflı »

  • 07İyl
    Şəhidlər Erməniləri lərzəyə salan döyüşçü üçün şərhlər bağlıdır

    Ermənilər Ruslan Şahbazovun atıcılıq qabiliyyətinə hələ Aprel hadisələrində bələd olmuşdular. Qarşıdakı qələbədən soraq verən o unudulmaz günlərdə Ruslan düşmənin bir neçə tankını məhv edərək, erməniləri lərzəyə salmışdı. Hətta, deyilənə görə, düşmən onun başına pul mükafatı da qoymuşdur.
    Ruslan İsraildə istehsal olunan “Spayk” qurğusunun atıcısıydı. Bu sahə üzrə kursları bitirmişdi. Məşhur atıcı Aslan Hüseynovla bir hissədə xidmət edirdilər. Düşmənin heç bir texnikası onların dəqiq götürdüyü nişandan yayına bilməzdi.
    Ruslan Mahir oğlu Şahbazov 1991-ci il iyulun 14-də Ələsgərli kəndində anadan olub. 2008-ci ildə bu kənddə orta məktəbi bitirib. Sonra Zaqatalada sərhəd qoşunlarında həqiqi hərbi xidmətdə olub. Onun hərbiyə olan marağı, igidliyi elə o vaxtdan komandirlərinin diqqətini cəlb edirdi. Yoldaşları isə öz aralarında bu qoçaq oğlanı “Terminator” deyə çağırırdılar.
    Hərbidən qayıtdıqdan sonra Ruslan bir müddət Bakıda işləyib, ancaq heç bir iş onu qane etmirdi. Hansı işə başlasa, hərbinin nizam-intizamı, qanunları ilə müqayisə edir və anlayırdı ki, onun yeri ancaq ordudadır. Bu fikirlə də 2013-cü ilin sentyabr ayından müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda fəaliyyətə başladı. Daha ətraflı »

  • 07İyl
    Şəhidlər Başa çatmayan məzuniyyət üçün şərhlər bağlıdır

    Abbaslı Elnur Yaşar oğlu 1992-ci il iyulun 17-də Köçərli kəndində dünyaya göz açmışdı. 2009-cu ildə bu kənddə orta məktəbi bitirmiş, 2010-2012-ci illərdə Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə olmuşdu.
    2019-cu il avqust ayının 12-dən Elnur Abbaslı yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında kiçik çavuş kimi xidmətə başlamışdı.
    Elnur iki övlad atasıydı. Ağahüseyn və Xanım atalı xoşbəxt günləri çox az yaşasalar da, bu gün nə onlar özləri, nə də ailədə heç kim uşaqları atasız bil-mir. Elnur elə bir zirvədədir ki, onun varlığı hər an hiss olunur.
    Atası Yaşar müəllim deyir ki, Elnur ailəsini çox sevirdi. Müharibə başlamazdan əvvəl məzuniyyətə çıxmışdı. Evlərindən bir az aralıda məhlə yeri götürüb, ev tikdirirdi. Məzuniyyət müddətində özü də ustalara kömək etmək istəyirdi.
    Dəfələrlə ata ona sual vermişdi ki, oğul, niyə bu qədər tələsirsən? Axı, ev-eşiyimiz də rahatdır, şükür, mehribançılığımıza da hamı həsəd aparır. Kaş bütün gəlinlər bizim Gülnar kimi ola.
    Tələsməyinin səbəbini Elnur özü yaxşı bilirdi, amma atasına bu barədə heç nə demirdi. O istəyirdi ki, özünün olduğu kimi, övladlarının da ata evi olsun, hara getsələr, bu evə ürəkli qayıtsınlar.
    Müharibənin başlaması ilə onun məzuniyyəti yarımçıq qaldı. Vətənini ailəsindən də çox sevən Elnur Abbaslı evinin tikintisini yarımçıq qoyub, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə qoşuldu.
    Sonuncu görüşləri haqqında atası belə danışır: Daha ətraflı »

  • 07İyl
    Şəhidlər “Anam ağlamasın” üçün şərhlər bağlıdır

    Cəbhədən Yasən atasına zəng vurub demişdi: “Döyüşə gedirəm, şəhid olsam, anam ağlamasın”.
    Onun son sözləri valideynlərinə möhkəm və qürurlu olmaqda kömək edir. Yasən özü isə çox güclüydü. Çətinliklərdən qorxmurdu. Uşaqlıqdan idmanla məşğul olduğundan, mənəvi və fiziki cəhətdən sağ-lamıydı. İdman müəllimləri onun gələcəyinə böyük ümidlər bəsləyirdilər.
    Mehdiyev Yasən Alim oğlu 2001-ci il iyulun 5-də Tərtər şəhərində anadan olub. Şəhər 6 saylı tam orta məktəbin məzunudur. Orta məktəbi bitirən kimi, 2019-cu ilin payızında əsgərliyə gedib. Bakı şəhərində xidmət edib. Qardaşları Yamənlə, Muradla telefonla danışanda həmişə deyirdi ki, idmanla məşğul olan uşaqlar hərbi xidmətdə çətinlik çəkmirlər.
    Yasən ailənin ikinci övladı idi. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Bu gün şəhid ailəsinin ziyarətinə gələn onun keçmiş döyüş yoldaşları, qazilər danışırlar ki, Yasən gənc olsa da, igidliyi ilə hamıya nümunə göstərirdi. Ən çətin tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsini komandirlərindən xahiş edirdi. Xüsusən yaralıların döyüş meydanından çıxarılmasında Yasənin böyük zəhməti olub. Daha ətraflı »

  • 07İyl
    Şəhidlər ŞƏHİDLİK VƏTƏNƏ MƏHƏBBƏTİN ZİRVƏSİDİR üçün şərhlər bağlıdır

    UNUTMAYAQ!

    İyulda doğulan tərtərli Vətən müharibəsi şəhidləri

     

                                                      Əliyev Elməddin İlqar oğl

    Elməddin Əliyev 1985-ci il iyulun 2-də Tərtər rayonunun Yuxarı Qapanlı kəndində anadan olub.
    O, sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub.
    Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elməddin Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

    Mehdiyev Yasən Alim oğlu

    Yasən Mehdiyev 2001-ci ilin iyul ayının 5-də Tərtər şəhərində anadan olub.
    Oktyabrın 24-də Füzuli rayonu istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olmuşdur.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Yasən Mehdiyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Daha ətraflı »

  • 07İyl
    Digər Rayonumuzun fəxri olan ziyalılarımız üçün şərhlər bağlıdır

    XEYİRXAHLIQ ONUN HƏYAT DEVİZİDİR

    Vəli Albəndovun adı rayonumuzda böyükdən kiçiyə hamıya yaxşı tanışdır. O, bacarıqlı inşaatçı, öz işini mükəmməl bilən mütəxəssisdir. Vəli müəllim həm də xeyirxah insan, xeyriyyəçi kimi hamının böyük hörmətini qazanıb.
    Tərtərimizin fəxri olan Vəli Albəndov rayonumuzun Ələsgərli kəndinin yetirməsidir. Bu kəndin əhalisinin bir hissəsi ötən əsrin 30-cu illərində Laçın rayonunun Əlimərdanlılar, Haçaz, Sonasar kəndlərindən Əlimərdanlı Cabbar adı ilə tanınmış şəxsin xeyriyyəçiliyi ilə köçürülmüş və indiki ərazidə yurd salmışdır. Kəndin əvvəlki adı Leninabad, sonrakı adı Nərimaniya olmuşdur. 1991-ci ildən kənd əhalisinin böyük əksəriyyətinin rəsmi imzası ilə 1934-cü ildə təməli qoyulmuş “28 Aprel” kolxozunun yaradıcısı və sədri Zamanov Ələsgər Zaman oğlunun şərəfinə bura Ələsgərli adlandırılmışdır.
    Bu kəndin sakinləri bir qayda olaraq zəhmətsevərlikləri, mehribançılıqları, bir-birinə arxa-dayaq olmaları ilə seçilmişlər. Vəli Albəndov məhz belə bir mühitdə dünyaya göz açmış və böyümüş, ətrafında xeyirxahlıq və yaxşılıq görmüşdür.
    O, 1952-ci il yanvarın 20-də anadan olub. 1958-1966-cı illərdə Ələsgərli (keçmiş Nərimaniya) kənd səkkizillik məktəbində oxuyub. Sonra təhsilini Tərtər şəhər 1 saylı tam orta məktəbində davam etdirib və 1968-ci ildə həmin məktəbin onuncu sinfini bitirərək, orta təhsilini başa vurub.
    Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, həmin illərdə mən həmin məktəbdə müəllim kimi fəaliyyət göstərmişəm və bugünkü hörmətli ziyalımızı uşaqlıq illərindən tanıyıram. Müəllim üçün ən böyük mü-kafat şagirdlərinin uğuru olduğu üçün, Vəli müəllimin həyat yolu, qazandığı nailiyyətlər bir müəllim kimi məni də sevindirir. Daha ətraflı »

  • 07İyl
    Digər Bütün dünya bir olsa bir anam etməz! üçün şərhlər bağlıdır

    Bəli. Bütün dünya-aləm bir olsa bir anam etməz. Sözsüz ki, valideynin – ata-ananın yerini heç kim tuta bilməz. Hər bir insan üzərində valideyn zəhməti var. Düşünürəm ki, övladıyla daha çox ünsiyyətdə olan anadır. Hər an övladının qayğısına qalan, onun əziyyətini çəkən, yanlış fikirlərdən uzaq tutan Ana elə varlıqdır ki, onun boşluğunu heç nə doldurmaz. Bətnində daşıyıb, dünyaya gətirən, xəstələndikdə səhərə qədər övladının ba-şı üstündən ayrılmayan, onun əziyyətini çəkib böyüdən əziz anamızdır. Ancaq hər dünyaya övlad gətirən qadına da ana adını vermək olmaz. Övladını atıb gedən, övladından xəbəri olmayan, ona qayğını göstərməyən qadına “ana” demək olmaz. Ətrafımıza nəzər salsaq ana nəvazişindən məhrum olmuş yüzlərlə körpə, gənc görərik. Son vaxtlar kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə körpəsini dünyaya gətirib imtina edən qadınlarla bağlı xəbərlər eşidir, televiziyada belə halları çox görürük. Hələ körpəykən imtina edilən o məsum varlıqların heç bir günahı yoxdur. Bəlkə də düz deyiblər, uşaq atadan yox, anadan yetim qalır.
    Valideynin yoxluğu yaşdan asılı olmayaraq hər bir insan üçün çətindir. İstər ana, istərsə də ata. Zaman sürətlə keçir, necə deyərlər, gözünü açıb yumursan ki, illər ötüb. Daha ətraflı »

  • 07İyl
    Xəbərlər Şəhid ailələrinə qayğı üçün şərhlər bağlıdır

    Balaca Banu ilk “Təşəkkürnamə”ni rayon rəhbərindən aldı

    Milli Qurtuluş Günü münasibəti ilə Tərtər rayonunun Heydər Əliyev parkında keçirilən təntənəli bayram konsertində Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Sənət Akademiyası”nın tələbələri ilə birgə rayonun Seydimli kəndindən olan şəhid Aysənan Abbasovun qızı – 6 yaşlı Banu da çıxış edib. Balaca Banu “Sənət Akademiyası”nın üzvləri ilə birlikdə rayon icra hakimiyyətinin başçısı tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.
    Bu münasibətlə icra başçısı rayon icra hakimiyyətində şəhid Abbasov Aysənanın ailə üzvlərini Banunun tərbiyə aldığı Seydimli kənd körpələr evi-uşaq bağçasının müdiri ilə birlikdə qəbul edib. Qəbul zamanı icra başçısı şəhid övladının ailəsinin qayğıları ilə maraqlanıb və ona bayram tədbirində gözəl ifasına görə rayon icra hakimiyyəti tərəfindən “Təşəkkürnamə” və qiymətli hədiyyə təqdim edib.
    Qeyd olunub ki, Banunun istedadının inkişaf etdirilməsi, onun yaxşı təhsil alması üçün bütün tədbirlər görüləcək. Daha ətraflı »

  • 07İyl
    Xəbərlər MKT İK MMC Tərtər şəhərində “Açıq Qapı” günü təşkil edib üçün şərhlər bağlıdır

    Təşkil edilən tədbirdə əsas məqsəd şirkətin Tərtər rayonunda yerləşən zavodunda mövcud olan vakansiyalara uyğun namizədlərlə görüşmək, həmçinin MKT İK MMC-nin tətbiq etdiyi “Vahid İşəqəbul Platforması” çərçivəsində namizədlərin qeydiyyatının aparılması olmuşdur.
    Keçirilən tədbirdə 190 namizədlə görüşlər həyata keçirilib və müraciət edən namizədlərin uyğun vakansiyalar üzrə işlə təmin olunması üçün müvafiq işlər aparılıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Açıq Qapı” günündə iştirak edən namizədlərlə görüşmüş, ölkə rəhbərinin dövlətməşğulluq siyasətinin işlənib hazırlanmasında, həyata keçirilməsində, vətəndaşların səmərəli və sərbəst seçim məşğulluğunun təmin olunmasına, sahibkarlığın inkişaf etdirilməsində misilsiz xidmətləri barədə danışmış və işaxtaran namizədlərə gələcək işlərində uğurlar arzulamışdır. Daha ətraflı »