Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Apr
    Digər QAPANLININ DÜNƏNİ VƏ BU GÜNÜ üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Gözəl bir payız günü idi. Ağaclardakı yarpaqlar tək-tük saralmağa başlamışdı. Havada elə bir möhtəşəmlik vardı ki, adamın ruhu dincəlirdi. Qapanlı kəndinin sakinləri də bu gün mənfur qonşuların varlığını unudaraq toyda o ki var şənlənmək istəyirdilər. Nofəl kişinin ailəsində də toya hazırlıq görülürdü.
    Müşgünaz nənə nəvəsi Zəhranı toya hazırlaşdırır və bundan xüsusi zövq alırdı. Cəmi 4 yaşı olan Zəhra toya gedəcəyi üçün hədsiz sevincliydi. Kənd uşaqları ilə oynamağa, rəqs etməyə hazırlaşırdı. Buna görə də ən qəşəng donunu da geyinmişdi.
    Budur, Müşgünaz nənənin bacısı Mədinə nənə də gəlib çıxdı. Artıq toyun səsi də gəlirdi. Zəhra böyükləri tələsdirir, qonşuluqdakı toy mağarına uşaqlardan tez çatmağa can atırdı.
    Uzun illər erməni quldurları ilə üzbəüz yaşamaq Qapanlı kəndinin camaatına belə şənliklərin sevincini bir qədər unutdurmuşdu. Amma hər kəs – uşaq da, böyük də buna ehtiyac duyurdu. Yaşanan gərginlikdən bir qədər uzaqlaşmaq, doyunca musiqi dinləmək, bir-birilə söhbətləşmək istəyirdilər. Qonaqlar gənc valideynlərə gözaydınlığı verir, dinc səma, əmin-amanlıq arzulayırdılar.
    Qadınlar da toy mağarında əyləşmişdilər. Zəhra nənəsinin qucağında idi. Nənə istəyirdi ki, nəvəsi ləziz toy yeməklərindən dadıb sonra uşaqlarla oynamağa getsin. Hərdən balacaların əllərindəki şarlar, partladıcı vasitələr bir az təşviş yaratsa da, hər şey qaydası ilə gedirdi.
    Qəfil səs yenə də camaatı diksindirdi. Amma hələ nə baş verdiyini heç kəs anlamadı. Dəhşətli ağrı hiss edən Müşgünaz nənə yanındakı bacısına baxdı və onun qolundan qan axdığını, qucağındakı uşağın isə başından yaralandığını gördü. Bir avtomat gülləsi ilə üç günahsız insanı, o cümlədən yaşlı iki qadını və bir körpəni yaralayan ermənilər yenə də bu şənliyi faciəyə döndərdilər. Daha ətraflı »

  • 08Apr
    Milli-mənəvi dəyərlər Rayon qəzetinin ilk nüsxəsinin çapdan çıxmasından 88 il ötür üçün şərhlər bağlıdır

    Tərtərin qəhrəmanlıq salnaməsini yazan mətbu orqan

    Qəzetimizin yaşının üstünə daha bir yaş gəldi. Ahıl yaşına, 88-ə çatdı. “Kolxozçuların varlanması yolunda” adı ilə çıxan kiçik bir qəzetdən, bugünkü müasir texnologiyalar əsasında buraxılan “Yeni Tərtər”ə qədər yol keçdik.
    Çoxları ilə yol yoldaşı oldu qəzetimiz. Gəldilər, hərə bir iz qoyub getdi. Bir il əvvəl keçmiş redaktorumuz Zöhrab Məmmədovun dünyasını dəyişməsi xəbərini eşitdik. Az müddət işləsə də, o zamankı “Qızıl bayrağ”a yeni nəfəs gətirmişdi. Çox sevdirmişdi onu oxucularına. Gəncləri ətrafına toplamağı bacarmışdı. Odur ki, unudulmur, hər zaman minnətdarlıqla xatırlanır.
    Ötən ilin axırlarında isə qəzetimiz 16 il birgə addımladığı Tofiq Yusifi itirdi. Rayon qəzetinin “Yeni Tərtər” adı ilə bölgə mətbuatı sırasında tanınmasında onun böyük zəhməti var. Ötən illərin qəzet qovluqlarında bir-birindən maraqlı bədii, publisistik, satirik yazıları yaşayır.
    Gənclik illərində birgə çalışdığım redaktorlardan Zahid İsmayılovun, Aydın Məmmədxanovun, Hilal Bayramovun, Təvəkkül Nəcəfovun adlarını da çəkmək istəyirəm. Hər birindən öyrənərək qəzetçiliyin çətin yollarında addımlamışam. Daha ətraflı »

  • 08Apr

    Milli-mənəvi dəyərlər üçün şərhlər bağlıdır

    Nə yaxşı görüşdük, nə yaxşı yenə…”

    Hər dəfə tətillərdən, istirahət günlərindən qayıdanda, Əvəz Nəsirov hər birimizi bu sözlərlə qarşılayırdı. Bizə də elə gəlirdi ki, həmişə belə olacaq…
    Ancaq günlərin bir günü özü işdən çıxmaq qərarını verdi… Əvəz müəllimi daim ailəsinin, övladlarının, nəvələrinin qayğıları ilə yaşayan zəhmətkeş insan, məsuliyyətli qəzet işçisi kimi xatırlayırıq.
    Sovet dönəmində qəzetin kənd təsərrüfatı şöbəsində işlədiyi üçün, xəbər janrını xüsusilə sevirdi. Redaktor hansı işi tapşırsa, mütləq yarıdırdı.
    Heç birimiz bu həyatda daimi deyilik. Əgər yada düşəcəyiksə, deməli, hədər yerə yaşamamışıq. İş yoldaşımız Əvəz Nəsirov kimi.

    “Yeni Tərtər”

  • 08Apr
    Hərbi vətənpərvərlik Unutmayaq! üçün şərhlər bağlıdır

                                                 Aprel ayında doğulmuş tərtərli Vətən Müharibəsi şəhidləri

    İsmayılzadə Orxan Rəhbər oğlu
    Orxan İsmayılzadə 2004-ci ilin aprel ayının 2-də Tərtər rayonunun Kəbirli kəndində anadan olmuşdur.
    Orxan İsmayılzadə Vətən müharibəsi zamanı 24 oktyabr tarixində Kəbirli kəndinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub.

    Məmmədov Mehdi Elçin oğlu
    Məmmədov Mehdi Elçin oğlu 6 aprel 2002-ci ildə Tərtər rayonunun Sarıcalı kəndində dünyaya gəlib.
    Mehdi Məmmədov Vətən müharibəsi zamanı Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə savaşıb. 13 okytabr 2020-ci ildə Tərtər rayonu Suqovuşan kəndi istiqamətində düşmən tərəfindən atılan artilleriya atəşi zamanı şəhid olub.
    Ölümündən sonra “Ağdamın azad olunması”, “Suqovuşanın azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

    Hüseynov Elnur Əhliman oğlu
    Elnur Hüseynov 1990-cı ilin aprel ayının 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub.
    Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. 2020-ci ilin noyabr ayının 11-də Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub.
    Elnur Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
    Ailəli idi, 2 övladı yadigar qalıb.

    Zamanov Şakir Xasay oğlu
    Şakir Zamanov 1988-ci ilin aprel ayının 25-də Kəlbəcər rayonunda anadan olmuşdur.
    15 oktyabr tarixində Tərtər şəhər qəbristanlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Sarıcalı kəndində dəfn olunub.

     

  • 08Apr
    Xəbərlər Şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya keçirilib üçün şərhlər bağlıdır

    “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı ilə Ağdam, Tərtər və ətraf rayonlardan olan şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib.
    Müayinələr Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasında paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkimlər tərəfindən aparılıb.
    Keçirilən müayinələrin nəticələrindən asılı olaraq xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin edilib, yerində məsləhətlər verilib, digər patologiya müşahidə edilən şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib. Daha ətraflı »

  • 08Apr
    Milli-mənəvi dəyərlər Oruc tutun ki, sağlam olasınız üçün şərhlər bağlıdır

    Bismillahir Rəhmanir Rəhim.
    Mehriban və bağışlayan Allahın adı ilə!
    Uca rəbbimiz insanları xəlq edəndən bəri onları kitabsız buraxmadı. Və insanların xoşbəxtliyi naminə göndərdiyi saysızhesabsız ayinlərdən biri də oruc tutmaq tövsiyəsi oldu.
    İslam dininin müqəddəs kitabı Qurani Kərimdə Bəqərə surəsinin 183-cü ayəsində Rəbbimiz bütün islam ümmətinə oruc tutmağı əmr edir. Hicri təqvimin 9-cu ayı olan Ramazan ayı Allah qatında çox əzəmətli bir aydır.
    Bu ay insanların həm cismi və həm də mənəvi pəhrizkarlıq ayı olmaqla yanaşı, eyni zamanda əzəmətli Quranın sevimli Peyğəmbərimizə (s) nazil olduğu bir aydır. Qədr surəsində bu barədə deyilir. Və hətta həmin gecə, yəni Qədr gecəsi 1000 aydan daha əfzəl tutulur. Bu ay Allah qatında elə əzəmətli və şərəflidir ki, hədisdə deyilir: “Kim bu ayda günahlarını yumağı və özünü bağışlatmağı bacarmırsa, sair aylardan əlini üzsün!”. Daha ətraflı »

  • 08Apr
    Digər Tariximizin qanlı səhifəsi üçün şərhlər bağlıdır

    AGDABAN FACİƏSİ

    Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavü-zünün ən qanlı səhifələrindən biridir.
    Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir.
    1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görünməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək, soyqırım aktı törətdilər.
    Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdır. Həmçinin, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 5 nəfər isə girov götürülmüşdür. Daha ətraflı »

  • 07Apr
    Digər Dünyanın hörmətlə yanaşdığı Lider üçün şərhlər bağlıdır

    Tarix sübut edir ki, hər bir dövlətin dünya miqyasında nüfuzunun formalaşmasında, dünyəvi psoseslərdəki iştirak səviyyəsində lider amili mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan müstəqil Azərbaycan Respublikasının  inkişaf yolundakı geridə qalan 30 illik müddətdə siyasi liderin dövlətin həyatında vacib rol oynadığı  görünür. Dövlət müstəqilliyimizin  bərpasının  ilk illərindən  qarşımıza çıxan  problemlərin  yaranmasının obyektiv səbəblərindən biri, mən deyərdim birincisi,  ölkəmizə rəhbərlik edən şəxslərin lider funksiyasını yerinə yetirə bilməməsi olmuşdur.

    1993- cü ilin ortalarından başlanan yeni siyasi kurs, Azərbaycana  Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməyə başlaması, onun  dövlətin və xalqın taleyində  lider  amilini göstərən tarixi bir gerçəklik oldu.

    Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının son 19 ildə  ölkəmiz üçün gördüyü işlər,   müasir Azərbaycanı  qüdrətli dövlətə çevirdi .  Ölkə Prezidenti  cənab İlham Əliyevin  rəhbərliyi ilə  müstəqil Azərbaycan  dövləti   dünyada baş verən enerji təhlükəsizliyinə böyük töhvələr verən, dünyanın aparıcı  dövlətləri tərəfindən siyasi  tərəfdaş kimi qəbul edilən dövlət kimi tarixə düşüb.  30 illik əsarətdə qalan müqəddəs torpaqlarımızı  44 günlük  Vətən müharibəsində  öz gücü hesabına layiqli Zəfər çalaraq   geri qaytaran  Müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasəti  Azərbaycanın  regionda və dünyada söz sahibi  olmasını  sübut etdi. Daha ətraflı »

  • 06Apr
    Digər Prezident İlham Əliyev Azərbaycanın xilaskar və alternativsiz lideridir üçün şərhlər bağlıdır

    11 aprel 2018-ci il tariximizin növbəti mühüm dönüş nöqtəsidir. Həmin gün andiçmə mərasimində çıxış edən cənab İlham Əliyev deyib: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”

    2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

    Bu etimad xalqın öz liderinə böyük inamından irəli gəlir. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.

    Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirir. Daha ətraflı »

  • 05Apr
    Digər, Xəbərlər Xalqın etimad və rəğbətini qazanan Lider üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda  görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl islahatlar nəticəsində hazırda ölkəmizi  sabit, təhlükəsiz ölkə kimi tanıdmaqdadır. Müstəqil  Azərbaycan dövlətini xarakterizə edən nailiyyətlər, son 19 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yüksəlişi, əldə olunan möhtəşəm iqtisadi uğurlar, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə  çevrilməsi hər birimizi fəxarət hissi ilə dərindən qürurlandırır. Bütün bunlar ondan xəbər verir ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir.

    2003-cü ildə dövlətimizin başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 19 ildə  ölkədə böyük rəğbət və etimad göstərdiyi liderə çevrildi. Yola saldığımız hər bir ilin yekunları təsdiq edir ki, Möhtərən Prezidentimiz  İlham Əliyev cənabları  Ulu Öndərin ən layiqli davamçısı olaraq onun başladığı taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə irəli aparır, ölkəmizin şərəfli tarixini yazır.

    2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Daha ətraflı »