Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Apr
    Xəbərlər MUZEYDƏ TƏDBİR üçün şərhlər bağlıdır

    Tarix-diyarşünaslıq muzeyində 31 mart–Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar anım günü keçirilib.
    Tədbiri giriş sözü ilə müdir əvəzi Aybəniz Məmmədova açaraq, ötən əsrdən bəri ermənilər tərəfindən millətimizin başına gətirilən müsibətlərdən danışıb.
    Muzeyin işçisi Aybəniz Şahbazi soyqırıma həsr olunmuş məruzə söyləyib.
    Xuraman Məmmədova, Gülbəniz Səmədova, Ətrabə Süleymanova, Kəmalə Abbasova tədbirdə çıxış ediblər.
    Sonda məktəblilərin hazırladığı şeir və kompozisiya dinlənilib.
    Tədbir iştirakçıları soyqırımla bağlı hazırlanmış sərgiyə baxıblar.

    “Yeni Tərtər”

  • 09Apr
    Xəbərlər Aprel döyüşlərindən 2 il ötdü üçün şərhlər bağlıdır

    ŞƏHİDİN ADI VERİLMİŞ KÜÇƏNİN AÇILIŞI

    Tərtər şəhərində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş Nicat İsgəndərovun adı verilən küçənin əsaslı təmirdən sonra açılışı olub.
    Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aprel döyüşlərinin əsas mahiyyətindən, şəhid Nicat Bəhruz oğlu İsgəndərovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan ətraflı danışıb.
    Şəhid Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, şəhidin döyüş yoldaşı Nemət Haqverdiyev, müəllimi Hümbət Əliyev, “N” saylı hərbi hissənin komandir müavini Anar Cavadov, rayon “Cümə” Məscidinin axundu Sadiq Cəfərov, Tərtər Özünümüdafiə Batalyonunun sabiq qərərgah rəisi Pənah Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon Şöbəsinin əməkdaşı Həcər Xeyri tədbirdə çıxış edərək, Nicat İsgəndərovun döyüş şücaətlərindən danışıb Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə olan diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Xəbərlər “VƏTƏN DEYİB CANINDAN KEÇƏNLƏRİM VAR MƏNİM” üçün şərhlər bağlıdır

    MKS-in təşkilatçılığı ilə aprel hadisələri zamanı şəhid olmuş Nicat İsgəndərovun anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhidin ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət ediblər.
    Tədbir mərkəzi kitabxanada davam etdirilib. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçənlərin hamısının ruhu bir dəqiqəlik sükutla yad olunub. Ətrabə Süleymanova 2016-cı ilin aprel ayında baş vermiş 4 günlük müharibənin əhəmiyyətindən danışıb. Bildirib ki, Tərtərin igid oğlu, hamımızın sevimlisi Nicat İsgəndərov kimi qəhrəmanların sayəsində aprel hadisələri Qarabağ savaşında dönüş nöqtəsinə çevrildi, torpaqlarımızın bir qismi işğaldan azad edildi.
    Çıxış edənlərdən MKS-in direktoru Ulduzə Qurbanova, Gülbəniz Səmədova, baş kitabxanaçı Kifayət Cavadova, tarixdiyarşünaslıq muzeyinin direktor əvəzi Aybəniz Məmmədova, Reyhan İsmayılova, Almas Həsənova, Şəlalə Əliyeva, Kəmalə Abbaszadə Nicat İsgəndərovun qısa, lakin çox şərəfli və mənalı həyat yolundan danışdılar. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Xəbərlər YENİ AVTOMOBİL YOLU üçün şərhlər bağlıdır

    Rayonumuzda 21,5 kilometr uzunluğunda yeni avtomobil yolu inşa olunur. 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Buruc-Hüləbətli-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilir. 32 yerdə 384 poqonmetr uzunluğunda müxtəlif diametrli dəmir və dəmir-beton boruların tikintisi işləri aparılır. Yolun inşası ilə yolboyu yaşayan əhalinin rayon mərkəzinə və qonşu rayonlara rahat gediş-gəlişi təmin olunacaq.

    “Yeni Tərtər”

    Teqlər:

  • 09Apr
    Xəbərlər KÜÇƏLƏR ASFALTLANIR üçün şərhlər bağlıdır

    Mehdi Hüseynzadə və Nəriman Nərimanov küçələrində asfaltlanma işləri aparılır.
    Burada 10 nəfərdən çox işçi çalışır. Yola asfalt salınmasında 10-dan çox texnikanın gücündən istifadə olunur.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 42 saylı Tərtər Yol İstismarı “MMC”-nin direktoru Ramil Bayramov bildirdi ki, şəhərimizin ərazisində indiyədək görülən bütün asfaltlanma işlərini kollektivimiz həyata keçirir. Bu iki küçənin asfaltlanması iş icraçısı Elxan Muradova və yol ustası Mircavad Seyidova həvalə olunub.

    Əvəz NƏSİROV

    Teqlər:

  • 09Apr
    Təhsil TƏHSİLƏ HƏSR OLUNMUŞ ÖMÜR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda təhsilin inkişafı üçün çalışan məktəb direktorları olub ki, onlar bu gün böyük ehtiramla yad edilir. Əsəd Məmmədov, Sabir Paşayev, Kamil Sadıqov və bir çox başqaları öz fəaliyyətləri dövründə təhsilin və təlim-tərbiyənin günün tələbi səviyyəsində olmasına çalışıblar. Belə məktəb direktorlarından biri–Sadıqov Kamil Yusif oğlunun həyat yolu ilə tanış olmağı qərara aldım.
    60-cı illərin sonu, 70-ci illərin əvvəlində orta məktəb şagirdi idim. Kamil Sadıqovun özü kimi, həyat yoldaşı Zərifə müəllimə də pedaqoji təhsilli idi. Öz ixtisaslarını ürəkdən sevərək tədris edirdilər. Təhsildə olduğu kimi, şəxsi həyatda da bir-birilərini tamamlayırdılar. Onlar hər ikisi əslən Qərbi Azərbaycanın İrəvan şəhərindən idilər. Aralarında 3 yaş fərq varıydı. Kamil Sadıqov 1926-cı ildə sənətkar ailəsində, Zərifə Məmmədova isə 1929-cu ildə ziyalı ailədə dünyaya gəlmişdilər. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Digər Şəhidlərimiz üçün şərhlər bağlıdır

    HEÇ ZAMAN UNUDULMAYAN OĞULLARDAN BİRİ

    Tərtər rayonunun sayılıb-seçilən ailələrindən biri də Paşayevlər ailəsi olub. Ailənin başçısı Sabir müəllim uzun müddət ümumtəhsil ocaqlarında məktəb direktoru işləyib. Həm də xətir-hörməti ilə fərqlənən bir ağsaqqal idi. Hansı evin qapısını açardısa çox böyük hörmətlə qəbul olunardı. Yüzlərlə yetirməsi təkcə Tərtərdə deyil, ölkənin hər bir bölgəsində fəaliyyət göstərirdi. Ünsiyyətdə olduğu hər kəsin ürəyində vətənpərvərlik hissi cücərdərdi, Sabir müəllim. Dilinə, dini-nə, milli adətlərimizə, soy kökünə damarlarında axan qanıyla, bütün vücudu ilə bağlı, elin dərd-səri ilə birgə yaşayan insan idi. Övladlarını da bu ruhda tərbiyə edirdi. Həkim, mühəndis, hüquq işçisi böyütmüşdü Sabir müəllim ailəsində. 1988-ci ildə mənfur qonşularımızın fitnəkarlıqları baş verdikcə, bu el ağsaqqalı özünə dinclik tapmırdı. Onun bu narahatçılığı övladlarına da sirayət edirdi…
    Ermənilər gündən-günə azğınlaşırdı. Topxana meşəsinin məhv edilməsindən başlayan xəyanət rayonlarımızın işğalı ilə nəticələndi. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Kənd təsərrüfatı Bizim qadınlar üçün şərhlər bağlıdır

    ARIÇI ZÜLFİYYƏ

    Son illər rayonumuzda qeyri-neft sektorunun sürətli inkişafı qadınların məşğulluq probleminin həllinə müsbət təsir göstərmişdir. Təbiətən zəhmətkeş, fədakar Azərbaycan qadınları onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək, həm ailələrini dolandırır, həm də iqtisadiyyatımızın möhkəmləndirilməsinə kömək edirlər.
    Belə qadınlardan biri də sadə zəhmət adamı olan arıçı Zülfiyyə Ağayevadır. Zülfiyyə deyir:
    –Əvvəllər ailəmiz çox çətinliklə dolanırdı. Elə bir iş görmək istəyirdim ki, müəyyən gəlir əldə edərək oğlum Hikmətin gələcəyi barədə düşünə bilim. Mənə arıçılıqla məşğul olmağı məsləhət gördülər. Hazırda 10 arı ailəm var.
    Zülfiyyənin dediklərinə əlavə etmək istəyirik ki, o, bu işi təkbaşına görmür. Rayonumuzdakı Arıçılar Assosiasiyasının üzvüdür. Bu sahədə təcrübəsini də assosiasiyanın vasitəsilə artırır. Belə ki, arıçılıqda vacib olan tədbirlərin keçirilməsi barədə vaxtlı-vaxtında məlumatlandırılaraq onları yerinə yetirir, çətinliyə düşərkən faydalı məsləhət alır. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Kənd təsərrüfatı NÖVBƏ LABORANTI üçün şərhlər bağlıdır

    Rayonumzun fəal və işgüzar qadınlarından biri də MKT Qarabağregional filialının növbə laborantı Cəmalə Əhmədovadır. Cəmalə orta ixtisas təhsillidir. Çalışdığı sahədə 25 illik təcrübəsi var. Son illər dövlət başçısı İlham Əliyevin sərəncam və tövsiyələri əsasında pambıqçılığın inkişafına diqqət göstərilməsi bu sahədə işləyənlərin hamısı kimi Cəmalə xanımı da sevindirir. O deyir:
    –Kəndlərimizdə pambıq əkini, sahələri genişləndikcə, iş yerləri də çoxalır. Bu isə insanlarımızın rifah halını yüksəldir. Onun yeniyetməlik və gənclik illəri I Qarabağ müharibəsi illərinə təsadüf edib. Bu barədə danışarkən söylədi ki, Tərtər qadınları zəhmətkeş olduqları kimi, həm də vətənpərvərdirlər, qorxmazdırlar. O, orta məktəbdə oxuduğu illərdə yaşadığı Azadqaraqoyunlu kəndinin neçə-neçə igid oğlu döyüş meydanlarında vuruşurdu. Balaları ilə bərabər analar da sanki bir əsgər idi. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Kənd təsərrüfatı SAHİBKAR QADIN üçün şərhlər bağlıdır

    1983-cü ildə Gəncə Yüngül Sənaye Texnikumum bitirən Şükufə Verdiyeva elə həmin il yaşadığı Azadqaraqoyunlu kəndində yerləşən pambıqtəmizləmə zavodunda əmək fəaliyyətinə başladı. Təhsil müddətində yiyələndiyi biliklər, üstəlik uşaqlıqdan pambıqçılığa olan marağı onun yaxşı laborant kimi yetişməsinə kömək etdi. Təcrübəli işçi və qayğıkeş iş yoldaşı olan Şükufə xanımın kollektivdə böyük hörməti var.
    O, həm də rayonumuzun sahibkar qadınlarının bir nümayəndəsidir. Öhdəsində olan pay torpağında pambıq becərərək, bol məhsulun yetişdirilməsinə nail olur. Bu barədə Şükufə xanım özü belə deyir:
    –Pambıqçılıq gəlirli sahədir. Əkinçi təsərrüfat ili ərzində əziyyət çəksə də, zəhmətinin bəhrəsini görür. Hərdən bugünkü pambıqçıların işini ötən illərlə müqayisə edirəm. Çox böyük irəliləyiş var. İndi tarlalarımızda ən müasir texnika işləyir, məhsuldar toxumlar əkirik. Dövlətimiz hər bir problemimizlə maraqlanır, bizə subsidiya verir. Ona görə də ildən-ilə bu sahədə çalışanların sayı artır. Daha ətraflı »

    Teqlər: