Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Yan
    Digər Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması əlamətdar hadisədir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib.

    Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan etmişdi. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.

    Hacı Zeynalabdin Tağıyev gəlirinin xeyli hissəsini xeyriyyəçiliyə, doğma şəhərinin inkişafına və abadlaşdırılmasına sərf edir, istedadlı gəncləri xaricdə təhsil almağa göndərir, artistlərə sponsorluq edir. Bakıda müsəlman Şərqində ilk dünyəvi qız məktəbini açması onu zəmanəsinin ən mütərəqqi insanları ilə bir cərgəyə qoyur. O dövrdə müsəlman qızlar üçün müasir məktəbin açılması böyük cəsarət tələb edirdi. Çar üsul-idarəsi məktəbin açılmasına mane olur, cahil ruhanilər qızların oxuması ilə heç cür razılaşmırdılar. Məktəbin açılmasına icazə almaq üçün Hacı çariça Aleksandra Fyodorovnaya qiymətli hədiyyə bağışlayır və məktəbə onun adının verilməsini təklif edir. Nəhayət, məqsədinə çatır. Böyük maarifçi, Azərbaycanda ilk qəzetin – “Əkinçi”nin naşiri Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova məktəbə ilk direktor təyin olunur. Məktəbə qəbul edilən 58 qızın 35-i yoxsul ailədən çıxmışdı. Onların təhsil haqqını, yemək və geyim xərclərini Tağıyev öz üzərinə götürür. Da Bay adlı bir fransız Parisdə nəşr olunmuş kitabında Bakıda müsəlman qız məktəbinin açılmasını ağlasığmaz möcüzə adlandırırdı. Daha ətraflı »

  • 21Yan
    Milli-mənəvi dəyərlər 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu üçün şərhlər bağlıdır

    1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

    Milli maraqlara zidd addımlar atan Azərbaycanın ozamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi Daha ətraflı »

  • 19Yan
    Digər 20 Yanvar Ümumxalq Hüzn Günüdür üçün şərhlər bağlıdır

                 Azərbaycanın iqtisadi inkişafı artıb, yeni dünya düzənində rolu yüksəlib

    Bu il – “Şuşa ili”ndə Prezident İlham Əliyev ilk müsahibəsini yerli televiziya kanallarının jurnalistlərinə verib. Bu müsahibədə həm ölkəmizin iqtisadi inkişafı, həm də Azərbaycanın yeni dünya düzənində yeri barədə suallara ətrafalı cavab verilib.

    İlk suala cavab olaraq Prezident İlham Əliyev 2021-ci ildə Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlardan danışıb. Qeyd edib ki, ötən il ölkəmizdə iqtisadi artım 5 faizdən çox olub və bu, müharibədən çıxmış ölkə üçün çox yaxşı göstəricidir. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb.
    Dövlət başçısı bildirib ki, həm ümumi sənaye istehsalımız 5 faizdən çox artıb, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb. Bu onu göstərir ki, ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar öz bəhrəsini verməkdədir, həm də qeyri-neft sektorunun inkişafında gözlənilən nəticələr əldə olunur.
    Keçən il ölkə üzrə xərclərin çox olmasına, iri investisiya layihələri icra olunmasına baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb.
    Ölkə başçısı bildirb ki, bu ilin büdcəsi tarixdə ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Müharibədən çıxmış ölkə üçün bu rəqəmlər çox yaxşı göstəricidir. Prezident İlham Əliyev deyib: “Bu il həm investisiya layihələri icra ediləcək azad olunmuş torpaqlarda, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Bu islahatların nəticələrini biz görürük”.
    Qeyd olunub ki, ölkəmizdə gedən saflaşma və şəffaflıq siyasəti bütün sahələrdə özünü göstərir.
    Əhalinin sosial rifah halının, maddi güzəranının daha da yaxşılaşdırılması ilə bağlı suallara cavab olaraq ölkə başçısı deyib ki, iqtisadi və sosial sahədə siyasətimiz bir-birini tamamlayır. Azərbaycanda sosial sahə daim diqqət mərkəzindədir, bu sahəyə daim xüsusi diqqət göstərilir. Daha ətraflı »

  • 19Yan
    Digər AZADLIĞA APARAN YOLUN BAŞLANĞICI üçün şərhlər bağlıdır

    Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.
                                                                                                                                       Heydər ƏLİYEV, Ümummilli Lider

    1990-cı ilin 20 Yanvar hadisələri… Yaşından asılı olmayaraq, hər bir azərbaycanlı bu faciəni kədər və qürur hissi ilə qarşılayır.
    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 min nəfərlik Sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridildi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçuların 82 nəfəri amansızcasına qətlə yetirilmiş, 20 nəfəri ölümcül yaralanmışdır. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
    Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 841 nəfər qanunsuz həbs olunmuşdur, hərbi qulluqçular Daha ətraflı »

  • 19Yan
    Milli-mənəvi dəyərlər 2022-ci il “ŞUŞA İLİ”dir üçün şərhlər bağlıdır

                                                             ŞUŞA QARABAĞIN DÖYÜNƏN ÜRƏYİDİR

    Şuşa Azərbaycan xalqının milli mədəniyyətinin əsas mərkəzlərindən biridir. Şuşa Qarabağımızın döyünən ürəyidir. Şuşasız keçən hər gün bizdən ötrü əsrə bərabər oldu. Çox şükür ki, o ağrılı-acılı günlər artıq arxada qaldı. “Şuşasız bizim işimiz yarımçıq olar” deyən Prezident İlham Əliyev xalqına verdiyi vədə layiqincə əməl edərək, vüqarımızı özümüzə qaytardı.
    Prezidentimizin ətrafında bir yumruq kimi birləşən xalqımız bu xəbəri necə də səbirsizliklə gözləyirdi!
    Bəlkə də xalqın bu ümumi istəyi, arzusu kömək olmuşdu Şuşaya doğru sıldırım qayalarla dırmaşan hərbçilərimizə? Bu gün onların qəhrəmanlığına bütün dünya heyrandır və bizim 44 günlük müharibəmizin təcrübəsi artıq müxtəlif ölkələrdə diqqət və maraqla öyrənilməkdədir.
    Qələbəmizdən dərhal sonra Şuşa ilə bağlı növbəti mərhələ – bərpa və quruculuq mərhələsi başladı. İlk olaraq Şuşaya aparan yolun – “Zəfər” yolunun tikintisinə başlanıldı. Daha ətraflı »

  • 19Yan
    Tərtər RİH-də 2022-ci ildə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu haqqında CƏDVƏL üçün şərhlər bağlıdır

     

    sıra sayı Soyadı, adı, atasının
    adı
                  Vəzifəsi       Həftənin günləri                 Saat
                      1.                   2.                      3.                     4.                    5.
                      1. Müstəqim Məmmədov

    Səyyad oğlu

               Rayon icra   hakimiyyətinin başçısı               II gün   15:00-dan başlayaraq
                      2.  

    Vakant

     

    Başçının birinci                   müavini

                 I gün 15:00-dan başlayaraq
                      3. Cavadov Abbas Yusif                      oğlu  

    RİHB-nin müavini-Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri

               III gün

     

    15:00-dan başlayaraq
                      4. Əliyev Fizuli Bayram                 oğlu  

    RİHB aparatının Ərazi İdarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri

                IV gün 15:00-dan başlayaraq
                      5.  

    Nəcəfov Ülv Qnyaz                 oğlu

     

     

    RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri

                 I gün 15:00-dan başlayaraq
                      6. Umudov Elvin Natiq                   oğlu  

    RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı

                   V gün 15:00-dan başlayaraq

    Qeyd:

    -Aparatın digər şöbə müdirləri lazım olarsa vətəndaşları həftə ərzində (iş günləri) qəbul edirlər.

    – Milli Qəhrəmanlar, Vətən müharibəsi qəhrəmanları və onların ailə üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, Vətən müharibəsi əlilləri və digər imtiyazlı vətəndaşlar rayon icra hakimiyyətində növbədənkənar qəbul edilirlər.

    -Qəbul günləri bayram günlərinə düşdükdə, növbəti iş gününə keçirilir.

    -Vətəndaşların qəbulu ilə bağlı əlaqə telefonları: 022-236-40-06; 022-236-17-75

    .

     

     

     

     

  • 19Yan
    Sosial RAZILIQLA QARŞILANIB üçün şərhlər bağlıdır

    Qədəm qoyduğumuz 2022-ci ildə əhalinin sosial rifahının qorunması yenə də dövlətimizin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biri olacaq. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edəcək. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyarddan çox şəxsi əhatə edəcək. Müavinət və təqaüdlərin, minimum əməkhaqqının artırılması rayonumuzun sakinləri tərəfindən də razılıqla qarşılanıb.

    Aslanova Səkinə, Soyulan kəndi, çoxuşaqlı ana: Çoxuşaqlı ailənin qayğıları da çox olur. Ancaq sağ olsun dövlətimiz, Prezidentimiz. İldən-ilə aldığımız müavinətlər artırılır. Elə yeniilqabağı günlərdə cənab İlham Əliyevin imzaladığı yeni Sərəncama əsasən alacağımız pulun bir daha artacağı xəbərini eşitdik. Həm özümüz, həm də uşaqlar çox sevindik.
    Allah dövlətimizin başçısını qorusun. Qarabağımızı, Şuşanı almaqla, o, bizə dünyanın ən böyük sevincini yaşadıb. İndi də ölkədə böyük işlər görülməsinə baxmayaraq, yenə də hər bir vətəndaşın yaxşı yaşaması barədə düşünür. Cənab İlham Əliyevə də, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da möhkəm cansağlığı arzulayırıq. Onların sayəsində həyatımız gündən-günə yaxşılaşır. Daha ətraflı »

  • 19Yan
    Tərtər RİH-də İcra başçısı vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
    Qəbula gələn vətəndaşlar Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi, icarəyə torpaq, həyətyanı sahə götürülməsi, işlə təmin olunmaları, maddi yardım ilə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, 4 aztəminatlı ailəyə rayon icra hakimiyyəti tərəfindən köməklik göstərilib. Daha ətraflı »

  • 19Yan
    Mədəniyyət “Şuşa ili”ndə Şuşa teatrı tərtərlilərin qonağı olub üçün şərhlər bağlıdır

    Yanvarın 12-də Tərtər rayon Mədəniyyət Mərkəzinin səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi tərtərlilərə M.F.Axundovun “Hekayəti-Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını təqdim edib.
    Tamaşadan öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək yaradıcı heyəti salamlayıb. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində 2022-ci ili “Şuşa ili” elan etməsini 2021-ci ilin may ayının 7-də Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsinin davamı olduğunu bildirib.
    Qeyd edib ki, “Şuşa ili”nin ilk günlərində Şuşa teatrının qonağımız olması bizi ürəkdən sevindirir. Çünki Şuşa şəhəri bütün xalqımız üçün əzizdir və möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Daha ətraflı »

  • 19Yan
    Milli-mənəvi dəyərlər 20 YANVAR–TARİXİN QÜRUR GÜNÜ üçün şərhlər bağlıdır

                                               MİLLİ RUHUMUZ, QÜRURUMUZ BƏRPA EDİLDİ

    Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi.
                                                                                                İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    1990-cı il 20 Yanvar hadisələri adətən faciə və hüzn günü kimi qeyd edilir. Ona görə ki, həmin gün dinc insanların qırğını baş vermişdi, günahsız sakinlərin qanı tökülmüşdü. Yanvarın 20-də baş verənlər insanlıq tarixinin dəhşət saçan səhifələrindən biri idi. Ulu Öndər Heydər Əliyev baş vermiş qırğına dərhal reaksiya vermiş, özünün sərt münasibətini bildirərək hadisənin milli qırğın səviyyəsində işıqlandırılmasını təmin etmişdir. Bəlkə də belə olmasaydı, 20 Yanvar hadisələri unudulub tarixin bir küncünə atılacaqdı. Ancaq bu gün arxaya dönüb 32 il əvvələ baxanda nə görürük? 20 Yanvar hadisələri bir xalqın ayaqda durmaq istəyinin nə qədər güclü olduğunu, onun müstəqil yaşamaq haqqını necə müdafiə etdiyini və bütün bunlar üçün əli silahlı quldurun qarşısına çıxaraq şəhid olmağın, həm də ölümsüzlüyün nə qədər uca və şərəfli olduğunu göstərdi. Daha ətraflı »