Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15İyl
    Digər Nar əkinlərinin mövcud vəziyyəti və bu bitkinin əhəmiyyəti. üçün şərhlər bağlıdır

    goycayda hektarlarla nar bagiNarın elmi adı “punika qranatumdur”. “Punika”-tünd qırmızı, “qranatus” isə dənə deməkdir. Nar bitkisi subtropik bitki olmaqla, 20 dərəcə şaxtaya tab gətirə bilir. Quraqlığa davamlı bitkidir, lakin yaxşı boy və məhsul verməsi üçün nar rütubətə tələb göstərir. Torpağa az tələbkar olmaqla müxtəlif mexaniki tərkibə malik torpaqlarda becərilə bilər. Yüksək məhsuldar və gəlirli bitkidir. Daha ətraflı »

    Teqlər:

  • 15İyl
    Kənd təsərrüfatı 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrufatı sərgisi üçün şərhlər bağlıdır

    imagesBakıda Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Aqro” sərgisi keçirilmişdir. Bu il “Caspian Aqro” 2015 sərgisində ABŞ, Almaniya, İspaniya, İtaliya, Fransa, Koreya, Niderland Krallığı, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan, ilk dəfə olaraq Şri-Lanka, İordaniya və bazarının mənimsənilməsi istiqamətində ilk addımlarını atan bir çox yerli şirkətlər təmsil olunmuşdur.
    Ümumilikdə sərgidə dünyanın 35 ölkəsinin 200-dən çox şirkəti müxtəlif kənd təsərrüfatı texnikası-nı, texnologiyaları, avadanlıqları, cins malları və s. nümayiş etdirmişdir.
    Rayonumuzdan “Kaspian Aqro” 2015 sərgisində rayon icra haki-miyyəti aparatının baş məsləhət-çisi Natiq Musayev, “Patron” şir- kətinin rəhbəri Elşad Məmmədov, “Tərtər” MMC-nin təsisçisi Fərman Qurbanov və Hüsənli kəndində yerləşən eksperimental cins damazlıq kəndli-fermer təsərrüfatının rəhbəri  Məhərrəm Əliyev iştiak etmişlər

    Teqlər:

  • 15İyl
    Kənd təsərrüfatı 2015-ci il ” kənd təsərrüfatı ili”dir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə 2015-ci il Azərbaycan Res-publikasında “Kənd təsərrüfatı ili” elan edilsin.
                                                                                                           Azərbaycan Respublikasının Prezidenti
                                                                            İhaml Əliyevin 12 yanvar 2015-ci il tarixli Sərəncamından

    Aqrar sahənin mühüm istiqaməti

    _510Racer_32inchestall_6_20_03Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2015-ci il tarixli Sərəncamı ilə 2015-ci ilin Azərbaycan Respublikasında “ Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar tədbirlər planı təsdiq olunmuşdur. Həmin tədbirlər planına əsasən ölkədə heyvandarlığın daha da inkişaf etdirilməsi məqsədilə də bir sıra işlərin görülməsi nəzərdə tutulur. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinə və “Aqrolizinq” ASC-yə tapşırılmışdır ki, cins heyvanların lizinq yolu ilə satışının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlasınlar. Həmçinin iri fermer təsərrüfatlarının yaradılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur.
    Daha ətraflı »

    Teqlər:

  • 15İyl
    Tərtər RİH-də Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun Ramazan bayramı münasibəti ilə təbriki üçün şərhlər bağlıdır

    Hörmətli tərtərlilər, əziz bacı və qardaşlarım!
    Hər birinizi müqəddəs Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, sizə cansağlığı, bol ruzi-bərəkət və sülh arzulayıram.
    Ayların sultanı olan Ramazan öz mənəvi dəyərlərinə görə müsəlman aləmində müstəsna əhəmiyyət kəsb edir. Bu ay ilk növbədə mənəvi paklıq, saflıq, bərabərlik, mərhəmət ayıdır, insanları bir-birinə yaxınlaşdıran, imkanlıların imkansızlara əl uzatdığı bir aydır. Tanrı məqamında Ramazan ayının savabı çox uca tutulur.
    70-illik sovet rejimi dövründə islamın digər vacib dəyərləri kimi Ramazan ayının məziyyətlərini də bizə unutdurmaga çalışsalar da, bu mümkün olmamışdır. İndi müstəqil ölkəmizdə dövlətdin münasibətlərinin tənzimlənməsi sahəsində çox mühüm uğurlar əldə edilib. Bu münasibətlərdə milli-mənəvi dəyərlərimizin, dinimizə uyğun qaydaların gözlənilməsi əsas şərt sayılır. Hazırda Azərbaycan xalqı milli-mənəvi, islami dəyərlərin qloballaşan dünyada qorunması üçün bütün imkanlardan istifadə edir.
    Ramazan ayı ərzində hər kəs Ulu Yaradandan arzu və istəklərinin hasil olunması üçün dualar edir. Allah dualarınızı qəbul etsin.
    Rəbbimiz ümumi arzumuzu – Qarabağ münaqişəsinin həllində bizə kömək olsun, qaçqın və köçkün soydaşlarımız öz yurd-yuvalarına dönsünlər.
    Sizi bir daha “Qurani–Kərimin” nazil olduğu müqəddəs Ramazan ayının başa çatması münasibəti ilə təbrik edir, hər birinizə Azərbaycanımızın daha da çiçəklənməsi naminə yeni-yeni uğurlar arzulayıram.

    Teqlər:

  • 15İyl
    Digər Azərbaycan milli mətbuatı-140 üçün şərhlər bağlıdır

    İnkişaf yolu və müasirlik
    hesen-bey-zerdabiİyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 140-cı ili tamam olur. Azərbaycan jurnalistikasının kеçdiyi şərəfli və keşməkeşli yol məhz 1875-ci il iyul ayının 22-dən – “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü gündən başlanır. Azərbaycan jurnalistləri bu günü öz peşə bayramları kimi qeyd edirlər. Daha ətraflı »

  • 15İyl
    Kənd təsərrüfatı Taxıl biçini başa çatdı. üçün şərhlər bağlıdır

    kombaynTərtər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayon üzrə ümumi məhsul buraxılışının 41,4 faizi kənd təsərrüfatının hesabına formalaşır. Kənd təsərrüfatının prioritet istiqamətlərindən biri də taxılçılıqdır. 2015-ci ildə rayonda ümumi əkin sahələrinin 41 faizini taxıl məhsulları təşkil edir. Daha ətraflı »

  • 15İyl
    Digər “Yeni Tərtər”in 10 yaşı tamam olur. üçün şərhlər bağlıdır

    Milli -mənəvi dəyərlərimizin təbliğatşısı


    555
    2005-ci il avqustun 20-də 7 illik fasilədən sonra rayonumuzun qəzeti yenidən işıq üzü gördü. Qərara alındı ki, 1991-ci ildən “Tərtər” kimi oxucularının görüşünə gələn qəzetin adı dəyişdirilərək “Yeni Tərtər” olsun. Bunun da səbəbi vardı. Çünki İlham Əliyev Prezident seçiləndən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident bölgələrin inkişafına xüsusi diqqət yetirirdi. Digər rayonlar kimi, Tərtərdə də böyük quruculuq işləri görülürdü. Bu dəyişikliyi, inkişafı işıqlandırmaq, eyni zamanda rayonun tarixi baxımından maraqlı bir dövrünü qələmə alaraq gələcək nəsillərə çatdırmaq üçün rayon qəzetinin fəaliyyətini bərpa etmək vacib idi. Daha ətraflı »

  • 15İyl
    Səhiyyə Günvurma zamanı ilkin tibbi yardım üçün şərhlər bağlıdır

    logoGünəş şüaları insan orqanizmi üçün həm faydalı, həm də zərərlidir. Burada da hər şey təbii ki, dozadan asılıdır. Günəş şüaları altında uzun müddət qaldıqda günvurma baş verir. Günvurma hadisələri ən çox dəniz kənarında istirahət zamanı, günəş altında işləyən zaman, uşaqlar açıq havada oynayan zaman baş verir. Daha ətraflı »

    Teqlər:

  • 15İyl
    Digər Ağdərənin işğalından 22 il ötdü. üçün şərhlər bağlıdır

    2H-Ei-Z2GHURayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilədək Cera-bert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləgv olunana kimi Ağdərə adlanıb. 1992-ci ilin oktyabrında Azərbaycan hökümətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək ərazisi Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür.
    1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. Lakin 7 iyul 1993-cü ildə ermənilər Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etdilər. Hal-hazırda keçmiş Ağdərə rayo-nunun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla bir çox əraziləri ermənilərin nəzarəti altındadır. Daha ətraflı »

  • 15İyl
    Digər Məhşət zorakılığı və onun nəticələri üçün şərhlər bağlıdır

    308067807cce507b3c332186359b0228Zorakılıq hazırkı dünyanın ən eybəcər sifətlərindən biridir. Elə bil ki, zorlu-zorsuz əyyamı gəlib. Kim zorludursa, söz onundur, diktə və “qanun” onun tərəfindədir. İstəsə döyər, istəsə əzər, istəsə öldürər. Bu, ictimai icma qu- ruluşundan üzü bəri belədir və belə də davam edir. Lakin zorakılıq Allahın sevmədiyi işdir. Bu, şeytan vəsvəsəsinin məhsuludur. Daha ətraflı »