Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Fev
    Milli-mənəvi dəyərlər Ailə milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır üçün şərhlər bağlıdır

    VALİDEYN MƏSULİYYƏTİ
    usaq-aileYazıya başlamazdan əvvəl rayon Statistika idarəsinə zəng vurdum və 2015-ci ildə rayonumuzda nigaha girənlər və boşananlar haqqında məlumatı öyrəndim. Bildirdilər ki, rayon üzrə ötən il 507 ailə qurulub, 125-i isə dagılıb.
    Boşananların hansı birini dindirsək, haqlı olduğunu deyəcək, əslində elə yəqin ki, onlar haqlıdırlar.Çünki səbəbsiz yerə insan öz isti ailə ocağını dagıtmaz. Bu, məsələnin bir tərəfidir.
    Məsələnin digər tərəfi daha agrılıdır, həm boşananların özlərindən ötrü, həm də gələcəkdə cəmiyyət üçün. Bu məsələ yarımçıq ailələrdə böyüyən uşaqların taleyi ilə bağlıdır.
    Ola bilsin ki, həmin uşaqlardan bəziləri maddi çətinlik çəkmirlər (bu, çox az halda belədir), lakin maddiyətdən başqa mənəvi boşluqlar da var ki, bunları yalnız ata və ananın, ümumiyyətlə, ailənin bir yerdə oıması doldura bilər. Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Xəbərlər “SİZİ ÖLDÜRMƏYƏN HƏR ŞEY DAHA GÜCLÜ EDİR” üçün şərhlər bağlıdır

    1422963363Görəndə ki, kimsə yaxın adamını itirib, düşunməyə başlayırsan ki, ömür gödəkdir və hər şeyi etmək uçün tələsmək lazımdır. Hər bir insanın öz ağrısı, enmələri və yüksəlişi olur. Sənə əziz olan adamı bir daha görməməkdən, eşitməməkdən dəhşətli nə ola bilər. Hər gün o qədər xəbər eşidirsən ki! Niyə həyat bəzən belə qəddar olur? Uşagın gunahı nədir ki, o, ana qayğısı və məhəbbəti olmadan böyüməlidir? Bununla belə insanların qəddarlığı, laqeydliyi günu – gündən çoxalır. Bir-birinə yaxın olmaq, başa düşmək, bir çoxlarının ehtiyac duyduğu mənəvi köməkliyi etmək əvəzinə, müxtəlif mənasız münaqişələr baş verir ki, bunlardan da xeyir yox, ziyan gəlir.
    Bir insanın, bir qadının, ananın ölümü elə pis nəticələrə gətirib çıxarır ki, bunlar da onun doğmalarının sonrakı həyatına təsir göstərir. Daha ətraflı »

    Teqlər:

  • 22Fev
    Tərtər RİH-də 2015-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə MÜRACİƏTİ üçün şərhlər bağlıdır

    Zati-aliləri!
    Sizin Azərbaycan dövlətinin xilaskarı, cahan-sümul tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarına sadiqliyiniz, müdrik bir lider kimi apardığınız düşünülmüş, məqsədyönlü və ardıcıl siyasət nəticəsində 2015-ci ildə dünyanı bürüyən siyasi, iqtisadi və sosial gərginliyə baxmayaraq, Azərbaycan yenə öz dinamik inkişaf tempini saxlamış, hətta bir çox sahələrdə tərəqqiyə də nail olmuşdur. Dünyada neftin qiymətinin bir ildə 4 dəfəyə yaxın aşağı düşməsi neft ixrac edən ölkələrdə ağır iqtisadi böhrana səbəb olmuş və bu Azərbaycandan da təsirsiz ötüşməmişdir. Lakin Sizin uzaqgörənliyinizin bəhrəsi olaraq son bir neçə ildə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi bu mənfi tendensiyanın təsirinin minimuma endirilməsini təmin etmişdir. Bunların nəticəsidir ki, ölkəmiz dünyanın aparıcı ölkələri sırasındadır və bölgənin lider dövlətinə çevrilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 22Fev
    Tərtər RİH-də Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı illik hesabat verdi üçün şərhlər bağlıdır

    Sosial-iqtisadi inkişaf təmin olunu

    Изображение 013Изображение 140Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun “2015-ci ildə rayonun sosial-iqtisadi inki-şafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr barədə” hesabatı dinlənilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayonun Mərkəzi mey-danında ucaldılmış abidəsini ziyarət edərək, önünə qızıl gül və qərənfillər düzüblər. Rayon icra hakimiyyəti başçısı aparatının məsul işçilərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə yığıncaq Gənclər Mərkəzində işini davam etdirib. Mərkəzin qarşısında təşkil olunmuş ötən il rayonda əldə edilmiş sosial-iqtisadi göstəriciləri əks etdirən müxtəlif stendlər, rayonda istehsal olunan məhsulların sərgisi də maraqla qarşılanıb. Daha ətraflı »

    Teqlər:

  • 18Fev
    Xəbərlər Regional müşavirə üçün şərhlər bağlıdır

    Изображение 059Изображение 055Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti  tərəfindən Tərtər şəhərində Xidmətin yerli qurumlarının rayon bitki mühafizəsi mərkəzləri və bitkilərin karantini məntəqələrinin əməkdaşlarının, bələdiyyə təmsilçilərinin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə “Sərhədyanı ərazilərdə fitosanitar vəziyyət” mövzusunda regional müşavirə keçirilmişdir.
    Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsi müdirinin müavini Xatirə Məmmədova açmışdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dovlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev respublika Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini qeyd etmişdir.. Daha ətraflı »

    Teqlər:

  • 18Fev
    Xəbərlər Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovla Tərtər rayon ictimaiyyətinin görüşü üçün şərhlər bağlıdır


    Изображение 029Изображение 074Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Tərtər rayonu ictimaiyyətinin nümayəndələri və sahibkarlarla görüşüb.
    Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli İider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub. Sonra görüşdə qeyri-neft sektorunun inkişafında Tərtər rayonunun potensial imkanları müzakirə edilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov regionların sosial-iqtisadi inki-şafı Dövlət proqramları çərçivəsində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Daha ətraflı »

    Teqlər:

  • 18Fev
    Xəbərlər Səyyar görüş-qəbullar üçün şərhlər bağlıdır

    Изображение 028Изображение 449Tərətr Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Seydimli kəndində keçirildi. Toplantıda rayon icra hakimiyyəti aparatının işçiləri, hüqüqmühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, kənd sakinləri iştirak edirdilər.
    Tədbiri icra başçısı Müstəqim Məmmədov açdı.
    Sonra Seydimli kənd İƏD üzrə nümayəndə Güloğlan Kərimov məlumat verdi. Bildirdi ki, burada 683 təsərrüfatda 2720 nəfər əhali yaşayır. Ərazidə tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, 3 məişət xidməti, 4 iaşə obyekti, poçtamt , 304 nömrəlik ATS və s. fəaliyyət göstərir. Həmçinin ərazidə 86 məcburi köçkün ailəsi məskunlaşıb. Onların sayı 311 nəfərdir. Daha ətraflı »

    Teqlər:

  • 18Fev
    Xəbərlər “Sərsəng harayı” AŞPA-da eşidildi üçün şərhlər bağlıdır

    00359276-30CD-410C-A158-328180925060_mw1024_s_nAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yar-dım Assosiasiyası (AVCİYA) 25 may 2013-cü ildə “Sərsəng harayı” adlı genişmiqyaslı layihə həyata keçirməyə başlamışdı. Layihənin məqsədi Sərsəng Su Anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə Azərbaycan cəmiyyəti ilə yanaşı, dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda, əsasən də AŞPA-da müvafiq sənəd və qətnamələrin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaq və s. məsələlər idi. Daha ətraflı »

    Teqlər:

  • 18Fev
    Xəbərlər Multikulturalizm Azərbaycan cəmiyyətində normal həyat tərzidir üçün şərhlər bağlıdır

    2016-cı il “Multikulturalizm ili”dir

    Изображение 220Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm” ili elan edilməsi ilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
    Mərkəzin direktoru Səlimə Yusibova mövzu ilə bağlı ətraflı məruzə edib. O bildirib ki, multikulturalizm termini düşüncəmizə yeni daxil olub. Azərbaycanda 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış və akademik Kamil Abdulla Mərkəzin rəhbəri təyin edilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 18Fev
    Digər 2016-cı İL “MULTİKULTURALİZM İLİ”DİR üçün şərhlər bağlıdır

    Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

    QARABAĞIN QIZIL GÜLÜ İSRAİLDƏ

    Bir yəhudinin məktubu haqqında
    2015-09-23-17-32-33391844Bu yaxınlarda mətbuatda İsrailin ölkəmizdəki səfiri Dan Stavın aşağıdakı fikrinə rast gəldim: “Təəssüf ki, bir çox ölkələrdə tolerantlıq anlayışı belə başa düşülür:” Mən dözürəm, ancaq sənə nifrət edirəm”. Azərbaycanda isə tolerantlıq anlayışının mənası bu cürdür: “Mən dözürəm, çünki səni sevirəm.”
    Bu sözlər mənə başqa bir yəhudinin Azərbaycana və azərbaycanlılara həsr etdiyi sevgi dolu məktubunu xatırlatdı. İsrailin Netivot şəhərindən Tərtərə göndərilən bu məktubda deyilir: “Dünyanın heç yerində qızıl güllər Qarabağda olduğu qədər ətirli deyil və dünyanın heç bir guşəsində insanlar Azərbaycandakı kimi digər millətlərə dözümlülük və mehribançılıq göstərmirlər. Daha ətraflı »

    Teqlər: