Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr
    Digər MİLLİ QƏHRƏMAN VƏZİR ORUCOV XATİRƏLƏRİMİZDƏ üçün şərhlər bağlıdır

    İllər bir-birini əvəz edir, bir haray çağırır bizi. Bu haray neçə illərdir ki, çağırır, səslənir, kəsmək bilmir. Bu Qarabağ harayıdır, bu haray Qarabağ uğrunda şəhid olanların, qanına qəltan olanların, atasız uşaqların, oğulsuz ataların, anaların, qardaşsız bacıların harayıdır.
    Bu gün ürəyimizdə yaraya dönən o yurd yerlərində şəhid olmuş igid oğullardan birinin – Vəzir Surxay oğlu Orucovun xatirəsini anaq.
    Vəzir Orucov 26 dekabr 1956- cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur.Atası Surxay kişi 1949-cu ildə öz ailəsi ilə birlikdə Dərələyəz mahalından deportasiya olunmuşdur. Vəzir Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuş, 1975-ci ildə hərbi xidmətə çağırılmış, 1977-ci ildə hərbi xidmətini başa vuraraq təhsilini davam etdirmişdir. 1984-cü ildə Vəzir Rusiyanın Arxangelsk vilayətinin Berkova şəhərinə köçmüşdür. Daha ətraflı »

    Teqlər:

  • 19Apr
    Digər “KÖHNƏ KİŞİLƏR”in BİRİ DƏ AZALDI üçün şərhlər bağlıdır

    Telefonumun yaddaşından ürəkağrısı ilə bir nömrə də sildim. Ancaq onunla bağlı xatirələr yaddaşımdan ömürlük silinməyəcək.
    Bilal Mahmudov – “Köhnə kişilər”dən biri… Özünün, sözünün ağası, şəxsiyyəti, qüruru, əzəməti ilə həmişə özünə hörmət, rəğbət qazanıb. Ciddi olduğu qədər də səmimi bir insan idi. Uzun illərdən bəri onu tanıyırdım, doğmalıq münasibətimiz isə rayon təhsil şöbəsinin müdiri ( son illərdə bu, onun ən aşağı vəzifəsi idi) işləyəndə yaranmışdı. O vaxt mən rayon pioner evində metodist işləyirdim və ali məktəbin axırıncı kursunda oxuyurdum. “Diplom işi” yazmaq üçün mənə makina və istirahət günlərindən əlavə bir gün də vaxt lazım idi. Hələ uşaqlıqdan vəzifəsindən asılı olmayaraq hamıya öz sözümü özüm deməyə adət etmişdim. Çoxları mənə Bilal müəllimin bu işə raykom katibliyindən gəldiyini, ciddi, tələbkar, zəhmli bir adam olduğunu demiş, bu icazəni verməyəcəyini bildirmişdilər. Buna baxmayaraq onun qəbuluna getdim. Bilirdim ki, rayon tədbirlərinin birində et-diyim çıxışdan xoşu gəlib. Daha ətraflı »

    Teqlər:

  • 19Apr
    Milli-mənəvi dəyərlər GƏNCLƏRİMİZİN MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ MÜNASİBƏTİ üçün şərhlər bağlıdır

    “Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik, bu dəyərləri qoruyuruq, saxlayırıq, ənənələri yaşadırıq və bizim gücümüz də bundadır”.    İlham ƏLİYEV

    Hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəsilə ötürür. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır. Sevindirici haldır ki, Azərbaycan xalqı milli-mənəvi dəyərlərə sadiqdir, dünyada gedən qloballaşma prosesində özünəməxsus mədəniyyətini qoruyur.
    Şübhəsiz ki, hər bir xalqın mədəniyyəti başqa mədəni dəyərlərdən bəhrələnməlidir, əks halda o inkişaf prosesindən geri qala bilər. Bu işdə yaradıcı gənclərimizin fəaliyyəti xüsusi önəm təşkil edir.
    Qeyd edək ki, keçən əsrin 90-cı illərində Azərbaycanda siyasi və mədəni təfəkkürdə böyük dəyişikliklər baş verdi. Xalqımız azadlıq, qəhrəmanlıq mübarizəsi dövrünü yaşadı. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Kənd təsərrüfatı PAMBIQÇILIĞIN İNKİŞAFI İLƏ BAĞLI YENİ HƏDƏFLƏR MÜƏYYƏNLƏŞDİRİLİB üçün şərhlər bağlıdır

    BƏRDƏDƏKİ PESPUBLİKA MÜŞAVİRƏSİNDƏ PREZİDENT

    İLHAM ƏLİYEVİN NİTQİNDƏN TEZİSLƏR

    2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir və nəticələr də göz qabağındadır. Qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik. Demək olar ki, biz pambıqçılığı Azərbaycanda bərpa edirik.
    1970-ci illərdə Azərbaycanda pambıqçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanda 300 min ton pambıq tədarük edilirdi. Onun dövründə bu rəqəm 3 dəfə artmışdır və 1981-ci ildə Azərbaycanda bir milyon ton pambıq yığılmışdır. Heydər Əliyev Azərbaycandan gedəndən sonra hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşandı və 1990-cı ildə Azərbaycanda pambığın tədarükü bir milyondan 500 min tona düşmüşdür. Müstəqillik dövründə isə pambıqçılıq demək olar ki, məhv olub gedirdi. Bunun bir neçə səbəbi var. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Kənd təsərrüfatı “QABAQCIL TƏCRÜBƏNİN ÜNVANI” ADINI DOĞRULDACAĞIQ üçün şərhlər bağlıdır

    Möhtərəm cənab Prezident.
    Hörmətli müşavirə iştirakçıları.
    İqtisadiyyatın mühüm sahəsi olan aqrar sektor bu gün Tərtərdə yüksəliş dövrünü yaşayır, çünki əhalimizin çoxu əsasən kənd təsərrüfatı sahəsində çalışır.
    Cənab Prezident, onlar Sizin bu sahəyə xüsusi qayğınızı görür və dövlətin dəstəyinə arxalanırlar.
    Ötən dövr ərzində biz tərtərlilər pambıqçılığın sürətli inkişafına dair Sizin tapşırıq və tövsiyələrinizə əsasən nəinki müəyyən olunmuş hədəflərə çata bildik, hətta bundan da xeyli yüksək göstəricilər əldə edərək pambığın hektardan məhsuldarlığına görə ölkə üzrə birinci olduq. Qazanılmış nailiyyətlər rayonun həm iqtisadiyyatını möhkəmləndirir, həm də əhalinin maddi rifah halını yaxşılaşdırır.
    Cənab Prezident, 2017-ci ilin sonunda rayonumuza etdiyiniz səfər zamanı Siz əməyimizə yüksək qiymət verdiniz və Tərtər pambıqçılarının təcrübəsinin yayılmasını tövsiyə etdiniz. Bundan ruhlanan tərtərlilər göstərdiyiniz yüksək etimadı doğrultmağa, Azərbaycanda bu qiymətli bitkinin istehsalı üzrə “qabaqcıl təcrübənin ünvanı” adını qoruyub saxlamağa və tarlalardan daha çox məhsul toplamağa çalışırlar. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Kənd təsərrüfatı YÜKSƏK NAİLİYYƏTLƏR QAZANILIB üçün şərhlər bağlıdır

    Tərtər rayon Mədəniyyət Mərkəzində Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsinin yekunlarına və müşavirədə Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
    Aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinin, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, pambıqçılıqla məşğul olan fermerlərin, torpaq mülkiyyətçilərinin, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda pambıqçılığın inkişaf etdirilməsi, məhsuldarlığın artırılması məsələləri müzakirə edilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək respublika müşavirəsində pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Xəbərlər 11 APREL PREZİDENT SEÇKİLƏRİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    GÖRÜŞLƏR KEÇİRİLİB

    11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək məqsədi ilə ölkəmizdə səfərdə olan ATƏT-in uzunmüddətli müşahidə missiyasının üzvləri – Türkiyə vətəndaşı Ebubekir Akbina və Almaniya vətəndaşı Brigitta Hoya Tərtər rayonuna səfər ediblər. Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.
    Rayon rəhbəri qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
    Rayon rəhbəri ATƏT-in nümayəndələri ilə görüşdə təəssüf hissi ilə qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın 20 faiz torpaqlarının işğal altında saxlanılmasına, əsrin faciəsi olan Xocalı soyqırımının törədilməsinə, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq, hələ də qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanın bu hərəkətlərinə laqeyd yanaşırlar. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Xəbərlər VƏZİR ORUCOVUN ANIM MƏRASİMİ üçün şərhlər bağlıdır


    Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirilib. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları əvvəlcə şəhidlər abidə–kompleksinin və qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri qoyublar. Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vəzir Orucovun həyatı və qəhrəmanlıqla dolu döyüş fəaliyyəti barədə ətraflı danışıb.
    Sonra “Tərtər Özünümüdafiə Batalyonu”nun keçmiş komandiri Pənah Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, Tərtər “Cümə” Məscidinin axundu Sadiq Cəfərov, gənc şair Lamiyə İsazadə və digər döyüş yoldaşları çıxış ediblər. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Xəbərlər 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür üçün şərhlər bağlıdır

    TƏRTƏRLİLƏR AZƏRBAYCANLILARIN SOYQIRIMININ 100 İLLİYİNİ YAD ETDİLƏR


    31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş Ümumrayon toplantısı keçirilib. Əvvəlcə Tərtər “Cümə” Məscidinin axundu Sadiq Cəfərov soyqırım qurbanlarının ruhuna dua oxuyub. Sonra Şəhidlərin abidəsi önünə gül-çiçək dəstələri qoyulub. Tədbir rayon Gənclər Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rayon məktəblilərinin rəsmlərindən ibarət sərgiyə baxıblar. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov geniş məruzə ilə çıxış edib və Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar ətraflı məlumat verib.
    Tədbirdə rayon prokuroru Şıxəli Alməmmədov, “Tərtər Özünümüdafiə Batalyonu”nun sabiq komandiri Pənah Məmmədov, Hacıqərvənd kənd tam orta məktəbinin tarix müəllimi Bəxtiyar Səmədov çıxış ediblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 09Apr
    Xəbərlər “DƏYİRMİ MASA” KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Heydər Əliyev Mərkəzində “Unudulmaz tarix – 31 mart soyqırım günü” adlı “dəyirmi masa” keçirilib. Tədbirdə şəhər 1, 5 saylı tam orta və 3 saylı orta məktəbin müəllim və şağirdləri və mədəniyyət işçiləri iştirak ediblər.
    Soyqırım şəhidlərinin xatirəsi anıldıqdan sonra Mərkəzin direktoru Səlimə Yusibova tariximizin bu unudulmaz səhifələri barədə məlumat verib. Tarix müəllimləri Rizvan Sultanov və Kifayət Kərimova öz çıxışlarında şagirdlərə bu dəhşətləri heç zaman unutmamağı tövsiyə ediblər.
    Sonra 3 saylı məktəbin şagirdlərinin ifasında faciəyə həsr olunmuş şeirlər dinlənilib. Tədbir iştirakçıları həmçinin soyqırımı əks etdirən videoçarxa tamaşa ediblər.

    “Yeni Tərtər”

    Teqlər: