Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar
    Təhsil MƏKTƏBDƏ XOŞ ANLAR üçün şərhlər bağlıdır

    Aslan Kərimov adına şəhər 3 saylı ümumi orta məktəbində xalqımızın əziz bayramlarından biri olan Novruza həsr olunmuş şənlik keçirildi.
    Milli paltar geyinmiş uşaqlar Novruzun rəmzlərindən olan qalanmış tonqalın ətrafında dövrə vurub oxuyur, oynayırdılar.
    Məktəbin tarix müəllimi Kifayət Məmmədova Novruz günlərində hamıya xoş, firəvan həyat arzuladı.
    Uşaqlar Novruza, bahara aid şeirlər söylədilər. Balaca fidanların ifasında biri-birini əvəz edən “Bahar gəlir”, “Hakışta”, “Arşın malalan” komediyasından parçalar səsləndi. Zəhra Əhmədlinin, Fatimə Kərimovanın, Zəhra Əliyevanın, Məhəmməd Kərimlinin, Yıldız Akyolun, Yeganə Süleymanovanın və Murad Abdullayevin oynadıqları milli rəqslər və mahnılar şənliyi daha da gözəlləşdirirdi. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Xəbərlər MARAQLI EKSKURSİYA üçün şərhlər bağlıdır

    Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Tərtər rayonunun məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola salınıb.
    Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində tur-aksiya iştirakçıları ilə görüş keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şagirdlərə xoş sözlər söyləyib və uğurlar arzulayıb.
    Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
    Məktəblilər üç gün ərzində Qəbələ, Şəki və Zaqatala rayonlarında çox maraqlı ekskursiyalarda olublar.
    Məktəblilərin tur-aksiyadan qayıdışları da rayonumuzda təntənə ilə qeyd olunub.

    “Yeni Tərtər”

  • 29Mar
    Xəbərlər “QƏHRƏMAN TƏRTƏRİM, İGİD VƏZİRİM” üçün şərhlər bağlıdır

    Tərtər rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anım günü keçirilib. Tədbiri muzeyin direktor əvəzi Aybəniz Məmmədova açaraq iştirakçılara Vəzirin həyatı və döyüş yolu barədə geniş məlumat verib.
    Sonra çıxışlar olub.
    “Tərtər” batalyonunun keçmiş qərargah rəisi Pənah Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədri Suliddin Yusibov, Vəzirin bacısı Mehri müəllimə, döyüş dostu Nizami Heydərov, Qarabağ savaşında hər iki ayağından əlil olmuş Niyazi Qurbanov, Xoruzlu kənd tam orta məktəbinin direktoru Emin Mahmudov Vəzir Orucovun göstərdiyi şücaətlərdən danışıblar.
    Sonda məktəblilərin hazırladığı kompozisiyaya baxılıb.

    “Yeni Tərtər”

  • 29Mar
    Xəbərlər YENİ KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI TİKİLİR üçün şərhlər bağlıdır

    Tərtərin Elman Səfərov küçəsində ikimərtəbəli 100 yerlik körpələr–evi uşaq bağçasının tikintisinə başlanmışdır. Tikintidə qızğın iş gedir. Bu binanın bünövrəsində dəmir-beton işləri görülür. Hər gün tikintidə 14 nəfər usta-fəhlə çalışır.
    Tikintinin sifarişçi təşkilatı Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Agentliyi, podratçı təşkilat isə “Qarabağ–ER” MMC-dir. Bu layihənin rəhbəri həmyerlimiz, respublikanın “Əməkdar Mühəndisi” Vəli Albəndov, iş icraçısı Ziya Bağırovdur.
    Burada hər kəs işə məsuliyyətlə yanaşır, keyfiyyəti diqqət mərkəzində saxlayır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29Mar
    Digər TƏBRİK EDİRİK üçün şərhlər bağlıdır

    Qəzetimizin yaxın dostu, həmyerlimiz, texnika elmləri doktoru, professor Rasim Fərrux oğlu Axundovu mənalı ömrünün 80-ci ili münasibəti ilə təbrik edir, ona cansağlığı, elmi işlərində uğurlar və rahat həyat arzulayır!

    “Yeni Tərtər” qəzeti
    redaksiyasının kollektivi

    Teqlər:

  • 29Mar
    Digər 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR üçün şərhlər bağlıdır

    BƏŞƏRİYYƏT ÜÇÜN TƏHLÜKƏLİ MİLLƏT

    Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü iki ölkə arasında müharibəyə gətirib çıxardı. Ermənistan onu himayə edən dövlətlərin birbaşa hərbi yardımı nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayətini və onun ətrafındakı rayonları işğal etdi.
    Ermənistanın hərbi təcavüzü nəticəsində Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarixi-memarlıq və təbiət abidələri işğal edilmişdir. Cəbrayıl rayonu ərazisində bölgənin çox qiymətli memarlıq abidələri olan Xudafərin körpüləri işğal altındadır. 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Digər ERMƏNİ XİSLƏTİNİN TƏZAHÜRLƏRİ üçün şərhlər bağlıdır

    Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır.
    Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
    XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göy-çay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Milli-mənəvi dəyərlər İBADƏTGAHLARIMIZ VƏ ZİYARƏTGAHLARIMIZ üçün şərhlər bağlıdır

    İbadətgah Yaradana ibadət olunan və dualar oxunan müqəddəs yerlərdir.
    Ziyarətgah isə insanların ziyarət etdikləri inanc yerləri və inandıqları müqəddəs məkanlardır. İbadət və ziyarət etmək, nəzir-niyaz vermək bəşərin yaranışından şüurlarda formalaşan bir məziyyətdir. İnsan nəyə ürəkdən inanırsa, bu inama varlığı ilə bağlanır və bu inanca görə onun niyyətləri əksərən yerinə yetirilir.
    Əhvalat. Bir din adamı xəstələnir. Hara gedirsə, kimə müraciət edirsə naxoşluğunun əlacı tapılmır.
    Onda bir məşhur təbibin bu mərəzi mütləq sağaldacağı haqqında dərin inam oyadırlar. Kişi uzaqda yaşayan həmin loğmanın yanına getməyi qərara alır və belə də edir. Loğman bu din adamını yoxladıqdan sonra ona təbii bitkilərin qarışığından bir dərman hazırlamaq üçün gül-çiçəyin və otların siyahısını verir. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Səhiyyə 7 APREL ÜMUMDÜNYA SAĞLAMLIQ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası, Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir.
    1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il aprelin 7-də müxtəlif mövzular üzrə qeyd edilir. Bu günün mövzusu Dünya Səhiyyə Təşkilatı (DST) üçün qarşıya qoyulan Beynəlxalq əhəmiyyətli məsələ kimi qiymətləndirilir.
    Ümumdünya Sağlamlıq Günü diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. DST-nın Avropa Bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələr aparılmasına şərait yaradır. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Digər BİLAL BAXŞALI OĞLU MAHMUDOV üçün şərhlər bağlıdır

    Bilal Baxşalı oğlu Mahmudov ömrünün 89-cu ilində vəfat edib.
    O, 5 may 1929-cu il tarixdə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. 1947-ci ildə Evoğlu kənd orta məktəbini, 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsini bitirib.
    1958-ci ilə qədər təhsil sistemində müxtəlif vəzifələrdə çalışıb. 1958-1959-cu illərdə Mirbəşir (Tərtər) Rayon Komsomol Komitəsinin birinci katibi, 1960-1962-ci illərdə rayon partiya komitəsində təşkilat şöbəsinin müdiri və raykomun ikinci katibi, 1963-1969-cu illərdə Bərdə və Mirbəşir rayonlarında Nəzarət Komitəsinin sədri, 1970-1973-cü illərdə Mirbəşir Rayon Partiya Komitəsinin üçüncü katibi vəzifələrində fəaliyyət göstərib. 1974-1978-ci illərdə Balakən rayon, 1979-1983-cü illərdə Kürdəmir partiya komitələrinin birinci katibi olub. 1984-1995-ci illərdə Tərtər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. 1996-cı ilin fevral ayından respublika əhəmiyyətli fərdi pensiyaya çıxıb. Daha ətraflı »

    Teqlər: