Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Yan
    Digər VƏTƏNDƏ GÖRÜŞLƏR üçün şərhlər bağlıdır

    img-20161231-wa0037img-20170101-wa0019Ümumrusiya Azərbaycanlıları Konqresinin Saxalin Regional Bölməsinin sədri, qubernatorun millətlərarası münasibətlər üzrə köməkçisi Nazir Hətəmov 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Gününü doğma kəndi Qaradağlıda qeyd edib. Həmin gün Nazir Hətəmov, onun dostları Fəxrəddin Alıyev və Elman İlyasov, anası Fatma xanım, qohumları Fitat Əliyeva, Saday Mehdiyev və Hümbət Ələsgərov, “Yeni Tərtər” qəzeti baş redaktorunun müavini Svetlana Bağırova Qaradağlı və Qapanlı kəndlərinin birgə qəbiristanlığını ziyarət edib, buradakı şəhid məzarları önündə dualar oxuyublar.
    Sonra onlar erməni əsirliyində olan Qapanlı kənd sakini Şahbaz Quliyevin anasını ziyarət ediblər. Belə əziz gündə onu yad etdiklərinə görə Sənəm ana qonaqlara təşəkkürünü bildirib.
    Həmin gün Nazir Hətəmov sevimli müəllimi, Qaradağlı və Qapanlı kəndlərinin bir neçə nəsl gənclərinin formalaşmasında böyük zəhməti olan Famil Quliyevlə də görüşüb, 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə onu təbrik edib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 09Yan
    Digər MÜHARİBƏ VETERANI “VƏTƏN NAMİNƏ” MEDALI İLƏ TƏLTİF OLUNUB üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-27Torpaqlarımızın bütövlüyü uğrunda sağlamlıqlarını itirib əlil olan igidlər dövlətimiz tərəfindən yaddan çıxmır, onların fəaliyyəti daim yüksək qiymətləndirilir. Belə insanlardan biri də əslən rayonumuzun Qaradağlı kəndindən olan Qalalı Hüseynovdur. O, ali təhsillidir. 1993-cü ildə könüllü olaraq Tərtər Özünümüdafiə Batolyonuna yazılıb. Zabit kimi I bölüyün komandiri təyin olunub. Bir sıra ağır döyüşlərdə mərdliklə vuruşub. Dəfələrlə yaralanıb. 1995-ci ildə ordudan tərxis olunub.
    Qalalı Hüseynov barədə qəzetimizin 11 noyabr 2015-ci il tarixli nömrəsində ətraflı yazı dərc olunub.
    Yuxarıda vətən, torpaq uğrunda canlarını fəda etmiş insanların dövlət tərəfindən daim yüksək qiymətləndirilməsini qeyd etdik. Bu, həm də gənc nəslin vətənpərvərlik hissinin gücləndirilməsinə müsbət təsir edir. Qalalı Hüseynovun 3 övladı iki qızı və 1 oğlu var, hər üçü ali təhsillidir. Oğlu 6 aydan çoxdur ki, “N” saylı hərbi hissədə qulluq edir. Torpaqlarımızın keşiyində mərdliklə dayanır. Daha ətraflı »

  • 09Yan
    Kənd təsərrüfatı Kənd təsərrüfatının inkişafı prioritet məsələdir üçün şərhlər bağlıdır

    wp_001538-1dsc_6444-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8cRespublikamız müstəqillik əldə etdikdən sonra kənd təsərrüfatı geniş inkişaf etməkdədir. Torpaqlarımızın paylanması bu inkişafı daha da sürətləndirdi. Başqa sahələrlə bərabər dənli taxıl bitkilərinin də kənd təsərrüfatında əvəzolunmaz rolu vardır. Son illərdə Dünya inkişaf Bankının Azərbaycanın kənd təsərrüfatına qoyduğu investisiyalar nəticəsində taxılçılığın inkişaf etdirilməsinə əlverişli şərait yaranmışdır. Taxılçılığın inkişaf etdirilməsi üçün dənli taxıl bitkilərinin yeni, intensiv tipli sortların yaradılması da əsas amillərdən biridir.
    Bu işdə seleksiya və seleksiyaçıların əvəzedilməz rolu vardır.
    Seleksiya yeni heyvan və bitki növlərinin yaradılaraq kənd təsərrüfatına tətbiqini həyata keçirir. Seleksiya bitki və heyvanların genetik tərkibini insanların tələbatına uyğun dəyişmək üçün inkişaf istiqamətlərini hazırlayır. Bu proses təbiətdə növlərinin təkamülü kimi eyni qanunlara tabe olan təkamül formasıdır, lakin təbii seçmə qismən süni seçim ilə əvəz olunur. Seleksiya dünya əhalisinin qida təminatında mühüm rol oynayır.
    Yeni məhsuldar bitki növlərinin və heyvan cinslərinin yaradılması kənd təsərrüfatında və sənayedə istehsalın artmasını və inkişafını təmin edən əsas faktorlara çevrilmişdir. Məsələn, yatmaya davamlı sortların yaradılması, texniki yığıma uyğunlaşmış pomidor sortları, istixanalarda yetişdirilmək üçün yaradılmış meyvə və tərəvəz sortları kənd təsərrüfatının mexanikləşdirilməsi üçün böyük rol oynayır. Daha ətraflı »

    Teqlər:

  • 09Yan
    Kənd təsərrüfatı RAYONUN TƏSƏRRÜFATLARINDA QIŞ BECƏRMƏ İŞLƏRİ üçün şərhlər bağlıdır

    2013_8r_2_largeget_imgRespublika Prezidenti cənab İlham Əliyevin ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi mühüm vəzifələrdən biri kimi müəyyən edilmişdir. Kənd təsərrüfatının digər sahələri ilə yanaşı ölkə iqtisadiyyatını yüksəltmək üçün pambıqçılıq, fındıqçılıq və ipəkçilik sahələrinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir.
    İpəkçilik sahəsini inkişaf etdirmək üçün Çin Xalq Respublikasından gətirilən tinglərin digər bölgələrdə olduğu kimi Tərtər rayonunda da 30 min tut tingi ödənişsiz olaraq istehsalçılara paylanaraq əkilmişdir. İsmayılbəyli inzibatı ərazi dairəsində 17000 ədəd, Yuxarı Qapanlı ərazisində 3000 ədəd, Qaraağacı ərazisində 3500 ədəd, İrəvanlı ərazisində 1000 ədəd, Əksipara ərazisində 1000 ədəd, Buruc ərazisində 500 ədəd, Bölgə Təcrübə Stansiyasında 4000 ədəd çəkil tingi əkilmişdir.
    Bundan əlavə 1357 ədəd yerli tut tingi Bərdə Meşə Mühafizəsi və Bərpası müəssisəsindən gətirilərək təsərrüfatlarda fermerlərə paylanmışdır.
    Tərtər rayonunda 2016-cı ildə 1035 hektar sahədə pambıq bitkisi aqrotexniki qaydada əkilib-becərilmiş. 2 milyon 321 min 326 kq məhsul yığılmışdır. 2017-ci ildə rayon ərazisində 3000 hektar sahədə pambıq əkilməsi proqnozlaşdırılmışdır. Bu da insanların maddi rifahının yaxşılaşdırılması və yeni iş yerlərinin yaranması deməkdir. Daha ətraflı »

    Teqlər:

  • 09Yan
    Kənd təsərrüfatı Baramaçılıq gəlirli sahədir üçün şərhlər bağlıdır

    ÇƏKİL TİNGLƏRİ ƏKİLİR

    dsc_1890092Ölkə Prezidenti İlham Əliyevin baramaçılığın inkişaf etdirməsi haqqında tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə ciddi cəhd göstərən bizim Seydimli kəndinin fermerləri, torpaq mülkiyyətçiləri və baramaçılıqla məşğul olan sakinləri bu sahəni inkişaf etdirmək məqsədilə Çindən gətirilən çəkil tinglərinin əkinini mütəşəkkil qaydada başa çatdırmışlar.
    Kəndimizdə Nüşabə Bəxşəliyevanı hamı təcrübəli kümçü kimi tanıyır. O, Sovet dönəmində ailə üzvləri ilə birlikdə hər il 2-3 qutu barama qurdu becərərək dövlətə nəzərdə tutulandan xeyli çox məhsul təhvil verərdi. Baramaçılığa yenidən diqqət ayrılması Baxşəliyevlər ailəsini də ürəkdən sevindirib. Elə buna görə də bölgü əsasında kəndə verilən çəkil tinglərinin 100 ədədini öz həyətyanı torpaq sahəsində əkiblər.
    Çəkil tinglərinin qalanını isə torpaq mülkiyətçisi Ədalət İsayev və fermer Mehman Əhmədov əkib.
    Əkilən çəkil tinglərinin hamısı əvvəlcədən dərin şumlanmış sahələrə basdırılmış, əkin zamanı aqrotexniki qaydalara əməl olunmuşdur. Əkilən ting sahələrində dərhal suvarma aparılmışdır. Daha ətraflı »

    Teqlər:

  • 09Yan
    Səhiyyə QRİP üçün şərhlər bağlıdır

    photo_25308Qrip–müxtəlif tip viruslar tərəfindən törədilən, əsasən ümumi intoksikasiya, əlamətləri, qısa qızdırma dövrü və yuxarı tənəffüz yollarının kəskin iltihabı ilə gedən xəstəlikdir. Xəstəliyin mənbəyi qripə yoluxmuş şəxslərdir.
    Xüsusilə xəstəliyin ilk günləri tənəffüz yollarının seliyi ilə çoxlu virus öskürək, asqıraq və danışıq zamanı 1,5-2 m, məsafəyə yayılaraq sağlam şəxsləri asanlıqla yoluxdurur. Xəstəliyin sürətlə yayılması virusun hava-damcı yolu ilə asan keçməsi və orqanizmin qrip infeksiyasına qarşı yüksək dərəcədə həssaslığı ilə izah etmək olar.
    Qripin gizli dövrü bir neçə saatdan 3 günə qədər çəkə bilər. Xəstəlikdə əsasən 2 sindrom intoksikasıya və tənəffüs yollarının iltihabı əsas yer tutur. Xəstəlik qəflətən başlayır. Güclü titrətmə, ya üşütmədən sonra dərhal temperatur yüksək dərəcəyə qalxır. İlk saatlarda şiddətli baş ağrısı, zəiflik, halsızlıq, əzələlərdə, sümüklərdə və iri oynaqlarda sızıltılı ağrı əmələ gəlir. Xəstələnəndə baş gicəllənmə, bəzən bayılma halları, qusma, iştahsızlıq, ağızda quruluq, yanğı əmələ gəlir. Hemorargik əlamətlər–burun qanaxması, diş ətindən qanaxma qeyd edilir. İlk günlərdən xəstədə burun tənəffüsünün çətinləşməsi olur, boğazı quruyur, qaşınır, quru öskürək, döşün arxasında göynəmə, ağrı əmələ gəlir. Daha ətraflı »

    Teqlər:

  • 09Yan
    Səhiyyə İnsanın sağlamlığı onun xoşbəxtliyidir üçün şərhlər bağlıdır

    ÜMUMDÜNYA QİÇS-lə MÜBARİZƏ GÜNÜ

    44001XX əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS–Qazanıl- mış İmmun Çatışmazlığı Sindromudur. Adından da göründüyü kimi, QİÇS in-sanla doğulan, insana xas xəstəliklərdən deyil. O, insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, əldə etdiyi, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik–bütün bunlar QİÇS-in yaranmasında və yayılmasında mühüm rol oynayır.
    Bir sıra Avropa ölkəsində bu xəstəliyə mübtəla olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin onlara münasibətini dəyişdirmək üçün müxtəlif vasitələrdən istifadə edilir, həmin mərəzə tutulanlara tibbi, maddi və digər yardımlar göstərilir. Ancaq bu xeyirxah səylər bəzən lazımi effekti vermir. Belə ki, cəmiyyətin özündən gələn müxtəlif paradokslar da baş verir. Bu yaxınlarda aparılan araşdırmalar maraqlı bir faktı ortaya çıxardı: bir çox QİÇS daşıyıcısı özünü bilərəkdən belə bir mərəzə yoluxdurur ki, maddi vəziyyətini “düzəldə” bilsin. Özü də belə “xəstələr”in sayı o qədər də az deyil. Gördüyünüz kimi, cəmiyyətin atdığı müsbət addımlar bəzən nə ilə nəticələnə bilir…
    Son məlumatlara görə, yer üzündə 40 milyona yaxın insan bu virusun daşıyıcısıdır. Dünyada mentalitetdən və digər səbəblərdən gizlədilən belə faktların kifayət qədər olduğunu da nəzərə alsaq, bütün bu məlumatların həqiqəti hələ tam əks etdirmədiyi ortaya çıxır. Qloballaşan dünyada getdikcə güclənən miqrasiya prosesləri də epidemiyanın sürətlə yayılmasına rəvac verir. Daha ətraflı »

    Teqlər:

  • 09Yan
    Digər ZEYTUN üçün şərhlər bağlıdır

    zeytunZeytun bitkisini meyvəsinə görə becərirlər. Zeytun meyvələri müxtəlif məqsədlər üçün istifadə olunur. Meyvələrinin tərkibində 30-35% yağ vardır.
    Dünya miqyasında geniş sürətdə işlədilən və bir çox xalqların yemək üçün işlətdiyi məhsullar arasında əsas yer tutan provan yağı zeytunun meyvələrindən alınır.
    Bütün bitki yağları içərisində zeytun yağı öz keyfiyyətinə və dadına görə birinci yer tutur. Yağ çıxarmaqdan əlavə zeytun meyvələrindən yüksək keyfiyyətli və dadlı şoraba hazırlanır ki, bu da çox geniş surətdə istifadə olunur.
    Həmişəyaşıl, gümüşü yarpağı və hündür boyu olan zeytun ağaclarından bəzək bağçılığında, küçələrin yaşıllaşdırılmasında, park və meşə zolaqları salınmasında istifadə olunur. Zeytun bitkisinin bütün bu müsbət xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan Respublikasının rəhbərliyi bu bitkinin geniş surətdə becərilməsi haqqında xüsusi tapşırıqlar vermişdir.
    Azərbaycanda zeytun bitkisi çox qədim zamanlardan becərilir. Qədim yunan alimi Strabon hələ bizim eradan əvvəl yazdığı əsərində Azərbaycandan danışarkən burada zeytun ağacının becərildiyini qeyd etmişdir. VII əsr tarixçilərindən Moisey Kaqan Katvatsi göstərir ki, Azərbaycanın Kür və Araz çayları ətrafı rayonlarında külli miqdarda zeytun ağacı becərilirmiş. Daha ətraflı »

    Teqlər:

  • 09Yan
    Digər POEZİYA üçün şərhlər bağlıdır

    0115pen_and_paper-290x270DÜNYA

    Deyəsən işlərin çəminə düşmür,
    Bir təhər dəyirsən gözümə, dünya.
    Mənə de sirrini, sirdaşın olum,
    Gəl səni öyrədim ozümə, dünya.
    ***
    Pisin pisliyindən yorulacaqdı,
    Axıb bu suların durulacaqdı.
    O mizan-tərəzin qurulacaqdı,
    Bir az səbrin olsun, bezimə dunya.
    ***
    İstəyir gözünnən məni itir sən,
    İstəyir sözünü geri götür sən.
    O vədə dedim ki, məhvə gedirsən,
    Niyə kül üfürdün üzümə dünya.
    ***
    Axırdan əvvələ bir də dönüm var,
    Hayana qovlasan, bil ki, yönüm var.
    Hələ taleyimlə savaş günüm var,
    Hələ güvənirəm dizimə, dünya. Daha ətraflı »

    Teqlər:

  • 09Yan
    Digər İKİ REPLİKA üçün şərhlər bağlıdır

    FƏRQLİ MÜNASİBƏT

    %d0%bd%d0%be%d0%b2%d1%8b%d0%b9-1%d0%bd%d0%be%d0%b2%d1%8b%d0%b9-12DSMF rayon şöbəsində

    – Mənə ünvanlı sosial yardım düşürmü?
    –Yox, düşmür, çünki sənin eşşəyin var.
    Bax, əsl yardım bu kişiyə düşür. Çünki onun “Mersedes”i var.

    Teqlər: