Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Apr
    Xəbərlər TİKİNTİ İŞLƏRİ İLƏ TANIŞLIQ üçün şərhlər bağlıdır

    w_1614909620783623249822_1000x669w_1614909620782857047841_1000x669Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə tanış olub.
    Baş nazirin müavini Əli Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, Tərtər rayonunda 25 hektar sahədə inşa edilən yaşayış məhəlləsi bu günədək tikilmiş 95 qəsəbə içərisində ən böyük qəsəbələrdən biridir. Yaşayış məhəlləsində orta məktəb binası, uşaq bağçası və musiqi məktəbi yeni layihə əsasında inşa edilir. Orta məktəbdə 700 yerlik akt zalı, 400 yerlik yeməkxana yaradılacaq. Tikintidə əsasən məcburi köçkünlər olmaqla 2 minə yaxın işçi çalışır. Daha ətraflı »

    Teqlər:

  • 12Apr
    Xəbərlər ƏLİLLƏRƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ FƏRDİ YAŞAYIŞ EVLƏRİ VERİLİB üçün şərhlər bağlıdır

    Изображение 161Изображение 202Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda inşa etdirilmiş 5 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
    Bu münasibətlə keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 12Apr
    Xəbərlər AZƏRBAYCANLILARIN SOYQIRIMI QURBANLARINI YAD ETDİLƏR üçün şərhlər bağlıdır

    Изображение 338Изображение 345Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilib. Əvvəlcə rayon məktəblilərinin rəsm işlərindən ibarət sərgiyə baxılıb. Sonra Tərtər “Cümə” Məscidinin axundu Sadiq Cəfərov soyqırım qurbanlarının ruhuna dua oxuyub. Onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış edib və soyqırımla bağlı ətraflı məlumat verib.
    Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, YAP rayon təşkilatının baş məsləhətçisi Eldar Əsədov, şəhər 5 saylı tam orta məktəbin ikinci sinif şagirdi Aysel Əliyeva çıxış ediblər. Sonra tədbir iştirakçıları şəhidlərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 12Apr
    Digər APREL HADİSƏLƏRİNİN İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN ORDUSUNUN ZƏFƏR YÜRÜŞÜ

    1465891868_etatistLeletepeÖtən ilin aprelində ayın 1-dən 2-nə keçən gecə və bundan sonrakı günlər ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qaldı. Bunun nəticəsində əsgərlərimizlə yanaşı mülki əhali arasında da ölən və yaralananlar oldu, yaşayış məntəqələrinə ciddi ziyan dəydi.
    Təxribatın qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində əks hücum tədbirləri həyata keçirildi. Nəticədə erməni silahlı birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad edildi. Daha ətraflı »

    Teqlər:

  • 12Apr
    Digər “İGİD ÖLƏR ADI QALAR” üçün şərhlər bağlıdır

    212121evСамид_ИмановAtəşkəsdən bəri heç də dinc dayanmayan erməni silahlı dəstələri, zaman-zaman təxribata əl ataraq cəbhəyanı kənd və qəsəbələrə, dinc sakinlərə tez-tez atəş açır, onları qətlə yetirir, yaralayır və ya əlil edir, evləri iriçaplı silahlarla yararsız hala salırdılar. Hətta bu səpkidə çirkin əməlləri o yerə çatdırdılar ki, uşaq oyuncağının içərisinə partlayıcı qurğu yerləşdirib su vasitəsilə Azərbaycan ərazisinə axıtdılar, bu riyakarlıqdan xəbərsiz olan kiçik yaşlı Tovuz sakini bu oyuncağı tapıb oynayarkən qurğu partladı və qızcığaz faciəli şəkildə həlak oldu.
    Həmçinin, 8 Mart Qadınlar bayramı günündə erməni snayperçısi namərdcəsinə atəş açaraq öz həyətlərində azyaşlı Ağdam sakini Farizi şəhid etdi və erməni qəddarlıqlarını bütün dünyaya bir daha sərgiləmiş oldu.
    Bütün bu cinayətlərin qarşısında rəşadətli Ordumuz səbr edərək atəşkəsə ciddi riayət edir, “bəlkə ağılları başlarına gələr” – deyə, münaqişəni sülh yolu ilə həll etməyə çalışırdılar. Daha ətraflı »

    Teqlər:

  • 12Apr
    Xəbərlər “RƏŞADƏTLİ AZƏRBAYCAN ORDUSU” MÖVZUSUNDA İNŞA YAZI MÜSABİQƏSİ üçün şərhlər bağlıdır

    IMG_5657Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə YAP Tərtər Rayon Təşkilatı təhsil şöbəsi ilə birgə rayonun ümumtəhsil məktəblərinin doqquzuncu sinif şagirdləri arasında ötən ilin 4 günlük aprel savaşında Azərbaycan Ordusunun mənfur erməni qəsbkarlarının törətdikləri fitnəkarlığa qarşı vuruşaraq əldə etdiyi tarixi qələbənin ildönümünə həsr olunmuş “Rəşadətli Azərbaycan Ordusu” mövzusunda inşa-yazı müsabiqəsi keçirdi.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətinin bu gün möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, bu gün Azərbaycan Ordusunun təkcə regionda deyil, uzun tarixə malik dövlətlərin orduları arasında da qabaqcıl yerlərdən birinə sahib olmasından, ordumuzun hər an düşmən tapdaqları altında olan torpaqlarımızın azadlığı uğrunda aparılacaq mübarizəyə hazır olmalarından danışdılar. Daha ətraflı »

    Teqlər:

  • 12Apr
    Digər 2 APREL 1993-cü il KƏLBƏCƏRİN İŞĞALI GÜNÜDÜR üçün şərhlər bağlıdır

    “KAŞ YUXULARIM ÇİN OLA!”

    9e3d79ab19730ef2eecf42c20d4a62a3DSC_8684Azərbaycanın əsrarəngiz gözəlliklər diyarı olan rayonlarından biri də uca dağlar qoynynda qərar tutan Kəlbəcərdir. Son bir neçə ildir ki, aprel ayı başlayanda böyük ürək ağrısı ilə həmin işğal tarixini qeyd edirik.
    Yaşı səksəni haqlamış, üz-gözündən nuranilik yağan Xublar nənə və oğlu Əsgər Hüseynovla üz-üzə oturub söhbət edirik. Xublar nənəgilin ailəsi Kəlbəcərin Sarıdaş kəndindəndi.
    Sarıdaşın tarixi çox qədimdi, bu kənddə yaşayan insanların hamısı uzunömürlüdürlər. Xublar nənə deyir ki, bir də eşitdik ki, ermənilər Kəlbəcərə giriblər. 9 nəfər ailə üzvlərimizlə hər şeyimizi qoyub Murov dağına qədər piyada gəldik. Murov yolunda maşın, insan əlindən yerimək olmurdu… Daha ətraflı »

    Teqlər:

  • 12Apr
    Kənd təsərrüfatı Kənd təsərrüfatı üçün şərhlər bağlıdır

    AQRAR YÜKSƏLİŞ ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN ƏSAS ŞƏRTLƏRİNDƏN BİRİDİR

    images588-heyvandarliin-nkafina-hsredlm-zona-mavrlr-kerlckdrSon illər kənd təsərrüfatının müxtəlif sahələrində həyata keçirilən islahatlar bu sahədə çalışan insanların zəhmətinin səmərəliliyinin artırılmasına, eləcə də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə təkan vermişdir. Tərtər rayonunda da aqrar sektorda işlər günü-gündən inkişaf edir. Nəticədə istehsal olunan məhsullar nəinki rayonda, eləcə də paytaxt bazarlarında həvəslə alınır. Hazırda tərtərli sahibkarlar xarici bazarlara məhsul çıxarmaq üçün yeni layihələr hazırlayır, bu məqsədlə əkin sahələrini genişləndirirlər.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqlar rayonumuzda uğurla icra edilir. Hazırda pambıqçılıq, baramaçılıq və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilir, bu sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır. Daha ətraflı »

    Teqlər:

  • 12Apr
    Səhiyyə Ümumdünya Sağlamlıq Günü üçün şərhlər bağlıdır

    İSLAHATLAR ÖZ SƏMƏRƏSİNİ VERİR

    1477199708_481887Ümumdünya Səhiyyə Təşkilatı-Səhiyyə Təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir.
    1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minmişdir (həmin gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir.
    Üzv dövlətlərin sayı 190-dır. Ümumdünya Sağlamlıq Təşkilatının əsas məqsədi “bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır”.
    Dərin təfəkkürə malik olan Ümummilli Liderimiz Heydər Əliyev 1995-1996-cı illərdən etibarən bütün sahələri əhatə edən əsaslı islahatların aparılmasına göstəriş verdi. Daha doğrusu, müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq ölkədə köklü islahatların aparılması zərurəti yaranmışdır. Bu üsul Azərbaycan üçün yeni olsa da, Heydər Əliyevin düzgün siyasi kursu ölkəmizə uğur gətirdi. Daha ətraflı »

    Teqlər:

  • 12Apr
    Digər NAĞILLI NƏNƏLƏR NİYƏ AZALIB? üçün şərhlər bağlıdır

    17626180_901717119969914_2027078651714427521_nYəqin oxucularımızın əksəriyyəti cavab verəcək ki, indi onları cizgi filmləri əvəz edib. Uşaq hələ dil açmamış, başlayır bu filmlərin təsiri altında böyüməyə. Bəzən mentalitetimizə uyğun gəlməyən belə tərbiyə vasitəsi körpələrin çox kövrək psixologiyasına öz dağıdıcı təsirini göstərir.
    Sonra başlayırıq təəccüblənməyə: “Axı, bu uşaq niyə belə əsəbidir?” Əlbəttə, dövr, zaman dəyişib və bəzən cizgi filmləri də uşaqlara müsbət vərdişləri aşılayır. Amma bu o zaman olur ki, televiziya qarşısında oturmaq balacalardan ötrü adət halına çevrilməsin.
    Bəs nənələr? Onlar unudulubmu? Əlbəttə, yox. Nənələr bütün dövrlərdə olduğu kimi yenə də nəvələrdən ötrü sirli-sehirli dünyadır. Onlar nə qədər qayğılı olsalar da, nəvələrin saysız-hesabsız suallarına cavab verməyə həmişə hazırdılar. Nənələrin nağılları da tükənməyib. Təki onları yada salan, dinləyən və sevən olsun!

    Svetlana Bağırova

    Teqlər: