Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek
    Xəbərlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə üçün şərhlər bağlıdır

    ƏSGƏRLƏRLƏ GÖRÜŞ

    DSC_9836 (Копировать)Yeni Azərbaycan Partiyasının Nəsimi, Nərimanov və Nizami rayon təşkilatları ənənəvi olaraq qarşıdan gələn 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə cəbhə bölgəsində yerləşən hərbi hissədə olublar.
    Əsgərlərimizdə milli ruhun və döyüş əzminin yüksəldilməsi məqsədilə aprel döyüşlərində həlak olmuş Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov və Milli Qəhrəman Mahir Mirzəyevin atası Sabir Mirzəyev də tədbirdə iştirak ediblər.
    Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nərimanov rayon təşkilatının sədr müavini İradə Mahmudova, YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova əsgərlərimizin xidmət, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram təbriklərini çatdırıblar. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər QƏLBİMİZ VƏTƏNLƏ BİR DÖYÜNÜR üçün şərhlər bağlıdır

    IMG-20171223-WA0041Gənclik illərimdə mənə desəydilər ki, doğma Tərtərimdən çox-çox uzaqlarda yaşayıb–işləyəcəyəm, buna qətiyyən inanmazdım. Çünki bir hərbçi kimi vətənimə xidmət etmək arzusundaydım. Bu fikirlə də hərbi komandirlər hazırlayan məktəbə daxil olmuşdum. Lakin 6 aydan sonra əsgəri xidmətə çağırıldım və təhsilim yarımçıq qaldı.
    Hərbi xidmətimi başa vurduqdan sonra həyat yolum tamamilə dəyişdi. Kirov vilayətinin Yaransk şəhərində kənd təsərrüfatı texnikumunu bitirdim. Vətənə qayıdıb rayonumuzdakı keçmiş Mirbəşir narçılıq sovxozunda təsərrüfat briqadiri işləməyə başladım. Ailə həyatı qurdum. Övladlarım dünyaya gəldi.
    Bu da bir qismət idi ki, tale yenidən məni Rusiyaya gətirib çıxardı. 1994-cü ildən ailəmlə birlikdə Kirov vilayətində yaşayıram. Böyük övladlarım artıq ailəlidir. Nəvələrimiz böyüyür. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər MƏNİM QALA TƏRTƏRİM, QƏHRƏMAN TƏRTƏRİM üçün şərhlər bağlıdır

    001İllər, İllər! Kimini həyata gətirən, kimini həyatdan aparan illər! Bir-birini həsrətlə gözləyən, görüşəndə qol-boyun olub, yola saldığının davamçısına çevrilən illər.
    Ömrümüzdən-günümüzdən ötən illər ipə-sapa düzülmüş mirvari kimi sıralanır və tariximizə dönür. Bu illəri yaşamaq və yaşatmaq, yaddaqalan etmək üçün yer üzünün əşrəfi insan onları bir naxış kimi öz ömrünə ilmələyir ki, torpağının, Vətəninin, elinin tarixinə cevrilsin. Xatırlandıqca qürurumuza dönsün.
    Mənim başı bəlalar görmüş, müharibələrdə mətinləşmiş, müdrikləşmiş Tərtərim! Yenə illərin qovuşuğundasan, mehriban, zəhmətkeş insanlarınla 2017-ci ili uğurla yola salıb, 2018-i qarşılayırsan. Hərdən başının üstünü çən-duman aldı. Səni sındırmağa qara əllər uzandı. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Səhiyyə BAYRAM GÜNLƏRİ İNSANLARIN SAĞLAMLIĞI KEŞİYİNDƏ DURANLAR üçün şərhlər bağlıdır

    DSC_6952 (Копировать)DSC_6957 (Копировать)Yeni il insanların həmişə səbirsizliklə gözlədiyi ən əziz bayramlardan biridir. Bu bayram məişətimizə elə daxil olub ki, hələ gəlməsinə xeyli qalmış onu təmtəraqla qarşılamağa hazırlaşan insanlar Yeni il yolkası qurur, budaqlarından müxtəlif çılçıraqlar asır, uşaqlar Şaxta Baba və Qar Qızın yolunu gözləyirlər. Yeni il gecəsi hamı süfrə başına toplaşır, bayram təamlarından yeyir, deyir-gülür, danışır, şənlik edir.
    Elə insanlar da var ki, onlar Yeni il gecəsində iş başında olur, növbə çəkir, əhalinin sağlamlığı keşiyində dururlar. Həkimlər kimi.
    Rayon mərkəzi xəstəxanasında baş həkimin müavini Sevda Əliyeva bildirdi ki, bizim tibb personalımız bir qayda olaraq bayram günlərində–xüsusən də yeni ildə gecə-gündüz növbə çəkir, insanların sağlamlığı keşiyində dayanırlar. Cərrahiyyə, terapiya, doğum evi, ağ ciyər xəsləlikləri şöbəsi, yoluxucu xəstəliklər, təcili yardım və qəbul şöbəsi üzrə hər biri 5 nəfər olmaqla gücləndirilmiş iş rejimində işləyirlər. Biz bu siyahını yeni ilə bir neçə gün qalmış tərtib edib, həkim və tibb işçilərini məlumatlandırırıq. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Sosial ƏLİLLƏRƏ QAYĞI DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır

    Изображение 089Həmişə olduğu kimi, cari ildə də təşkilatımızın əsas məqsədi rayonumuzda yaşayan şəhid, ailələrinə, Qarabağ müharibəsi veteranları və əlillərinə qayğı göstərilməsi olub. Bu təbəqədən olan insanların arasında əlillər xüsusi yer tutur. Çünki vaxtilə döyüş meydanlarında, düşmənə qarşı ölüm-dirim savaşında qəhrəmanlıq göstərən bu igidlər indi əlillik həyatı sürməyə məhkumdurlar. Rayonumuzda 310 şəhid ailəsi, 780 Qarabağ müharibəsi veteranı var. Müharibə əlillərinin sayı isə 335 nəfərdir.
    Cari ildə 4 şəhid ailəsi evlə təmin olundu, 5 Qarabağ əlilinə minik avtomobili verildi. 7 nəfər əlilə təşkilatımız tərəfindən maddi yardım göstərildi. Bundan başqa, bu təbəqədən olan insanların müalicəsi və istirahəti də diqqət mərkəzində saxlanılıb. Səhhətlərindəki problemlərlə bağlı onlar vaxtaşırı Əlillərin Bərpa Mərkəzinə və istirahət üçün “Şaqan” pansionatına göndəriliblər. Bayram günlərində ilk olaraq yada salınan insanlar da əlillər olublar. Yeni ildə, Novruz və Qurban bayramlarında onların qapıları döyülüb, adları anılıb. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    İdman GƏNC İDMANÇININ QƏLƏBƏSİ üçün şərhlər bağlıdır

    DSC_6857Bərxudarlı Qədir Ramin oğlu şəhər 2 saylı məktəb-liseyin beşinci sinfində oxuyur. Dərs əlaçısıdır. Sevdiyi məşğuliyyətlərdən ən ürəyinə yatanı idmandır. Lap uşaq yaşlarından idman haqqında bir kəlamı daim dilində əzbər edib: “Kim sevirsə idmanı, sağlamdır onun canı.” Elə bu amal uğrunda da idmanın kikboksinq növü ilə məşğul olur.
    Əlamətdar tarixi hadisələrlə zəngin olan 2017-ci il balaca idmançının həyatında da yaddaqalan olub.
    Belə ki, Cəhdi Cəlal adına kikboksinq klubunun yetirməsi olan Qədir Bərxudarlı 8 oktyabr 2017-ci ildə Bakı şəhəri Suraxanı rayon Gənclər və İdman İdarəsində “Şindi” kikboksinq klubunun açıq birinciliyində 34 kiloqram çəki dərəcəsində 10 yaş qrupunda qazandığı qələbəyə görə 1-ci yerə layiq görülmüş, diplom və medalla təltif olunmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər 2018-ci il sakit və mehriban Sarı it ilidir üçün şərhlər bağlıdır

    İT İLİNİN XARAKTERİ

    perros-navidad-regalos-listgChristmas-Tree-With-Lights-071922, 1934, 1946, 1958, 1970, 1982, 1994, 2006, 2018
    İtlər – bu, sadiqliyə, vəfalılığa nişandır, onlar uşaqların tərbiyəsinə qarşı çox diqqətçildirlər. İt ilində doğulan insanlar sağlam fikirli, təşəbbüslü olurlar. Müvəffəqiyyət qazanmaq üçün onlara kimsə kömək və qayğı göstərməlidir. Gözəl xasiyyətləri olduğu üçün, onların çoxlu dostu olur. Yapon inamına görə, itlər insan xasiyyətlərinin gözəl əlamətlərinə malikdirlər: sadiqlik, düzgünlük, borcluluq hissi. İt etibar hiss etdirir, başqasının sirrini saxlaya bilir. İti adətən yüksək qiymətləndirirlər və bu da təsdiqlənmişdir. O, başqaları üçün əlindən gələni edir, onun sadiqliyi yüksək həddədir. Hətta özünə də qəsd edə bilər. Onu öz varlılığı az maraqlandırır. O, böyük ürəkli və təmannasızdır. Ancaq ona pul lazım olarsa, o, pulu başqalarından yaxşı tapa bilər. Onun yığından xoşu gəlmir, qapalıdır. İtlər çox tərsdirlər və nə istədiklərini çox yaxşı bilirlər. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər YENİ İLDƏ BİZİ NƏ GÖZLƏYİR? üçün şərhlər bağlıdır

    VipTalisman2İt ili. 2018-ci il İtlər üçün hər baxımdan uğurlu olacaq. Siz imicinizi dəyişmək qərarına gəlmisiniz? Peşənizi dəyişmək istəyirsiniz? Münasibətləri rəsmiləşdirmək arzusundasınız? İrəli! İlahi qüvvələr sizi bütün pisliklərdən qoruyacaq. Hərəkətə keçin!
    Siçan ili. Siçan ilindən olanlar çox çalışmalıdır. Bu il sizin üçün çətin olacaq, amma əvəzində işin nəticəsindən razı qalacaq və özünüzü tam xoşbəxt hiss edəcəksiniz. Bu işdə 2018-ci ilin hamısı sizə kömək edəcək. Əsas odur ki, arzularınızı həyata keçirmək üçün öz qüvvələrinizi əsirgəməyin və az tənbəllik edin.
    Öküz ili. Öküzlər üçün 2018-ci il pul gəlirlərinin artması və ya vəzifənin qaldırılması kimi sürprizlər hazırlayıb. Tənha Öküzlər noyabrda sevdiyi insanın ürəyinə “yol” tapacaq və həmin insanla gözəl ailə quracaqlar.
    Pələng ili. Qarşıdakı il Pələnglərin öz potensialını reallaşdırması və istedadlarının üzə çıxmasına imkan yaradacaq. İt Sizə kömək edəcək, odur ki, yeni və qəribə görünən addımlardan qorxmayın, arzuya doğru gedin!
    Dovşan ili. Dovşan (Pişik) bütün ili hər bir işdə birinci olmağa və qələbə qazanmağa çalışacaq. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər HANSI BÜRCLƏR VARLANACAQLAR? üçün şərhlər bağlıdır

    VipTalisman32018 Sarı İt ili üzərində təhvil olacaq. İlin hamısı Oğlaqlara, Əqrəblərə və Dolçalara mərhəmət göstərəcək, halbuki, ilk ayların onlar üçün çətin keçəcəyi proqnoz edilir.
    2017-ci ilin sonunda Şirlərə və Əkizlərə hansı istiqamətdə irəliləmək haqqında müəyyən işarələr göndəriləcək. Onlar yeni nailiyyətlər əldə etməyə müvəffəq olacaq. Qoçlar ailə səadətinə qovuşacaq, Qızlar və Xərçənglər isə əksinə, yaxınlarının rəğbətini itirmək riski ilə qarşılaşacaq.
    Məşhur astroloq Tamara Qlobanın bürclər haqqında 2018-ci il üçün hazırladığı proqnozları təqdim edirik:
    Qoç. İt ili yeni təşəbbüslər və yeni işə başlamaq istəyən, ali məktəbə daxil olmağı planlaşdıran Qoçlar üçün uğurlu olacaq. Dəyişikliklər mütləqdir. 2018-ci ildə Qoçlar daha təmkinli davranacaq, macəralara atılmağı dayandıracaqlar, bütün qüvvələrini və pulunu şübhəli layihələrə yatırmayacaqlar. Onlar ilin simvolunun təsiri altında öz coşqun enerjisini düzgün istiqamətə yönləndirəcək. Səfərlər dünyagörüşünü genişləndirəcək, həmçinin sevinc və yeni emosiyalar bəxş edəcək. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər SÜLH BƏRQƏRAR OLACAQ üçün şərhlər bağlıdır

    goldretriveraa00a2d8Çin təqviminə görə, 2018-in sahibi sakit və mehriban İt ili olacaq. Qarşıdakı il də sahibinin xarakterinə uyğun keçəcək. Astroloqlar iddia edirlər ki, İt ili bütün zodiak işarələrinə uğur və müvəffəqiyyət vəd edir.
    Onların sözlərinə görə, 2018-ci il həm karyera yüksəlişi, həm şəxsi nailiyyətlər, həm də şəxsi həyatda müsbət hadisələrlə yadda qalacaq.
    Çin təqviminə əsasən sadiq və yüksək intellektli heyvan – İt bütün alçaldılmış və incidilmiş insanların köməyinə gələrək onları təhqir edənləri cəzalandıracaq. Onun gəlişi ilə dünyada, hətta düşmənçilik edənlər arasında da sülh və həmrəylik bərqərar olacaq. Astroloqlar bildirirlər ki, it ili sakit və qalmaqalsız ötüşəcək. O, müqavilələrin bağlanması, sülh və diplomatik əlaqələrin qurulması üçün ideal olacaq. Qarşıdakı il şəxsi həyatda da müsbət dəyişikliklər gətirəcək. Şərq təqviminə görə, ümumlikdə 2018-ci il hər kəsi öz nikbinliyi və müsbət əhval-ruhiyyəsi ilə sevindirəcəcək.

    Teqlər: