Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan
    Digər AZƏRBAYCANDA BÜTÜN DİNLƏRƏ HÖRMƏTLƏ YANAŞILIR üçün şərhlər bağlıdır

    photo_70251Hər il olduğu kimi, yola saldığımız 2017-ci ildə də Azərbaycanda dövlətdin münasibətləri yüksək səviyyədə tənzimlənib. Ölkəmizdə müxtəlif dinlərə mənsub insanlar qarşılıqlı anlaşma və qardaşlıq şəraitində yaşayır və fəaliyyət göstərirlər. Hər il Ramazan ayında təşkil olunan iftar süfrəsində müxtəlif dinlərin liderləri birlikdə iştirak edirlər.
    Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur. Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi buna parlaq nümunədir. Bu siyasətə uyğun olaraq 2016-ci il Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan olunub.
    Ölkəmizdə 28 qeyri-islam dini icması fəaliyyət göstərir. Onlardan 17-si xristian dininin müxtəlif cərəyanlarına aiddir. Ən böyük qeyri-islam təşkilatı Rusiya Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasıdır. Azərbaycan həmçinin qədim kilsələrdən birinin – şərqi pravoslavlığa aid olan Alban kilsəsinin vətənidir. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Digər DƏLƏDUZU NİYƏ HİMAYƏ EDİRLƏR? üçün şərhlər bağlıdır

    sevincBiz dəfələrlə qəzetimizdə bu dələduz qadının əməlləri haqqında yazmışıq, əlaqədar hüquq-mühafizə orqanlarına–Tərtər rayon prokurorluğuna və polis şöbəsinə, Bərdə rayon prokurorluğuna və polis şöbəsinə, respublikanın Baş prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciətlər etmişik, lakin törədilən cinayət əməli bu günə qədər, yəni 2 ildən çoxdur ki, cəzasız qalıb. Harda cəzasızlıq mühiti varsa, orada haqq-ədalət ola bilməz, özbaşınalıq və xaos hökm sürər, kriminal durum daha da gərginləşər. Hər bir cinayət əməlinin qanunla tənzimlənən öz cəza növü var və bu, bütün dünyəvi, hüquqi dövlətlərdə normal qəbul edilən haldır.
    Bəli, bizim ölkədə mövcud olan qanunlar humanizmə əsaslanır və insan haqları çox ciddi həssaslıqla müdafiə olunur. Lakin bu, o demək deyil ki, təkrar-təkrar eyni cinayət əməli törədən şəxslərə həddindən daha çox humanizm prinsipləri əsasında, qanunların tələblərini pozmaqla, himayəçilik nöqteyi-nəzərdən yanaşılsın. Belə olanda həmin ünsür sabah daha ağır cinayətlər törətmək sərbəstliyi qazanacaq və bununla da cəmiyyət üçün təhlükəli bir caniyə çevriləcəkdir. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Ədəbiyyat Payız etüdləri üçün şərhlər bağlıdır

    PAYIZ YARPAĞI

    01Bu gün sən budaqdan ayrılıb ehmalca yerə düşdün. Ətrafına baxıb özün kimi saralmış yarpaqları gördün və dərin fikrə getdin.
    Gözəl bahar günündə siz hamınız bar ağaclarının budaqlarında dünyaya gəlmişdiniz. Əsən bahar mehi sizə sakitcə laylay çalırdı, yaz yağışlarında islanıb daha da gözəlləşirdiniz. Sizi görənlər bu mənzərəyə heyranlıqla tamaşa edirdilər, Sizdən sonra budaqlarda dünyaya gələn çiçəklər aranızda gizlənərək ətirli meyvələrə çevrilirdilər. Bu meyvələri dərən insanlar hərdən sizi incidirdilər. Bəziləriniz hətta qırılan budaqlarla kənara atılırdınız. Amma sən yaşamısan, gözəlliklər içində yaşamısan, həyatından zövq almısan, payız yarpağı.
    İndi rəngin dəyişsə də, yenə göz oxşayırsan. Fərq bircə ondadır ki, daha heç kimə, heç nəyə gərək deyilsən. Bir zaman səndən həyat eşqi alan insanlar indi ömrün payızını xatırlamamaq üçün yanından tələsik ötüb keçirlər. Sanki siz heç olmamısınız. Amma, bu, mümkündürmü?

    Svetlana BAĞIROVA

     

    Teqlər:

  • 10Yan
    Ədəbiyyat AĞACLARIN PAYIZ ÖMRÜ üçün şərhlər bağlıdır

    Изображение 416DSC_7960 (Копировать)

     

     

     

     

     

    Fotolar KƏNANINDIR

    Teqlər:

  • 10Yan
    Ədəbiyyat KÖVRƏK DUYĞULAR üçün şərhlər bağlıdır

    Payız

    Köçüb getdi el-obası,
    O dağlar marala qaldı.
    Meşələrin rəngi soldu,
    Çəmənlər sarala qaldı.
    ***
    Xəzəllər–payızın şeiri,
    Qonaq duman döndü geri.
    Çobanların ocaq yeri
    Qarala-qarala qaldı.
    ***
    Başlandı göylərin toyu,
    Kiridi bulağın suyu.
    Qısaldı günlərin boyu–
    Darala-darala qaldı. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Digər MƏKTƏBLƏRDƏ YANĞINDAN QORUNMA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

    İnsanların yanğına qarşı tədbirlərin necə alınacağını bilməməsi, bu mövzuda yetərincə məlumatlarının olmaması-yanğının baş vermə səbəblərindəndir.
    Müəssisə rəhbərləri qızdırıcı, hava dəyişmə, elektrik qurğularının texniki vəziyyətinə daima nəzarət etməli, yanğın törədə biləcək amillərin aradan qaldırılması üçün dərhal zəruri tədbirlər görməlidirlər. Məktəblərdə yanğının qarşısının alınması və söndürülməsi mövzusunda daxili tənzimlənmə təlimatı hazırlanmalıdır:
    –məktəblərdə hər bir mərtəbəyə od-söndürən balonlar qoyulmalıdır;
    –laboratoriyalarda maddələrin və materialların birgə saxlanılma qaydalarına xüsusi diqqət etmək lazımdır.
    –yanğın əmələ gələn zaman mümkün qədər tez bütün partlayış və yanğın xassəli maddələr daha təhlükəsiz yerlərə daşınmalı və ventilyasiya söndürülməlidir; Daha ətraflı »

    Teqlər:

  • 29Dek

    Digər üçün şərhlər bağlıdır

    IlhamAliyev400_3Mən bütün Azərbaycan vətəndaşlarını, dünya azərbaycanlılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə yeni uğurlar, xoşbəxtlik arzulayıram.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının
    Prezidenti

    Teqlər:

  • 29Dek
    Digər DÜNYA AZƏRBAYCANLILARINI BİRLİYƏ SƏSLƏYƏN GÜN üçün şərhlər bağlıdır

    foto-IXX əsrin 80-ci illərinin axırlarında dünyada baş verən qlobal dəyişikliklərlə əlaqədar bir çox xalqların, o cümlədən Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi gücləndi. İctimai hə- yatın demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı zəminində ilk olaraq Naxçıvan Muxtar Respublikasında 1989-cu ilin noyabrında Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə əsassız çəkilmiş sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı. Beləliklə, “Sərhəd hərəkatı” adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrildi.
    1990-cı il noyabrın 3-5-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasında başlamış hərəkatın davamı kimi milli birlik və həmrəylik yolunda atılan mühüm addım oldu. Qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il həmrəylik günü kimi qeyd edilməsi zəruriyyəti irəli sürüldü. Bütün bunları nəzərə alaraq Ümummilli Liderimiz Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi qərara alındı. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİ İLƏ TƏBRİKİ üçün şərhlər bağlıdır

    Əziz tərtərlilər!
    Biz sizinlə birlikdə daha bir uğurlu ili başa vururuq. Bu müddətdə ölkə başçısının tapşırıq və tövsiyələri əsasında rayonumuzun tarixində görünməyən tikinti işləri aparılıb. Xüsusilə sevindiricidir ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın, uzunluğu 29,5 kilometr olan, 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər – Seydimli – Qaradağlı – Sarov avtomobil yolunun açılışlarında Prezident İlham Əliyev iştirak edib. Ölkə rəhbəri Tərtərə səfəri çərçivəsində həmçinin ümumi sahəsi 88 min kvadratmetr olan və 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
    Prezident İlham Əliyevin dediyi kimi, “Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynamışlar”. Bu sözlər hər birimizin qəlbini qürur hissi ilə doldurur. Biz yeni – 2018-ci ilə böyük ruh yüksəkliyi ilə qədəm qoyuruq. Əminəm ki, qəhrəman tərtərlilər bundan sonra da qarşıda duran bütün vəzifələri layiqincə icra edəcək, Azərbaycanın iqtisadi qüdrətinin artmasına öz köməkliklərini göstərəcəklər.
    Qeyd etmək istəyirəm ki, bu il rayonumuzda kənd təsərrüfatı, sahəsində dönüş yarandı. Pambıq, şəkər çuğunduru, barama, meyvə-tərəvəz və heyvandarlıq məhsullarının istehsalında Tərtər respublikada ön cərgələrdədir. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər ŞAXTA BABA VƏ QAR QIZIN TƏRTƏRƏ SƏYAHƏTİ üçün şərhlər bağlıdır

    DSC_8341 (Копировать)Elə bilirsiniz Yeni ili təkcə uşaqlar gözləyirlər? Əlbəttə, yox. Bu sehirli, min-bir cazibə ilə dolu şaxtalı qış gecəsində Şaxta Baba ilə Qar qız birillik həsrətdən sonra insanların görüşünə tələsirlər.
    2017 və 2018-ci illərin qovuşuğunda Tərtərə gələn Şaxta Baba sanki çaşıb qalmışdı. Çöhrəsində qəribə bir ifadə vardı. Buna təəccüb də demək olardı, sevinc də. O, sual dolu nəzərlərini nəvəsinə dikib soruşdu:
    –Yolu səhv gəlməmişik ki, qızım?
    Qar Qız işin nə yerdə olduğunu başa düşüb, ürəkdən güldü.
    –Səhv niyə gəlirik ki, Baba?. Bura uzun illər düşmənlə üz-üzə dayanan qəhrəman Tərtər şəhəridir.
    –Axı, keçən il buralar boş ərazi idi. İndi isə… Daha ətraflı »

    Teqlər: