Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Apr
    Sosial TƏRTƏRDƏ 995 YENİ İŞ YERLƏRİ AÇILIB üçün şərhlər bağlıdır

    2017-ci ilin birinci rübü ərzində Tərtər rayonunda 828-i daimi olmaqla 995 yeni iş yerləri açılıb. Daimi iş yerlərinin 10-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 105-i mövcud müəssisə və təşkilatlarda, 264-ü fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 449-u isə fiziki şəxslərdə açılıb. Bundan başqa 167 mövsümi iş yerləri açılıb.
    Son üç ildə Tərtər rayonunda 6903 yeni iş yerləri açılıb ki, ondan 3672-si daimi iş yerləridir.

    Tərtər Rayon Statistika İdarəsi

    Teqlər:

  • 27Apr
    Kənd təsərrüfatı ÇİYİD SƏPİNİ DAVAM EDİR üçün şərhlər bağlıdır

    2017-ci ilin aprel ayının 8-dən Tərtər rayonunda çiyid səpininə başlanılıb. Emal müəssisələri ilə istehsalçılar arasında 3068 hektar sahədə çiyid əkilməsi ilə bağlı müqavilələr bağlanıb. 3068 hektarda şum aparılıb, arat edilib, mala çəkilib. 24 aprel 2017-ci il tarixə 2721,5 hektar sahədə çiyid səpilib. Səpin uğurla davam etdirilir.

    Tərtər Rayon Statistika İdarəsi

    Teqlər:

  • 27Apr
    Sosial Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    “ERMƏNİLƏRİN DAĞITDIĞI EVİMİZİ İLHAM ƏLİYEV
    ƏVVƏLKİNDƏN DƏ YÜKSƏK SƏVİYYƏDƏ YENİDƏN TİKDİRDİ”

    Tərtərlilər ölkə rəhbərinin və Birinci vitse-prezidentin qayğısından razıdırlar

    0103Ötən ilin aprelində qüdrətli ordumuz şanlı tarix yazdı. O zaman Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına layiqli cavab verən Azərbaycan əsgəri əks-həmlə ilə düşmənin başında ildırım kimi çaxdı. Ordumuzun uğurlu döyüş əməliyyatları düşmənin xeyli canlı qüvvə, döyüş texnikası itirməsi ilə nəticələndi. Cəmi bir neçə gün davam edən döyüşlərdə qəhrəman əsgərlərimiz xeyli ərazini, strateji yüksəklikləri işğaldan azad etdilər. Cocuq Mərcanlıdan başlayan, xalqda və orduda böyük ruh yüksəkliyi yaradan, qələbəyə inamı sarsılmaz edən doğma yurd yerlərinə böyük qayıdış məhz uğurlu aprel döyüşlərinin məntiqi davamıdır. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər 23 Aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür üçün şərhlər bağlıdır

    KİTABLARA MÜNASİBƏT NƏ ÜÇÜN DƏYİŞİB?

    2012_08_19_c271b0telefonla-danisan-qizRəsmi məlumatlara görə UNESCO-nun 1995-ci ildə keçirilən 28-ci sessiyasında 23 aprelin Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü elan edilməsi barədə qərar qəbul olunub.
    1997-ci ildən başlayaraq Azərbaycanda bu gün geniş şəkildə qeyd olunur, bununla bağlı silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini bildirmək, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaqdır. Əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanılmasına yönəltmək də bu məqsədi şərtləndirən amillərdəndir. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər Tərtər rayon qəzetinin 83 illiyi münasibəti ilə üçün şərhlər bağlıdır

    TARİXİ YAŞADAN QƏZET

    _909283 il əvvəl aprel ayında ilk nömrəsi işıq üzü görən Tərtər rayon qəzetinin nəşri o dövrün zərurəti idi. Quruluş dəyişmiş, insanların həyat tərzi yenilənmişdir. Belə bir şəraitdə işə münasibətdə də dönüş yaranmalıydı. Buna görə də rayon sakinlərini bir amal uğrunda birləşdirən, qarşıda duran vəzifələri onlara çatdıran, nöqsanların operativ şəkildə aradan qaldırılmasına köməklik göstərən mətbu orqan lazım idi.
    Belə bir orqan ilk nömrəsi 1934-cü ildə çapdan çıxan “Kolxozçuların varlanması uğ-runda” qəzeti oldu. İlk vaxtlar MTS-in (Maşın-Traktor Stansiyasının) siyasi şöbəsinin nəzdində fəaliyyət göstərən bu qəzet sonralar rayon partiya komitəsinin orqanına çevrildi və demək olar ki, bir növ partiya komitəsinin tribunası oldu. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər YOLUNU AZMIŞ JURNALİSTLƏR CƏMİYYƏTİMİZƏ NECƏ GƏLİRLƏR? üçün şərhlər bağlıdır

    046Elə bir dövrün sakinləriyik ki, sərbəst sözümüzü açıq söyləyə bilirik. Lakin görək hər kəs bu fikir azadlığından lazımınca istifadə edirmi? Bu gün abırlı, ismətli, gözəl qələmi ilə tanınmış jurnalistlərin əvəzinə “reket jurnalistlər” xalqa nə söyləyib, nə bildirirlər? Nədən kimisə yalandan tərifləyən və ya kiməsə qara yaxanlar jurnalistikada geniş yayılıb?
    2-3 ilin söhbətidir. Otaqda işlə məşğul idim. Qapı döyüldü. Içəri 32-33 yaşlarında tanıdığım bir kişi gənc bir oğlanla daxil oldu. Qəzetdə elan verməklə bağlı gəldiklərini bildirdilər. Adəti üzrə lazımi sənədləri təqdim etmələrini söylədim. Qarşılığında mənə verdikləri cavabı nəzərinizə çatdırmaq istəyirəm:
    –Əşi, o sənəd olsa daha bura nəyə gəlirik, mən özüm də qəzetdə şöbə müdiri işləyirəm, deyirlər ki, gərək yerli qəzetdə elan verilsin, yoxsa öz qəzetimdə çap etdirərəm. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Kənd təsərrüfatı İLHAM ƏLİYEV: “TOXUMDAN TUTMUŞ HAZIR MƏHSULADƏK AZƏRBAYCANDA İSTEHSAL OLUNMALIDIR” üçün şərhlər bağlıdır

    DSC_8920Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəllərdə olduğu kimi, bu gün də aqrar sahənin inkişafına mühüm önəm verir. Məhz bunun nəticəsidir ki, respublikamızda sosial-iqtisadi inkişafla bağlı aparılan uğurlu siyasət, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin yaradılması sahələrində qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir.
    Hazırda respublikamızda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi prioritet vəzifələrdən hesab olunur.
    Son dövrlərdə ölkə başçısının kənd təsərrüfatında strateji məhsul hesab edilən pambıq əkininin genişləndirilməsi və bu sahənin inkişafı ilə bağlı verdiyi sərəncamlar əməkçilərdə marağın artmasına səbəb olmuşdur. Bu sahənin inkişaf etdirilməsi yeni iş yerlərinin açılması ilə yanaşı, respublikamıza valyuta axınına səbəb olur. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Kənd təsərrüfatı TORPAQDAN HƏYAT BOY ATIR üçün şərhlər bağlıdır

    1469795080_14697862273228118668_1000x669.jpg_2Ölkə Prezidenti İlham Əliyevin qeyri neft sektorunu inkişaf etdirmək barədəki sərəncamı ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da böyük ruh yüksəkliyi ilə yerinə yetirilir. Elə buna görə də hələ ötən ilin payızında rayonun təsərrüfatlarında 6874 hektar sahəyə taxıl, 2645 hektar sahəyə arpa səpilmişdir. Bol məhsul götürmək məqsədilə birinci veketasiya suvarması, gübrə verilməsi bütün təsərrüfatlarda keyfiyyətlə həyata keçirilmişdir.
    Mal-qaranın yem bazasını möhkəmləndirmək, ət, süd istehsalını artırmaq üçün 368,7 hektara yonca toxumu səpilib. Bu işdə bir sıra təsərrüfatlar xüsusilə fərqlənib. Belə ki, Borsunlu və Hacıqərvənd kəndlərinin hər birində 60, Sarovda 20 hektar sahəyə yonca səpilib. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər YAŞAMAQ ÜÇÜN TƏBİƏTİ QORUMALIYIQ üçün şərhlər bağlıdır

    1414171397_tbitTəbiət yaşadığımız canlı aləmdir. Bu aləmin varlığı üçün təbiətin qoynunda daim yaşıllıqlar salmalı, mövcudlarını isə qorumalıyıq. “Dədə Qorqud” filmində deyilən bir ibrətamiz fikir hər birimizin yaddaşına həkk olunmalıdır: “Torpağın vətən olması üçün iki əsas şərt var: biri odur ki, gərək onu qoruyasan, ikincisi isə gərək onu əkib becərəsən. Əgər qoruya bilmirsənsə, əkib becərməyə, əkib becərmirsənsə, qorumağa dəyməz”.
    Yaşadığımız Tərtər rayonu havasına, münbit torpağına, saf, təmiz suyuna görə bir sıra rayonlardan fərqlənir. Ona görə də əkinçinin əlindən torpağa düşən bir toxum dənəsi dərhal cücərir, boy atır, bar verir. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    İdman Bədən tərbiyəsi və İdman Günü münasibəti ilə üçün şərhlər bağlıdır

    TƏRTƏRLİ GƏNCLƏRİN İDMAN NAİLİYYƏTLƏRİ

    05-24.12.15-1Müasir gənclərin milli ruhda və sağlam böyüməsi ilə yanaşı, kiçik yaşlarından uşaqların idmana həvəsləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Bu məqsədlə rayon gənclər və idman idarəsi də bir sıra tədbirlər həyata keçirir. Bunun nəticəsidir ki, idmançılarımız nəinki rayon miqyasında, eləcə də respublika üzrə keçirilən idman yarışlarında Tərtəri layiqincə təmsil edir və qələbə qazanırlar.
    Belə ki, cari ildə idmançılarımız Gənclər Günü münasibəti ilə Mədəniyyət Mərkəzində keçirilən yarışlarda, fevral ayında Bakı İdman Sarayında kikboksinq üzrə XXIII ölkə çempionatında, həmin ay Bakı şəhə-rində boks idman növü üzrə Azərbaycan birinciliyində, yeniyetmələr arasında kikboksinq və boks üzrə ölkə birinciliklərində, “Şahinlər” hərbi idman oyununun rayon mərhələsində yüksək nailiyyətlər əldə etmişlər. Daha ətraflı »

    Teqlər: ,