Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Fev
    Ədəbiyyat MARAQLI FAKTLAR üçün şərhlər bağlıdır

    maraqlı faktNeftin cəmi 1 damlası 25 litr içməli suyu yararsız hala salır.
    Las-Veqasın kazinolarında bir dənə də olsun saat yoxdur.
    Tarif – Aralıq dənizində yerləşən adadır və bura ilk yer idi ki, limanda dayanacağa görə pul almırdılar.
    Xeops ehramının plitələri arasından ülgüc də keçirtmək mümkün deyil.
    Qırmızı dodaq boyası çəkən qadınlar hamıdan çox gülürlər.
    Dünyada ən bahalı hobbi bağçılıq hesab olunur.
    İnsanın dilində əks olunan izlər barmaq izi qədər təkrarolunmazdır.

    Teqlər:

  • 29Fev
    Ədəbiyyat DAHİLƏRİN HƏYATINDAN üçün şərhlər bağlıdır

    dahilərin həyatındanA. Amper – fransız fiziki və riyaziyatçısı. Amper heç vaxt məktəbdə oxumayıb, evdə təhsil alıb.Amperin on dörd yaşı olanda əsas bilik mənbəyi “ Ensiklopediya”nın iyirmı cildini oxuyub qurtarıb.
    A. Eynşteyn uşaqlıqda heç də istedadlı olmayıb, 9 yaşında səlist danışa bilməyib. I0 yaşından sonra Eynşteynnin intelekti və xasiyyəti formalaşmağa başlayıb.
    Qiymətləri 3-4 olub.
    İkinci il ali məktəbə daxil olub, birtəhər institut bitirib, işsiz qalıb. Əvvəllər çox maddi çətinlik çəkən alim Allahın varlığına inanırdı, dindar idi.. Şəxsiyyətə pərəstişi sevirdi. 76 Yaşında alim vəfat edib.

    Teqlər:

  • 29Fev
    Kənd təsərrüfatı Kənd təsərrüfatı prioritet sahədir üçün şərhlər bağlıdır

     DAİM DƏSTƏKLƏYİRİK

    img1485508AAAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, başda özüm olmaqla hər bir dövlət məmuru xalqın xidmətçisidir. Ona görə də bir sıra dövlət məmurlarının sadə vətəndaşlara yuxarıdan aşağıya baxması yolverilməz bir haldır.
    Prezidentimizin biz sadə əmək adamlarının qayğısına qalmasını ölkədə hamı ürəkdən alqışlayır, onu sevir, daim onunla birgə olmağımızdan qürur duyuruq. Çünki hər bir sahədə çalışan insan, istər əkinçi olsun, istər maldar, istərsə də başqa peşə sahibi, düşünür ki, onun əməyinə qiymət verən, arxasında duran ölkə başçısı var. İndi insanları var qüvvə ilə işləməyə, torpağı sevməyə, ondan bol məhsul götürməyə ruhlandıran da budur.
    Mən özüm çoxdan təsərrüfatla məşğul olan adamam. Uzun müddət pambıqçılıq briqadiri işləmişəm. Həmişə də briqa-damızın adı qabaqcıllar sırasında çəkilib. Daha ətraflı »

    Teqlər: ,

  • 29Fev
    Kənd təsərrüfatı ƏRZAQ BOLLUĞUNUN ƏSASI QIŞ AYLARINDA QOYULUR üçün şərhlər bağlıdır

    hqdefaultSeydimli kəndinin sakinləri hələ sovet dönəmindən təsərrüfata fərqli münasibətləri ilə seçiliblər. O illərdə ənənəvi pambıqçılıqla yanaşı əhali həm də fərdi qaydada həyətyanı sahələrdə meyvə, tərəvəz, çiyələk becərilməsinə maraq göstərirdi. Bu fərqlilik indi də seydimlilərin həyatında müşahidə olunur.
    Hazırda burada bağçılığın inkişafına daha çox diqqət yetirilir. Bu iş elə qurulub ki, yetişdirilən meyvənin bazarı olsun. Ən iri bağ sahibkarları Nəsib Vəliyev (15 hektar), Ələkbər Abdullayev (4,8 hektar ) və Vahid Musayevdir ( 3 hektar).
    Onlar yetişdirdikləri xurma, ərik və digər meyvələri əsasən Rusiyaya ixrac edirlər. Seydimli kənd İƏD üzrə icra nü-mayəndəsi Güloğlan Kərimovun dediyinə görə, bu il xurma bağlarında məhsul bol olub və onun satışı yaxşı təşkil edilib. Daha ətraflı »

    Teqlər: ,

  • 29Fev
    Kənd təsərrüfatı TƏSƏRRÜFATIMIZI İNKİŞAF ETDİRƏCƏYİK üçün şərhlər bağlıdır

    c9b13914-fc65-4372-b340-ebf71b2dc91fÖlkə Prezidenti möhtərəm İlham Əliyevin sahibkarlara, fermerlərə, eləcə də ailə fermer təsərrüfatlarının üzvlərinə köməklik göstərməsi bizləri daha yaxşı işləməyə, Prezidentimizin ətrafında sıx birləşməyə şövq edir.
    Mən özüm Ağdam köçkünüyəm. Xeyli vaxdır ki, Hüsənli kəndində dövlət torpağını icarəyə götürüb taxıl əkib becərirəm. Otən il 8 hektara taxıl səpmişdik. Becərmə, suvarma işlərini vaxtında aqrotexniki qaydalar əsasında apardığımız üçün hektarın məhsuldarlığı nəzərdə tutulandan çox oldu. Hər hektardan 35 sentner taxıl götürdük. Cari ilin bol məhsulu üçün taxıl sahələrini 2 hektar da artıraraq 10 hektara çatdırmışıq. Daha ətraflı »

    Teqlər:

  • 29Fev
    Kənd təsərrüfatı KƏNDLƏRİMİZDƏ QAZLAŞDIRMA İŞLƏRİ DAVAM EDİR üçün şərhlər bağlıdır

    213600Ermənilərlə 48 kilometr təmas xəttində yerləşən rayonumuzun kəndlərində qazlaşdırma işləri sürətlə davam etdirilir. Qeyd edək ki, rayonumuzun 51 yaşayış məntəqəsi var. Rayon mərkəzi də daxil olmaqla 32 yaşayış məntəqəsində abunəçilər mavi qaz yanacağından istifadə edirlər. Təkcə 2015-ci ildə rayonumuzun 14 iri yaşayış məntəqəsinə mavi yanacaq verilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov özü kəndlərdə aparılan qazlaşdırma işlərini xüsusi nəzarətdə saxlayır.
    Ötən il Mamırlı, Poladlı, Kəngərli, BalaKəngərli, Borsunlu, Təzəkənd, Hacıqərvənd, Cəmilli kəndlərinin sakinləri mavi qaz yanacağından istifadə etməyə başlayıblar. Daha ətraflı »

    Teqlər: ,

  • 29Fev
    Digər “2015-2025-ci İLLƏRDƏ AZƏRBAYCAN GƏNCLƏRİNİN İNKİŞAF STRATEGİYASI”NIN HƏYATA KEÇİRİLMƏSİ GƏNCLƏRİN FƏALLIĞINI ARTIRIR üçün şərhlər bağlıdır

    publika.az1432883808Prezident İlham ƏliyevÜmummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, ölkə başçısının “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması bir daha dövlətimizin gəncliyə verdiyi önəmin parlaq göstəricisdir. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Strategiyada vurğulanır ki, son 10 ildə Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanıb, insan potensialının inkişafına görə “orta insan inkişafı ölkələri” qrupundan “yüksək insan inkişafı ölkələri” kateqoriyasına daxil olub. Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Digər Ağsaqqallarımız üçün şərhlər bağlıdır

    90 YAŞLI MƏHİ BABA
    Изображение 0951İlk yaranmışlarımızdan üzü bəri ağsaqqal-ağbirçəklərimizə ehtiyac olur. Onlara daim hörmət və ehtiram edilir. Ocağımızın istisinin daha çox olması onların hesabınadır. Məclisimizin ən mötəbər yeri məhz böyüklərə məxsusdur. Xoş günlərimizin yaraşığı, dərdli anlarımızın ümid, pənah yeridirlər. Sözümüzün kəsəri, yolumuzun işığıdır ağıllı, tədbirli ahıllarımız, müdriklərimiz. Belə ahıllarımızdan biri də rayonumuzun sayılıb-seçilən ağsaqqallarından olan Məhiyyədin Kərimovdur.
    O, Tərtərimizin qoynunda böyümüş, onun istisinə-soyuğuna vərdiş etmiş, ayını, ilini öz yurdunda ailəsinə, övladlarına həsr etmişdir. Ailəsinin bütövlüyünü heç nəyə dəyişməmiş, soykökünün müqəddəsliyini qoruyub saxlamışdır. Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Digər Vacib məsələ üçün şərhlər bağlıdır

    “ŞEYTAN BARMAĞI”

    terrorismTalibanSuper güclər, ələlxüsus ABŞ bu dünyanın başına istədiyi oyunu açır. Şeytanın barmağı kimi hər yerdə, hər işdə ortadan çıxır. Elə buna görə də görün bu dünyamız hazırda nə gündədir?! İqtisadi böhran, müharibələr, qan-qada, qırğın, aclıq, səfalət və bunların nəticəsində yaranmış qaçqın axını, miqrant problemi… Avropa boyda bir qitə bu problemlərin əlində aciz qalıb.
    Bir yandan da neftin qiymətinin bir ildə 4 dəfə ucuzlaşması. Bu, iqtisadidən çox siyasi oyundur. Yenə şeytan barmağı.
    Bilirsiniz, yeni dünya düzənində, yəni qloballaşan dünyada (buna “Amerkalaşan dünya” da demək olar) milli-mənəvi dəyərlərin müqəddəsliyini qoruyub saxlamaq o qədər də asan məsələ deyil. İllah da bəzi gənclərimizin “korroziyaya” daha tez uğraması mental dəyərlərə ciddi zərbələr vurmaqdadır. Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Ədəbiyyat Poeziyanın sehri üçün şərhlər bağlıdır

    MƏMMƏD ARAZ

    1444817108_memmed_araz1DÜNYA DÜZƏLMİR

    Böyük Mirzə Cəlilə

    Ömür də tükənir, söz də tükənir,
    Başımın altından yastıq da qaçır.
    Əllərdir uçuran əllər tikəni,
    Çölümdən yaz qaçır, yazlıq da qaçır,
    Dünya düzəlmir ki, düzəlmir, baba!
    *** Daha ətraflı »

    Teqlər: