Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14Mar
    Mədəniyyət NOVRUZ GƏLDİ-YAZ GƏLDİ üçün şərhlər bağlıdır

    KƏNDDƏ NOVRUZ BAYRAMI                                       Tofiq YUSİF

    Axşamın sevinci od tutub yanır—
    Bayram tonqalları qanada dönür.
    Birinin istəyi oddan tullanır,
    Bütün kənd uşağı inada dönür.

     

    Nə yaxşı bir ümman el yığnağından
    Bu sısqa çeşməmsiz yaşayır hələ!
    Qorxmasa o yanda yıxılmağından
    Tonqaldan hoppanar qocalar belə.

    Bu gecə sözlərə sığal çəkilər,
    Açılar gənclərin küsü düyünü.
    Bir qızı yorubdu «bir az gözlə»lər,
    Xınaya bükəcək bayram gününü. Daha ətraflı »

    Teqlər:

  • 14Mar
    Milli-mənəvi dəyərlər RUHUMUZU TƏZƏLƏYƏN NOVRUZ üçün şərhlər bağlıdır

    Novruz bayramı xalqımızın ən sevimli və ən əziz bayramıdır desək, yanılmarıq. Bizim digər bayramlarımızdan fərqli olaraq bu bayramı biz ayrı coşqu və həyəcanla qeyd edirik. Bəlkə bu, bayramı özümüzə daha doğma, daha yaxın hiss etdiyimizdən və bu ”doğmalığın” çox uzun bir tarixi olduğundan irəli gəlir. Novruz bayramı təbiətlə, fəsillərin dəyişməsi ilə bağlıdır və bu bayram yer üzündəki canlı varlıqların həyatına oyanış, təzəlik, yeni başlanğıc gətirir. Biz insanlar da ana təbiətin bir hissəsiyik və bizim də bu bayrama qatılmağımızdan təbii bir şey ola bilməz. Demək, Novruz təkcə bizim və ya digər xalqın bayramı deyil, bütün insanlığın və Yer üzündəki bütün canlı varlıqların bayramıdır.
    Novruz bayramını martın 21-də, çox əlamətdar bir tarixdə keçiririk. Bu gündə gecə ilə gündüz bərabərləşir və yeni bir fəslə–Bahar fəslinə qədəm qoyuruq. Elə buna görədir ki, xalq arasında bu bayramı Bahar bayramı da adlandırırlar. Novruz bayramının mənası yeni gün deməkdir. Baharın gəlişi ilə yeniləşən, yuxudan oyanan ana təbiət uzun, soyuq qışdan sonra yaşıl donunu geyinməyə tələsir, ağaclar tumurcuqlayır. Isti ölkələrdən ölkəmizə qayıdan quşların nəğməsi ətrafı bürüyür, min rəngli, min ətirli gül-çiçək çöllərimizi-bağlarımızı bəzəyir. Daha ətraflı »

    Teqlər:

  • 14Mar
    Milli-mənəvi dəyərlər NOVRUZ ADƏTLƏRİ üçün şərhlər bağlıdır

    Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
    Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.
    Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir.
    Tonqaldan tullanmaq. Tonqaldan tullanarkən bu ifadə deyilir: “Ağırlığım-uğurluğum odda yansın”.
    Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə, bu, həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
    Səməni yetişdirmək. Bu, yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
    Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin sınmış yumurtalarını özünə götürür.
    Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
    Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar. Daha ətraflı »

    Teqlər:

  • 14Mar
    Milli-mənəvi dəyərlər XALQIMIZA SEVİNC GƏTİRƏN BAYRAM üçün şərhlər bağlıdır

    Müasir dünyamızda hamılıqla sevinəcəyimiz, çox az, bəlkə də barmaqla sayılacaq qədər tarixi günlərimiz var. Bu tarixi günlərin arasında bir gün də vardır ki, həmin məqam yaxınlaşdıqca hamının gözündə həyat eşqi parlayır. Bu bayram tanrının biz bəndələrinə bəxş etdiyi ən xoş gün kimi dəyərləndirilə bilir. Öz ətri, öz qoxusu olan bu bayramın adı Novruz kimi tarixə düşsə də, bu, daha çox milli birlik, tükənməz ümid, sabaha inam bayramıdır. “Novruz” sözünün mənasını yeni gün, yeni il, yeni gül, təzə il kimi yozanlar heç də yanılmamışlar. Ən azı ona görə ki, bu bayram əkinçiyə bol məhsul, xəstəyə sağlamlıq eşqi, millətə inamla yaşamaq həvəsi verir. Novruz min illərdir ki, öz xüsusiyyətləri ilə xalqımızın milli birlik ideyalarının qorunması, milli-mənəvi dəyərlərin yaşadılması, bütün bunların inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsi kimi olduqca mühüm bir vəzifənin öhdəsindən uğurla gəlir. Daha ətraflı »

    Teqlər:

  • 14Mar
    Milli-mənəvi dəyərlər İNANIRIQ Kİ, BU BAHAR FƏRQLİ OLACAQ üçün şərhlər bağlıdır

    Ömrümüzün bir qışı da sona çatdı. Yerini yaza verdi, bahar gəldi. Ətirli, füsunkar, nazlı-qəmzəli, nəğməli, cəh-cəhli, hərarətli bir yaz. Qədəmin sayalı olsun, bolluq, bərəkət ilinə çevirəsən ilimizi. Gör necə sevimlisən anan Təbiət üçün. Səni üç qardaşa bir bacı bilib adını Bahar qoyub Təbiət. Bu ad sənə yaraşır, sən də ruhumuzu oxşayırsan. Hər yerdə oyanış başlayır. Dörd çərşənbə sənin nişanələrindir.
    “Su çərşənbəsi” sularımızın donun açıb axarlı, edir, “od çərşənbəsi” torpağın hərarətini artıraraq oyanış yaradır, “torpaq çərşənbəsi” insanları əkin-biçinə ruhlandırır, çağırır, “yel çərşənbəsi” otları, ağaçları göyərdir, çiçəklədir, köçüb-gedən quşları geri qaytarır. Bununla da sənin gəlişin el-obamızı sevindirir. Hər gəlişin həsrətlə gözlənildiyindən ən gözəl təamlarımız süfrələrimizə düzülür, sənin şərəfinə. Göyərdilmiş yamyaşıl səmənilər bənövşə, nərgizlə bəzədilərək baharın rəmzinə çevrilir. Dadlı şirniyyatlar–şəkərbura, paxlava, badambura, qoğallar, ətirli plovlar–səbzili, qovurmalı, çolpalı süfrələrimizə yaraşıq verir. Bütün bunları etməklə ilimizin daha bolluqla keçməsini arzulayırıq. Daha ətraflı »

    Teqlər:

  • 14Mar
    Milli-mənəvi dəyərlər TƏRTƏRDƏ NOVRUZ ŞƏNLİYİ üçün şərhlər bağlıdır

    Daha ətraflı »

    Teqlər:

  • 14Mar
    Digər 11 APREL 2018-ci İLDƏ KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİNDƏ SEÇİCİLƏRLƏ GÖRÜŞLƏRİN KEÇİRİLMƏSİ VƏ SEÇKİQABAĞI TƏŞVİQAT İŞLƏRİNİN APARILMASI İLƏ BAĞLI RAYONUN YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ MÜƏYYƏNLƏŞDİRİLMİŞ AÇIQ VƏ QAPALI YERLƏRİN SİYAHISI üçün şərhlər bağlıdır

    95 saylı Tərtər Seçki Dairəsi üzrə:
    Tərtər şəhəri
    Qapalı şərait üçün Mədəniyyət mərkəzi
    Açıq şərait üçün Tərtər şəhər stadionu
    Təşviqat üçün Seçki məntəqələri ərazisində
    quraşdırılmış lövhələr
    Azad Qaraqoyunlu kənd İƏD-nin Azad Qaraqoyunlu kəndi
    Qapalı şərait üçün Müvafiq yer yoxdur
    Açıq şərait üçün Poçt binasının qarşısındakı meydan
    Təşviqat üçün Seçki məntəqəsi ərazisində
    quraşdırılmış lövhə
    Azad Qaraqoyunlu kənd İƏD-nin İlxıçılar kəndi
    Qapalı şərait üçün Müvafiq yer yoxdur
    Açıq şərait üçün Kəndin mərkəzindəki meydan
    Təşviqat üçün Seçki məntəqəsi ərazisində
    quraşdırılmış lövhə Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər 8 MART BEYNƏLXALQ QADINLAR BAYRAMIDIR üçün şərhlər bağlıdır

    Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir.

    Heydər Əliyev,
    Ümummilli Lider

    Qədim zamanlardan bəri vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüz illər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatı-mızda mövqeyini və simasını müəyyən edir.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 07Mar
    Digər SİYASİ XADİM, ŞƏFQƏTLİ VƏ XEYİRXAH İNSAN üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edildi. Bu baxımdan Azərbaycan üçün yeni təcrübə olduğuna görə vitse-prezidentlik institutunun yaradılması ötən il ölkəmizdə siyasi yenilik kimi tarixə düşdü.
    Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakıda ziyalı ailəsində anadan olub. O zaman heç kəsin ağlına da gəlməzdi ki, vaxt gələcək Mehriban xanım ən nüfuzlu siyasətçi qadınlardan biri olacaq. 1988-ci ildə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.
    Zahirən kövrək bir qadın olan Mehriban Əliyeva bütün həyatını ictimai fəaliyyətə və insanlara kömək işinə həsr edib. O, dörd ildən artıq müddətdə Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib, sonra, 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” adlı xeyriyyə fondunu yaradıb və ona rəhbərlik edib, “Naslediye-İrs” adlı mədəni-tarixi jurnal təsis edib və bu nəşrin redaktoru olub.
    2004-cü ildə Heydər Əliyev Fondu yaradılan vaxtdan Mehriban Əliyeva bu Fondun prezidentidir. Mehriban Əliyevanın siyasi karyerası və ictimai fəaliyyəti dövründə onun dəstəyi ilə yüzlərlə məktəb və xəstəxana tikilib. O, ehtiyacı olanlara həmişə kömək əlini uzadır. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Tərtər RİH-də TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN 8 MART –BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİ İLƏ QADINLARIMIZA TƏBRİKİ üçün şərhlər bağlıdır

    Hörmətli ana və bacılar! Sizin hər birinizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir, cansağlığı, ailə xoşbəxtliyi, çalışdığınız sahədə müvəffəqiyyətlər arzulayıram!
    Qeyd etmək istəyirəm ki, Azərbaycanın istiqlal yolu qadın azadlığı hərəkatından heç zaman ayrılmayıb. Təsadüfi deyil ki, Şərqdə ilk Demokratik Respublika olan Xalq Cümhuriyyətinin tarixi qərarlarından biri də qadınlarımıza seçki hüququnun verilməsi olub. Qadının azad olmadığı cəmiyyət özünü azad saya bilməz. Bu, dədə-babalarımızın bizdən ötrü müəyyən etdiyi yoldur.
    Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ölkəmizdə qadın hərəkatının çiçəklənmə dövrü yaşanır. Bu, ilk növbədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət həm ölkəmiz daxilində, həm də xaricdə bəyənilir və alqışlanır. Daha ətraflı »

    Teqlər: