Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Sen
    Ədəbiyyat “KİTABİ-DƏDƏ QORQUD” YURDUMUZUN TARİXİ SALNAMƏSİDİR üçün şərhlər bağlıdır

    “Kitabi-Dədə Qorqud” dastanı milli-mənəvi dəyərimizdir. Çünki Azərbaycan xalqının bütün xüsusiyyətləri burada açıq şəkildə göstərilib: yurd sevgisi, ana məhəbbəti, igidlik, böyüklərə hörmət və s. millətimizə xas olan xüsusiyyətlərdir. Bu dastan gənc nəsli vətənpərvərlik və mərdlik duyğularını gücləndirmək, onları xalqımızın igid oğullarının qəhrəmanlıq yolunu, xeyirxahlığını və adət-ənənələrini daha ətraflı öyrənməyə səsləyir. Dastanda təsvir olunan hadisələr Şərur, Dər-bənd, Gəncə, Bərdə, Göyçə və başqa Azərbaycan torpaqlarında baş verir.
    “Dədə Qorqud” qəhrəmanlıq dastanı olduğu üçün ona epos da deyilir. Dədə Qorqud yalnız söz sənətkarı deyil, oğuzların kamil bilicisidir. Dədə Qorqud hörmətinə qopuz müqəddəs sayılır. Savaş vaxtı kiminsə əlində qopuz olsa həmin şəxs bağışlanardı. Zəfər çalınanda Qorqud ata gəlib boy boylayar, soy soylayardı. Yetkinlik yaşına çatan gənclər bir igidlik göstərər və Dədə Qorqud onlara ad verərdi. Bu eposda hikmətli sözlər geniş şəkildə işlənib: Əski pambıq bez olmaz; Qız anadan görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə çəkməz. Oğuz igidlərinin qəhrəmanlıqları mübaliğəli şəkildə (acığı tutanda bığlarından qan çıxan, bığı qanlı Əmən və s.), bənzətmələr (qadının dodaqları badama, yanaqları almaya bənzədilir) işlənib. Düşmən Oğuz elinə hücum edən zaman igidlər həmrəy şəkildə düşmənə qarşı mübarizə aparırdılar. Oğuz igidləri xalqımızın azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda vuruşublar. Daha ətraflı »

  • 27Sen
    Kənd Təsərufatı HƏDƏF YÜKSƏK GÖSTƏRİCİLƏR ƏLDƏ ETMƏKDİR üçün şərhlər bağlıdır

    Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımına başlayıblar. Ötən il hektarın orta məhsuldarlığına görə yüksək nəticəyə nail olan Tərtər pambıqçıları bu ili də uğurla başa vurmağı qarşıya məqsəd qoyublar.
    Bu il rayon ərazisində 3427 hektarda pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər-kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib.
    “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev tarlalarda məhsulun ötən ildəkindən də çox olduğunu bildirib: “Bu il 830 fermerlə 2017 hektar sahədə pambıq becərilməsi üçün müqavilə bağlanılıb. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparılıb. Tarlaların vəziyyəti qənaətbəxşdir. Barlı kollar yetişib. Ötən il hər hektardan orta hesabla 32,8 sentner məhsul götürmüşdük. Bu il isə məhsuldarlığın daha yüksək olacağını gözləyirik. 9 ədəd pambıqyığan kombayn, 20 traktor, 44 qoşqu, 3 yükləyici hazır vəziyyətə gətirilib. Sentyabrın əvvəlindən tarlalarda defolyasiya işlərinə başlanılıb. Hazırda pambığın həm əl əməyi, həm də pambıqyığan kombaynlar vasitəsilə yığımı həyata keçirilir”. Daha ətraflı »

  • 27Sen
    Digər İCBARİ SIĞORTA DƏYMİŞ ZƏRƏRİ ARADAN QALDIRIR üçün şərhlər bağlıdır

    Hazırda ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri təbii fəlakətlərdən, yanğından, zəlzələdən və digər gözlənilməz hadisələrdən dəyən zərərin ödənilməsinə sığorta təminatı yaratmaq məqsədilə əhaliyə xidmət göstərir və bu istiqamətdə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə bir çox qanunlar, o cümlədən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
    İllik sığorta haqqı obyektin qiymətindən asılı olaraq müəyyən olunur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.
    Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən, onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur: Daha ətraflı »

  • 16Sen

    Digər üçün şərhlər bağlıdır

    “Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar”.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının
    Prezidenti

  • 16Sen
    Təhsil ALİ MƏKTƏBLƏRƏ QƏBUL OLUNMUŞ GƏNCLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti təhsil şöbəsi ilə birlikdə ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini böyük ehtiramla yad ediblər. Sonra tədbir rayon mədəniyyət mərkəzində davam etdirilib.
    Rayon təhsil şöbəsinin təmsilçilərinin, məktəb direktorlarının, qabaqcıl təhsil işçilərinin, yüksək bal toplayan gənclərin və onların valideynlərinin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, yüksək bal toplayıb ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini təbrik edib, gənclərə gələcəkdə uğurlar qazanmağı arzulayıb. Daha ətraflı »

  • 16Sen
    Tərtər RİH-də SEYDİMLİ KƏNDİNDƏ VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Seydimli kəndində oldu. Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev iştirak edirdi.
    Nərmin Vəliyeva görülən işlər barədə məlumat verdi.
    Kənd sakinləri Tahir Vəliyev, Tamella Məmmədova, Aminə Mayılova, Simuzər Səfərova, Raquf Orucov, Fiqurə Orucova, Etibar Orucov, Samir Əzizov artezian quyusunun bərpası, 2 yeni subartezian quyusunun qazılması, içməli su layihəsinin başa çatdırılması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı müraciət etdilər.
    Müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən danışdı. Daha ətraflı »

  • 16Sen
    Xəbərlər BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLIQ üçün şərhlər bağlıdır

    YAP Tərtər Rayon Təşkilatında ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirildi.
    Müşavirədə çıxış edən YAP rayon təşkilatının sədri Ramiz Şabanov bildirdi ki, cari ildə ölkəmizdə bələdiyyə seçkilərinin keçirilməsinə ciddi surətdə hazırlıq işlərinə başlanılmalı, bütün imkanlardan səmərəli şəkildə istifadə edərək seçkilərdə YAP namizədlərinin qələbəsinin təmin edilməsinə qüvvələr səfərbər edilməlidir. Daha ətraflı »

  • 16Sen
    Kənd Təsərufatı GÜNƏBAXAN YIĞIMI BAŞA ÇATIB üçün şərhlər bağlıdır

    Rayon Statistika İdarəsindən verilən məlumata görə bu il Tərtərdə 2481,6 hektarda günəbaxan yetişdirilib, sahələrdən 6471,9 ton məhsul istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 26,1 sentnerdir. 2018-ci ilə nisbətən cari ildə günəbaxanın əkin sahəsi 71,7 faiz, məhsul istehsalı 75,5 faiz, hər hektardan orta məhsuldarlıq isə 3,2 faiz və ya 0,8 sentner artıb.
    Qeyd edək ki, son illər Tərtər rayonunda günəbaxan bitkisinin becərilməsinə maraq çoxalıb. Günəbaxan becərməyin sərfəli olduğunu deyən sakinlər bildiriblər ki, onun dənindən tum və yağ emalında istifadə edilir. Məhsulun yığımı əl əməyi vasitəsilə həyata keçirilir. Günəbaxanın döyülməsi, təmizlənməsi, çeşidlənməsində isə texnikadan istifadə olunur. Təmizlənən və çeşidlənən məhsul müvafiq olaraq günəbaxan tumları və yağ emalı müəssisələrinə verilir.

  • 16Sen
    Digər BEYNƏLXALQ SÜLH GÜNÜ üçün şərhlər bağlıdır

    Tarixdə bu gün 21 sentyabr Sülh günü kimi qeyd edilir.
    Sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib və elə həmin ildən də sentyabrın hər üçüncü çərşənbə axşamı qeyd edilib. 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif edilən qətnaməyə əsasən məhz sentyabr ayının 21-i Sülh günü, ümumdünya atəşkəs günü kimi təqdim olunur.
    BMT Nyu-Yorkdakı Baş Qərargahındakı Yaponiyanın hədiyyəsi olan “Sülh Zəngi” mövcuddur. Zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri qeyd olunub. 2007-ci ildə BMT-nin baş katibi Pan Gi Mun “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırıb. Elə həmin tarixdən də hər 21 sentyabrda “Sülh Zəngi-” nin çalınması ilə sülh gününə başlanılır.
    Azərbaycan xalqı hər zaman sülhsevər xalq olub. Uzun illər boyu öz qoynunda bütün millətlərə yuva açıb, onlarla qardaş kimi davranıb, hər dərdinə-sərinə həyan çıxıb. Ayrı-seçkilik salmadan başqa millətdən olan xanımı öz evinə gəlin gətirib, evinin xanımı, körpəsinin anası edib. Azərbaycan xalqı müharibə, dava-dalaş arzulamayıb və özü də müharibə başlatmayıb. Heç kimin torpağında, malında-mülkündə, sərvətində gözü olmayıb. Əziyyət çəkib, çalışıb, vuruşub, ailəsini, balasını dolandırıb, hətta yad millətdən olan qonşusuna da əl tutub, yardım edib. Azərbaycan xalqı özünə bir inək arzulayanda qonşusuna ikisini arzulayıb. Daha ətraflı »

  • 16Sen
    Digər MİLLİ MUSİQİ GÜNÜ üçün şərhlər bağlıdır

    Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür. Həmin gün, sadəcə, musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
    Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. O həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Üzeyir Hacıbəyovun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb. Daha ətraflı »