Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 13Apr
    Digər Ulu Öndər Heydər Əliyev və ordu quruculuğu üçün şərhlər bağlıdır

    Müzəffər Azərbaycan Ordusunun yaranma tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1994-cü ilin 9-10 aprel tarixlərində Bərdə rayonunda ictimaiyyətin nümayəndələri qarşısında çıxış edərkən Heydər Əliyev deyib: “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır.”

    Ulu Öndər hərbi peşəni, zabitlik peşəsini, Vətəni müdafiə işini müqəddəs hesab edirdi.

    Bildirirdi ki, hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir. Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir.

    Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ildönümünə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində Ümummilli Lider fəxrlə deyib: “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var,

    Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var.” Daha ətraflı »

  • 10Apr
    Digər Bugünkü uğurlu inkişafımızın arxasında xalqlarımızın böyük liderlərinin əməyi durur üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri zamanı mətbuata bəyanat verib.

    Dövlət başçısı bildirib ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi.

    Həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular.

    Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.

    Prezident İlham Əliyev deyib ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər. Daha ətraflı »

  • 10Apr
    Digər 2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir üçün şərhlər bağlıdır

    2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilərkən andiçmə mərasimindəki çıxışında cənab İlham Əliyev deyib: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”

    O zaman növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən bir çox amillər vardı. Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdir.

    2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. 2018-ci ilin seçki marafonunda 8 namizəd iştirak etmişdir.

    2018-ci ilin Prezident seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 %) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Daha ətraflı »

  • 10Apr
    Digər Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva üçün şərhlər bağlıdır

    1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.

    XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur.

    1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. Daha ətraflı »

  • 10Apr
    Digər HEYDƏR ƏLİYEV İLİ–2023 üçün şərhlər bağlıdır

    SƏHİYYƏNİN İNKİŞAFINA QAYĞI VƏ DİQQƏTİ SONSUZ İDİ

    Böyük Allahın adıyla vətənimdə Bahar bayramı və Ramazan ayının qovuşduğu müqəddəs gündə–martın 23-də Tərtər Rayon İcra Hakimiyyətindən Svetlana Əzizova mənə zəng edib bildirdi ki, Tərtər rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda keçiriləcək elmi-praktik konfransa dəvətlisiniz.
    Martın 25-də sübh namazından sonra böyük bacımın oğlu Vahid, qardaşım mərhum Akifin ( ruhu şad olsun) həyat yoldaşı Məhəbbət və mən Tərtərə yola düşdük.
    Mənim Tərtərə bu gedişim bambaşqa idi, əvvəlkilərdən fərqli olaraq bu, rəsmi dəvət idi. Yolu qəlbimdə böyük qürur hissi ilə gedirdim. Anadan olduğun bir şəhərdə səni valideynlərinin ruhları, doğmaların, əzizlərin, dostların gözləyir və bu gün sən rayona dəvət olunmuş ziyalılar arasındasan.
    Tərtərə yaxınlaşdıqca həyəcanım artırdı. Körpünü keçib, şəhərə daxil olduq. Tanış insanlar, mehriban sifətlər. Ah! Bu nə qədər əvəzsiz və gözəldir. Rayon İcra Hakimiyyətinin möhtəşəm yeni binası qar-şısında bizi mehribanlıqla İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zabil Paşayev qarşıladı. Uzaqdan gələn bir xanım diqqətimi çəkdi. Bu, mərhum atamın dostu, mərhum Həsənəli dayının qızı Fitat xanım idi. Doğma balalar bir-birinə sarıldı. Ataların ruhları şad olsun! Onlar xoş xatirələrlə yada salındı.
    İcra hakimiyyətində Svetlana xanım dəvət olunmuş qonaqları bir-biriləri ilə tanış etdi və, nəhayət, Tərtər rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov bizi öz otağında qarşıladı. Qeyd edim ki, azərbaycanlı harda varsa, onun qəlbi geniş, süfrəsi açıq olur.
    İcra başçısının səmimi, sadə davranışı diqqətimdən yayınmadı.
    Çay süfrəsi arxasında səmimi söhbətlər başladı. Tərtərin bu günü , dünəni və gələcəyi haqqında hər kəsin fikri səsləndi. Söhbətdə İcra başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Akademik Vaqif Abbasov, Azərbaycanın Xalq şairi Vahid Əziz, ehtiyatda olan polkovnik-leytenant, təhlükəsizlik üzrə ekspert, jurnalist İlham İsmayıl, İqtisad Universitetində Tarix elmləri doktoru Vəkil Həsənov, Filologiya üzrə fəlsəfə doktoru İlahə Əliyeva, həkim, şəhid bacısı Məhəbbət Paşayeva, Azərbaycanın Xalq artisti Teyyub Aslanov, yazıçı-jurnalist Vəli İlyasov, bəstəkar Elçin Atayev, şairə Səidə Əşrəfqızı, “İlahiyyat” jurnalının baş redaktor müavini Rəhilə Misirxanlı və mən iştirak etdik.
    İcra başçısı cənab Müstəqim Məmmədovla birlikdə böyük şəxsiyyət olan Heydər Əliyevin abidəsi önünə qızıl güllər qoyduq, Şəhidlər Xiyabanını ziyarət etdik. İcra hakimiyyətinin akt zalında bizi rayonun ziyalıları, ata-analar, ən başlıcası, sinələrini qəhrəmanlıq atributları ilə bəzəmiş qazilər gözləyirdi. O qazilər ki, torpaq uğrunda canı və qanı bahasına vuruşublar. Öz payıma deyirəm. Qazilərdən öndə oturmaqdan utandım. Dönüb onlara baxdım, üzr istəyib əyləşdim. Daha ətraflı »

  • 10Apr
    Digər HEYDƏR ƏLİYEV İLİ–2023 üçün şərhlər bağlıdır

    TANRININ XALQIMIZA BƏXŞ ETDİYİ ECAZKAR MÖCÜZƏ

    Ulu Öndər Heydər Əliyev haqqında fikir söyləmək olduqca məsuliyyətlidir və məsuliyyətli olduğu qədər də böyük şərəfdir. 40 illik əmək fəaliyyətim dövründə rast gəldiklərim əsasında deyərdim ki, Heydər Əliyev Ulu Tanrının bizə bəxş etdiyi ecazkar bir möcüzədir. Mən Heydər Əliyevin həyat və fəaliyyətini bütövlükdə dünyanın ən böyük şah əsərinə bənzədirəm. O şah əsər ki, onun mərkəzində dünənimizin, bu-günümüzün və sabahımızın qarantı olan, özünün təbirincə desək, “Nə qədər Azərbaycan var, mən də varam” deyən Heydər Əliyev durur.
    Heydər Əliyevin fəaliyyəti dövründə Azərbaycan səhiyyəsində görülən işlər göz qabağındadır. Respublika Milli Onkoloji Elmi Mərkəzin, Talassemiya Mərkəzinin, Uşaq Endokrinoloji Mərkəzin də istifadəyə verilməsi məhz Ulu Öndərimizin adı ilə bağlıdır.
    Tərtərimizin ən ağır günlərində, Tərtərdə qan su yerinə axan dövrlərdə həkim işlədiyim üçün, məhz o dövrdə Heydər Əliyevlə görüşlərimi və Ulu Öndərimizin Tərtərlə bağlı söylədiyi tarixi bir kəlamı sizə çatdırmaq istərdim. 1998-ci ildə Azərbaycan qadınlarının birinci qurultayında tarixi bir möcüzə yaşadıq. O tədbirdə Qarabağ qadınları adından müharibə ilə bağlı çıxış etdim. Daha ətraflı »

  • 10Apr
    Digər ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ üçün şərhlər bağlıdır

    Heydər Əliyev təkcə siyasi xadim deyil, həm də bir xalqın kimliyinin və mədəniyyətinin formalaşmasında dilin əhəmiyyətini dərk edən vizyon rəhbəri idi. O, fəaliyyəti boyu Azərbaycan dilinin istifadəsinin təşkili və ölkənin dil müxtəlifliyinin qorunması istiqamətində yorulmadan çalışmışdır.
    Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan müstəqilliyə nail oldu və suveren dövlətə çevrildi. Onun prezident kimi ilk addımlarından biri də Azərbaycan dilinin ölkənin dövlət dili olması idi. Bu qərar Azərbaycan xalqı arasında milli kimlik hissinin güclənməsində həlledici əhəmiyyət kəsb edirdi.
    “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanını Heydər Əliyevin uğurlu dil siyasətinin fundamental yekun sənədi adlandırmaq olar. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanda deyilir: “… Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”. Daha ətraflı »

  • 10Apr
    Şəhidlər XALQA ƏMANƏT OLAN ŞƏHİD ÖVLADLARI üçün şərhlər bağlıdır

    Bu fikirlə yolumuzu Qaradağlı kəndindən saldıq. 30 ildən sonra mənfur erməniyə öz həddini göstərən Azərbaycan Ordusunun qəhrəman oğullarından biri–şəhid Hüseynov Aslan Malik oğlunun ocağına ikinci dəfə üz tutdum. İkinci dəfə İradə ana ilə Malik atanın oğul yolu gözləyən qapısını döydüm, şəhidimizin həyat yoldaşı Gülstan xanım və övladları Aysu və Kənanla üz-üzə, göz-gözə dayandım. Bu ikinci görüşümdə bəzi dəyişikliklərin şahidi oldum. Aslanın şəhid olmasından 2 il yarım keçməsinə baxmayaraq, ata-anada sanki bir az səbir duydum və buna daxilən sevindim. Sözsüz ki, bu səbrin arxasında Aslanın qoyub getdiyi yarımçıq arzulu həyat yoldaşı – evin gəlini Gülstan və qəhrəman oğulun yadigarları, gözləri dolusu atalı arzularını həyata keçirə bilmədiyi övladları –nəvələri Aysu və Kənandır. Ata-anaya verdiyim sualın cavabı da bu fikirlərimi təsdiqlədi.
    Aslan bu gün düşmənin göz dağına çevrilmiş, azad olunduqdan sonra bərpa və yenidən qurulması ilə diqqət çəkən Suqovuşanın azad olunması uğrunda şəhid olub. Raket start qurğusunun operatoru kimi SPAYK adlı silahla sentyabr ayının 27-də düşmənə qarşı döyüşə atılmışdı. Dostu, silah və döyüş yoldaşı Ruslan Şahbazovla birlikdə ermənilərin qorxulu yuxusuna çevrilmişdi. Daha ətraflı »

  • 10Apr
    Digər Yazdıqlarımıza qayıdırıq üçün şərhlər bağlıdır

    YUXULAR CİN OLUB

    Qəzetimizin 12 aprel 2017-ci il tarixli sayında mərhum əməkdaşımız Əvəz Nəsirovun “Kaş yuxularım çin ola!” sərlövhəli məqaləsi dərc olunub. Burada Sarıdaş kəndindən olan Xublar nənənin Kəlbəcərlə bağlı kövrələ-kövrələ danışdığı xatirələrindən bəhs edilir: “Sarıdaşın tarixi çox qədimdir, bu kənddə yaşayan insanların hamısı uzunömürlüdürlər. Xublar nənə deyir ki, bir də eşitdik ki, ermənilər Kəlbəcərə giriblər. 9 nəfər ailə üzvlərimizlə hər şeyimizi qoyub Murov dağına piyada gəldik. Murov yolunda maşın, insan əlindən yerimək olmurdu…”
    Məqalə bu sonluqda bitir:
    “Oğul, yaşımın çox olmasına baxma, hər şeyi yaxşı dərk edirəm. Ordumuzun günü-gündən gücləndiyini gördükcə, bir daha əmin oluruq ki, igid əsgərlərimiz qısa müddət ərzində torpaqlarımızı mütləq geri qaytaracaqlar. Onda təkcə biz yox, bütün qaçqın və köçkünlərimizin hamısı öz yurd-yuvalarına qayıdacaqlar.” Daha ətraflı »

  • 10Apr
    Digər CƏNNƏT QOXULU ANAM üçün şərhlər bağlıdır

    Ana müqqəddəs varlıqdır. Onun ətri dəyən, əli dəyən hər şey gözəldir. Bizə həyat bəxş edib onu gözəlləşdirən anadır. Ana sevgisi kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir səs yoxdur.
    Yoxsa da dünyanın ucu-bucağı,
    Hər yerdən istidir ana qucağı.
    Xəstələndikdə şəfalı əlləriylə, sevgi dolu ürəyiylə anamız bizi sağaldır, hər an bizim qayğımıza yenə də anamız qalır.
    Biz dünyaya gəldiyimiz üçün hər birimiz borcluyuq – Göydə Allaha, yerdə valideynlərimizə. Elə bir borc ki, bir ömür ödənməz. Ana övladı üçün canını qurban verməyə həmişə hazırdır. Ana əlləri övladı üçün həmişə dua ilə qalxar, dua ilə enər,
    Analar bəzən bizə hirslənsələr də, onlar həmişə bizim xeyrimizə danışırlar. Ona görə də analarımızı sevməli, hörmət etməliyik. Ana sevgisi dünyada sevgilərin ən gözəlidir. Analar başımızın tacı, könlümüzün məlhəmidir. Bir sıxıntımız olanda, başımızı ana qucağına söykəyib rahatlıq tapırıq. Problemlərimizi analarımızla bölürük. Fikrimizi çəkinmədən ilk anamıza deməliyik. Unutmayaq ki, onlar bizim arxamız, bizi hər kəsdən çox sevən insandırlar. Biz onlara özümüz haqqında hər şeyi danışa bilərik, çünki bizi hər cür pisliklərdən qorumağa çalışan insandır Ana. Daha ətraflı »