Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar
    Digər TƏRTƏRLİ QADINLAR DÖVLƏTƏ SƏDAQƏT RƏMZİDİRLƏR üçün şərhlər bağlıdır

    8 Mart bayramının tarixi 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsindən başlanır.
    1908-ci il martın 8-də isə Nyu-York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın daha qısa iş günü, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ uğrunda nümayiş keçirib. Nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha yaxşı həyat tərzini ifadə edirdi.
    İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu-Yorkda baş tutmuşdur.
    1910-cu ildə isə Klara Setkin adlı alman qadının təklifi ilə qadın mübarizəsinin genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il 8 Mart gününü bütün dünyada Qadınlar Günü kimi qeyd etmək qərara alınmışdır. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər TƏMƏLQOYMA MƏRASİMİ üçün şərhlər bağlıdır

    Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digər rəsmilər iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov respublika Prezidenti cənab İlham Əliyevin cəbhə bölgəsi olan Tərtər rayonuna göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Rayon rəhbəri bildirib ki, möhtərəm Prezidentin Sərəncamı ilə rayonda 100 yerlik uşaq bağçasının, Kovdadıq və Zolgörən kəndlərində modul tipli məktəblərin quraşdırılmasına başlanıb. Otən ildə iki kənddə-Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər quraşdırılaraq istifadəyə verilib.
    İndi isə Olimpiya İdman Kompleksinin təməlqoyma mərasiminə yığılmışıq. Rayon rəhbəri cəbhə bölgəsi olan Tərtər rayonuna göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə tərtərlilər adından öz minnətdarlığını bildirib. Qeyd olunub ki, tərtərlilər dövlətə və dövlətçiliyə sadiqdirlər və həmişə olduğu kimi yenə də respublika Prezidentinin ətrafında sıx birləşiblər. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər “NARKOMANİYAYA YOX DEYƏK!” üçün şərhlər bağlıdır

    Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyəti rayon polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirdi.
    Tədbirdə hüquq-mühafizə orqanlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, müəllimlər iştirak etdilər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd etdi. Rayon rəhbəri bildirdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Tərtər RİH-də RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ SƏYYAR GÖRÜŞ-QƏBULLARI üçün şərhlər bağlıdır

    Bəyimsarov kəndi                                                                                                                                      Səhlabad kəndi  Rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu rayonun Bəyimsarov kəndində keçirildi. Qəbulda hüquq mühafizə, orqanlarının rəhbərləri, səhiyyə, təhsil, mədəniyyət, sahələrinin məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və KİV təmsilçiləri iştirak etdilər.
    Əvvəlcə Bəyimsarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov kənd haqqında ətraflı məlumat verdi.
    Sonra ağsaqqal Bəhmən Bayramov rayonda, eləcə də kəndlərində geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmasından razılıq hissi ilə danışdı. Kəndlərində internetin zəif olduğunu qeyd etdi.
    Vaqif Əliyev kənd mədəniyyət evinin, Bəyimsarov kənd tam orta məktəbin direktoru Elşən İsayev məktəbin, kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova xəstəxananın təmiri ilə bağlı müraciət etdilər. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır

    BİZ O GÜNÜ GÖRƏCƏYİK

    Qarabağ savaşında neçə-neçə şəhid verdik. Çox sayda vətən oğulları döyüşlərdə sağlamlığını itirdi. Döyüşlərin birində mən də ağır yaralanıb huşumu itirdim. Xəstəxanada ayılanda hiss etdim ki, ayağım kəsilib. Qolumdan və sinəmdən də ağır yaralar almışdım. Sağ qalmağım Allahın möcüzəsi idi.
    O vaxtdan uzun illər keçsə də, məni döyüş bölgəsindən çıxarıb xəstəxanaya çatdıran əsgər dostlarımın fədakarlığını, həkimlərin qayğıkeşliyini minnətdarlıqla xatırlayıram.
    Dövlət tərəfindən vətənimizə xidmət göstərən, lazım gələndə bu yolda canından keçənlər, sağlamlıqlarını itirənlər heç vaxt unudulmur, yaddan çıxmır. Onların sırasında mən də varam.
    Məhz belə qayğı sayəsində İran İslam Respublikasında dövlət vəsaiti hesabına müalicə olunmuş, xaricdə istehsal edilmiş protezlə təmin edilmişəm. İldə iki dəfə tibbi müayinədən pulsuz keçirəm. Mənə təmənnasız minik avtomobili verilib. Ailəm dövlət hesabına geniş və rahat mənzillə təmin olunub. Aldığım təqaüd zəruri ehtiyaclarımızı ödəyir. “Vətən naminə” və “Vətənpərvərlik işində xidmətinə görə” medalları ilə təltif olunmuşam. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər 6 KƏNDİ BİRLƏŞDİRƏN YOLA ASFALT SALINIR üçün şərhlər bağlıdır

    Artıq bir neçə gündür ki, 6 kəndi birləşdirən yola asfalt salınır. Bunlar Buruc, Hüləbətli, Xoruzlu, Kəbirli, Bayandur və Qaradağlı kəndləridir. Bu kəndləri birləşdirən asfalt yolun uzunluğu 21,5 kilometr, eni isə 7 metr olacaqdır. Artıq bir aya yaxındır ki, kəndarası yolların asfaltlanması işlərinə başlanılmışdır. Bu işlər ilin birinci yarısında başa çatdırılacaqdır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 07Mar
    Sosial YENİ ŞƏHƏRCİYƏ KÖÇ BAŞLANDI üçün şərhlər bağlıdır

    Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən Şıxarxda məcburi köçkünlər üçün inşa olunmuş 1170 ailəlik şəhərciyə köçürülməyə başlandı. Az vaxtda 600-dən çox ailə yeni mənzillərdə yerləşdirilib.
    Bunlar əsasən Tərtərin Hüsənli, Azadqaraqoyunlu, İsmayılbəyli kəndlərində və şəhərdə uşaq bağçalarında, klub və kitabxanalarda məskunlaşan məcburi köçkün ailələridir.
    Ağdam rayonundan məcburi köçkün düşmüş Məhyəddin Quliyev və oğlu Vüsal yeni qəsəbədə mənzil aldıqlarına görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirdilər. Vüsal dedi ki, 1992-ci ildən indiyədək ailəmizin və bizim kimi digər ailələrin yaşayış şəraitləri yaxşı deyildi. Burada aldığımız mənzildə hər cür şərait vardır.
    Yaşlı qadın, Ağdam şəhər sakini Aidə Əliyeva da sevincini bizimlə bölüşdü. “Bayrağı uca olsun hökumətimizin” –dedi. “Mənə də 2-ci mərtəbədə 1 otaqlı ev veriblər. Tək qadınam, bəsimdir”. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər XOCALI SOYQIRIMINDAN 26 İL KEÇİR üçün şərhlər bağlıdır

    O GECƏ DƏHŞƏT YAŞADI XOCALI

    26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyid-ləri arasında caş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin… Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər ƏSRİN ƏN QANLI FACİƏSİ üçün şərhlər bağlıdır

    Tərtər rayon Tarix-Diyarşünaslıq muzeyində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə rayon 2 saylı məktəb-liseyin VII, V və ibtidai sinif şağirdləri və müəllimlər iştirak edirdilər.
    Tədbiri muzeyin direktor əvəzi Aybəniz Məmmədova açdı. XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında geniş və ətraflı məruzə ilə çıxış etdi. Göstərdi ki, bu qırğın nəticəsində 613 nəfər Xocalı sakini həlak olmuşdur. Onların 63 nəfəri uşaqlar, 106 nəfəri qocalardır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
    487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. 150 nəfər itkin düşmüşdür. Xocalı mühasirəyə alınanda şəhərin 2500 nəfər əhalisi canlarını qurtarmaq məqsədi ilə Ağdam rayonuna çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdular. Ancaq dinc əhalinin bu niyyəti baş tutmadı. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər ƏN DƏHŞƏTLİ VƏHŞİLİK üçün şərhlər bağlıdır

    XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
    Tərtər rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar, eləcə də rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkün və şəhid ailələri rayonun girişindəki Şəhidlər abidəkompleksi önünə tər qərənfillər düzərək, Xocalıda həlak olanların ruhuna dualar oxuyublar.
    Sonra tədbir iştirakçıları məktəblilərin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxıblar.
    Rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilən tədbirdə Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha ətraflı »

    Teqlər: