Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev
    Şəhidlər Məftun Əhmədzadənin ad günü məzarı önündə qeyd olunub üçün şərhlər bağlıdır

    12-13 sentyabr 2022-ci il tarixdə Ermənistan tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalan rayonumuzun Evoğlu kəndinin sakini Məftun Əhmədzadənin doğum günü məzarı önündə qeyd olunub.
    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, YAP Tərtər rayon təşkilatının əməkdaşları, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri və şəhidin yaxınları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

     

  • 10Fev
    Ədəbiyyat Vətən müharibəsində şəhid olan igid oğullarımızın xatirəsinə üçün şərhlər bağlıdır

    GETDİLƏR

    Hədd dərsi verməyə azğın yadlara,
    Odlu Şimşək kimi çaxıb getdilər.
    Vətənin köksünü saran odlara,
    Cavan canlarını yaxıb getdilər.
    Qəhrəman hünərli, haraylı-haylı,
    Alıb caynaqlardan bulaqlı-çaylı,
    Layiq zirvələrə Ulduzlu, Aylı
    Vətən bayrağını taxıb getdilər.
     

    Düzlərdə mübariz, həmrəy el olub,
    Dağlarda dumanı qovan yel olub.
    Dərələrdə bənd uçuran sel olub –
    Çağlayıb, kükrəyib, axıb getdilər.

     

    Aləm heyrətləndi bu mənzərədən,
    Tarixdə şanlı ad qaldı hərədən.
    Dünya dediyimiz bu “pəncərə”dən,
    Sanmayaq ötəri baxıb getdilər.

    Talıb Məmmədli

  • 10Fev
    Digər Oğuz yurdu Göyçə mahalının məşhur ziyalısı üçün şərhlər bağlıdır

    O, həm də Tərtər rayonunun yetirməsi idi

    Fizika-riyaziyyat elmləri doktoru, professor Əliyev Bayram Zeynal oğlu 1971-ci ildə Göyçə mahalının Bala Məzrə kəndində anadan olub. O, uşaq olarkən ailəsi deportasiyaya məruz qalıb və digər həmkəndliləri ilə birlikdə Tərtər rayonunda məskunlaşıb. Son günlərinə qədər Bayram müəllim Bala Məzrədə keçən uşaqlığının və o yerlərin həsrətini çəkib.
    Bayram Əliyev 1960-cı il-də Tərtər rayonunun Qaradağlı kənd orta məktəbini bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1965-ci ildə universiteti bitirib. 1966-cı ildə Elmi Şuranın qərarı ilə aspiranturaya göndərilən Bayram Əliyev Sankt-Peterburq şəhərində oxuyub. Təhsilini başa vurduqdan sonra riyaziyyat elmləri namizədi, dosent, 1990-cı ildə isə fizika-riyaziyyat elmləri doktoru, professor elmi dərəcəsini alıb.
    Bayram Əliyevin 178 elmi məqaləsi işıq üzü görüb və həmin məqalələr Yaponiyada, İngiltərədə, Fransada, Almaniyada və keçmiş SSRİ-nin respublikalarında nəşr olunan jurnallarda çap edilib.
    Bayram müəllim 45 il ərzində Azərbaycan Texnologiya Universitetinin Ümumi və tətbiqi fizika kafedrasına rəhbərlik edib. Daha ətraflı »

  • 10Fev
    Digər “Münaqişədən təsirlənən icmalarda qadın liderlərin inkişafı” üçün şərhlər bağlıdır

    Avropa İttifaqının “Stabillik və Sülhə Yardım” (IcSP) layihəsinin “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin ekspertləri tərəfindən rayonumuzda “Münaqişədən təsirlənən icmalarda qadın liderlərin inkişafı” adlı layihə çərçivəsində görüşlər keçirilmişdir.
    Tərtər rayon Qadın Resurs Mərkəzində keçirilən görüşdə vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, şəhər 6 saylı tam orta məktəbdə keçirilən görüşdə isə 2 məcburi köçkün icmasının nümayəndələri iştirak ediblər.
    Görüşdə əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli çıxış edərək iştirakçıları salamlamış, tədbirin əhəmiyyətindən danışmışdır. İctimai birliyin ekspertləri Şərqiyyə Dadaşova, Telman Dadaşov və Aliyə İmanova yu-xarıda qeyd olunan mövzuda çıxış edib, təlimdə iştirak edən qadınların suallarını cavablandırıblar.

     

  • 10Fev
    Kənd Təsərufatı 2022-ci ildə Tərtər rayonunda kənd təsərrüfatı bitkiləri məhsullarının istehsalı artıb üçün şərhlər bağlıdır

    Son illərdə ölkəmizdə kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və bu sahənin inkişafı üçün əlverişli imkanlar yaratmışdır.
    Aqrar sektorun aparıcı və həlledici sahəsi olan kənd təsərrüfatında aparılmış islahatlar və görülmüş işlər öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixrac yönümlü məhsulların yetişdirilməsi, əkinçiliyin və heyvandarlığın inkişafı istiqamətində atılan addımlar, xüsusən bir sıra ənənəvi sahələrin, məsələn, baramaçılıq, tütünçülük, üzümçülük, pambıqçılıq və bu kimi sahələrin yenidən dirçəldilməsi kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verib.
    2022-ci ildə rayonda kənd təsərrüfatı məhsulunun həcmi 98580 min manat olmuş, əvvəlki ilə nisbətən 2.3 faiz artmışdır. Kənd təsərrüfatı məhsulunun 59403.2 min manatı və ya 60.3 faizi bitkiçilik sahəsinin hesabına formalaşmışdır.
    Rayon üzrə 2022-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 25093.3 hektar olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2021-ci ilə nisbətən 457.3 hektar və ya 1.8 faiz azalmışdır. Əkin sahəsinin 8364.3 hektarını və yaxud 33.3 faizini dənli və dənli paxlalı bitkilər, 5838.1 hektarını və yaxud 23.3 faizini texniki bitkilər, 1375.5 hektarını və yaxud 5.5 faizini kartof, bostan və tərəvəz bitkiləri, 9515.4 hektarını və yaxud 37.9 faizini yem bitkiləri təşkil etmişdir. Daha ətraflı »

  • 07Fev
    Digər Enerji istehsalı ilə bağlı gələcək planlarımız da uğurlu olacaq üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxış edib. Prezident bildirib ki, Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir. Rumıniya ilə gələcək ümumi addımlar əlaqələndirmə nəticəsində atılacaqdır.

    Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır.

    Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir. Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq.

    Diqqətə çatdırılıb ki, Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq.

    Enerji təchizatının davamlı şaxələndirilməsi zəruridir. Azərbaycan buna hazırdır. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür.

    Ötən il Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin iştirakı ilə imzalanmış enerji sahəsində Strateji Memorandum uğurlu əməkdaşlığımızın zəmanətidir. Daha ətraflı »

  • 07Fev
    Digər Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti

    Klaus Yohannisin Azərbaycana səfəri zamanı bəyanat verib. Dövlət başçısı bildirib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.

    Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.

    Ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir.

    Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir.

    Prezident İlham Əliyev bildirib ki, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var.

    Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Daha ətraflı »

  • 01Fev
    Digər Macarıstan və Azərbaycan dost ölkələrdir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev Macarıstana rəsmi səfəri zamanı cari ilin 30 yanvar tarixində Budapeştdə mətbuata bəyanat verib. Dövlət başçısı bildirib ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.

    Qeyd olunub ki, uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.

    Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var.

    Diqqətə çatdırılıb ki,  vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.

    Enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra – təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun.

    Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir. Daha ətraflı »

  • 01Fev
    Digər Ulu Öndər gəncləri Azərbaycanın gələcəyi adlandırırdı üçün şərhlər bağlıdır

    Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

    Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.

    Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.

    Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir.

    1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

    Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi. Daha ətraflı »

  • 31Yan
    Digər HEYDƏR ƏLİYEV İLİ–2023 üçün şərhlər bağlıdır

    DİPLOMAT

    SSRİ dövründə aldığı 33 mükafat və təltiflərin ilki 1945-ci ildə, sonuncusu isə 1988-ci ildə verilən Ulu Öndər Heydər Əliyev, müstəqillik dövründə 87 mükafatın birincisinə 1996-cı ildə, sonuncusuna isə 2003 -cü ildə layiq görülüb. SSRİ dövründə aldığı mükafat və təltiflərə 43 illik fəaliyyəti dövründə, müstəqillik dövründə aldığı mükafat və təltiflərə isə cəmi 7 illik fəaliyyəti dövründə layiq görülüb. Əslində bu iki faktın müqayisəsi Ümummilli Liderin Canım, Nəfəsim dediyi Azərbaycana nə qədər bağlı olduğunu, Azərbaycan Bayrağının bayraqlar içində qürurla dalğalanması, İmzasının imzalar içində duruşunun var olması üçün nə qədər gərgin əmək sərf etdiyini gözlər önünə sərmiş olur. Müstəqillik dövründə almış olduğu 87 mükafat və təltifin 45-nin Türkiyə Cümhuriyyəti dövlətinin adı ilə bağlı olması isə bir çox diplomatik üfüqlərin açılışının işarələridir. Qeyd etməliyəm ki, nəinki adi vətəndaşların, hətta yüksək diplomatik bacarıqlara sahib olan siyasi aktyorların belə 2003-cü il-də bu günün Azərbaycan–Türkiyə münasibətlərini hesab etmələri o qədər də mümkün görünmürdü. Am-ma bunu hesab edən, siyasi gedişlərin konturlarını müəyyən edən bir Zəka mövcud idi.
    Tarixə kiçik bir səyahət etsək, düşünürəm ki, bizlərə müəmma kimi görünən və 1921-ci ildən başlayan bir prosesin Heydər Əliyev tərəfindən diqqətlə izləndiyini, çözüldüyünü və bu çözülmələrdən yola çıxaraq çoxgedişli kombinasiyaların qurulduğunu görmüş olarıq. 1921-ci il Moskva müqaviləsində üzərində israr edilən “Türk qapısı” adlanan Naxçıvan məsələsi özünün ədalətli həllini tapdıqda, Türkiyə diplomatları Mustafa Kamal Paşaya müraciətlə “Naxçıvan üzərində əldən gələni yapdıq” dedikdə, O, “Qapımızın mövcu-diyyətini mühafizə edin, bizim üçün mühüm olan budur” söyləmişdir. ” …Naxçıvanın statusunun beynəlxalq müqavilələrdə əks olunması həm o dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi qiymətləndirilməlidir” – deyə bəyan edən Ulu Öndər Heydər Əliyevin diplomatik bacarıqlarının diplomatiya tarixini öyrənərək inkişaf etdirdiyinə bir işarədir. O, bu günün, sabahın diplomatik gedişlərini uzun illər öncədən başlayan diplomatik gedişlərin üzərində qurmaqla durmadan inkişaf edən diplomatiyanın özülündə yer almağa nail olmuşdur. Bir çox siyasi aktyorların uğursuzluqlarının səbəblərindən biri olan bu amili Heydər Əliyev zərgər dəqiqliyi ilə ölçmüş və bu amilin yarada bildiyi uğursuzluqların Ondan yan keçməsinə nail olmuşdur. Daha ətraflı »