Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Umummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev ili” çərçivəsində əslən Tərtər rayonundan olan görkəmli ziyalıların və elm xadimlərinin iştirakı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edib, xatirələrinə ehtiram əlaməti olaraq abidələrin önünə gül dəstələri düzüblər.
Tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.
Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, akademik Vaqif Abbasov, Xalq şairi Vahid Əziz, ehtiyatda olan polkovnik-leytenant, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl, Tarix elmləri doktoru, “Əməkdar müəllim” Vəkil Həsənov, Filologiya üzrə fəlsəfə doktoru İlahə Əliyeva, həkim, şəhid bacısı, birinci Qarabağ müharibəsi veteranı Məhəbbət Paşayeva, İqtisad üzrə fəlsəfə doktoru Zöhrab Paşayev, Xalq artisti Teyyub Aslanov, yazıçı-jurnalist, “İki Sahil” qəzetinin müxbiri Vəli İlyasov, bəstəkar Elçin Atayev, “İlahiyyat” jurnalının baş redaktor müavini Rahilə Misirxanlı, ESTM klinikasının rəhbəri, Tibb üzrə fəlsəfə doktoru Sona Əsgərova, şairə Səidə Əşrəfqızı, şəhid ailələri, qazilər, rayon icra hakimiyyətinin əməkdaşları, YAP rayon təşkilatının və Ağsaqqallar şurasının sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, mətbuat və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Daha ətraflı »
Yeni ismarıclar