Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy
    Digər Böyük Qayıdışın sevinci üçün şərhlər bağlıdır

    Qəzetimizin 9 sentyabr 2022-ci il tarixli nömrəsində “Növbəti ad gününü Zabuxda qeyd edəcəklər” sərlövhəli məqalə dərc olunmuşdu.
    Məqalədə Laçının Zabux kəndindən olan və rayonumuzun Evoğlu kəndində müvəqqəti məskunlaşan Əlövsət Əliyevin ailəsindən bəhs olunurdu. O zaman Zabux kəndinin ermənilərdən azad edilməsi hamını, o cümlədən ailədəki nəvələri də çox sevindirmişdi və onlar doğma yerlərə qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirmişlər.
    İndi budur, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Əlövsət kişinin 35 yaşında tərk etdiyi doğma yurd abadlaşdırılıb, burada müasir infrastruktur yaradılıb.
    İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əks olunan 5 ümummilli məqsədlərdən biridir. Milli Prioritetlərin həyata keçirilməsini təmin etmək məqsədilə dövlət proqramının icrası mərhələli şəkildə həyata keçirilir.
    Zabuxa ilk köç karvanı avqustun 25-də gəlmişdir. Bu günlərdə isə Zabuxa köçürülmənin ikinci mərhələsində Əlövsət Əliyevin ailəsi də illər ərzində həsrətində olduğu torpağa ayaq basıb. Daha ətraflı »

  • 30Noy
    Ədəbiyyat Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    Aşağıda dərc etdiyimiz məqalə 29 avqust 1989-cu ildə o zaman “Qızıl Bayraq” adı ilə nəşr olunan qəzetimizdə dərc olunmuşdu. Müsahibənin sonunda sevimli sənətkarımız Baba Mahmudoğlu bütün azərbaycanlıların ürəyindəkiləri ifadə edərək bildirmişdir ki, ən böyük arzusu Qarabağ torpağının üstünü almış buludların tezliklə dağılmasıdır. Təəssüf ki, Baba müəllimə və dünyasını dəyişmiş minlərlə soydaşımıza Qarabağın bugünkü xoşbəxt günlərini görmək qismət olmadı. Ruhları şad olsun!

    “Dastan” folklor ansamblı qonağımızdır

    Televiziya və radio verilişləri komitəsinin “Dastan” folklor ansamblı bu günlərdə rayonumuzun əməkçilərinin qonağı olmuşdur. Qəzetimizin əməkdaşı Svetlana Əzizova ansamblın rəhbəri Baba Mahmudoğlu ilə görüşərək, ondan müsahibə almışdır. Həmin müsahibəni oxuculara təqdim edirik.
    –Baba müəllim, istərdik ki, söhbətimizin əvvəlində rəhbərlik etdiyiniz “Dastan” folklor ansamblı haqqında qısaca da olsa məlumat verəsiniz.
    –Məmnuniyyətlə.Bizim “Dastan” folklor ansamblı 1987-ci ildə Azərbaycan KP MK-nın təşəbbüsü ilə təşkil edilib. Ansamblın məqsədi hafizələrdən silinmiş, yaddan çıxmış Azərbaycan xalqının fundamental xalq mahnılarını, təsniflərini, aşıq mahnılarını radionun “qızıl fondu”na yazıb, gələcək nəsillərə çatdırmaqdır. Ağsaqqal, ağbirçəklərlə görüşərək onlardan eşitdiyimiz mahnıları yazır, sonra yenidən işləyib lentə alırıq.
    Ansamblımız gənclərdən ibarətdir. 16 nəfər üzvü var. Mənə elə gəlir ki, ansamblın üzvləri haqqında geniş danışmağa ehtiyac yoxdur. Çünki onları tez-tez radio dalğalarında eşidir, televizorda görürsünüz. Xalidə Yaqublunun, Səfa Qəhrəmanlının adı yəqin Sizə yaxşı tanışdır. Daha ətraflı »

  • 30Noy
    Mədəniyyət Balaca Nihalın böyük uğuru üçün şərhlər bağlıdır

    Nihal Hacıyeva rayonumuzun Səhlabad kəndində yaşayır. Şəhər 1 saylı tam orta məktəbin IV sinif şagirdidir.
    Balaca Nihal öz səsi, səhnə davranışı ilə yalnız tərtərlilərin deyil, onun uğurlarını izləyən hər kəsin qəlbinə yol tapıb, sevilib. Bu günlərdə məktəbli həmyerlimiz hətta paytaxt səhnəsində də çıxış edib və böyük uğur qazanıb. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illk yubileyi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalında Estrada oxuma nominasiyası üzrə çıxış edərək, III yerə layiq görülüb.
    Bakıdan qayıtdıqdan sonra Nihal redaksiyamızın qonağı oldu. Ondan təəssüratlarını soruşduq. O dedi:
    –Festivalda “Ulu Öndər” mahnısını ifa etdim. Mənim üçün bu, böyük fəxr olmaqla yanaşı, adi sözlərlə ifadə olunmayan böyük məsuliyyət idi. Eyni zamanda özümü çox xoşbəxt hiss edirdim. Ona görə ki, xalqımızın Ümummilli Liderinə qəlbimdə olan sevgi və ehtiram sonsuzdur və oxuduğum hər bir kəlmə mənim hisslərimə bürünmüşdü. Səhnədə mən yalnız mahnı oxumadım, həm də Azərbaycan uşaqlarının Heydər Əliyevə olan məhəbbətini nümayiş etdirdim. Daha ətraflı »

  • 30Noy
    Səhiyyə Bunları bilmək maraqlıdır üçün şərhlər bağlıdır

    Varlıların xəstəliyi

    Noyabr ayında bütün dünya Ümumdünya Diabet Gününü qeyd etdi.
    Bəziləri bunu xəstəlik deyil, həyat tərzi adlandırırlar. Ancaq adı “şirin” olan bu xəstəlik insanlara bir çox ağrı-acılar gətirir. Ona görə də diabetə adi xəstəlik kimi baxmaq düzgün deyil.
    Şəkərli diabet xəstəliyinə rayonumuzun sakinləri arasında da çox rast gəlinir. Onun iki növü – birinci və ikinci tip diabet mövcuddur. Bəzən insanlar özləri şəkər xəstəliyinə tutulmalarını heç bilmirlər və bu, təsadüfi yoxlamalar zamanı üzə çıxır.
    Endokrinoloqlar bildirirlər ki, şəkərli diabet genetik xəstəlikdir. Əgər uşaq doğulanda valideynlərin hər ikisi diabetdirsə, uşağa ötürülmə ehtimalı 30-50 faizə qədərdir.
    Ümumiyyətlə isə həkimlər bildirirlər ki, bu xəstəliyin yaranma faktorları içərisində birinci yerdə stress, oturaq həyat tərzi və düzgün qidalanmama dayanır. Bunların ha-mısı həyatımızda olduğu üçün, şəkərli diabet sözünü daha çox eşitməyə başlayırıq.
    Xüsusən valideynlər uşaqların həyat tərzinə və vərdişlərinə daha diqqətli olmalıdırlar. Qida rasionundakı həddindən artıq şirniyyat, müxtəlif keyfiyyətsiz ərzaqlar da orqanizmdə təhlükəli “şirin” xəstəliyin yaranmasına səbəb olur.

    “YENİ TƏRTƏR”

  • 28Noy
    Digər SPECA-nın 25-ci ildönümünə həsr olunmuş Zirvə görüşü üçün şərhlər bağlıdır

    Cari ilin 24 noyabr tarixində Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Görüşdə Prezident İlham Əliyev çıxış edib.

    Dövlət başçısı deyib ki, hazırda Azərbaycan SPECA-ya sədrlik edir. Cari il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. Daha ətraflı »

  • 22Noy
    Digər Kəlbəcər dünyanın ən müasir yaşayış məntəqələrindən birinə çevriləcək üçün şərhlər bağlıdır

    25 noyabr Kəlbəcər şəhəri günüdür. Bu günü kəlbəcərlilərlə yanaşı bütün Azərbaycan xalqı sevinc hissi ilə qeyd edir.

    “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir.

    Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

    Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.

    Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.

    1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Daha ətraflı »

  • 22Noy
    Digər Dostluq münasibətlərinin güclənməsinə töhfə verən səfər üçün şərhlər bağlıdır

    Cari ilin 20 noyabr tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana səfər edib. Onun səfəri ilə əlaqədar Prezident İlham Əliyev mətbuata bəyanat verib.

    Dövlət başçısı bildirib ki, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Cari səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.

    Bildirilib ki, hər iki ölkənin maraqları qarşılıqlı şəkildə müdafiə olunur. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik.

    Diqqətə çatdırılıb ki, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, bu da bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi.

    Faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi. Daha ətraflı »

  • 21Noy
    Digər “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” – Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev üçün şərhlər bağlıdır

    Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

    “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

    Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Daha ətraflı »

  • 21Noy
    Digər Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

    Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

    Ulu Öndər Heydər Əliyevin 91 nəfər ziyalının 16 oktyabr 1992-ci il tarixli müraciətinə cavabında demişdir-“Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

    Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir.

    Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Daha ətraflı »

  • 21Noy
    Digər “HEYDƏR ƏLİYEV İLİ”–2023 üçün şərhlər bağlıdır

    HƏR BİR SAHƏDƏ ARTIM VƏ YÜKSƏLİŞ VAR

    2023-cü il “Heydər Əliyev ili”dir. Ancaq yalnız bu il deyil, yaşadığımız hər il, hər ay, hər gün Ulu Öndəri bizdən uzaqlaşdırmır, daha da yaxınlaşdırır. Ona görə ki, onun Azərbaycana qayıdışı nəticəsində ölkəmiz dünyaya Günəş kimi doğdu. Bir xalq olaraq inkişafımızın yeni mərhələsinə qədəm qoyduq. Çətin günlərimiz arxada qal-dı.
    Ümummilli Liderin ideyalarına sa-diq olan, onun arzularını gerçəkləşdirən Prezident İlham Əliyev Azərbaycanı daha da irəli apardı. Ona görə də bu gün Azərbaycana hansı istiqamətdən baxsaq, inkişaf, tərəqqi qaçılmazdır.
    Ən böyük uğurumuz isə əlbəttə ki, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfər və suverenliyi-mizin, ərazi bütövlüyümüzün tam bərpa olunmasıdır.
    Bu gün Azərbaycanda hər kəs sevinir və hər kəs çalışır ki, qalib bir ölkənin vətəndaşı olaraq öz sahəsində daha yaxşı çalışsın, Azərbaycanın uğurlu inkişafına öz töhfələrini versin.
    Ölkəmizin ümumi inkişafında Tərtər rayonunun da özünəməxsus yeri var. Rayonumuz həm iqtisadi göstəricilər, həm də abadlaşdırma, infrastrukturun yenilənməsi, sosial inkişaf sahəsində inamlı addımlar atır.
    Deyilənlər 2023-cü ilin 9 ayı ərzində rayonda görülmüş işləri əks etdirən rəqəmlərdən də aydın görü-nür. Belə ki, 2023-cü ilin 9 ayı ərzin-də rayonda ümumi məhsul buraxılı-şının həcmi 199 milyon 862.4 min manat olub. 2022-ci ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcmi 3 faiz artıb.
    Kənd təsərrüfatı istehsalı 11.4 faiz artaraq 96 milyon 275 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 5.1 faiz artaraq 706 min manat olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlər 11.9 faiz artaraq 23 milyon 231.5 min manat, ictimai iaşə xidmətləri 12.2 faiz artaraq 3 milyon 320.6 min manat olub. Nəqliyyat sektorunda yük daşınması 18.9 faiz artaraq 250 min ton, sərnişin daşınması 8.7 faiz artaraq 5 milyon 11 min nəfər təşkil etmişdir.
    Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə 9 ay ərzində 163 yeni iş yeri açılmışdır. Həmin yeni iş yerlərinin 40-ı yeni yaradılmış müəssisə və təşkilatlarda, 123-ü mövcud müəssisə və təşkilatlarda açılmış, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı 525 olmuşdur.
    2023-ci ilin 9 ayında rayon üzrə orta aylıq əmək haqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 66 manat və ya 13 faiz artaraq 575.5 manat təşkil etmişdir. Daha ətraflı »