Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr
    Xəbərlər XARİCİ JURNALİSTLƏR TƏRTƏR RAYONUNDA üçün şərhlər bağlıdır

    Bir qrup xarici jurnalist cəbhə xəttində yerləşən kəndlərdə əhalinin yaşayışı, məcburi köçkünlər üçün yaradılan şəraitlə yaxından tanış olmaq üçün Tərtər rayonuna səfər ediblər.
    ABŞ-dan və İtaliyadan olan jurnalistlər əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olublar.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara rayon haqqında ətraflı məlumat verib.
    Xarici jurnalistlər sonra rayonun təmas xəttində yerləşən Qapanlı kəndində aprel hadisələri zamanı ciddi dağıntıya məruz qalmış və Prezidentin Sərəncamı ilə yenidən tikilərək sakinlərin istifadəsinə verilmiş evlərdə olub, vətəndaşlarla görüşüb, məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində onların özləri tərəfindən ucaldılmış “Marağa–150” abidəsinin qalıqlarına baxıblar.

    “Yeni Tərtər”

  • 19Apr
    Xəbərlər KÜÇƏLƏR ABADLAŞIR üçün şərhlər bağlıdır

    Cəbhə bölgəsində yerləşən Tərtərdə tikinti, abadlıq və quruculuq işləri davam etdirilir. Tərtər şəhərinin şəhid Nicat İsgəndərov küçəsindən sonra Nəriman Nərimanov və Mehdi Hüseynzadə küçələrində də yenidənqurma işlərinə başlanılıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şö­­bəsinin müdiri Tofiq Kərimov bildirib ki, hər iki küçədə qaz, elektrik və rabitə xətləri qaydaya salınır. Səki daşları düzülür, istinad divarları bəzək daşları ilə üzlənir. Küçələrə asfalt örtüyü döşənir. Yenidənqurma işləri çərçivəsində küçələrdə dekorativ kollar əkiləcək, yaşıllıqlar salınacaq.

    “Yeni Tərtər”

    Teqlər:

  • 19Apr
    Səhiyyə ƏHALİ TİBBİ MÜAYİNƏDƏN KEÇİRİLİR üçün şərhlər bağlıdır

    Rayonumuzda bu il də tibbi müayinə mütəşəkkil qaydada keçirilir. Müayinəyə gələ bilməyən yaşlı, qoca, xəstə insanların tibbi baxışdan keçirilməsi üçün rayon üzrə 9 həkim briqadası ayrılıb.
    Aprelin 14-dək 41 min 683 nəfər rayon sakini həkimlərə müraciət etmiş, 137 nəfərdə xəstəlik ilkin olaraq aşkarlanmış, bir nəfər müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
    Bundan əlavə, tibbi müayinədən sonra 2871 nəfər ambulator müalicə almış, 53 nəfər isə yerli stasionarda müalicəyə cəlb olunmuşdur.
    Rayon ərazisində məskunlaşan qaçqın və məcburi köçkün soydaşlarımız da bu aksiyada diqqətdən kənarda qalmırlar.

    Mirzə NƏSİR

    Teqlər:

  • 19Apr
    Mədəniyyət BEYNƏLXALQ MƏDƏNİYYƏT GÜNÜ üçün şərhlər bağlıdır

    Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır. Bu gün beynəlxalq hüquq təcrübəsində Rerix paktı kimi də tanınır. O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel Bey-nəlxalq Mədəniyyət Günü kimi qeyd olunur.
    2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin dünya bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb.
    Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.

  • 19Apr
    Mədəniyyət DRAM -TAMAŞA üçün şərhlər bağlıdır

    Bu günlərdə Şuşa Dövlət Musiqili Dram teatrı yazıçıdramaturq Enurə Abdullayevanın “Əsgər papağı”dram-tamaşasını tərtərlilərə nümayiş etdirdi. Tamaşanın əsas mövzusu Qarabağ müharibəsinə həsr olunmuşdur. Əsərin quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mirvüqar Nəsirovdur. Teatrın baş rejissoru respublikanın əməkdar artisti Loğman Kərimovdur.
    Səhnə əsərinə Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri tamaşa etdilər.

    Teqlər:

  • 19Apr
    Mədəniyyət ÜMUMDÜNYA KİTAB VƏ MÜƏLLİFLİK HÜQUQU GÜNÜ üçün şərhlər bağlıdır

    UNESKO-nun illərdir qeyd etdiyi bu günün məqsədi kitabları yaradıcı, sənaye, siyasi, milli və beynəlxalq aspektləri ilə gündəmə gətirməkdir. Kitabların qiymətli, estetik duyğulara, məlumatlara və insanlığın xəyal gücü məlumatlarına çatmasının əsas yolu olduğunu bilirik. Kitablar eyni zamanda, yaradıcılığın, informasiya və təhsilin daşıyıcısı kimi hər mədəniyyətin təməl xüsusiyyətlərinin nümayiş olunmasını və onların özünəməxsusluğunu görməyimizi təmin edir.
    İspaniyanın Kataloniya bölgəsində illərdir qeyd olunan xüsusi bir gün var: “Hər kitaba bir gül”. Hər 23 apreldə kitab alan hər kəsə kitabın yanında bir də gül hədiyyə edən və küçə əyləncələri təşkil edən kataloniyalılar, ‘kitab günü’ üçün tarix təyin etməyə çalışan UNESKO-ya da fikir irəli sürmüş oldu. 23 aprel, eyni zamanda V. Şekspirin və bir neçə məşhur yazıçının həm doğum, həm ölüm günüdür.
    Bütün bu ədəbi istiqa-mətləndirmələr nəticəsində, UNESKO, 23 aprelin Dünya Kitab Günü üçün ideal tarix olduğuna qərar verdi və 1995-ci ildə alınan qərarla bütün dünyaya çatdırıldı və dünyanın 100-ə qədər ölkəsində qeyd olunmağa başlandı.

    Teqlər:

  • 19Apr
    Kənd təsərrüfatı Kənd təsərrüfatı üçün şərhlər bağlıdır

    ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ AKTUAL MƏSƏLƏDİR

    Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı atılan uğurlu addımlar bəhrəsini verməkdədir. Həyata keçirilən çoxşaxəli islahatlar ölkəmizin iqtidasi qüdrətini artırmaqla yanaşı, əhalinin rifahının yaxşılaşdırılmasına stimul yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar, qəbul edilmiş dövlət proqramları regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına rəvac vermişdir.
    Ölkə rəhbəri Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etmişdir ki, keçən il ölkəmizdə ümumdaxili məhsul nəzərəçarpacaq dərəcədə artmış, qeyri-neft sektoru 2,5 faiz, o cümlədən sənaye sahələrində artım 3,6 faiz, kənd təsərrüfatında isə 4,1 faiz təşkil etmişdir.
    Azərbaycan iqtisadiyatının neft amilindən asılılığının maksimum dərəcədə azaldılmasında kənd təsərrüfatı məhsulları istehsalçılarının rolu böyükdür. Daha ətraflı »

    Teqlər:

  • 19Apr
    Kənd təsərrüfatı PAMBIQÇILIĞIN ƏVVƏLKİ ŞÖHRƏTİ ÖZÜNƏ QAYTARILIR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən illərdə olduğu kimi, bu gün də aqrar sahənin inkişafına mühüm önəm verir. Məhz bunun nəticəsidir ki, respublikamızda sosial-iqtisadi inkişafla bağlı aparılan uğurlu siyasət, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin yaradılması, sahəsində qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir.
    Son dövrlərdə ölkə başçısının kənd təsərrüfatı məhsullarından strateji məhsul hesab edilən pambıq əkininin genişləndirilməsi və bu sahənin inkişafı ilə bağlı verdiyi Sərəncamlar kənd təsərrüfatı əməkçilərində marağın artırılmasına səbəb olmuşdur. Kənd təsərrüfatının bu sahəsinin inkişaf etdirilməsi yeni iş yerlərinin açılması ilə yanaşı, respublikamıza valyuta axınına səbəb olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 19Apr
    Kənd təsərrüfatı Mütəxəssis məsləhəti üçün şərhlər bağlıdır

    BİTKİLƏRDƏ XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ APARILIR

    Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərindən, alaq otlarından qorunması üçün aqrotexniki, fiziki-mexaniki, bioloji, kimyəvi və karantin tədbirlərinin ardıcıl, məqsədyönlü aparılması vacibdir.
    Kənd təsərrüfatının inkişaf etdirilməsi, bütün sahələrdə məhsuldarlığın yüksəldilməsi, istehsal olunan məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əhalinin ərzaq məhsullarına artan tələbatının ödənilməsi kənd təsərrüfatı istehsalçıları qarşısında duran ən mühüm vəzifədir.
    Məhsuldarlığın artırılması zərərli orqanizmlərə qarşı kompleks tədbirlərin vaxtında aparılmasından çox asılıdır. Bu il qış aylarında yağıntının az olması və havaların quraq keçməsi bəzi ziyanverici və xəstəliklərin nisbətən artımı ilə müşahidə olunmaqdadır. Rayon ərazisində son vaxtlar xüsusi təhlükəli zərərli orqanizmlər olan siçanabənzər gəmiricilərin artımı müşahidə olunur. Daha ətraflı »

    Teqlər:

  • 19Apr
    Kənd təsərrüfatı Əkinçinin yaz qayğıları üçün şərhlər bağlıdır

    HAMI TARLADADIR

    Bir fermer kimi mənim ötən ilki göstəricilərim də yaddaqalan olub. Becərdiyimiz 5 hektar taxıl sahəsinin hər hektarından 42, 2 hektar arpa sahəsinin hər hektarından 45 sentner məhsul götürdük. Ötən il 14 hektar şəkər çuğunduru sahələrindən isə müqavilə bağladığımız İmişli şəkər zavoduna 802 ton keyfiyyətli məhsul təhvil verdik.
    Əkinçi çəkdiyi zəhmətin bəhrəsini görəndə sevinci birə min qat artır. Onda torpağa bağlılıq hissi güclənir.
    Ötən ilin payızından bu ilin məhsulu üçün 11 hektar sahədə pambıq əkməyi nəzərdə tutmuşuq. Həmin sahələri vaxtında suvarmış, torpaq altına üzvi kübrə vermişik. Budur, soyuq qış günləri artıq arxada qalmaq üzrədir. Havalar isindikcə, əkinçi tarlalara çıxıb, yaz qayğıları ilə məşğul olur.
    Biz ta ata-babadan pambıqçılıqla məşğul olan insanlarıq. Bu sahədə təcrübəmiz daha çoxdur. 2017-cı ildə pambıq sahələrinin hər hektarından 50 sentner hesabı ilə qəbul məntəqəsinə 32 ton “ağ qızıl” təhvil verdik. Məqsədimiz bu il pambığın məhsuldarlığını daha da yüksəltməkdir.

    Tərlan ZEYNALOV,
    Azadqaraqoyunlu kəndində ailə-fermer təsərrüfatının başçısı

    Teqlər: