Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Dek
    Xəbərlər TƏRTƏR ŞƏHƏRİNDƏ ÇOXMƏNZİLLİ BİNALARIN ƏSASLI TƏMİRİNƏ 3 MİLYON MANAT AYRILIB üçün şərhlər bağlıdır

    Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da “Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
    Tərtərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 24 çoxmənzilli bi-nanın əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

    Teqlər:

  • 27Dek
    Digər ÜMUMRUSİYA AZƏRBAYCANLILARI KONQRESİNİN ÜZVLƏRİNƏ üçün şərhlər bağlıdır

    Əziz həmvətənlər, sevimli dostlar!
    Bilirik ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaranmış bu konqres fəaliyyət göstərdiyi müddətdə Rusiyada yaşayan azərbaycanlıları bir yerə toplayaraq, bu iki ölkə arasında siyasi, mədəni, ticarət və digər əlaqələrin inkişafında mühüm rol oynayır. Eyni zamanda, vətəndən kənarda yaşayan və daim ürəyi vətənlə döyünən hər bir azərbaycanlı milli adət-ənənələrimizin qorunub saxlanmasına, hazırda Rusiyada böyüyən gənc azərbaycanlılar arasında geniş təbliğinə səy göstərir.
    Sizin vasitənizlə rusiyalılar və burada yaşayan çoxsaylı millətlərin nümayəndələri Azərbaycanı görür, tanıyır və sevirlər. Bütün bunlara görə biz sizlərlə fəxr edir, fəaliyyətinizdən qürur duyuruq.
    Bayramqabağı günlərdə Azərbaycanın dilbər guşəsi olan və uzun illərdir ki, cəbhə bölgəsinə çevrilən Tərtər rayonundan sizlərə öz səmimi salamlarımızı çatdırırıq. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Xəbərlər RAYONUMUZDA YENİ OBYEKTLƏR İSTİFADƏYƏ VERİLDİ üçün şərhlər bağlıdır

    Rayonumuz günü-gündən böyüyür, inkişaf edir və gözəlləşir. Yeni, yaraşıqlı binalar, müxtəlif obyektlər tikilib istifadəyə verilir. Yeni Azərbaycan Partiyası (YAP) Tərtər Rayon Təşkilatının yeni inzibati binası, 100 yerlik körpələr evi-uşaq bağçası, Sarıcalı kəndində Tərtər çayı üzərindən salınmış yeni körpü, Uşaq-Gənclər Şahmat Məktəbi bu qəbildəndir.
    Yeni inşa olunmuş bu obyektlərin açılışlarında möhtərəm Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.

    Teqlər:

  • 27Dek
    Xəbərlər YAP TƏRTƏR RAYON TƏŞKİLATININ BİNASI üçün şərhlər bağlıdır

    03Binanın inşasına 2014-cü ildə başlanıb və işlər 2016-cı ilin avqustunda başa çatıb. Bina ikimərtəbəli olmaqla 9 otaqdan ibarətdir. Ümumi sahəsi 510 kvadratmetrdir. Burada 50 yerlik geniş iclas zalı, iş və texniki otaqlar vardır. Binanın içərisi müasir avadanlıqlarla təchiz olunub. Burada istilik sistemi də müasir standartlara cavab verən qaydada tənzimlənib. Bir sözlə YAP Tərtər Rayon Təşkilatının yeni binasında işçilər üçün hər cür normal şərait yaradılıb. Giriş qapısından başlayaraq binanın içi mərmərlə tam döşənib. İçəri daxil olan hər kəs bu gözəllikdən zövq alır.

    Teqlər:

  • 27Dek
    Xəbərlər 100 YERLİK KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI üçün şərhlər bağlıdır

    05Şəhərimizin görkəminə xüsusi yaraşıq verən yeni binalardan biri də 100 yerlik körpələr evi-uşaq bağçasıdır. Müasir üslubda inşa edilən ikimərtəbəli bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. Binanın ümumi sahəsi 1200 kvadratmetrdir. İçərisində Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bu körpələr evi-uşaq bağçasında 31 nəfər Tərtər sakini daimi işlə təmin ediləcəkdir.
    Binada uşaqlar üçün 4 oyun və 4 yataq otaqları, mətbəx, tibb otağı, akt zalı, metodiki, kompüter və digər texniki otaqlar var. Binanın həyətində uşaqların mənalı istirahəti üçün lazımi şərait yaradılıb.

    Teqlər:

  • 27Dek
    Xəbərlər UŞAQ GƏNCLƏR ŞAHMAT MƏKTƏBİ üçün şərhlər bağlıdır

    10Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bir sıra bölgələrində yeni, müasir standartlara cavab verən şahmat məktəbləri inşa olunur. Tərtər rayonunda da yeni uşaq-gənclər şahmat məktəbi istifadəyə verilib.
    Ümumu sahəsi 1300 kvadratmetr olan üçmərtəbəli binada inzibati otaqlar, kabinetlər, oyun və iclas zalları var. Məktəbdə yaradılan 8 sinif otağı lazımı avadanlıqlarla təchiz edilib.

    Teqlər:

  • 27Dek
    Xəbərlər TƏRTƏR ÇAYI ÜZƏRİNDƏ KÖRPÜ üçün şərhlər bağlıdır

    cay-7Tərtər çayı üzərində salınan Sarıcalı və Zolgörən kəndləri arasında inşa edilən körpü 11 yaşayış məntəqəsinin 25 mindən çox sakininin mənzil başına rahat çatması üçün əlverişli şərait yaradıb. Üçaşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çayın məcrasından hündürlüyü isə 15 metrdi. İkizolaqlı körpünün hərəkət hissəsinin eni 8,5 metrdi. Piyadaların körpüdən rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə hər iki istiqamət üzrə 1,75 metr enində səkilər tikilib. Tərtər çayının sağ və sol sahilində yaşayan insanlar yeni körpünün salınmasına görə ölkə Prezidentinə və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirirlər.

    Teqlər:

  • 27Dek
    Xəbərlər KƏND TƏSƏRRÜFATI İDARƏSİ üçün şərhlər bağlıdır

    buYeni inşa olunan binalardan biri də Tərtər Rayon Kənd Təsərrüfatı İdarəsinin binasıdır. Bu möhtəşəm bina Tərtər–Bərdə magistral yolunun sağında yaşıllıqlar qoynunda salınıb. Bina ikimərtəbədən və mansartdan ibarətdir. Fasad hissəsinin aqlay daşı ilə üzlənməsi binanın görkəmini daha da gözəlləşdirir. Yeni bina 28 otaqdan ibarətdir. Hər mərtəbədə iki ədəd sanitar qovşağı var.
    Yanğından mühafizə məqsədi ilə binanın həyətində su hovuzu, otaqları su ilə təmin etmək üçün daha bir hovuz və kanalizasiya xəttinə qoşulmuş şanbo (quyusu var)
    Binada bitki mühafizə idarəsi, toxum müfəttişliyi, texniki nəzarət müfəttişliyi, baytarlıq diaqnostika laboratoriyası yerləşir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27Dek
    Səhiyyə QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-011%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-005Səhiyyə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilib. Aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər könüllü olaraq iştirak ediblər.
    Aksiyada 200-ə yaxın insan qan verib

    Teqlər:

  • 27Dek
    Mədəniyyət NƏĞMƏLİ QONAQLAR TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-010%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-023Əsaslı təmirdən sonra yeni istifadəyə verilmiş Tərtər Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Əməkdar artistləri Gülüstan Əliyeva və Teyyub Aslanın iştirakı ilə “Ey Vətən” adlı konsert oldu.
    Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Tərtərdə gedən sosial-iqtisadi inkişafdan danışdı. Sonra incəsənət ustalarına öz təşəkkürünü bildirdi və tədbir iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibəti ilə təbrik etdi. Daha ətraflı »

    Teqlər: