Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek
    Digər HEYDƏR ƏLİYEV – AZƏRBAYCANIN XİLASKARI üçün şərhlər bağlıdır

    photo_33749Mən bizim qəhrəman Tərtərin qoynunda doğulan insanam. Bu yurdun–doğma Azərbaycanın 90 yaşlı vətəndaşıyam. Fəxr edirəm ki, məhz bu torpağın övladıyam. Azərbaycanlı olmağımla qürurlanıram. Bir də qürurlanıram ki, mənim ölkəmin Ulu Öndər Heydər Əliyev kimi bir rəhbəri olub. Onun ideyaları dünən də Azərbaycanı yaşadırdı, bu gün də yaşadır, sabah da yaşadacaq.
    Yaxın günlərdə dahi rəhbərin anım günü idi. O, elə bir şəxsiyyətdir ki, hər an anılır. Nə qədər ki, Azərbaycan var Heydər Əliyev də yaşayacaqdır. Onun yeri ürəklərdədir. İdeyaları ruhumuza hopub, söylədikləri yaddaşlarda saxlanılır və bu günkü fəaliyyətimizin aparıcı qüvvəsi hesab olunur. Allah Ulu Öndərimizə rəhmət eləsin ki, bu xalqa özü qədər inan-dığı İlham Əliyev kimi bir varis qoyub getdi. Onun sayəsində bütün Azərbaycan inkişaf edir.
    Yaşadığımız Tərtər rayonunun hər yerdə valehedici bir mənzərənin şahidi oluruq. Mən təqauddə olan bir adamam. Evdə darıxan zaman çıxıb şəhərimizi bir-iki saat gəzirəm. Aparılmış abadlıq işlərini görəndə ruhum təzələnir, sanki cavanlaşıram. Sözsüz ki, rayon rəhbərliyi camaatın güzəranının daha da firəvan olması üçün əlindən gələni edir. Bütün görülmüş işlərin başında Heydər Əliyevin ideyaları dayanır. Həqiqətən də Azərbaycan Ulu Öndərin şah əsəridir. Bu əsər Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva tərəfindən daha da zənginləşdirilir. Daha ətraflı »

    Teqlər:

  • 16Dek
    Digər QÜDRƏTLİ DÖVLƏT BAŞÇISI, FƏDAKAR İNSAN üçün şərhlər bağlıdır

    07052013Dünyasını dəyişdikdən sonra xalqın yaddaşında əbədi qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu böyük insan öz əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş Böyük Azərbaycanlıdır.
    Böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zamana və məkana sığmırlar. Bu, əsrlərin sınağından çıxan və öz təsdiqini tapan bir reallıqdır. Zaman onu da sübut edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin tərcümeyi-halıdır. Heydər Əliyevin tərcümeyi-halı isə Azərbaycan tarixinin bir hissəsidir. Çünki onun hakimiyyəti illərində Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməyibdir. O, Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb, Azərbaycanı dünyaya tanıdıb. Dünyanı Azərbaycana gətirib. O, Azərbaycanı qorumaq üçün yaşayıb, Azərbaycanı yaşatmaq üçün qurub-yaradıb. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan Respublikasının Ümummilli Liderinə, üstəlik dünya siyasətinin nəhənginə çevirib. Odur ki, Azərbaycan xalqı bu böyük oğlu ilə haqlı olaraq öyünür. Daha ətraflı »

    Teqlər:

  • 16Dek
    Xəbərlər “ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ MƏTBUAT” üçün şərhlər bağlıdır

    dsc_1266Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə “Yeni Tərtər” qəzeti redaksiyasında “Ulu Öndər Heydər Əliyev və mətbuat” mövzusunda tədbir keçirilib.
    Qəzetin baş redaktoru Tofiq Yusif mövzu ilə bağlı məruzə edib. Məruzədə əvəzolunmaz dahi lider parlaq zəka sahibi, dünya miqyaslı şəxsiyyət, geniş masştablı görkəmli rəhbər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olundu. Sonra onun Azərbaycan mətbuatının inkişafındakı xidmətlərindən, azad fikir və açıq söz uğrunda apardığı mübarizədən və bu istiqamətdə həyata keçirdiyi önəmli tədbirlərdən bəhs olundu.
    Qəzetin əməkdaşları Əvəz Nəsirov, Elfuzə Vəliyeva və Bəxtilə Əliyeva öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi titanik fəaliyyətdən və mətbuatımıza bəslədiyi səmimi qayğıdan danışdılar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 16Dek
    Xəbərlər HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “DƏYİRMİ MASA” üçün şərhlər bağlıdır

    img-20161207-wa0001Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım günü ilə əlaqədar “Gedən cismimdir, ruhum sizinlədir” mövzusunda “Dəyirmi masa” keçirildi. Tədbirdə Tərtər Elektromexanika zavodunun keçmiş kollektivinin nümayəndələri və mədəniyyət işçiləri iştirak edirdilər.
    Tədbir iştirakçıları öncə Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri qoyub, xatirəsini yad etdilər.
    Tədbiri giriş sözü ilə mərkəzin direktoru Səlimə Yusibova açdı və “Dahi Şəxsiyyət” haqqında ətraflı məruzə ilə çıxış etdi.
    Sonra əvvəllər Elektromexanika zavodunun direktoru vəzifəsində çalışmış rayonumuzun ziyalısı, Rauf Həsənzadə Ulu Öndər haqqında, xatirələrini danışdı, Heydər Əliyevin Tərtərdə dəfələrlə olmasından, bu rayon üçün göstərdiyi xidmətlərdən bəhs etdi. Daha ətraflı »

    Teqlər:

  • 16Dek
    Təhsil “ƏBƏDİYAŞAR İNSAN” MÖVZUSUNDA İNŞA YAZI MÜSABİQƏSİ KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-047%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-057Tərtər Rayon İcra Hakimiyyəti 12 dekabr Ümummilli Liderin anım günü münasibəti ilə rayon təhsil şöbəsi, Gənclər və İdman İdarəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Əbədiyaşar insan” mövzusunda inşa yazı müsabiqəsi keçirdi.
    Müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun turu isə şəhər 2 saylı məktəb-liseydə oldu. İki akademik saat vaxt ayrılan yekun turda 34 ümumtəhsil məktəbindən 34 nəfər şagird iştirak etdi. Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov açaraq, Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumat verdi.
    Müsabiqənin yekununda Qapanlı kənd tam orta məktəbin X sinif şagirdi Əliyev Həsənəli Şahin oğlu birinci, şəhər 2 saylı məktəb-liseyin X sinif şagirdi İsmayıllı Ülviyyə İsmayıl qızı ikinci və Soyulan kənd tam orta məktəbin XI sinif şagirdi İsmayıllı Səbinə Abbas qızı üçüncü yerə layiq görüldülər.
    Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olundu.

    Teqlər:

  • 16Dek
    Xəbərlər TƏRTƏRDƏ 31 MİNDƏN ÇOX TUT TİNGİ ƏKİLİB üçün şərhlər bağlıdır

    dsc_0983-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-095Ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi üçün yeni intensiv tut bağlarının salınması məqsədi ilə Çindən Azərbaycana gətirilən tut tinglərinin 30 mini bölgü əsasında Tərtər rayonuna göndərilib.
    Gətirilən tinglər rayonun Buruc, Əskipara, İsmayılbəyli, Yuxarı Qapanlı, Qarağacı və İrəvanlı kəndləri ərazisində, həmçinin Tərtər Bölgə Təcrübə Stansiyasında əvvəlcədən hazırlanmış sahələrə əkilib.
    Çin Xalq Respublikasından gələn mütəxəssislər tinglərin əkildiyi sahələrdə olub, öz tövsiyələrini verib.
    Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə rayon ərazisində 1357 ədəd tut tingi əkilib.
    Qeyd edək ki, Tərtər rayonunda baramaçılıqla məşğul olan kümçülər bu il 1 ton barama istehsal ediblər. Gələn il isə 4 ton barama istehsalı gözlənilir.

    Teqlər:

  • 16Dek
    Xəbərlər NÖVBƏTİ “ƏMƏK YARMARKASI” üçün şərhlər bağlıdır

    dsc_0016Bu günlərdə Tərtər rayon Məşğulluq Mərkəzi işaxtaran və işsiz vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə növbəti “Əmək yarmarkası” keçirdi.
    Tədbiri məşğulluq mərkəzinin direktoru Azər Ağayev açdı. Bildirdi ki, bugünkü “Əmək yarmarkası”nda idarə, müəssisə və təşkilat təmsilçiləri ilə birlikdə 150 nəfər iştirak edir.
    “Əmək yarmarkası”na 16 idarə, müəssisə və təşkilatdan 118 boş iş yeri çıxarılmışdır. Həmin boş (vakant) iş yerlərindən 34-ü fəhlə, 84-ü qulluqçu kateqoriyasına daxil olan iş yerləri olmuşdur.
    Keçirilən “Əmək yarmarkası”nda 20 nəfər işaxtaran vətəndaşa işə göndəriş vərəqəsi verilmişdir.

    Mirzə Nəsir

    Teqlər:

  • 16Dek
    Digər SULTANBƏY KİM OLUB? üçün şərhlər bağlıdır

    maxresdefaultƏsrin əvvəllərində Azərbaycanın Zəngəzur vilayətində üç Sultanbəy nəsli böyük fəaliyyətdə idi. Onların əllərində Qafan mis mədənləri, Bərkuşad çay axarı inkişaf etmiş kənd təsərrüfatı, Çalbayır maldarlıq mülkləri cəmləşmişdi. Ulu Sultanbəylər nəslindən bu günlərə möhtəşəmkhosrov_bey_sultanov qalalar, böyük körpülər, geniş meşələr qalmaqdadır.
    İndiki Laçın rayonunun Kurdhacı kəndində yaşayan Sultanbəy maldarlıq sahəsində xüsusi ad çıxarmışdı . Onun Çalbayır yaylaqlarında on minlərlə davarı, qara malı saxlanılırdı, Sultanbəyin Kürdhacıda tikdirdiyi yağ-pendir zavodu nəhəng qurğular sistemini xatırladırdı. Süd yaylaqlardan zavoda dağların döşü ilə saxsı borularla axıdılırdı. Yağ və pendirin zavod üsulu ilə keyfiyyətli istehsal edilməsi xəbəri Şərq və Avropa ölkələrində də yayılmışdı.
    Haçısamlı, Şəlvə, Kurdhaçı meşələrinin qırmızı palıdını konyak istehsal edən zavodlara daşıtdıran Fransa tacirləri Sultanbəyin yağ-pendir zavodunun məhsullarının da böyük müştəriləri idilər. Bu vaxt Kurdhacı Qafqazda Rus ordusunun yağ-pendir anbarına çevrilmişdi . Daha ətraflı »

    Teqlər:

  • 16Dek
    Digər Aprel hadisələri haqqında üçün şərhlər bağlıdır

    QƏHRƏMANLIQ SALNAMƏSİ

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-142004400Nankor qonşularımız olan ermənilər tarix boyu dəfələrlə xalqımıza qarşı soyqırım törətmişlər. Ötən əsrin sonlarından isə davam edən Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bugünədək öz həllini tapmayıb. Cari ilin aprel ayında baş verən döyüşlər münaqişənin dönüş nöqtəsi oldu.
    Hadisələrin əvvəlində növbəti erməni təxribatı dayanırdı. Dönüşü isə Azərbaycan Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri yaratdı. Ordumuzun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmən öz mövqelərini, silah və sursatlarını ataraq qaçmağa məcbur oldu. Erməni hücumlarının qarşısının alınması və əkshəmlə əməliyyatları zamanı Azərbaycan Silahlı Quvvələri Ağdərə, Füzuli və Cəbrayıl rayonlarında vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad etdi. Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi ermənilərdən təmizləndi. İşğaldan azad olunmuş torpaqlarda, o çümlədən Lələtəpə yüksəkliyində indi Azərbaycan bayrağı dalğalanır. Daha ətraflı »

    Teqlər:

  • 16Dek
    Digər Məzahir Daşqının anadan olmasının 110 illiyi qarşısında üçün şərhlər bağlıdır

    BİZİM ELİN DAŞQINI

    010Şeir dünyasında silinməz izləri olan, elimizin şair oğlu Məzahir Həmzə oğlu Axundov 1906-cı ildə Tərtərimizin Borsunlu kəndində anadan olmuşdur. Şifahi xalq ədəbiyyatından qidalanan Məzahir Aşıq Ələsgəri və Molla Pənah Vaqifi də çox mükəmməl öyrənmişdir. Səməd Vurğunla həmyaşıd olan Daşqın onun istedadına heyrət etmiş, xalq şairi ilə dəfələrlə görüşmüşdü. Məzahirin ailəsi 1937-ci ilin repressiyası zaman Qazaxıstana sürgün edilmişdi. Sürgündən qaçaraq, az qala dünyanı dolaşan Məzahir gənclik illərindən lirik, məhəbbət şeirləri yazmış, Daşqın təxəllüsü ilə qürbətdə külliyat yaratmışdır. Böyük Vətən Müharibəsi dövründə şairin cəbhə yolu Təbrizdən keçib.
    Təbriz əhli onun istedadına heyran qalır. Krımın müdafiəsində əsir düşür, əsirlikdə də qələmini yerə qoymur. Şair əsir düşərgəsindən də qaçaraq yad ölkələrə üz tutur. Yad ölkələrdə həsrət dolu şeirlər yaradır. Borsunludan bizim kəndə gələn bacısı Şövkətə dönə-dönə yazdığı həsrət məktublarındakı şeirləri mən də oxuyurdum.
    Nəhayət, 1956-cı ildə Məzahir Daşqın Vətənə dönür. İlk gəlişində Səməd Vurğunun məzarını ziyarət edir. Anasının, kəndinin görüşündən sonra Gəncə folklor evində işləməyə başlayır. Daha ətraflı »

    Teqlər: