Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Dek
    Digər Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir üçün şərhlər bağlıdır

    Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

    7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.

    Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Növbəti seçkilər bəzi hallarda (misal üçün hərbi və fövqəladə vəziyyətlərdə) təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər.

    Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib.

    “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək. Daha ətraflı »

  • 08Dek
    Digər Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır üçün şərhlər bağlıdır

    Ulu Öndər Heydər Əliyev öz həyatı barədə belə deyib: “Mənim həyatımda çox şey olubdur. Ancaq mühüm olanı odur ki, mən bütün bu sınaqlardan, bütün bu çətinliklərdən keçmişəm və yaşayıram. Yəqin ki, hələ çox illər yaşayacağam. Belə taleyi olan insan indi çətin ki, tapılsın. Çünki mən 14 il burada işləmişəm, respublikaya rəhbərlik etmişəm, sonra 5 il Moskvada Siyasi Büronun üzvü, Sovetlər İttifaqı kimi fövqəldövlətin Nazirlər Soveti sədrinin birinci müavini işləmişəm. Sonra isə təqib dövrü olmuş və o, təxminən üç il davam etmişdir. Sürgün dövrü də olmuşdur – mən məcbur olub Moskvadan Bakıya gələndə, mənə burada yaşamağa imkan vermədilər. Mən Vətənimə – doğulduğum, hazırda blokada vəziyyətində olan Naxçıvana getdim. Orada üç il yaşadım. Ondan sonra artıq 8 ildir Bakıda yaşayır və vaxtilə tikdiyim həmin bu binada işləyirəm. İnsanların taleyi müxtəlifdir. Kimsə öz taleyindən razı olur, kimsə narazıdır. Bütün bu çətinliklərə baxmayaraq, mən öz taleyimdən çox razıyam. Çünki qısa ömür, qısa tale o qədər də maraqlı deyildir. Amma insan cürbəcür hadisələrlə qarşılaşanda, hər cür sınaqlardan çıxanda, yəqin ki, həm də daha çox təcrübə toplayır, daha da mətinləşir və bu mənada mən öz taleyimdən çox razıyam. Sabah nə olacağını bilmirəm, amma onu bilirəm ki, bundan sonra daha yaxşı olacaqdır.”

    Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Daha ətraflı »

  • 08Dek
    Digər Parlaq Qələbəmizin təntənəsi–Zəfər paradı üçün şərhlər bağlıdır

    2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev deyib:

    “Azadlıq meydanında paradlar çox keçirilib.

    Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.”

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu tarixi hadisəni belə qiymətləndirib: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.”

    2020-ci il 10 dekabr tarixində Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakının Azadlıq Meydanında Zəfər paradı keçirilmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.

    Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir.

    İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Daha ətraflı »

  • 30Noy
    Digər Rayon rəhbərinin səyyar qəbul-görüşləri üçün şərhlər bağlıdır

    Aşağı Qapanlı kəndində əhalinin sosial durumu yaxşılaşıb

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul-görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Aşağı Qapanlı kəndində keçirilib.
    Qəbulda YAP Tərtər rayon təşkilatının və Ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə kənddə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon rəhbəri qəbulda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən danışıb. Qeyd edib ki, bununla da Azərbaycan Respublikasının Konstitusiya quruluşu tam bərpa edilib. Bildirib ki, respublika Prezidentinin 20 illik fəaliyyəti dövründə ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçib. Rayon rəhbəri Ali Baş Komandanın Xankəndi şəhərindəki çıxışından bu sözləri xatırladıb: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”. Daha ətraflı »

  • 30Noy
    Tərtər RİH-də “HEYDƏR ƏLİYEV İLİ” – 2023 üçün şərhlər bağlıdır

    “Heydər Əliyev Azərbaycanda ədliyyə və məhkəmə-hüquq
    islahatlarının müəllifidir”

    “Heydər Əliyev İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ədliyyə İşçilərinin Peşə Bayramı və 105 illik yubileyi münasibəti ilə “Heydər Əliyev Azərbaycanda ədliyyə və məhkəmə-hüquq islahatlarının müəllifidir” mövzusunda “dəyirmi masa” keçirilib.
    “Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ədliyyə işçiləri iştirak ediblər.
    Tədbirdən öncə Mərkəzi Meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri düzülüb.
    Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, həyat və fəaliyyətini əks etdirən eksponatlara baxılıb.
    “Dəyirmi masa” ətrafında toplaşan tədbir iştirakçıları Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Daha ətraflı »

  • 30Noy
    Şəhidlər ŞANLI QƏLƏBƏMİZ OĞUL DƏRDİNƏ MƏLHƏMDİR üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Azad Qaraqoyunlu kəndində birinci Qarabağ müharibəsi şəhidi İsax Rəhimovun ailəsində olub, ailənin qayğıları və problemləri ilə maraqlanıb.
    Rayon rəhbəri bildirib ki, şəhidlərin xatirəsi, onların ailəsi bizim üçün müqəddəsdir. Çünki onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub.
    Qeyd olunub ki, İsax Rəhimov 1975-ci il fevral ayının 26-da Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində alıb. 1993-cü il aprel ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilib. Xidmət etdiyi 702 saylı hərbi hissənin tərkibində Füzuli bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə fəal iştirak edib və komandanlıq tərəfindən Fəxri Fərmanla təltif edilib.
    1994-cü il dekabr ayının 28-də Füzuli rayonunun Alıxanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Subay idi. Azad Qaraqoyunlu kənd qəbiristanlığında dəfn edilib. Daha ətraflı »

  • 30Noy
    Digər Tərtərdə əmək yarmarkasında 10 işəgötürən tərəfindən 115 vakansiya təqdim edilib üçün şərhlər bağlıdır

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı tərəfindən növbəti əmək yarmarkası təşkil olunub.
    Tərtərdə keçirilən aktiv məşğulluq tədbirində ümumilikdə 10 işəgötürən tərəfindən 115 vakansiya təqdim edilib.
    Yarmarkaya qatılan işsiz və işaxtaran şəxslərə işəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
    Bundan başqa tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib.

     

  • 30Noy
    Digər QARABAĞIN DİLBƏR GÜŞƏSİ – AĞDƏRƏ RAYONU üçün şərhlər bağlıdır

    Azərbaycanda Ağdərə rayonu yenidən bərpa edilir. Bu xəbər ağdərəlilər tərəfindən böyük sevinc hissi ilə qarşılanıb. Mövzunun aktuallığını nəzərə alaraq, Ağdərə rayonunun tarixinə aid Türkan İlqar qızının aşağıdakı məqaləsini oxucularımızın diqqətinə çatdırırıq.

    Ağdərə toponimi haqqında

    Azərbaycan Respublikasının qərbində, Xankəndi şəhərindən 62 kilometr şimalda yerləşən Ağdərə rayonu 1930-cu ildə yaradılıb. Aparılan tədqiqatlardan məlum olur ki, Ağdərənin ilkin adı «İsfahancıq», XIX əsrdə «Hunaşin» və ya «Xonaşen» adlandırılıb. XIX əsrdə Qarabağ düzünün 36- min desyatin hissəsini əhatə edən Xonaşen ərazisi maldar ellər üçün qışlaq yeri idi. Xonaşen toponimi «hun» və «şen» sözlərindən ibarətdir. Vizantiya tarixçisi Feofan yazır ki, 624-cü ildə Vizantiya çarı İrakli Albaniyada «Hun ölkəsi» adlı yerdə xəzərlərlə görüşmüşdü.
    Güman etmək olar ki, «Hun ölkəsi» adlı həmin yer məhz Xonaşendir. Məkrli niyyət sahibləri olan erməni «tədqiqatçıları» «şen» sözünün erməni dilinə məxsusluğunu əldə rəhbər tutaraq ərazinin ermənilərə aid olduğunu iddia edirlər. Lakin araşdırmalardan məlum olur ki, «şen» sözü qədim türk mənşəlidir. Belə ki, XIII əsrə aid «Türk-ərəb lüğəti»ndə «şen» sözünün, «məskun», «əhali yaşayan yer», «əhalisi sıx olan yer» mənasmda olduğu göstərilmişdir. L.Z.Budaqovun, İ.M.Dyakonovun, M. Kaşkarinin, H.A.Abelovun tədqiqatlarında göstərilir ki, «şen» sözü sırf türk-müsəlman sözüdür və bu söz «yaşayış yeri», «kiçik məntəqə», «məhəllə», «abad yer» mənasındadır (Abbasbəyli A. Qafqaz geostrategiya məkanında. Bakı, “Azərnəşr”, 2003, 236 s., s. 109.) Ağdərə oronimi «ağ» («kiçik», «qısa», «dayaz») və «dərə» («çay yatağı», «iki dağ arası», «dərin çuxur») sözlərindən düzəlib, «kiçik çay yatağı», «dayaz çuxur» deməkdir. Bu toponimə Azərbaycanın müxtəlif yerlərində rast gəlmək mümkündür. Belə ki, Ağsu rayonu Bico kəndi ərazisində, Şamaxıda, Zəngilanda dərə, Tərtər rayonunda dağ oronimləri, Xızı, Ordubad, Şamaxı, Tovuz, Laçın, Daşkəsən kənd öykonimləri, Girdimançay hövzəsində çay hidronimi Ağdərə adını daşıyır. Əfqanıstan, İran ərazisində də Ağdərə toponiminə rast gəlmək mümkündür Ağdərə Qarabağ düzünü dağlıq hissəsi ilə birləşdirən keçidin adı olmuşdur. Daha ətraflı »

  • 30Noy
    Digər Heydər Əliyev ili”– 2023 üçün şərhlər bağlıdır

    Düşüncələrim, sevgim, ehtiramım

    Mən özümü xoşbəxt insanlardan hesab edirəm. Ona görə ki, bütün şüurlu həyatım boyu Ulu Öndər Heydər Əliyevin xalqımız, dövlətimiz üçün etdiklərinin canlı şahidiyəm. Danılmaz həqiqətdir ki, hər bir xalq güclü Lideri ilə qüdrətli olur. O baxımdan Azərbaycan xalqının qürur keçirməyə haqqı var.
    Yaşadığım illər ərzində həmişə Ulu Öndərimizin xalqın yanında olduğunu, bu dövləti necə qurduğunu, möhkəmləndirdiyini görmüşəm. Bu, onun Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə də belə olub, ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da.
    Ümummilli Liderimizin bir cəhəti bizim üçün xüsusilə qiymətlidir: o, yalnız xalqın xoş günlərində deyil, ən agır məqamlarda belə bizim yanımızda olub və sadə insanlar, bütün ölkə vətəndaşları onun simasında öz xilaskarını görüblər, daim ona güvəniblər.
    20 ildir ki, əbədiyaşar Liderimiz fiziki cəhətdən bizimlə deyil. Ancaq bu, yalnız cismani yoxluqdur. Bu gün övladlarımız, gənc nəsil möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında onun ideyalarını dönmədən uğurla həyata keçirirlər. 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbə bunun təsdiqi deyilmi?
    İndi nəvələrim sonsuz həvəslə Heydət Əliyevin həyat və fəaliyyətini öyrənir, ona həsr olunmuş müxtəlif tədbirlərdə, yaradıcılıq müsabiqələrində iştirak edirlər. Bunun özü də Ulu Öndərin əbədiyaşarlılığının bariz nümunəsidir.
    Bəli, bu həyatda ölüm də var, ayrılıq da. Ancaq mən inanıram ki, əbədiyaşarlılıq da var. Belə ömür hər kəsə qismət olmur. Yalnız xalqı, milləti üçün böyük, xeyirxah işlər görən insanlar fiziki yoxluqdan çıxaraq əbədi olaraq insanların yaddaşında yaşayır və xatırlanırlar. Ulu Öndər Heydər Əliyev kimi.

    Səttar MURADOV,
    əmək veteranı,
    Zolgəran kəndi

  • 30Noy
    Digər Böyük Qayıdışın sevinci üçün şərhlər bağlıdır

    Qəzetimizin 9 sentyabr 2022-ci il tarixli nömrəsində “Növbəti ad gününü Zabuxda qeyd edəcəklər” sərlövhəli məqalə dərc olunmuşdu.
    Məqalədə Laçının Zabux kəndindən olan və rayonumuzun Evoğlu kəndində müvəqqəti məskunlaşan Əlövsət Əliyevin ailəsindən bəhs olunurdu. O zaman Zabux kəndinin ermənilərdən azad edilməsi hamını, o cümlədən ailədəki nəvələri də çox sevindirmişdi və onlar doğma yerlərə qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirmişlər.
    İndi budur, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Əlövsət kişinin 35 yaşında tərk etdiyi doğma yurd abadlaşdırılıb, burada müasir infrastruktur yaradılıb.
    İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əks olunan 5 ümummilli məqsədlərdən biridir. Milli Prioritetlərin həyata keçirilməsini təmin etmək məqsədilə dövlət proqramının icrası mərhələli şəkildə həyata keçirilir.
    Zabuxa ilk köç karvanı avqustun 25-də gəlmişdir. Bu günlərdə isə Zabuxa köçürülmənin ikinci mərhələsində Əlövsət Əliyevin ailəsi də illər ərzində həsrətində olduğu torpağa ayaq basıb. Daha ətraflı »