Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt
    Digər Bizim gənclər üçün şərhlər bağlıdır

    Yolun işıqlı olsun!

    13Gənclərimiz bizim sabahımız, gələcəyimiz, qürurumuz, fəxr yerimizdir. Belə gənclərimiz təkcə böyüyüb boya-başa çatdıqları ailələrə deyil, xalqımıza, dövlətimizə şərəf, şöhrət gətirir.
    Belə gənclərimizdən biri rayonumuzun yetirməsi, şəhər 1 saylı tam orta məktəbin 2010-cu il buraxılışının məzunu İlahə Əmrahlıdır.
    İlahə hələ orta məktəbin aşağı siniflərində oxuyarkən ailə uzvləri, xüsusilə nənəsi və babası onun gələcəyinə boyük ümidlər bəsləyirdilər. Arzular artıq həqiqətə çevrilib. İlahə bir neçə il əvvəl 536 balla Xarici Dillər Universitetinin ingilis dili fakültəsinə qəbul olmuşdu. Qaynar tələbəlik illəri İlahəni özünə necə cəlb etdisə, universiteti müvəffəqiyyətlə bitirdikdən sonra İngiltərənin Kembric universitetinin bakalavrı oldu. Hazırda isə ADA universitetində təhsilin idarə edilməsi üzrə magistraturada təhsil alır. O, həmin ixtisas üzrə qəbul olunan 29 nəfərdən biridir.
    İlahə təhsil aldığı universitetlərdə həm də təşkilatçılığı ilə fərqlənir. Gözəl nitq qabiliyyətinə malikdir. Bu cəhətləri onu müəllim və tələbə kollektivinə daha çox sevdirir.
    Bu gənc qızın gələcək barəsində bitib-tükənməyən arzuları var. O deyir ki, Vətənimin layiqli övladı olmaq üçün gənclik dövründəki enerjimdən, gücümdən bacarıqla istifadə etməliyəm. Mənə əziyyət çəkən valideynlərimin və müəllimlərimin etimadını doğrultmalıyam. Ən başlıcası mən odlar yurdu Azərbaycanın övladıyam. Biz də bu qəlbi arzularla dolu gəncimizə uğurlar arzulayırıq.
    Yolun daim işıqlı olsun, İlahə!

    Elfuzə Vəliyeva

     

     

    Teqlər:

  • 29Okt
    Digər Retro yazılardan üçün şərhlər bağlıdır

    Unutmağa haqqımız yoxdur

    atam-ferruxSon vaxtlar qəzetimizin səhifələrində rayonumuzun sosial və iqtisadi inkişafında mühüm rolu olan həmyerlilərimiz haqqında dərc edilən yazılar bir oxucu kimi məni ürəkdən sevindirir. Rayonumuzun tarixini yaradan görkəmli adamlarımızın unudulmaması indiki mürəkkəb şəraitdə vacibdən vacibdir. Ona görə də mən bu yazını yazmağı özümə borc bildim.
    Sizə Tərtər mahalında ilk tibb ocağı yaradan Axundov Fərrux haqqında danışmaq istəyirəm.
    Axundov Fərrux Mirzəhəsən oğlu 1880-ci ildə Şuşada həkim ailəsində anadan olmuşdur. İlk savadı atasından öyrənən Fərrux, Şuşada onlara qonaq olan Azad ağanın təkidi ilə onun kiçik oğlu Rəşid ağa Cavanşirlə təhsil almaq üçün Peterburqa gedir. Peterburqda tibbi təhsil alaraq rus dilini də gözəl mənimsəyir. Rəşid ağa Cavanşirlə möhkəm dostluğunun nəticəsində Fərrux bəy Tərtər mahalına qayıdır. Tərtərdə ilk birsinifli rus məktəbini tərtərli faytonçu Əhmədin evində təşkil edir. Onun köməyi ilə F. Axundov Tərtərdə ilk tibb məntəqəsini də təşkil edir. Tərtərli Rəhim bəy, Əjdər Quliyev, Həmzə Əliyev, Musa Abdullayev Fərrux bəyin ilk şagirdlərindən olmuşlar. İnqilabdan əvvəl və sonra Fərrux bəy Tərtər rayonunun kəndlərində Evoğlu, Borsunlu, Azadqaraqoyunlu kənd tibb məntəqələrini yaradır. Onun Tərtərbasar qəzasında xalqın maariflənməsi və tibb elminin inkişafı, tibbi xidmətin genişlənməsi sahəsində böyük xidmətləri olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Milli-mənəvi dəyərlər “QƏBİRİSTANLIQ QARĞALARI” üçün şərhlər bağlıdır

    04“Quran təfsiri islam aləmində ən çətin elm hesab olunur. Təfsirə yalnız elmdə müctəhidlik mərtəbəsinə yetişən alim cürət edə bilər. Qurani-kərimi təfsir etməyə girişən müctəhid iyirmi ana (əsas) elmi və ondan ayrılan altmış qolu mükəmməl bilməlidir ki, bunların da məcmuu səksən elm təşkil edir. Həmin elmlərə dərindən yiyələnməyən şəxsin etdiyi Quran təfsiri yarımçıq, naqisdir ki, bu da böyük günah sayılır”.
    Qurani-Kərimin tərcüməsinə
    yazılmış “Ön söz”dən
    Belə fikirləri oxuyanda adam Quranın nəinki surələrindən, hətta ayələrindən belə danışmağa cürət eləmir, qorxur. Çünki adi bir yanlışlıq böyük günahlara yol aça bilər və nəticədə Cəhənnəmin əzablarına düçar olarsan. Ona görə də ya bildiyini danış, ya da dinmə.
    Amma bizim bəzi “mollalar” özlərini müctəhidlərdən də savadlı bilir və pulun xətrinə o dünyanın zülüm-zillətini bu dünyada qazanmış olurlar. Ərəb əlifbasını hıqqına-hıqqına, zorla, birtəhər, alayarımçıq öyrəndikdən sonra başlarına bir fəs qoyub, qəfildən olurlar “molla”. Halbuki dünənə qədər “alkaşlıq” eləyir, qumar oynayır, bir sözlə, yüz hoqqadan çıxan bu yaramaz islam aləmindən bixəbər ola-ola, özünü cəmiyyətə “din adamı” kimi sırımağa çalışır.
    Tərtərdə də belə “mollalar” var. Heç bir dini təhsil almayan, ağızdan-ağıza eşitdiklərini özü bildiyi kimi əzbərləyən, ərəb sözlərini höccələyə-höccələyə oxuyan, islam dininin elmi əsaslarına nabələd olan, hər Quran kəlməsini qələtlə tələffüz edən belə “din xadimləri” çox yerdə əsil mollaların adına ləkə gətirirlər. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Ədəbiyyat “KEÇMİŞƏ NƏZƏR SALANDA…” KİTABI HAQQINDA DÜŞÜNCƏLƏRİM üçün şərhlər bağlıdır

    00Professor Rasim Axundovun bu yaxınlarda çapdan çıxan “Keçmişə nəzər salanda…” kitabını mən də oxudum. Onun ailə üzvləri haqqında əvvəlcədən məlumatım vardı. Rasim müəllımin söhbətlərinə çox qulaq asmışdım. Bu da ondan irəli gəlirdi ki, ailənin sonbeşiyi olan professor Rasim müəllimlə isti münasibətim var. Kitabın ayrı-ayrı bölmələrində– “Taledən qismət”, “Ömründən nur paylayan ana”,”Atam haqqında xatirələrim”, “Ailəmiz Axundovlar soyadını daşıyanlar haqqında” və s. maraqlı materiallar və xatirələr oxucuların diqqətinə çatdırılmışdır.
    Kitabdan məlum olur ki, onlar ailədə 10 uşaq olublar. Professor bəzən zarafatla deyir ki, ailədə onuncu – sonuncu uşaq olmaq mənim qismətimə düşüb.
    Qarabağ mahalında Fərrux bəy kimi yaxşı tanınan atam və anam Maya həmişə zəhməti sevən insanlar olublar. Ona görə də ailədəki 10 uşaq—6 oğlan, 4 qızın hamısı ali təhsil alıb, özü də necə!… Oğlan uşaqlarının 5-i professor, elmlər doktoru zirvələrinə yüksəliblər.
    Ailənin başçısı Fərrux bəy həm həkim olub, həm də müəllim. Bütün günü at belində Tərtərin Azadqaraqoyunluya yaxın olan kəndlərini gəzib xəstə insanlara kömək edir, şəfa verirdi. Özü də o vaxtlar indiki kimi apteklər, dava-dərman evləri olmayıb. İstifadə elədiyi dərmanları Fərrux bəy özü bitkilərdən hazırlayırdı.
    Ailədə 10 uşağa qulluq göstərilməsi, biş-düş işləri əsasən evin xanımı Maya nənənin üzərinə düşərdi. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Digər Müdrik kəlamlar üçün şərhlər bağlıdır

    220px-hegel_portrait_by_schlesinger_1831Pis yaradılışlı adam Allaha yalvarmasın deyə Allah ona dərd-kədər verməz. Unutma, Fironun başı bir dəfə belə ağrımadı.
    Pulunu ver, könülünü ver, canını ver. Amma sirrini vermə! Günlərini say, qazancını say, böyüklərini say, amma yerində sayma!
    Sev səni sevəni dağda çoban olsa da, sevmə səni sevməyəni Misirdə sultan olsa da!
    Sevgi və şəfqət insanlığın məhək daşıdır.
    Sən yerdə olanlara mərhəmət et ki, göydə olanlar da sənə mərhəmət etsin. Səndən aşağıda olanın halına acı ki, səndən üstün olan da sənə acısın.
    Unutma ki, insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.

    Teqlər:

  • 19Okt
    Milli-mənəvi dəyərlər 18 OKTYABR AZƏRAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    519531Ötən əsrin sonlarında Sovetlər Birliyi ideoloji böhran həddinə çatdı. 90-cı illərin əvvəllərində SSRİ-nin demək olar ki, əksər regionlarında millətlərin və xalqların azadlıq hərəkatı başladı. İmperiyanın siyasi beyin mərkəzi Sovet hərb maşınının köməyi ilə müxtəlif bölgələrdə, o cümlədən Bakıda qanlı qırğınlar törətməklə SSRİ-yə süni nəfəs verməyə çalışırdı. Lakin bu mümkün olmadı. 1991-ci ilin avqustunda İttifaqın ləğv edilməsi haqqında qərar verildi və Sovetlər Birliyi dünya xəritəsindən silindi. SSRİ-yə daxil olan digər müttəfiq respublikalar kimi həmin ilin oktyabrın 18-də Azərbaycan Ali Soveti də dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edib və suveren dövlət kimi Azərbaycan Respublikası dünya birliyinin üzvü olub. Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin qayıdışından sonra əldə edir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ulu Öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Xəbərlər DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASININ 25-ci İLDÖNÜMÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-014Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi ilə əlaqədar YAP Tərtər rayon təşkilatında tədbir keçirildi. Tədbirə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin YAP üzvləri dəvət olunmuşdular. Toplantını YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov açdı. Bildirdi ki, 25 il zaman olaraq böyük bir dövrü əhatə etsə də, dövlətçiliyin yaranması, inkişafı baxımından olduqca kiçik bir zaman kəsiyidir.
    Azərbaycanın ikinci dəfə müstəqilliyini əldə etməsi ağır, məşəqqətli bir dövrə təsadüf edirdi. Digər keçmiş sovet respublikaları kimi, Azərbaycanın da qarşısında mühüm siyasi, sosial, iqtisadi, hüquqi islahatların həyata keçirilməsi zərurəti dururdu. Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəlində hakimiyyətdə olan səriştəsiz qüvvələr həyati əhəmiyyətli islahatları nəinki reallaşdıra bilmədilər, əksinə bu qüvvələrin yarıtmaz fəaliyyəti nəticəsində respublikamız müstəqilliyini itirmək təhlükəsi ilə üzbəüz qaldı.
    Məhz belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra 1993-cü ilin iyun ayından başlayaraq Azərbaycan dövlətinin xilası istiqamətində müsbət dəyişikliklərə başlandı.
    Ölkə daxilində mövcud problemlərin tədricən aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətdə də daha fəal, qətiyyətli addımlar atmasına şərait yaratdı. Ulu Öndərin ciddi səyləri nəticəsində bölgədə, ümumilikdə dünyada Azərbaycana münasibətdə müsbətə doğru meyillər artmağa başladı.
    Təbii ki, 25 illik müstəqillik tariximizdə ölkəmizin siyasi həyatı da kifayət qədər zənginləşib.
    Mübaliğəsiz şəkildə demək olar ki, həyatımızda mühüm yer tutan siyasi qurum Yeni Azərbaycan Partiyasıdır. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası 25 illik tariximizin canlı səhifəsidir. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Xəbərlər Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə üçün şərhlər bağlıdır

    BURA VƏTƏNDİR…

    333O tarixi gündən bizi 25 il ayırır. Məhz həmin gün –18 oktyabr 1991-ci il tarixində xalqımızın çoxillik arzusu gerçəkləşdi. Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. XX əsrdə ikinci dəfə Azərbaycan müstəqilliyə qovuşdu. Lakin bu müstəqillik çox kövrək idi.bu
    SSRİ-nin dağılması nəticəsində müttəfiq respublikalar arasında əlaqələr kəsilmiş, bu isə Azərbaycanın da iqtisadiyyatına öz təsirini göstərmişdir. Bütün sahələrdə, o cümlədən sənayedə, kənd təsərrüfatında geriləmələr, dağıntılar müşahidə edilirdi. Ermənistanın Azərbaycana qarşı apardığı elan olunmamış müharibə isə vəziyyəti daha da ağırlaşdırırdı. Ölkədə hökm sürən xaos və anarxiya Azərbaycanın parçalanması təhlükəsini yaradırdı. Bu vəziyyətdə xalqın yeganə ümidi güclü və ağıllı lider idi. Azərbaycan xalqı bu lideri yalnız Heydər Əliyevin şəxsiyyətində görürdü. Onun hakimiyyətə ikinci qayıdışı kövrək müstəqilliyimizi əbədi və dönməz etdi, Azərbaycanı güclü dövlətlər sırasına çıxardı. Ümummilli Lider respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan AXC-nin varisi elan etdi.
    Müstəqillik illərində xalqımız öz sərvətlərinin sahibinə çevrildi. 1994-cü ilin 20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft kontraktı–“Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi, onun nüfuzu dünya səviyyəsində artdı.
    Öz-özümə sual verirəm: 25 illik müstəqil həyatımız bizə nə verib? Ölkə miqyasında görülən işləri sadalamaqla qurtaran deyil, ona görə də doğma Tərtərimizə nəzər salıram. Palçıqlı küçələr, yöndəmsiz köşklər əvəzinə gözlərim qarşısında yaraşıqlı Heydər Əliyev prospekti, gecələr nura qərq olan geniş küçələr, bu küçələrdə sakinlərin tikdirdikləri bir-birindən gözəl, müasir evlər canlanır.
    Yeni tikilən binaları isə sadalamaqla qurtaran deyil… Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Xəbərlər İSVEÇRƏ KONFEDERASİYASININ ÖLKƏMİZDƏKİ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ S ƏFİRİ TƏRTƏRƏ GƏLİB üçün şərhlər bağlıdır

    117dsc_7782İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderin cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc sakinlərin güzəranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər edib. Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon rəhbəri Müstəqim Məmmədov səfirə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə ətraflı məlumat verib.
    Səfir səmimi qəbul üçün rayon rəhbərinə təşəkkürünü bildirib, İsveçrə Konfederasiyasının Azərbaycanla dostluq əlaqələrindən danışıb.

    Teqlər:

  • 19Okt
    Xəbərlər FRANSALI JURNALİSTLƏR RAYONUMUZUN QONAĞI OLUBLAR üçün şərhlər bağlıdır

    007Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttindəki vəziyyət barədə reportaj hazırlamaq məqsədi ilə ölkəmizdə səfərdə olan Fransanın məşhur “L Opinion” qəzetinin müxbiri Claude Leblanc, “İnstitute Europen Perspective and Security” beyin mərkəzinin direktoru Emmanuel Dupuy, “TTU” qəzetinin baş redaktoru Guillen Monsoins Tərtər rayonunda oldular.dsc_7880-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c
    Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verdi.
    Sonra qonaqlar rayon ərazisində yerləşən N. saylı hərbi hissədə, məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olmuş, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıblar. Ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa-150” abidəsinin qalıqlarına baxıblar.

    Teqlər: